48
Destinasiya marketinq fəaliyyətlərinin
təməlində gəlir əldə etmək, turizm
məhsulunu tanıtmaq və dolayı yolla əhalinin rifah səviyyəsini, yaşamaq sevincini daha
da qaldırmaq üçün bazarların müəyyən olunması və strategiyaların bazarların
xüsusiyyətlərinə uyğun inkişaf etdirilməsi tələb olunur [27, səh 43].
Destinasiya marketinq şöbələri 1880 – ci ilərdə turizmin inkişaf etməsiylə artmağa
başlamışdır. İlk öncələr destinasiya marketinq departamentləri həvəsləndirici turizm
fəaliyyətlərini inkişaf etdirmişlər. Daha sonra isə
mənfəət əldə etməyə yönəlmiş,
turizm müəssisələrinin gəlirliliyini və yerli əhalinin fikirlərini nəzərə alaraq öz
fəaliyyətlərini yerinə yetirmişlər [17, səh 85].
2.7. Destinasiyada mövqeləndirmə anlayışı
Destinasiya üçün mövqeləndirmə anlayışı rəqib firmalara qarşı bir üstünlükdür və
destinasiya brendi yaradılmasında mühüm əhəmiyyətə malikdir. Destinasiya
mövqeləndirməsinin məqsədi, destinasiyaya baş çəkəcək turistlərin ağıllarında
destinasiyaya xas olan xüsusi yerləri onlara dərk etdirməkdən ibarətdir.
Dünyada olan bir çox destinasiya planlı və ya plansız şəkildə insanların beyinlərinə
həkk etdirilmişdir. Azərbaycan dedikdə “Land of fire”,
Paris dedikdə məhəbbət,
romantika şəhəri, İtaliya modanın mərkəzi, Las Vegas azart oyunları buna misal gətirə
bilərik [8].
Turizm və səyahət xidmətləri üçün iki mövqeləndirmə vardır. Bunalar aiddir :
1. Obyektiv mövqeləndirmə; xidmətlər və məhsullar istehlakçıların
tələb və
ehtiyaclarına əsasən hazırlanılır
2. Subyektiv mövqeləndirmə; məhsulun və ya xidmətin
fiziki xüsusiyyətlərinə
cəmlənmədən potansial turistin ağlındakı imici yaratmaq,
dəyişdirmək və
gücləndirməkdir [27,səh 45].
49
Destinasiya rəhbərləri destinasiya mövqeləndirmə edən zaman destinasiya ilə
əlaqədar ən uyğun mövqeyə qərar verərək bu istiqamətdə çalışmalıdırlar. Bunun üçün
destinasiyalar, özlərini digər destinasiyalardan fərqləndirən imic seçməlidirlər [27,səh
46].
Destinasiya mövqeləndirmədə reklamlardan köməkçi
bir vasitə olaraq istifadə
edilər. Ancaq reklamların məqsədi ölkə imicini dəyişdirmək deyil,
ölkəyə gələn
turistlərin sayını artırmaqdan ibarətdir [16].
Dostları ilə paylaş: