Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Birjaların mahiyyəti və onların yaranması



Yüklə 109,82 Kb.
səhifə17/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
bim imt sual cavab (1) yeni

22. Birjaların mahiyyəti və onların yaranması
Birja anlayışı . Birja- xüsusi mülkiyyətə malik olan, birbaşa hüquqi məsuliyyət daşıyan , iştirakçıları qarşısında müvafiq hərəkətləri yerinə yetirmək səlahiyyəti verilən və müəyyənləşdirilmiş tələblərə cavab verən hüquqi şəxsdir . Tarixən birja əmtəə bazarlarını formalaşdıran klassik iqtisadi qurum kimi nəzərdən keçirilir. Onun fəaliyyətinin hüquqi,təşkilati və iqtisadi əsasları vardır. Fəaliyyətinin təşkil olunması baxımından birja, müvafiq avadanlıqla təchiz olunaraq, üzvlərinin ifadəsinə verilən “ticarət yeridir”.
İqtisadi baxımdan birja, qanunlar və digər normati aktlar ,öz qaydaları əsasında fəaliyyət göstərən , tələb və təklif nəticəsində yaranan qiymətlərlə mallar, qiymətli kağızlar, valyuta və s. ilə ticarət aparılan topdansatış bazarıdır.
Valyuta və fond birjalarının təkamülü : tarixi baxış. Müasir birjaların sələfi olan ilk birjalar XV-XVI əsrlərin qovuşduğu dövrdə meydana çıxmışdır. Bunlar əmtəə birjaları idi və tezliklə fond, sonra isə valyuta, fyuçers və opsion birjaları yarandı. 1611-ci ildə təşkil olunan Amsterdam birjası indiyədək mövcud olan ən qədim birja sayılır. 1913-cü ilədək Amsterdam birjası müxtəlif mallarla ticarət edən universal birja idi. Bu birja sonradan ixtisaslaşmış fond birjasına çevrildi və burada yalnız qiymətli kağızlarla ticarət aparılır. BB-da fond birjası 100 il gec,1773-cü ildə, bundan bir qədər əvvəl Fransada, sonra isə ABŞ-da,1900-cü ildə Rusiyada fəal formalaşmağa başlamışdır, müasir mənada başa düşülən fond birjası isə yalnız İkinci Dünya müharibəsindən sonra yaradılmışdır. Amma XX əsrin sonuna yaxın yapon birja bazarı abş və bb-ınkı ilə yanaşı ,ən irəlilər sırasındadır. 2001-2007-ci illərdə iqtisadiyyatı artan müxtəlif ölkələrdə birjalar (Şanxay birjası, L.A.,Qərbi Asiya ölkələrinin birjaları) sürətlə inkişaf edirdi.
Valyuta birjalarının özəllikləri . Başqa birjalarla müqayisədə, valyuta birjalarının inkişafının fərqli xüsusiyyətləri olmuşdur. Bu xüsusiyyətlər, ilk növbədə, 1922-ci ildə Genuya valyuta sisteminə keçməzdən əvvəl dünya ölkələri arasında dayanıqlı və rəsmiləşmiş valyuta münasibətlərinin mövcud olmaması ilə əlaqədardır. İngilis funtunun hələ 1816-cı ildən , ABŞ dollarının 1837-ci ildən , alman markasının 1875-ci ildən qızıl məzmununun olmasına baxmayaraq, 1922-ci ilədək qızıl hamı tərəfindən qəbul olunan (nadir istisnalarla) yeganə ödəniş vasitəsi idi.
Artıq bir neçə onillikdir ki, İEÖ-ün milli birjaları beynəlxalq iqtisadi münasibətlərin formalaşmasının beynəlmiləlləşmə , inteqrasiya və buna müvafiq olaraq , kapitalın hərəkətinin sürətlənməsi kimi amillərinin güclü təsiri altındadır.
