1.2. Turizm marketinqinin xüsusiyyətləri
Turizm marketinqini digər ənənəvi marketinqdən fərqləndirən bəzi xüsusiyyətlər
vardır :
Digər bazar məhsullarından fərqli olaraq turizm marketinqində maddi olmayan
xidmət satılır. Digər tərəfdən istifadə edilən maddi olan məhsullar sırasına
şirniyyat məhsulları, içkilər, yeməklər aid edilə bilər;
Turizm marketinqi üçün digər bazar növlərindən fərqli olaraq bir çox təbii
faktorların mövcudluğu vacibdir. Məs: təbii gözəlliklər dəniz, qum, günəş;
Turizm marketinqində istehlakçılar xidmətlərin istehsal olundugu yerə
gedərlər. Digər bazar növlərində isə məhsul istehlakçının ayağına gələr;
11
Turizm bazarında istehsal və istehlak eyni zamanda baş verər;
Turizm sənayesində marka imicinə bağımlılıq azdır. Ənənəvi bazarda isə
firmalar imic yaratmaga çalışır;
Turizm məhsulları üçün yaranan tələb günlük, həftəlik, aylıq və illik olaraq
çox fərqlilik göstərən dəyişkən tələbdir;
Turizm bazarında istehlakçı istəyi ön plandadır;
Turizm marketinqi riskli bazardır. Məsələn: bir restoran və ya oteli başqa bir
yerə daşıya bilmərik;
Turizm məhsuluna yönəlmiş tələb həm mikro səviyyədə, həm də makro
səviyyədə ölkə rəhbərliyinin idarə etdiyi təbliğat səylərindən təsirlənir;
Turizm məhsulların olan tələb mövsümi dalğalanmalar göstərə bilər. Bu hal
həm turizm marketinqi fəaliyyətlərinin uğurlu olmasının qarşısını ala bilər ,
həm də müştərinin müxtəlif xüsusiyyətlərini ayırmaq imkanına malikdir.
Turizm bazarının mücərrəd olması, onun stoklanabilməməsi ilə nəticələnir.
Stok edilməməyi turizm marketinqinin fəaliyyətlərinin önəmini artırmaqdadır.
Turizm marketinqində insan amili önəmlidir [12,səh.10].
1.3. Turizm marketinqi 4P ünsürləri
Marketinq anlayışı 1950 - 1951 – ci illərdə meydana gəlmişdir. Buna, həmçinin
“4P” adı da verilmişdi; məhsul, qiymət, yayılma və stimullaşdırma. Sonralar xidmət
sektorunun inkişafı ilə bağlı xidmət bazarı üçün lazimi olan yeni ünsürlər meydana
çıxmışdır. Xidmət bazarı üçün mühüm olan bu ünsürlər turizm marketinqi üçün də
istifadəsi uyğun hesab edilmişdir. Qeyd edilən ünsürlərə aiddir: insan amili, fiziki
sübutlar, müddət. Bu ünsürlər özlüyündə ‘’7P’’ adını almışdır [12,səh.11].
|