14. Beynəlxalq valyuta sisteminin məzmunu Beynəlxalq valyuta sistemi — dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasındla qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir.
Valyuta (italyanca- «Valuta», «qiymət», «dəyər») mənasını daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır və qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-da dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien və s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur və onun bir hissəsini valyuta resursları təşkil edir və beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir.
Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır.
tam çevrilən (sərbəst çevrilmə qabiliyyəti olan);
qismən çevrilən;
çevrilməyən (çevrilmə qabiliyyəti olmayan).
Dünyada elə ölkələr vardır ki, onların valyutaları tam çevrilmə qabiliyyətinə malikdir. Belə valyutaları sərbəst olaraq istənilən ölkənin valyutasına dəyişdirmək olar. Bu proses valyutanın konvertləşdiridlməsi adlanır.Müasir şəraitdə Beynəlxalq valyuta fondunun üzvü olan 180 ölkədən 60- nın valyutası tam çevrilə bilən valyutadır. Onlara: ABŞ dollarını, Avropa Birliyi ölkələrinin evrosunu, Ingiltərənin funt-sterlinqini, Almaniya markasını göstərmək olar.
Qismən çevrilən valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları çevrilmə qabiliyyəti olmayan valyutalar hesab olunur.
Dünya valyuta sistemi birdən-birə meydana gəlməmişdir. Belə ki, dünya təsərrüfat sisteminin təkamül yolu ilə formalaşması beynəlxalq valyuta sisteminin yaranmasına səbəb olmuşdur.
Dünya valyuta sistemi dünya bazarının inkişafı nəticəsində öz misiyasını genişləndirmiş və dövlətlərarası razılaşma əsasında tənzimlənir.