Birjada aparılan əməliyyatlar. Birja əməliyyatları ticarət prosesində satıcılar və alıcılar arasında əqdlərin bağlanmasından ibarətdir.
Birja əqdi – birja dövriyyəsinə buraxılan mallara dair hüquqların və öhdəliklərin qarşılıqlı sürətdə verilməsi barədə birja müşahidələri zamanı bağlanılan müqavilədə (kontraktda) əsk olunan razılaşmalardır.
Birja fəaliyyəti anlayışı . İstənilən birja fəaliyyətinin əsasını ticarət prosesini asanlaşdırmaq, satıcıların və alıcıların maraqlarını qiymətlərin alverişsiz dəyişməsindən qoruya bilən səmərəli mexanizmlər işləyib hazırlamaq məqsədilə onun üzvləri tərəfindən təşkil olunan birja ticarəti təşkil edir.Beləliklə,iştirakçılarının nöqteyi- nəzərindən birja ticarəti, mənfəət əldə olunması məqsədilə təşkil olunan kommersiya fəaliyyətinin müstəqil növüdür.
Birja fəaliyyətinin xüsusiyyətləri . Birja fəaliyyıtinin əsas cəhətləri və xüsusiyyətləri onun təzahürünün xarakteri ilə əlaqədardır. Birja fəaliyyəti ilk növbədə :
• Malların istehsalı və istehlakı yerlərində, habelə iri maliyyə mərkəzlərində cəmləşir ;
• Bazis aktivlərinin xüsusi növləri üzrə ,iri partiyalarla yaxud böyük həcmdə aparılır ;
• Müntəzəm olaraq keçirilir ;
• Müşahidələrin aşkarlığı və şəffaflığı ilə fərqlənir ;
• Qiymətlərin əmələ gəlməsinin sərbəstliyi ilə səciyyələnir ;
• Birja vasitəçiləri tərəfindən aparılır.
Birjanın funksiyaları . Birja aşağıdakı əsas funksiyaları yerinə yetirir :
• Bazar qiymətlərinin aşkar olunması və tənzimlənməsi ;
• Əqdlərin yerinə yetirilməsinə zəmanət verilməsi ;
• Birja ticarətinin hərtərəfli təşkili ;
• Birja kontraktlarının işlənib hazırlanması və standartlaçdırılması;
• Informasiya fəaliyyəti.
Birja əməliyyatlarının aparılmasının reqlamenti və əqdlərin bağlanması qaydaları hər bir birja tərəfindən müstəqil müəyyən olunur. Bundan başqa, birja tərəf – müqabillər arasındakı aşağıdakı xüsusi qaydaları işləyib hazırlayır :
*əqdlərin hazırlanması
*əqdin bilavasitə bağlanması
*bağlanmış əqdin rəsmiləşdirilməsi
*əqdin yerinə yetirilməsi
*əqdlər üzrə hesablaşmalar
Birja əqdinin mərhələləri, brokerlər və dilerlər . İstənilən birja əqdində 3 mərhələni fərqləndirmək olar : birinci mərhələ - sifarişlərin tərtibi və qediyyatı ; ikinci mərhələ - sifarişlərin birja ticarətinə qəbul olunması və əqdlər bağlanarkən onların icrası ; üçüncü mərhələ - birja əqdinin qeydiyyatdan keçirilməsi və əqdlər üzrə hesablaşmalar.
Dünya birja fəaliyyətində agentlərin iki növü mövcuddur : brokerlər ə dilerlər. Broker – birja bazarında komissiya müqaviləsi əsasında işləyən, yəni müştərinin tapşırıqlarını onun adından , təsbit olunmuş komissiya mükafatı müqabilində yerinə yetirən maliyyə vasitəçisidir. Diler – maliyyə əməliyyatları nı tapşırıq müqaviləsi əsasında müstəsna olaraq öz adından və öz hesabına yerinə yetirən maliyyə vasitəçisidir.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin