Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Destinasiya imicinin formalaşdırılmasında təsirli faktorlar



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

2.8. Destinasiya imicinin formalaşdırılmasında təsirli faktorlar 
Destinasiya imici, bir şəxs və ya qrupun müəyyən bir yer barəsində əldə edilən 
bilikdən, müsbət və mənfi fikirlərdən, duyğusal düşüncələrdən ibarətdir. Turizm 
sektorunun inkişafı, destinasiyalar arasında rəqabətin artması, turistlərin istək və 
ehtiyaclarının çeşidlənməsi destinasiyaların brend kimi qəbul edilməsini zəruri edir 
[27,səh 46]. 
Bir destinasiyanın imicinin analizi və dəyərləndirilməsi, turist davranışlarının daha 
yaxşı anlaşılmasına kömək edir. Analizə əsasən müəyyən olunur ki, imicin müəyyən 
olunmasında duyğusal və anlaşılan dəyərlər mühüm rol oynayır [28, səh 51]. 
Turizm destinasiyasının imicinin formalaşdırılmasına təsir edən faktorlara fiziki 
xüsusiyyətlər, iqlim, tarix, mədəni dəyərlər, insanlar, turizm müəssisələrinin keyfiyyəti 
və destinasiyalardakı müxtəlif fəaliyyətləri aid etmək olar [31,səh 26]. 
2.9. Destinasiyada imicin idarəedilməsi 
Destinasiyanın imicinin idarəedilməsi, ziyarətçilərin satın alma davranışlarına 
təsir etmək və bölgəyə uyğun imic yaradılmasını həyata keçirmək marketinq 
strategiyaları əsasənda həyata keçirilər. Destinasiya imicinin idarəedilməsi daimi 


50 
olaraq nəzarətdə saxlanılmalıdır. Bunun üçün bir sıra imic idarəedilmə mərhələlərinə 
diqqət yetirsək: 

Hədəf ziyarətçi kütlələrindən məlumat əldə etmək və mövcud informasiya 
əsasında imici dəyərləndirmək, müsbət və mənfi halları və onların səbəblərini
müəyyən etmək

Rəqib bölgələrin imicini müəyyən etmək 

Hədəf kütləni cəlbedəcək imic ünsürlərini axtarıb tapmaq 

Yerli və özəl qurumlar arasında əlaqə yaradaraq iş qurmaq 

Yeniliklərə və texnoloji dəyişimləri rahatca qəbul etmək 

Ölkə, bölgə və müəssisələrin yararına olacaq marketinq strategiyalarını inkişaf 
etdirmək 

Startegiyalara uyğun kanalları müəyyən etmək 

Bəzi kanallardan istənilən imicin tanıdılması üçün fəaliyyətlər həyata keçirmək, 
destinasiyanın üstün cəhətlərini ön plana çıxararaq hədəf kütlələrə yaymaq 

Uğurlu bazar siyasətini həyata keçirmək və imicin idarəedilməsini əldən 
buraxmayacaq şəkildə dəvam etdirmək [23, səh 78]. 
Destinasiya imicinin idarəedilməsində, hal – hazırdakı ziyarətçilərin, həm də 
potensial ziyarətçilərin destinasiyaya olan münasibətlərinin və fikirlərinin müəyyən 
olunması vacibdir. Bunun üçün yerli rəhbərlər ilə özəl müəssisələr arasında işbirliyi 
yaradılmalı və bölgə marketinqinə yönəlmiş birgə səylərin olmasını tələb edir [23, səh 
79]. 


51 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin