Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq kapital bazarı institutları



Yüklə 109,82 Kb.
səhifə21/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
bim imt sual cavab (1) yeni

26. Beynəlxalq kapital bazarı institutları
Kapitalın beynəlxalq bazarı problemində müxtəlif ictimai qurumlar ,institutlar fəaliyyət göstərir. Bunlara dövlət,dövlətlərarası və eləcə də xüsusi müəssisələrin məcmusu kimi baxmaq olar. Burada transmilli korporiyaların rolu daha böyükdür. Eləcə də, bank kompaniyalarının xüsusi rolu vardır.Kommersiya banklarının fəaliyyəti daha geniş yayılmışdır. 100.000 xüsusi bankların içərisində 500-dən artığı beynəlxalq kredit institutları kimi fəaliyyət göstərir. Bu banklar xarici ölkələrdə kifayət qədər filial yaratmışlar. Kredit – maliyyə infrastrukturasının beynəlmilləlləşməsi prosesində böyük bank sindikatları yaranmışdır. Bu sindikatlar sənaye institutlarının, istiqrazlarının alınması və bölüşdürülməsini həyata keçirirdilər.
Aydındır ki, dünya kredit bazarı problemində dövlət və onun yerli orqanlarının da böyük rolu vardır. Dövlət, subsidiya və iqtisadi yardım etməklə beynəlxalq münasibətlərdə köməkçi rolu oynayır. Xarici kreditin sığortalanmasını həyata keçirmək üçün bir çox ölkədə - ABŞ, Böyük Britaniya,Fransa, AFR və s. dövlət eləcə də, xüsusi kompaniyalardan ibarət təşkilatlar yaranmışdır. İnkişaf etməkdə olan ölkələrdə bu məqsədlə müəyyən təminat xarakterli institutlar yaradılır. İnkişaf etmiş sənaye ölkələrində ixrac problemləri xüsusi banklar tərəfindən kreditləşdirilir.
Aydındır ki, beynəlxalq kapitalın kreditləşməsində Beynəlxalq banklar və Beynəlxalq Valyuta Fondu daha həlledici rol oynayır. Bu problemə başqa mövzuda daha geniş yer verilmişdir. Burada isə TMK – ların roluna geniş yer verilir. TMK-ların fəaliyyəti ilə istehsalın beynəlmilləl xarakteri kapitalın və kreditləşmənin beynəlmiləlləşməsinə zəmin yaradır.Hər bir TMK böyük maliyyə orqanı kimi fəaliyyət göstərir. Onların fəaliyyəti ilə yaradılmış xüsusi kredit – maliyyə qurumları kapitalın yenidənbölgüsünə zəmin yaradır.
Bu TMK-larda TMB-lar daha həlledici rol oynayır. Bu banklarda kapitalın təmərküzləşməsi və mərkəzləşməsi daha geniş vüsət almışdır. Bu proses XIX əsrin axırları və XX əsrin əvvəllərində bank karterləri və sindikatları kimi fəaliyyət göstərirdi. 1970-80-ci illərdə inhisarçı banklar TMB-lara çevrilmişdir. Hələ o dövrdə ABŞ banklarının xarici aktivləri 500 milyar dollar ,Yaponiyanın banklarının aktivləri 101 milyard dollar ,AFR-in banklarının aktivləri isə 62 milyard dollar təşkil edirdi. TMB-ların Milli Banklardan fərqi ondan ibarətdir ki , bu bankların xarici filialları da fəaliyyət göstərir. Odur ki, onların beynəlxalq əməliyyatlar keçirmək imkanları genişdir. Bu sahədə fəaliyyət göstərən dünyanın 20 bankından 11-i Yaponiyaya, 4-ü Fransaya, 2-si Böyük Britaniyaya, 1-i ABŞ-a,1-i AFR-ə, 1-i isə Niderlanda məxsusdur. Beləliklə, aydın görünür ki, dünya kredit kapitalı bazarında ABŞ-ın mövqeyi zəifləmişdir. Bank sindikatları sisteminə 50-60 bank daxildir. Hazırda bunların həyata keçirdiyi kreditin 80%-dən artığı kommersiya banklarının payına düşür.
Dünya kredit bazarının inkişafı milli iqtisadiyyata müxtəlif formada təsir göstərmiş olur. Bir tərəfdən , pul vəsaitlərinin dünya miqyasında mərkəzləşməsi və yenidənbölgüsü həyata keçirilir. Belə şəraitdə dünya miqyasında məhsuldar qüvvələrin inkişafı ,dünya təsərrüfat əlaqələrinin artması,kapitalın mərkəzləşməsi və beynəlmiləl xarakteri artır. Digər tərəfədən isə, avrobazarın fəaliyyəti ilə təkrar istehsalın ziddiyyətləri özünü göstərir.Belə ki, milli ölkə çərçivəsində valyuta pul –kredit sisteminin qeyri-sabitliyi baş verir.
“Yeddilər” – dən ibarət dövlətlərin maliyyə qurumları öz iqtisadi əlaqələrini uyğunlaşdırmaq məqsədilə iqtisadi siyasətlərini işləyib hazırlayır və dünya kredit kapitalı bazarına təsir etməyə çalışırlar.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin