Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


FƏSİL 3. Turizm destinasiyasının brendləşməsi: İçərişəhər timsalında



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

FƏSİL 3. Turizm destinasiyasının brendləşməsi: İçərişəhər timsalında
3.1. İçərişəhər haqqında ümumi məlumat 
İçərişəhər Bakı şəhərində, Xəzər dənizinin sahilində, hündür olmayan təpə 
üzərindədir. O, qala divarları vsitəsilə əhatə olunub. Bu qala divarlarının yüksəkliyi 8-
10m, eni isə 3,5m-dir [1,səh 2]. 
İçərişəhər Azərbaycan xalqının mədəniyyət irsinin incisidir. 2000-ci ilin 
dekabrında İçərişəhər Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə 
UNESKO-nun Mədəni İrsi siyahısına daxil edilmişdir. Artıq İçərişəhər təkcə 
Azərbaycan xalqının deyil, ümumbəşəri mədəniyyət irsinin unikal incisidir. 22 
hektarlıq ərazisini əhatə edən İçərişəhərdə 32 tarixi-memarlıq abidəsi vardır ki, 
bunlardan 4-ü dünya əhəmiyyətli, 28-i isə ölkə əhəmiyyətlidir. Eyni zamanda
İçərişəhər özünün infrastrukturu və 1300 ailə birliyinin yaşadığı yaşayış mənzilləri 
olan canlı orqanizmdir. Bir sözlə o, şəhər içərisində şəhərdir. İçərişəhər hər bir 
azərbaycan övladının fəxri, qürur duyduğu bir məkandır. Öz adını İçərişəhər XX əsr 
iqtisadi inkişaf prosesindən sonra almışdır. Neft sənayesinin inkişafından bir çox sonra 
Şəhər inkişaf etmiş və Qala divarlarından kənara çıxmışdır. Bayır şəhərin yaranması 
nəticəsində İçərişəhər məfhumu əmələ gəlmişdir [1,səh 4]. 
3.1.1. İçərişəhər tarixi, mədəniyyəti
İçərişəhərin hələ qədim zamanlardan insan məskəni olduğunu isbat edən bir çox 
sübutlar var. Şirvanşahlar Sarayının ərazisində, Qız Qalasının yaxınlığında dairəvi və 
düzbucaq formalı, çeşidli çuxurlar aşkara çıxarılmışdı. Bu çuxurlardan qurban 
ayinlərində heyvanların qanını toplamaq səbəbilə istifadə edirdilər. Alimlər bu 
çuxurları eramızdan öncə V - III minilliyə aid edirlər. Maraqlıdır ki, tanınmış Norveçli 


52 
etnoqrafı və səyyahı Tur Heyardal bildirirdi ki, Bakı və onun ətrafyanı əraziləri dünya 
sivilizasiyasının yarandığı ilk mərkəzlərdən biridir [1,səh 5]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin