Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq kreditin mahiyyəti və kredit kapitalının mənbələri



Yüklə 109,82 Kb.
səhifə19/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
bim imt sual cavab (1) yeni

24. Beynəlxalq kreditin mahiyyəti və kredit kapitalının mənbələri
Beynəlxalq maliyyə sistemində kapitalın beynəlxalq hərəkəti və yaxud beynəlxalq kredit münasibətləri böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq kredit - beynəlxalq iqtisadi münasibətlər dairəsində borc kapitalının hərəkətini göstərir. Beynəlxalq kredit yaranmasının obyektiv əsasları istehsal dairəsinin milli çərçivədən kənara çıxmasından ibarətdir. Burada təsərrüfat əlaqələrinin, beynəlmilləl xarakteri daha da genişlənir, ayrı-ayrı ölkələrdə istehsalın ixtisaslaşması və kooperasiyası dərinləşir. Beynəlxalq kreditin əsas iştirakçıları xüsusi müəssisələr , kommersiya bankları, dövlət müəssisələri və eləcə də beynəlxalq və regional kredit maliyyə təşkilatlarından ibarətdir. Deməli, burada kredit verənlərlə borc alanlar əsas götürülürlər. Beynəlxalq kreditin əsas vəzifələri onun mahiyyətini tamamlamış olur. Beynəlxalq kredit vasitəsilə tədavül xərclərinə qənaət etmək imkanı yaranır. Yəni, beynəlxalq hesablaşmalarda kredit alətləri olan veksel, qəbz və bu kimi ödəniş alətlərindən istifadə edilir. Bununla da , kapitalın dövriyyə sürəti artır. Geniş təkrar istehsalı təmin edilmiş olur.
Xarici kreditin cəlb edilməsi ilə kapitalın təmərküzləşməsi prosesi daha da artır.
Beynəlxalq kredit kiçik müəssisələrin böyük səhmdar cəmiyyətlərinə çevrilməsinə kömək edir. Yeni müəssisələr yaradılmasını həyata keçirir. Beynəlxalq kredit formalarının təsnifatı aşağıdakı kimidir :
1.Müddətinə görə :
-qısamüddətli (1 ilə qədər)
-ortamüddətli(1ildən-5 ilə qədər,5 ildən-7 ilə qədər)
-uzunmüddətli kredit (5 ildən yuxarı)
2.Təyinatına görə :
Burada beynəlxalq kreditin hansı sahələrə yeridilməsi göstərilir, daha doğrusu :
-kommersiya məqsədilə olan kredit
-maliyyə krediti (yəni sənaye sahələrinin və digər sahələrə investisiya qoyuluşları)
-ara sahələrə xidmət və s. yeridilən kredit.
3.Kreditin verilmə mexanizminə görə fərqlənməsi
Burada :
-nağd verilən kreditlər,
-depozit sertifikatlar
-istiqrazlar və s.
Beynəlxalq kreditləri təmin olunması baxımından da fərqləndirirlər.Kreditin təmin olunması dedikdə, onun müqabilində müəyyən əmtəələrin olması və yaxud mülkiyyətin olması nəzərdə tutulur. Burada daşınmaz və daşınan əmlaklar,qızıl və digər qiymətli metalların olması gərəkdir.
Deməli, qiymətli kağızlar ,istiqrazlar,səhmlər girov kimi nəzərdə tutulurlar. Beynəlxalq kreditin verilməsində kreditorun kimlərdən ibarət olması da əhəmiyyət kəsb edir. Belə ki,
-xüsusi müəssisələrin verdiyi kredit
-bank kreditləri
-broker kreditləri
- dövlət kreditləri
-beynəlxalq maliyyə institutlarının verdiyi dövlətlərarası kreditlər.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin