Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhə miyyətli həcm də dövriyyədən yığılması, ya xud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edil məsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.
Qapalı devalvasiya – dövlətin məqsədli müdaxiləsindən kənar öl kə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir.
Bunlarla yanaşı, rəqabət devalvasiyasına da rast gəlinir. Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu zaman xarici valyutaya nisbətdə milli valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.
16. Valyuta məhdudiyyətləri.Valyuta blokları Valyuta məhdudiyyətləri
Valyuta məhdudiyyətləri valyuta dəyərləri ilə bağlı əməliyyatlarda qadağalar, limitləşmə, nizama salma, ləngimə və ya onların sərəncamları şəklində istifadə olunur. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin əsas məqsədləri kimi aşağıdakıları göstərmək olar:
Valyuta nəzarətinin əsas tələbi valyuta qanunvericiliyinə riayət olunmasıdır. Bu qanunvericilik, bir qayda olaraq, kapitalın hərəkəti ilə əlaqədar olan (ödəniş balansının strukturu üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetirilməsinə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin formaları uyğun olaraq bu əlamətə görə cari (mal sövdələşmələri və «görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı və neytral sövdələşmələr) formalarına bölünürlər.
Valyuta blokları. Dünya valyuta sistemi valyuta bloklarına ayrıldı. Müəyyən şərtilik dərəcəsi ilə valyuta bloklarının aşağıdakı xarakterik cəhətlərini ayırmaq olar: – asılı valyutaların məzənnəsi qrupa başçılıq edən ölkərin valyutasına bağlanır; – bloka daxil olan ölkələrin beynəlxalq hesablaşmaları hegemon ölkərin valyutasında həyata keçirilir; – blok üzvlərinin valyuta ehtiyatları hegemon ölkədə saxlanılır; – asılı valyutaların təminatçısı rolunda hegemon ölkənin xəzinədarlıq vekselləri və dövlət istiqrazları çıxış edir. Valyuta blokları kimi, sterlinq, dollar və qızıl bloklarını fərqləndirirlər. Sterlinq bloku Böyük Britaniyada qızıl standartının (1931-ci il), dollar bloku isə ABŞ-da həmin standartın (1933-cü il) ləğvindən sonra yaranmışdır. Sterlinq blokuna aşağıdaki dövlətlər daxil idi: keçmişdə İngiltərənin müstəmləkələri olan bir-sıra dövlətlər, həmçınin Misir, İraq, Portuqaliya, Danimarka, Norveç, İsveç, Finlandiya, Yunanistan, İran, Yaponiya. Dollar blokuna Kanada, Mərkəzi və cənubi Amerikanın bir-sıra ölkələri daxil idi. 1933-cü ilin iyununda qızıl bloku yarandı. Bura Fransa, Belçika, Niderland, İsveçrə, İtaliya, Cexoslavakiya və Polşa daxil idi. Blok 1935-ci ildə parçalandı və Fransa qızıl standartını ləğv etdikdən sonra (1936-ci il sentyabr) öz fəaliyyətini başa vurdu. İkinci dünya müharibəsi ərəfəsində valyutaların devalvasiyası . 1937-ci ildə dünya valyuta sistemi yeni iqtisadi böhranın təsirinə məruz qaldı. Həmin ilin sentyabrının 25-dən ABŞ, Böyük Britaniya və Fransa arasında üç tərəfli məs-ləhətləşmələr aparılırdı. Bir çox ökələrdə valyutalar qiymətdən düşürdü. 1936-1938-ci illərdə frank üç dəfə devalvasiya olundu. ABŞ dolları, funt-sterlinq və isveç frankının qızıl məzmunu xeyli aşağı düşdü. İkinci dünya müharibəsi ərəfəsində demək olar ki, dayanıqlı valyuta qalmamışdır. ABŞ və Avropa ölkələri ikinci dünya müharibəsinə qeyri-sabit valyuta sistemi ilə başladılar. 2. 2. Genuya valyuta sistemindən Bretton -Vuds valyuta sisteminə keçid. Üçüncü dünya valyuta sistemi 1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində valyuta-maliyyə konfransında rəsmiləşdirilmişdi. Formasına görə Bretton-Vuds pul sistemi özünəməxsus dövlətlər arası qızıl-deviz standartı kimi fəaliyyət göstərirdi. Bu sistemin əsas xarakterik cəhətləri aşağıdakılardır: – qızıl dünya pulu funksiyasını yerinə yetirirdi. O ölkələr arasında hesablaşmaların vasitəsi və ictimai sərvətin ümumi təcəssümü kimi çıxış edirdi; – beynəlxalq ödəniş dövriyyəsində qızıldan başqa ABŞ-ın və Böyük Britaniyanın milli pul vahidləri də istifadə olunurdu. Bununla belə ABŞ dollarının və ingilis funt-sterlinqinin fəaliyyət dairəsi xeyli dərəcədə məhdud idi; – 1934-cü ildən başlayaraq mərkəzi banklar və ökələrin hökumet idarələri tərəfındən təqdim olunan ABŞ dolları ABŞ xəzinəsində rəsmi şəkildə müəyyənləşdirilmiş nisbətlə qızılla dəyişdirilirdi. Bunun nəticəsində azad bazarda qızılın qiyməti ABŞ-ın qoyduğu rəsmi qiymət əsasında formalaşırdı. Demək olar ki, 1968-ci ilə qədər kənarlaşma baş verməmişdir. – milli pul vahidləri mərkəzi banklar vasitəsilə dollara dəyişdirilirdi. Ölkələr arasında milli pul vahidlərinin mübadiləsi isə Beynəlxalq Valyuta Fondunun təyin etdiyi möhkəm nisbətlər əsasında həyata keçirilirdi. Bütün dönərli milli pul vahidləri dolların vasitəçiliyi ilə qızılla çevrilə bilirdi. Bu isə ölkəlerarası çoxtərəfli hesablaşmaları mümkün edirdi. 1971-1973-cü illərdə bütün pul vahidlərinin qiymətliliyi etalonu olmaq etibarilə ABŞ dolları iflasa uğradı. Bunun aşağıdaki səbəbləri var idi: – xarici bazarda ABŞ-ın mövqeyinin zəifləməsi; – qızıl ehtiyatının azalması; – inflyasiyanın güclənməsi; – tədiyə balanslaının qeyri-stabilliyi. Nəticədə ABŞ dolları dünyanın yeganə ehtiyat valyutası rolunu oynamaq iqtidarını itirdi. Ehtiyat valyuta rolunu Almaniya Federativ Respublikasının markası, yapon ieni, SDR və eküdə oynamağa başladı. 1971-ci ilin avqustun l-dən etibarən dolların qızıla dəyişdirilməsi prosesi dayandırıldı. Nəhayət, qızılın rəsmi dollar qiyməti ləğv edildi. 70-ci illərin ortalarından başlayaraq, bir sıra ölkələrin mərkəzi bankları tərəfindən kollektiv valyuta müdaxiləsi həyata keçirilirdi. 1974-cü ilin may ayında ABŞ, AFR, İsveçrə (sonradan Fransa da bu sazişə qoşuldu) tərəfindən kollektiv valyuta müdaxiləsi haqqında Bazel sazişi imzalandı. Rambuye müşavirəsində (1975-ci il) altı ölkə başçısı birgə valyuta siyasəti üzrə razılığa gəldilər. 1975-ci ilin dekabrından isə «on ölkə qrupu» «svon» razılaşması əsasında birgə valyuta müdaxiləsini tətbiq etdilər. Bretton-Vuds valyuta sistemi dövründə təsbit olunmuş valyuta məzənnələrini dəstəkləmək üçün mütəmada olaraq valyuta müdaxiləsi tətbiq edilirdi. Üzən valyuta məzənnəsi sisteminə keçilməsi ilə valyuta müdaxiləsi kəskin məzənnə dəyişməlerinin qarşısının alınmasına yönəldilirdi. Bretton-Vuds valyuta sisteminin böhranı aşağıdaki formalarda özünü büruzə verirdi: – qeyri-stabil valyutadan qızıla keçmək və müntəzəm olaraq onun qiymətini artırmaq; – valyuta məzənnələrinin gözlənilən dəyişməsinə nəzərən qiymətli kağızların dəyərdən düşməsi; – kütləvi şəkildə valyutaların devalvasiyası və revalvasiyası (rəsmi və qeyri-rəsmi); – mərkəzi bankların fəal valyuta müdaxiləsi; – rəsmi qızıl-valyuta ehtiyatlarında kəskin tərəddüdlər; – xarici kreditlərdən istifadə; – Bretton-Vuds valyuta sisteminin struktur prinsiplərinin pozulması; – milli və dövlətlərarası valyuta tənzimlənməsinin fəallaşdırılması. Valyuta böhranı ayrı-ayrı ölkələrdə müxtəlif vaxtlarda və fərqli şəkildə özünü göstərirdi. Bretton-Vuds valyuta sistemi böhranını şərti olaraq bir-neçə mərhələyə bölmək olar: funt-sterlinqin devalvasiyası, ikili qızıl bazarlarının yaranması, fransız frankının devalvasiyası, alman markasının revalvasiyası və ABŞ dollarrının devalvasiyası. Funt-sterlinqin devolvasiyası ölkənin valyuta-iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq 18 noyabr 1967-ci ildə həyata keçirilmişdir. Funt-sterlinqin qızıl məzmunu 14,3 % aşağı salınmışdır. Böyük Britaniyanin ardınca onun ticarətdəki 25 tərəf müqabili müxtəlif nisbətlərdə öz valyutasını devalvasiya etmişdir. «Qızıl həyacanı və «İkili qızıl bazarının» yaranmasının əsas səbəbi dolların qızıla satılması ilə əlaqədar olmuşdur.