29
oyandırması, dişlərinizi fırçalamaqla getdiyinizdə Colgate brendli diş fırçanız,
geyinmək üçün Zara brendi, sürdüyünüz Mercedes brendli avtomobiliniz dövlət hər
səhər qarşılaşdığımız brendlərə bir nümunədir. Bütün bunları düşündüyümüzdə, hər
günümüzün brendlər ilə iç – içə olduğunu və həyatımızın bir parçası olduğunu görürük
[2].
Brend anlayışına akademik tərəfdən diqqət yetirdiyimizdə:
Amerika
Marketinq Cəmiyyəti Brendi, "bir satıcı ya da satıcılar qrupunun
məhsullarını ya da xidmətlərini təyin etməyə və rəqiblərindən ayırmağa yarayan ad,
simvol, termin, işarə və ya bunların kombinasiyası" olaraq təyin etməkdədir .
Kotler`ə görə (1997) , müştərilərin və istehlakçıların mal və ya xidmətlərə dair
hisslərinin bir parçası olan brend bir sənətdir və marketinqin əsasını meydana gətirir".
Berry’ ə görə (1988) , brend anlayışı bir satıcının məhsul və ya
xidmətlərini digər
satıcılardan ayıran ad, termin , simvol və digər xüsussiyyətlərə görə fərqləndirilə bilər.
Aaker’ə (1991) görə, brend bir və ya bir neçə qrup satıcının mallarını və ya
xidmətlərini ayırd edən və rəqiblərindən fərqləndirən (loqo, ticarət markası,
qablaşdırma) ad və ya simvoldur.
Murphy (1990) bildirmişdir ki, brend təkcə fiziki məhsullardan deyil eyni zamanda
həmçinin, insan üçün yaratdığı digər fərqliliklərdən ibarətdir.
İslamoğluna (2000) görə brend, istehsalçı və ya istehlakçı
müəssisələrinin
məhsullarını rəqiblərdən fərqləndirən simvoldur.
Keller’ə (2003) görə brend, marketinq strategiyaları baxımından rəqiblər
qarşısında məhsula simvolik və hisslərə toxunan mesajlarla rəqabət baxımından
fərqlilik yaratmaqdadır.
30
Brend – istehsalçı və satıcının istehlakçıların xüsusiyyətinə
uyğun fayda və
xidməti daimi olaraq təqdim edən və məhsula yönəlmiş istehlakçılar üçün fərqli
əhəmiyyət daşımaqdadır. Aşağıda brendin dörd ünsürü qeyd edilmişdir:
Xüsusiyyət: brend məhsulun xüsusiyyətlərini ifadə edir. Bu xüsusiyyətlər
brendin reklamında istifadə edilir.
Fayda: Alıcılar məhsulu alarkən xarici görünüşlərindən çox özlərinə fayda verən
məhsulları alırlar.
Dəyər: Brendin, istehlakçıların dəyərləri haqqında məna ifadə edir.
Şəxsiyyət: Bir markanın imici ilə istehlakçının duyğusal dəyərləri arasındakı
münasibətdir. Məsələn, Mersedes’ə tələbatı yaranan bir şəxsiyyət orta yaşlı bir
idarəetmə rəhbəri ola bilər [26,səh 13].
İstehlakçılar, markalarla və markanı istehsal edən
qurumlarla əlaqəli hər bir
informasiya dörd ana qrupda toplanılan fərqli kanallardan yığılır. Bunlara aiddir :
Planlanmış mesajlar: insan resursları, satış nöqtəsi fəaliyyətləri, reklamlar, şəxsi
satış, birbaşa satış, sərgilər kimi bu qrupa misal oluna bilər.
Planlanmamış mesajlar: Bu mesajları firmalar hesablamaz öz – özlüyündən baş
verən mesajlardır. Məsələn, ağızdan - ağıza ünsiyyət, rəqib firmaların yaratdığı
informasiyalar, ictimai informasiya mərkəzlərindən yayılan xəbərlər,
mətbuatdan yayılan informasiya firmanın planlanmamış mesajlarına aiddir.
Daşınan mesajlar: Firma işçilərinin və səhmdarlarının bilərəkdən və ya
bilmərəyəkdən söylədikləri müsbət və ya mənfi xarakterli mesajlar aiddir.
Anlaşılan mesajlar: buraya yüzdən çox firmaya aid işarə, simvol, loqo, şəkil, ad,
broşura, afişa ola bilər. İstehlakçı bu kanallardan aldığı məlumatları öz
dünyagörüşlərinə görə, keçmiş və mədəni biliklərinə görə əsaslandırır. Bu
səbəbdən, firmanın planlayaraq istehlakçıya göndərdikləri insan resurlarından
alınan mesajlar, reklamlar, şəxsi satış, sərgilər, birbaşa satış kimi fəaliyyətlərdən
31
əldə edilən məlumatları alıcılar öz şəxsi məlumatlarına
əsasən analiz
etməkdədirlər [25,səh 16].
Bir markanı qavramaq üçün onu meydana gətirən məhsul, ətraf mühit, ünsiyyət və
danranış üsullarına diqqət etmək lazımdır. Məhsul, müəssisənin hazırladığı və
satdığıdır. Ətraf mühit, məhsulun harada və haraya satıldığıdır. Ünsiyyət məhsulun nə
olduğunu və nə üçün istifadə olunduğunun insanlara anlatılmasıdır. Davranış, isə
müəssisənin əsas hissəsini təşkil edən personalın necə davrandığıdır [27,səh 129].
Brend anlayışı daşıdığı dəyərlər ilə birlikdə məhsulun bütünüdür. Brend hər zaman
dəyər yaratmalı və istehlakçılar baxımından daima tanınmalıdır [27,səh 122].
Müasir dövrümüzdə brend anlayışı daha da önəmli bir forma halına gəlmişdir,
gələcəkdə daha da önəmi artacaqdır. Çünki, brend anlayışı sıx rəqabət şəraitində
müştərini
əldə tutmaq, məhsulu fərqliləşdirərək rəqabətdən qorumanın və beləcə
müəssisənin gələcəkdə gəlir potansialını dəvamlı hala gətirmənin ən önəmli yoludur
[28,səh 55].
Güclü bir marka anlayışı ayırd etmə, fərq yaratmaq və prestij yaratmaq imkanına
malikdir. Məşhur bir sənətkar,
siyasətçi, şəhər və ya ölkə brend ola bilər. Marka,
istehsalçı baxımından müştəriyə verilmiş güvən və keyfiyyət sözüdür [26,səh 129].
Nəticə olaraq brend anlayışı təkcə məhsulu fərqli edən xüsusiyyət deyil
həmçinin, istehsalçının özünü ifadə edə bildiyi, istehlakçının tələbatını
ödəyə bilən
duyğusal əlaqədir [29,səh 66].
Dostları ilə paylaş: