Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə18/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
bim imt sual cavab (1) yeni

23.Fond bazarları və fond birjaları
Fond birjası anlayışı və onun fəaliyyəti. Fond birjası səhmlərin, istiqrazların və başqa qiymətli kağızların (fondların) sərbəst bazarıdır.Fond bazarında qiymətli kağızların sahibləri birja üzvlərinin (vasitəçi rolu oynayan) yardımı ilə alqı-satqı əqdlərini həyata keçirirlər.
Birjaların adətən səhmdar formasında təşkil olunması,sahibkarlıq fəaliyyətinin bu növünün tarixən təşəkkül tapmış ənənələri , qiymətli kağızlar üzərində mülkiyyət hüququnun hissələrə bölünmə dərəcəsi, səhm və istiqrazların pul vəsatlərinin yerləşdirilməsi obyekti qismində əhəmiyyəti ilə izah olunur. Birjanın üzvləri (mülkiyyətçisi,sahibi və s.) qiymətli kağızlarla fərdi qaydada ticarət edənlər, habelə banklar, digər kredit idarələri ola bilər.
Fond birjalarının fəaliyyəti ölkənin qanunları və başqa normativ aktlarla tənzimlənir. Buna müvafiq olaraq,birjanın idarə heyəti şirkətlərin (qiymətli kağızları birjaya buraxılan) onun fəaliyyətində iştirak etmək imkanını tənzimləyən qaydaları müəyyənləşdirir. Birja qiymətli kağızların satış həcmi, əldə olunan mənfəətin məbləği , səhmlərin bazar dəyəri və s. dair meyar – tələblərə cavab verməlidir.
Fond birjaları maliyyə resurslarının sahələr arasında yenidənbölgüsünün iyerarxiya əsasında qurulmuş yöndəmsiz, xərc tələb edən və səmərəsiz şaquli sisteminin əvəz olunması üçündür. Birja maliyyə bazarının əsas tənzimləyicilərindən biri kimi çıxış edir. Birjanın əsas rolu maliyyə və ssuda kapitallarının hərəkətinə xidmət göstərməkdir : bir tərəfdən , bu kapitalları toplamaq və cəmləşdirmək ,digər tərəfədn isə dövlətləri və müxtəlif təsərrüfat strukturlarını kreditləşdirmək və maliyyələşdirmək. Ölkə iqtisadiyyatında fond birjasının oynadığı rol, ilk növbədə, kapitalist bazarı əsasında yaranan ticari – iqtisadi və maliyyə münasibətlərinin “kamilliyindən” , ümuilikdə qiymətli kağızlar bazarının inkişaf dərəcəsindən asılıdır.
Fond birjalarının funksiyaları . Fond birjalarının əsas funksiyalarına bunlar aiddir :
*qiymətli kağızların satışı yolu ilə sərbəst pul kapitallarının və yığımların səfərbər olunması və cəmləşdirilməsi ;
*dövləti və başqa təsərrüfat təşkilatlarını onların qiymətli kağızlarını almaq vasitəsilə kreditləşdirmək və maliyyələşdirmək ;
*qiymətli kağızlara qoyulan vəsaitlərin likvidliyinin yüksək səviyyəsini təmin etmək.
Fond birjası qiymətli kağızlara olan tələb və onların təklifini cəmləşdirməyə,birja qiymətqoyması əsasında tarazlığını təmin etməyə imkan verir, səhmdar kapitalından istifadə olunmasının real səviyyəsini əks etdirir.
Birja hərracı .Birja əqdinin birinci mərhələsi sifarişdir. Ərizə müvafiq tərzdə rəsmiləşdirildikdən (doldurulduqdan) sonra birja ticarəti sisteminə daxil edilir. Birjanın tipindən (açıq,qapalı) habelə ticarəti aparılan aktivin bazarından , ilk növbədə isə onun likvidliyindən asılı olaraq, birja hərracının yaxud müzaidəsinin aparılmasının müxtəlif formaları mövcuddur.Tələbin yaxud təklifin həcmi kiçik olduqda,ticarət sadə hərrac şəklində aparılır. Sadə hərracın 3 növü vardır : ingilis, holland, qiyabi.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin