III Fəsil. Korperativ maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi
istiqamətləri
3.1. Korperativ maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi yolları
Korporativ İdarəetmənin təkmilləşdirilməsi qurumun verdiyi məhsul
səviyyəsində birbaşa bir artım təmin edir. Korporativ İdarəetmə adətən menecment
bir fakt kimi qarşılansa da, əslində qurumun bütün orqanlarını maraqlandıran bir
prinsiplər toplusudur. Korporativ İdarəetməni təkmilləşdirərək etibar qazanan
qurumlar, sosial və iqtisadi sahədə də bir çox üstünlüyü əldə etmiş olurlar.
Korporativ maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsində maliyyə
risklərinin idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər hansı bir təşkilatın
maliyyə fəaliyyətinin nəticələrinə təsiri müxtəlif növ risklərlə bağlıdır. Təşkilatın
maliyyə fəaliyyəti ilə bağlı olan risklər maliyyə riskləri adlanan xüsusi bir hissəyə
bölünür. Maliyyə riskləri təşkilatın ümumi portfelində çox mühüm rol oynayır.
Başqa tərəfdən maliyyə risklərinin insanlardan asılı olan subyektiv tərəfləri də
vardır. Doğurdan də, məhz sahibkar mümkün xərcləri müəyyənləşdirir, riskli
vəziyyəti qiymətləndirir və bir neçə alternativ arasından öz seçimini edir.
Bunlardan başqa, riski qəbul etmək hər bir konkret sahibkarın məntiqindən,
psixoloji
xüsusiyyətlərin-dən,
xarakterindən,
öz
fəaliyyət
sahəsindəki
təcrübəsindən və bilik səviyyəsindən asılıdır. Sahibkarlıq fəaliyyətinin məqsədi
rəqabət mübarizəsi vəziyyətində minimum xərcləməklə maksimum gəlir əldə
etməkdən ibarətdir. Bu məqsədin həyata keçməsi üçün sahibkarlıq fəaliyyətinə
investisiya edilmiş kapitalı bu fəaliyyətin maliyyə nəticələri ilə müqayisə etmək
lazımdır. (18, 43)
Bununla yanaşı, istənilən tip sahibkarliq fəaliyətində konkret şəkildə biznes
sferasının özəlliklərindən asılı olaraq obyektiv səbəblərdən itirmək təhlükəsi
vardır. Risk - nəzərdə tutulan gəlirin, mənfəətin daxil olmaması, zərərin, ziyanın
baş verməsi ehtimalıdır.
Maliyyə riskləri bir tərəfdən hazırkı fəaliyyət sahəsində resursların istifadəsi
nəticəsində vəsaitlərin mümkün itirilməsi və ya gözlənilən mənfəətin əldə
olunmaması təhlükəsidir, digər tərəfdən - risklə bağlı əldə olunan əlavə mənfəətdir.
Ümumiyyətlə isə maliyyə risklərini fəaliyyət nəticəsində bir tərəfdən zərərə, digər
tərəfdənsə mənfəətə gətirib çıxaran spekulyativ risklərə aid etmək olar.
60
Nəticəsindən asılı olmaqla riskləri iki böyük qrupa bölmə bilərik:
1. Xalis. 2. Dəyişkən.
Xalis risklər mənfi və ya heç nəticə əldə etməmək deməkdir. Belə risklərə
aiddir: təbii, ekoloji, siyasi, nəqliyyat və kommersiya risklərinin bir hissəsi (əmlak,
istehsal, ticarət).
Dəyişkən risklərlə isə həm mənfi, həm də müsbət nəticə əldə etmək
mümkündür. Bu cür risklərə kommersiya risklərinin bir hissəsi olan maliyyə
riskləri aid edilir.
Müəyyən səviyyədə risk hadisəsinin yaranmasını proqnozlasdirmaq üçün
fərqli metodlardan istifadə olunmaqla və riskin dərəcəsinin aşagı salınmasi üçün
tədbirlər həyata keçirməklə riski idarə etmək mümkündür. Təşkilatın risklə effektiv
mübarizəsi adətən riskin təsnifatı ilə müəyyən edilir.
Riskin təsnifatinda müəyyən edilmiş məqsədə çatmaqdan ötəri onun ауп-ауп
qruplara və ayrı-ауrı əlamətlər üzrə bölünməsini anlamaq lazımdır. Riskin
təsnifatının elmi əsaslandırılması ümumi sistemdə ayrılıqda bütün risklərin yerini
dəqiq müəyyənləşdirməyə imkan yaradır. O, riskin idare edilməsində lazım olan
metod və üsullardan effektiv istifadə etməyə imkan verir. Hər bir riskin özünün
müvafiq idarə olunma üsulu vardır.
Risk - ümumiyyətlə, bir maliyyə kateqoriyasidır. Buna görə də riskin ölçüsü
və dərəcəsinə maliyye mexanizmləri vasitəsilə təsir etmək olar. Belə təsir zamanı
maliyyə menecmenti və xüsusi strategiyadan istifadə olunur. Strategiya və
üsulların məcmusu risklərin idarə olunmasının xüsusi mexanizmini təşkil edir, yəni
risk-menecment: Beləliklə, risk-menecment özündə maliyyə menecmentinin bir
hissəsini ehtiva edir.
Risk-menecment bir sistem forması kimi iki yanmsistemdən ibarətdir: idarə
olunan yanmsistem (idarəetmənin obyekti) və idarə edən yanmsistem
(idarəetmenin subyekti). Bunu sxematik şəkildə aşagıdakı kimi təsəvvür etmək
mümkündür.
Risk-menecmentdə riskin reallaşdınlması prosesində idarəetmə obyekti risk,
kapitalın riskli qoyuluşu və sahibkarlıq subyektləri arasında olan iqtisadi əlaqə
61
hesab olunur. Belə iqtisadi əlaqələrə sığorta edənlə sığorta olunan, borc alanla
kreditor, sahibkarlar arasında olan əlaqələr və s. aiddir.(17, 65)
Risk-menecmentin fəaliyyətinde info təminatı informasiyanın müxtəlif hal
və növlərindən ibarətdir: statistik, maliyyə, iqtisadi, kommersiya və s.
Bu cür informasiyalar baş vere biləcək hər hansi sığorta hadisesi, məhsula
olan tələbin və onun həcmi, maliyye davamlılığı və partnyorların, müştərilərin,
rəqiblərin ödəmə qabiliyyəti, qiymətlər, məzənnə və tariflər, həmçinin sığorta
şərtləri, faizlər və dividendlər və s. barədə xəbər verir.
İdarəetmə sistemi kimi risk-menecment özündə risklərin və riskli kapital
qoyuluşunun məqsədini, baş verməsi mümkün olan hadisənin ehtimalınin müəyyən
edilməsi, riskın dərəcəsinin və səviyyəsinin aydınlaşdınlmasını, ətraf mühitin
təhlilini, riskin idarə olunması strategiyasının seçilməsini, riskin və onun
azaldılması strategiyası üçün lazım olanların seçilməsini, risklərin məqsədli şəkildə
idarə edilməsini birləsdirir. Qeyd olunan proseslər yekununda risk-menecmentin
təskilinin mərhələleridir.
Risk-menecmentin təskilinin ilk mərhəlesi riskin və riskli kapital
yatırımlarının məqsədnin müəyyənləsirilməsıdir. Riskin məqsedi - eldə edilmesi
tələb olunan nəticədir. Bu, qalibiyyət, mənfəət, gəlir və s. ola bilər. Riskli kapital
qoyuluşunun məqsədi - maksimum gəlirin əldə edilməsidir.
Risklə bağlı olan istənilən fəaliyyət həmişə məqsədyönlüdür, belə ki risklə
bağlı olan fəaliyyətin məqsədinin olmaması həlli mənasız edir. Riskin və riskli
kapital qoyuluşunun məqsədi risk və kapitalla dəqiq, konkretləşdirilmiş və
qarşılaşdınla bilen olmalidır.
Risk-menecmentin təskilində ikinci mühüm amil ətraf mühit haqqmda
məlumatın olmasıdır hansı ki, hər hansı qərarın qəbul edilməsi üçün vacibdir. Belə
məlumatın təhlili və riskin məqsədinin hesablanması əsasında hadisənin baş
verməsi ehtimalını, həmçinin riskin ölçü və səviyyəsini doğru müəyyən etmək
mümkündür. Riskin idarə olunması insanların əmlakını, maliyyə vəsaitlərini
təhlükə altında qoyan riskin səviyyəsinin dəqiq başa düsülməsi demekdir.
62
Risk-menecmentin təşkilinin əvəzolunmaz mərhələsi verilmiş fəaliyyət
proqramının yerinə yetirilməsi üçün təşkil olunan tədbirlər, belə ki, bu cür
tədbirlərin aparılmasi üçün lazım olan maliyyə vesaitinin məcmusunun və
mənbəyinin, konkret icraçiların, icra müdetinin və s. müəyyən olunmasidır.
Riskin idarə olunmasının 4 metodu vardır:
Dostları ilə paylaş: |