Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin


 Korperativ maliyyə idarəetmə sistemi üzrə beynəlxalq təcrübənin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   ...   11   12   13   14   15   16   17   18   19
Mehdizad-F-rid

3.2. Korperativ maliyyə idarəetmə sistemi üzrə beynəlxalq təcrübənin 
Azərbaycan reallığına tətbiqi imkanları 
Dünyada mövcud olan maliyyə və iqtisadi böhran hökm sürür, bir çox 
ölkələrdə Yaponiya, ABŞ, Avropa olkələri və habelə, keçmiş postsovet ölkelərinin 
əksəriyyətində iqtisadi geriləmə müşahidə edilir. Bunun tam əksi olaraq 
Azərbaycan iqtisadiyyatı isə ugurla inkişaf edir. Şübhəsiz ki, biz öz iqtisadi 
siyasətimizde daxili resurslardan səmərəli istifadə etməklə məqsədyönlü iqtisadi 
inkişafımızı ardıcıl surətdə reallaşdırırıq. Azərbaycan iqtisadiyyati geniş və şaxəli 
oldugundan onun inkişaf etməsi bir sektorun inkişafından asılı deyildir. 
İqtisadiyyatımızın belə çoxşaxəli inkişafı iqtisadi artımı şərtləndirir. Bizim bölgədə 
yerləşən ölkələrdə iqtisadi tənəzzül 10-15%, 15-18% səviyyəsindədir. 
Azərbaycan böhrandan ən az ziyan çəkən ölkələrden biridir. Bunun səbəbi 
ölkədə aparılan uğurlu siyasət, həyata keçirilən islahatlardır, sosial siyasətdir, 
infrastruktur layihələrdir. Ölkəmiz daxili siyasətlə bərabər, həm də çox uğurlu 
xarici iqtisadi siyasət həyata keçirir. Bu eyni anda beynəlxalq maliyyə qurumlari 
ilə ugurlu əməkdaşlıqdır. Fikrimizcə, bir çox inkişaf etmiş ölkələrin ümumi daxili 
məhsullarının artması dünya iqtisadiyyatının da tənəzzüldən çıxmağa doğru 
olduğunu göstərir. 
XXI əsrin əvvəllərində dünya maliyyə sistemnin formalaşdıgı bir mühitdə
maliyyə böhrani daha da kəskinləşərək, dərin və uzunmüddetli olmaq üzrə, daha 


67 
çox ölkələri bürüyərək, o, dünya maliyyə böhranina çevrildi. İnkişaf etmis 
bazarlarda o, likvid bohranlarla, birjalarin dağılması, kredit iflicləri ilə müşahidə 
olunur. Lakin qloballaşma maliyyə bazarlarının yeni rolunu müəyyənləşdirdi. 
Müasir dövrümüzün maliyyə böhraninın ilkin nümayəndəsi kimi ABŞ-nm 
ipoteka kredit institutlarının fəaliyyətində meydana çıxan maliyyə çatışmazlığı əsas 
rol oynayıb. Qlobal maliyyə - kredit qurumlarını sarsıdan bu böhran əlaqəli və asılı 
şəkildə bütün maliyyə əməliyyatlarını pozmaqla, nəzərdə tutulan strateji planların 
həyata keçirilməsinə çətinlik yaratmış oldu. Maliyyə böhranına məruz qalmış 
ölkələr bu böhrandan çıxış yollan axtarmaqla, antiböhran tədbirləri hazırlamislar, 
ancaq bu tədbirlər indinin özündə də istənilən nəticelərə çatnağa imkan vermir. 
Respublikamız da bu dünya maliyyə - təsərrüfat qurumlarına iqtisadi 
inteqrasiya olunduğundan, bütün proseslərdə iştirak edir. Lakin ölkədə aparılan çox 
çevik iqtisadi siyasət böhranın təsirini azaltmaqla bu böhranin təsir gücünü 
zərərsizləsdirmək yönündə xalq təsərrüfati bölmələrində büdcə xərclərini və gəliri 
təhlil edərək, Azərbaycan höküməti 2010-cu il dövlet büdcesinin çərcivə 
parametrlərini müəyyən etdi. (42) 
Avropa Komissiyası qlobal maliyyə böhranı ilə bağlı 27 üzv ölkənin 
müraciətinə əsasən hazırlanan «vahid tədbirlər planı»nı təqdim etdi ki, biz də 
bundan bəhrələnməliyik. Nəticədə yekun rəyə gəlinib: iqtisadi problemlərin 
öhdəsindən gəlmək üçün Avropada daha çox əlavə maliyyə ehtiyatlarına deyil, 
tədbirlərin yaxşı əlaqələndirilməsinə ehtiyac duyuldu. Yeni təşəbbüsə görə 27 
ölkənin vergi və investisiya sahəsində əlaqələndirilmiş siyasət aparılmasının 
zəruriliyi və tətbiqi qərara alındı. İş və istehlak bazarinda aktivliyi bərpa etməkdən 
ötəri ÜDM-in 1%-nin bu sahəyə yönəldilməsi tövsiyə olunur. Konkret olaraq bir 
neçə tədbirlə yanaşı, əlavə dəyər vergisinin (ƏDV) tətbiqinin aradan qaldırılması 
da təklif olunur. İqtisadiyyatı canlandırmaq üçün müəssisələrdə daha çox vəsaitin 
qalması və deməli, onların öz işçilərinə daha qayğıyla yanaşması və istehsalatı 
genişləndirməsi üçün mənfəət vergisinin azaldılması nəzərdə tutulur. Neftin dünya 
bazarında qiyməti, ümumdünya iqtisadi dirçəlişindən, OPEK üzvlərinin neft 
hasilatmın azaldilması kvotasina riayət etməsinden, alternativ enerji menbələrinin 


68 
inkişafindan (məsələn, günəş enerjisini yığan cihazlar) və enerji qənaətindən 
(səmərəli avtomobillər və evlər) asılı olacaq. Likvidliyi bərpa etmək üçün görülən 
tədbirlərə əlavə olaraq, hökumət iflas riskindən uzaq böyük bankların aksiyalarını 
almaq yolu ilə kapital bazasım möhkemləndirir. Banklar isə zəifləmis aksiya 
bazasinı artırımaq üçün şəxsi hesablarinda kapitalı artırirlar. 
İqtisadi, işgüzar fəalliyətin genişlənməsi sahəsində nailiyyətlər əldə etmiş 
ölkələrin təcrübəsinə nəzər salsaq, görmək olar ki, həmin ölkələrdə maliyyə 
bazarlarının kompleks inkişafı məhz iqtisadiyyatın korporativ idarəetmə 
prinsiplərinə tam keçməsi yolu ilə mümkün olub. Söhbət şirkətin rəhbərliyi, 
müşahidə şurası, səhmdarlari və özgə bir sıra maraqlı tərəfləri arasında 
münasibətləri əhatə edən korporativ idarəetmədən gedir. Məlumat üçün bildirək ki, 
korporativ idarəetmə şirkətin məqsədlərini müəyyən edən, və bu məqsədlərə 
çatmaq və fəaliyyətə nəzarət etmək vasitələrini müəyyən edən struktur təklif edir. 
Qabaqcıl korporativ idarəetmə şirkətin və səhmdarların maraqlarına cavab verən 
məqsədlərin şura və rəhbərlik tərəfindən əldə edilməsi üçün lazımi stimul yaradır 
və səmərəli nəzarət sistemini təşkil edir. 
Korporativ idarəetmə yolu ilə yerli müəssisələrin biznes fəalliyyətinə 
başlamasına daha əlverişli şərait formalaşdırmaq onlara imkan yaradır ki, daha 
sürətlə böyüsünlər, daha keyfiyətli iş yerləri açsınlar və bütün bunlar daha yaxşı 
əmək qanunvericiliyi vasitəsilə tənzimlənsin. Yəni belə demək olarsa, korporativ 
islahatlar aşağıdan yuxarıya, əlverişli fürsətlər yaratmaq yolu ilə güclənməsinə 
daha yaxşı bir yol açan yanaşmanı nəzərdə tutur. Beynəlxalq Maliyyə 
Korporasiyası tərəfindən dəstəklənən bu islahatlar biznes mühitinin təkmilləşməsi 
aləti olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq iqtisadiyyata inteqrasiyasını 
gücləndirən məsələlərdəndir. Yeri gəlmişkən, qeyd edək ki, Beynəlxalq Maliyyə 
Korporasiyası 2005-ci ildən indiyədək 400-ə yaxın şirkət və banka korporativ 
idarəetmə ilə bağlı məsləhətlər verib. Bunun nəticəsində şirkətlər 17 milyon 
dollarlıq sərmayə əldə edə bilib. 
Ekspertlərin qənaətinə görə, son illər ərzində həyata keçirilən korporativ


69 
islahatların ən böyük faydası ölkə daxilində xırdalı-irili müəssisələrin geniş 
maneəsiz fəaliyyət göstərməsi üçün daha əlverişli mühitin yaradılmasıdır. Bu, yerli 
şirkətlər üçün daha çox imkanlar yaradır və təbii ki, bu da onların daha çox 
məşğulluq imkanları yaratmasına imkan verir. Faydanın digər bir tərəfi isə ondadır 
ki, ən çox korporativ islahatlar həyata keçirmiş müəssisə başqa müəssisələr üçün 
bir nümunəvi modelə çevrilir. Yəni bu müəssisənin təcrübəsini digər şirkətlər 
öyrənməyə çalışır. Üçüncü tərəfdən isə investorlar fəaliyyəti hesabatlıq və şəf-
faflığa söykənən müəssisələrə daha çox maraq göstərirlər.(42) 
Korporativ sistemlərlə idarəolunma şirkətlərin təkcə hökumət və ya tabe 
olduğu qurum qarşısında deyil, eyni zamanda müəssisə işçilərinin və səhmdarları 
qarşısında hesabatlı olmasına gətirib çıxarır. Başqa sözlə hər bir müəssisə özünün 
bütün maraqlı tərəfləri qarşısında hüquqi və mənəvi məsuliyyət daşıyır. Ən 
maraqlısı isə ondan ibarətdir ki, şirkətin strateji məqsədləri səhmdarların xeyrinə 
mənfəətin maksimum səviyyəsinə çatdırılması ilə məhdudlaşmır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvi Əli Məsimlinin sözlərinə 
görə, Azərbaycan maliyyə bazarında qabaqcıl korporativ idarəetmənin tətbiqi 
şirkətlərə bir sıra üstünlüklər gətirib: “Birinci növbədə ölkəmizin sərbəst kapital 
hərəkətinə təkan verib. Eyni zamanda investorlar dairəsinin genişlənməsinə səbəb 
olub. Əgər müstəqilliyin ilk illərində hətta iri müəssisələr belə fəaliyyətlərinin bu 
və digər sahələrinə kredit qoyuluşu həyata keçirmək üçün istənilən investorun 
təkliflərini nəzərə alırdısa, indi investorların arasında seçim etmək iqtidarına 
malikdir. Yəni öz istəklərinə uyğun şərtlər irəli sürən investorla anlaşılır. Bununla, 
da digər bir üstünlük kimi risklərin azaldılması mümkün olub”. O bildirdi ki, indi 
korporativ prinsiplərlə idarəolunan şirkətlərin həyata keçirdiyi əməliyyatların 
şəffaflığına 100 faiz təminat vermək olar: ”Bu sıradan olan üstünlükləri sadalasaq 
siyahıya məlumat dövriyyəsinin gücləndirilməsi, maraqların üzləşməsinin 
qarsısının alinması, investorların hüquqlarının qorunmasını da daxil etmək olar”. 
Digər iqtisadçı millət vəkili Vahid Əhmədov isə korporativ idarəetmədə yol 
verilən nöqsanların böhrana gətirib çıxaran yeganə səbəb olmasa da, mühüm 
olduğunu söylədi: ”Çünki ilk növbədə şirkət rəhbərləri riskləri başa düşüb, onları 


70 
idarə edə bilməmiş və menecmentə hədsiz mükafat verilməsinin qarşısını almır. 
Buna görə də yalnız təkmilləşdirilmiş korporativ idarəetmə təcrübələri bazara 
etibarı qaytarmağa və ölkə iqtisadiyyatını gələcək böhranlardan qorunmağa kömək 
edə bilər”. 
Millət vəkili korporativ idarəetmədə fundamental nöqsanların olmasının da 
mühüm dərəcədə hazırkı kredit böhranına səbəb ola bilməsini qeyd edir. “ Maliyyə 
institutları yerli qaydalara və məcəllələrə uyğun olsalar da, əsas məsələni bəzən 
unudurlar. Söhbət qabaqcıl korporativ idarəetmədə rəhbərliyin təşkilatı 
səhmdarların maraqlarına uyğun istiqamətləndirməsi və ona nəzarət etməsindən 
gedir. Effektiv nəzarətə mane olan hədsiz mürəkkəb maliyyə məhsullarından 
istifadə və qaytarılmasına az ümid olan kreditlərin verilməsi korporativ 
idarəetmənin yox səviyyəsində olmasının göstəricisidir”.(42) 
İqtisadçı millət vəkili Nazim Məmmədov Beynəlxalq Maliyyə 
Korporasiyasının, korporativ idaretmə layihəsi çərçivəsində bəzi bank və səhmdar 
cəmiyyətlərlə işini məqsədəuyğun hesab etsə də, Azərbaycan maliyyə bazarının 
təşəkül tapması üçün yetərli hesab etməmişdir: ”Bu layihəyə müvafiq olaraq 
Azərbaycanda fəaliyyət göstərən bankların və özəl müəssisələrin böhrandan 
qorunması üçün antiböhran proqramı çərçivəsində göstərilən dəstək şirkət və 
bankların fəaliyyətinin təkmilləşməsinə səbəb olub. Lakin əsas məsələ ondan 
ibarətdir ki, əksər banklar bu təcrübədən istifadə etmir. Elə banklar çox vaxt bir ne-
çə səhmdarın monopolist obyekti kimi fəaliyyət göstərir. Orada qərarlar əsas səhm 
payı olan səhmdarın maraqları ilə tənzimlənir”. 
Ekspertin fikrincə, Beynəlxalq Maliyyə Korporasiyası korporativ idaretmə 
institutunun ölkəmizdə yeni formalaşmaqda olan institut olmasını nəzərə alaraq 
bank sektorunda korporativ idarəetmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi 
istiqamətində məsələhətlər davam etdirilməlidir: “Bundan başqa şirkət daxilində 
nağd pulların hərəkətinin təkmilləşməsi ilə bağlı məsləhətlər verilməli, lazımi kö-
məkliklər göstərilməlidir. Bütün bunlar özəl sektorda fəaliyyət göstərən 
təşkilatların böhrandan tam itkisiz çıxmasına köməklik edər”. 
İqtisadi və sosial inkişaf mərkəzinin rəhbəri Vüqar Bayramov isə Beynəlxalq


71 
Maliyyə Korporasiyasının həm korporativ idarəetmə, həm də biznes mühitinin tək-
milləşdirilməsi və daha çox sərmayə cəlb edilməsi üçün dövlət orqanları ilə də sıx 
əməkdaşlığını xüsusi qeyd etmişdir. Ancaq o, Azərbaycan biznesinin 
problemlərindən biri kimi korporativ idarəetmə sisteminin hələ tam forma- 
laşmamasında gördü:: ”Bu gün Azərbaycanda kiçik səhmdarların hüquqlarının 
qorunması ilə əlaqədar heç bir qanunvericilik qaydaları yoxdur. Mərkəzi və Şərqi 
Avropa ölkələrində isə kiçik sahibkarların hüquqlarının qorunması ayrıca hüquqi 
aktlara söykənir. Həmin ölkələrdə səhmlərinin böyük əksəriyyətinə malik olan 
səhmdar heç də qərarları təkbaşına qəbul etmir. Bu idarəetmənin tam 
formalaşmaması müəssisənin hesabatlı və şəffaf olmasına da imkan vermir”. 
Beynəlxalq təcrübəyə əsaslanan ekspert Azərbaycanda da Korporativ 
idarəetmə məcəlləsinin hazırlanmasını zəruri hesab edir: ”Bu məcəllə ölkənin 
xüsusi hüquqi və biznes mühiti çərçivəsində şirkətlərin idarəetmə təcrübələrini 
təkmilləşdirmək və istiqamətləndirmək məqsədini daşıyan tövsiyəvi sənəd 
olmalıdır. Həmçinin Korporativ idarəetmə məcəlləsi hüquqi qüvvəyə malik olan və 
qanunve- riciliyin tərkib hissəsini təşkil edən məcəllələr ilə qarışdırılmamalıdır. 
Məcəllə korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri özündə ehtiva 
etməlidir”. 
Sonda qeyd edək ki, Azərbaycan son dövrlərdə Dünya Bankı tərəfindən 
islahatçı ölkə elan edilib. 7 sahədə aparılan islahatlar böyük nailiyyətlər əldə 
etməsinə səbəb olub. Bütün bunlar misli görünməmiş bir nailiyyət kimi xarakterizə 
edilir. Beynəlxalq ekspertlər hesab edirlər ki, korporativ idaretmə islahatları uğurla 
başa çatarsa Azərbaycanın maliyyə bazarında görünməmiş sıçrayış, baş verər ki, 
bununla da ölkəmiz yaxın illər ərzində başqa ölkələr üçün bir təcrübə nümunəsi ola 
bilər. 
Son zamanlarda Azərbaycan Respublikasinda bank sisteminde ugurlu 
islahatlar ölkə İqtisadiyyatının inkişafında mühüm rol oynamışdır. 
Belə ki, bank texnologiya və məhsullarinın genislənməsi, bank sisteminin 
innovasiya təşəbbüsləri xeyli çoxalmışdır. Azərbaycanın bank sistemi keçən illər 
ərzində beynəlxalq bank təcrübəsində tətbiq edilən məhsul və texnologiyaların 


72 
mənimsənilməsində mühüm irəliləyişə nail olmuşdur. Hal-hazırda banklarin həm 
bazara təklif etdikleri xidmət və məhsullari, həm də əməliyyat - idarəetmə 
sistemleri yeni və mütərəqi texnologiyalara əsaslanir. Bazar seqmentinin 
genişləndirilməsi strategiyası isə, bankları məhsul çeşidini genişləndirməyə və 
nou-hau və elmi-tətbiqi innovasiyaları daha aktiv şəkildə tətbiq etmeyə sövq 
edir.(42) 
Təşkilati təkmilləşmə, idarəetmə texnologiyalarının inkişafı sahəsində böyük 
işlər görülmüşdür. Beynəlxalq maliyyə bazarlarında daha aktiv iştirak istəyi 
bankları qabaqcıl korporativ idarəetmə standartlarının tətbiq edilməsinə təşviq 
etmisdir. 
Hazirda öncül bank qurumlarinda bu bölmədə əhəmiyyətli nəticelərə də nail 
olunmuşdur. Qeyd edək ki, bank sistemində korporativ idarəetmə standartlarının 
tətbiqi əlahiddə də bank qanunvericiliyi vasitəsilə, həm də ki, banklarin 
institusional inkişafı istiqamətində həyata keçirilmiş iri layihələrlə də 
dəstəklənmişdir. Bu isə mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi sahəsində 
banklar üçün korporativ sektorla müqayisədə daha qabaqcıl şərtləri təmin etmisdir. 
Qeyd etməyimiz yerinə düşər ki, banklara güvənin bərpa edilməsi üçün 
mütərəqqi idarəetmə, risklərin tənzimlənməsi və daxili nəzarət sistemləri ilə 
yanaşı, dolğun maliyyə hesabatlığı sisteminin mövcud olması da mühüm 
əhəmiyyət daşıyır. Bu bölmədə də mühüm nəticələr əldə olunmuşdur. Bank sistemi 
hər bir ölkədə Beynəlxalq Maliyyə Hesabatlıgı Standartlarina keçmiş mövcud 
yeganə İqtisadi sektordur. Bu standartlar investorların, kreditorların, əhalinin və 
bütün maraqlı tərəflərin banklar haqqında şəffaf maliyyə məlumatı əldə etmək 
imkanını artırmaqla, onların risklərinin əlverişli tənzimlənməsinə şərait yaradır. Bu 
isə öz növbəsində nəinki banklara güvəni bərpa edir, həmçinin bütövlükdə İqtisadi 
sistemdə risklərin endirilməsinə zəmin yaradır. 
Turan Bankda beynəlxalq korporativ idarəetmə standartlarının qabaqcıl 
təcrübəsinin tətbiq edilməsi səyinin nəticəsi kimi 5 iyun 2009-cu il tarixində 
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Korporativ İdarəetmə 
Layihəsinin 2-ci fazasına qoşulması olmuşdur. Layihə çərçivəsində BMK-nın 


73 
ekspertleri tərəfindən TuranBankın menecmenti və struktur bölmələri ilə 
müsahibələr aparılmış, korporativ idarəetmənin qabaqcıl təcrübəsinin bankda 
tətbiq edilməsi həyata keçirilmişdir. Qeyd edək ki, 2 illik layihə çərçivəsində 
Bankın müxtəlif sahələrində aşağıdakı tədbirlər həyata keçirilmişdir: (40) 

Korporativ İdarəetmə Məcəlləsinin hazirlanması 

Korporativ Katib vəzifəsinin yaradılması 

Maraqların Toqquşması və Aidiyyatı üzrə Şəxslərlə Əqdlərə dair 
Siyasətin işlənib hazırlanması 

Risklərin İdarəedilməsinə dair tədbirlərin həyata keçirilməsi 

Məlumatların açıqlanmasına dair Siyasətin hazirlanması və bu bölmə 
üzrə təcrübələrin təkmilləsdirilməsi 

Fəaliyyətin davamlı olmasına dair Siyasətin hazırlanması 

Dividend Siyasətinin işlənmməsi 
Bundan başqa, Bankın tədbirlər planında Səhmdarların Ümumi Yığıncagının 
Əsasnaməsinə düzəlişlər olunmuş, Səhmdarların Ümumi Yığıncagının 
və Müşahidə Şurasının fəaliyyətinin öncül təcrübələrə yaxınlasdırılması üçün 
tədbirlər həyata keçirilmiş, İdarə Heyətinin və Daxili Komitələrin fəaliyyətinin 
öncül təcrübələrə çatdırmaq üçün tövsiyyələr verilmiş və s. bir sıra tədbirlər icra 
olunmuşdur. 
Azərbaycan Mikromaliyyə Assosiyasiyası (AMA) Azərbaycanda Korporativ 
İdarəetmə standartlarinın səmərəli tətbiqini dəyərləndirmək məqsədilə, üzv olan 
təşkilatlar arasında "Effektiv Korporativ İdarəetmə" nominasiyası üzrə mükafat 
programı elan etmisdir. Qeyd edilən layihənin nəticəsi olaraq TuranBank, AMA-
nın 29 yanvar 2013-cü il tarixində aparılan VI İllik Təltif Şam Ziyafətində 
"Effektiv Korporativ idarəetmə" nominasiyası üzrə mükafatla təltif olunmuşdur. 


74 
NƏTİCƏ 
Beləliklə, idarəetmə üçün müəssisənin miqyası vacib rol oynayır. 
Korporativ idareetməni xarakterizə edən əsas amil idarəetmənin tətbiq edilən 
metodları vasitəsilə müəyyən olunan idarəetmə metodologiyasıdır. Korporativ 
idarəetməni xarakterizə edən əsas göstərici korporativ səhmdar mülkiyyətinin, bu 
mülkiyyət tərəfindən idarəetmənin tətbiq olunan üsul və alətlərinin mövcud 
olmasıdır.
Dünyada son illərdə çox böyük sürət qazanan qloballaşma və rəqabət 
şərtləri, xüsusi sektorun get-gedə artan rolu və bunlarla yanaşı 90-cı illərdə baş 
verən maliyyə böhranları və şirkət skandalları, korporativ idarəetmə anlayışının 
yaranmasında və inkişafında əhəmiyyətli ünsürlər olmuşdur. Digər bir tərəfdən, bu 
anlayışın inkişafı zamanı müxtəlif ölkələrdə, xüsusilə onların sahib olduğu qanuni 
sistemdən qaynaqlanan tətbiq fərqlilikləri da ortaya çıxmışdır. Müxtəlif beynəlxalq 
və milli təşkilatlar tərəfindən, korporativ idarəetmə mövzusunda nümayiş olunan 
prinsiplər də, korporativ idarəetmə təcrübələrinin geniş kütlələr mənimsənməsi və 
məşhur tətbiq sahəsi tapmasında olduqca təsirli olmuşur. Xüsusilə, xalqa açıq 
anonim şirkətlərin fəaliyyətlərinin, əsas səhmdarlarının yanında digər maraqlı 
tərəflərin da əlaqəsi istiqamətində idarə olunması ilə əlaqədar tənzimləmə və 
təkliflər ehtiva edən bu prinsiplər, müxtəlif ölkələrin də mövcud kommersiya 
qanunlarını bu qanunlar çərçivəsində təkrar nəzərdən keçirmələrini bir mənada 
zəruri etmişdir. Bütün bu izah edilən fəaliyyətlərinin yanında, korperativ idarəetmə 
prinsiplərinin nə dərəcədə və nə şəkildə tətbiq olunduğunun ölçülməsi mövzusu da, 
xüsusilə elmi araşdırmalara mövzu olmuşdur. 
Korporativ idarəetmə, rəhbərlik sistemində iştirak edən aktyorlar arasındakı 
əlaqələrdən təsirlənir. Nəzarət hissələrini əlində saxlayan səhmdarların şirkətə 
davranışını diqqətə çarpan bir şəkildə təsir edir, bunlar şəxslər, ailə birlikləri, 
ittifaq blokları ya da əksəriyyət hissələrini əlində saxlayan bir holdinq şirkəti 
vasitəsilə və ya çarpaz şərik olaraq hərəkət edən digər şirkətlər ola bilər. Bəzi 
bazarlarda, təşkilati investorlar, pay sahibi olaraq, şirkət rəhbərliyində get-gedə 
daha çox söz sahibi olmağı tələb etdikləri fərdi səhmdarlarla, ümumiyyətlə 


75 
rəhbərlik haqqlarını istifadə istəkli görünməməklə birlikdə, əksəriyyət hissələrini 
əlində saxlayan hissədarlardan və rəhbərlikdən ədalətli rəftar görmək istəyirlər. 
Bəzi rəhbərlik sistemlərində kreditorlar əhəmiyyətli bir rola sahib olub, şirkət 
performansı üzərində kənardan müşahidəçi kimi hərəkət etmə potensialına 
sahibdirlər. 
Korporativ idarəetmə anlayışı keçmişdə, OECD prinsiplərinin giriş 
hissəsində qeyd edildiyi kimi daşınan qiymətlər birjalarında əməliyyat aparan 
şirkətlərə yönəldilməsinə qarşı xüsusilə böhrandan sonra bütün şirkətləri, dövlət 
qurumlarını hətta dövlətləri də içinə alaraq genişlənmişdir. Kapitalın sürətli gəzdiyi 
və gəzməyə davam edəcəyi qloballaşma dövründə yeni böhranların baş vermə 
ehtimalı yüksəkdir. Bazarlara yeridilən pul istehsal sahələrinə deyil, yeni kapital 
bazarlarına yönəlmişdir. Səhmlərin qiymətləri inkişaf etmiş ölkələrdə rekordlar 
qırmağa davam edir. Sektoru canlandırmaq üçün ABŞ-da mortgage krediti almaq 
istəyənlər üçün lazım olan minimum kredit notları aşağı salınır. Qısaca, 2008-ci 
ildə partlayan şar şişməyə davam edir. Tədbirlərin, monitorinqlərin çox sıx olduğu, 
bir az boşaltmaq lazım olduğu böhranın üzərindən 10 ildən çox keçsə də yüksək 
səslə danışılmağa başlamışdır. 
Nəzarətdə olan bir sahənin, adamın, qurumun hesabat da verməyəcəyi, eyni 
zamanda şəffaf da olmayacağı son dərəcə açıqdır. Bu halda ədalətli olmaqdan da, 
öhdəliklərin yerinə yetirilməsindən də bəhs etmək mümkün deyil. Nəzəri 
baxımdan baxıldığında, "nəzarətdən yayınma" korporativ idarəetmənin dörd 
prinsipinin də tapdanmasına səbəb olur. Böhranların yalnız nəzarətlərlə qarşısının 
alınmayacağı açıqdır, ancaq nəzarətsiz bazarların da bizləri partlayışı labüd "şar" 
larla, "zəhərli varlıqlar" la qarşı qarşıya qoyduğu da unudulmamalıdır. 
Şirkətlərə kredit verən banklar müştərilərinin təşkilati və iş əxlaqına sahib 
olmalarını arzu edərkən, özləri etikadan kənar cinayətlərə imza atır. Qlobal böhran 
dövründə istər ABŞ-da, istərsə də Avropa Birliyində libor və valyuta məzənnəsi 
bağlı manipulyasiyalar üçün tələffüz edilən cərimələrin miqdarının 40 milyard 
dolları keçdiyini bildirilir. Qlobal (Birja Mütəxəssisləri Dərnəyi Mətbuat Bülleteni, 
2014) maliyyə böhranın və bu böhranları ortaya çıxan aparıcı böhranların ölçüləri


76 
düşündükdə, bu cəzaların buzdağı yalnız görünən üzü olduğunu söyləmək səhv
olmaz.
Yuxarıda qeyd edildiyi kimi yaşanan böhran nə ilkdir, nə də son olacaq. 
Ancaq edilə biləcək olan bu cür böhranların depressiyaya çevrilməsinin qarşısının 
alınmasıdır. Bu isə həm şirkət, həm də dövlət bazasında risklərin fərqində olmaq, 
riski erkən müəyyən edərək düzgün qiymətləndirmək və riski düzgün idarə etmək 
ilə olur. Böhrandan çıxarılması lazım olan ən mühüm korporativ idarəetmə 
dərslərindən biri budur. 


77 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin