27. Beynəlxalq Valyuta Fondu Beynəlxalq Valyuta Fondu (ing. International Monetary Fund) — Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutu.
İdarəedicilər Şurası
BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır.
Fondun idarəedici direktorlarının sayı 53-dür. BVF-da ən çox səsə malik ölkələr aşağıdakılardır: ABŞ-17.78%, Almaniya-5.58%, Yaponiya-5.53%, Böyük Britaniya-4.48%, Fransa-4.98%, Səudiyyə Ərəbistanı-3.45%, İtaliya-3.09%, Rusiya-2.9%. Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq, büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkənin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi. Qeyd edək ki, üzv ölkələrin cəlb etdikləri kreditin həcmi kvotanın 25%-dən çox ola bilməz. Bundan yuxarı həcmdə kredit verilməsi isə BVF-nun direktorunun razılığından asılıdır və bir qayda olaraq bu elə həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin təhlili əsasında həyata keçirilir. Ümumiyyətlə BVF kredit müraciət əsasında və ölkənin iqtisadi durumunu qiymətləndirdikdən sonra verir. Üzv ölkələrin məqsədli lahiyyələri həyata keçirtmək üçün onların qarşısında bir sıra şərtlər qoyulmuşdur. Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra həyata keçirilir. Üzv ölkələrin qarşısında duran şərtlər aşağıdakılardır: beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaşdırılmalarına, hissə-hissə üzən valyuta sisteminin tətbiq edilməsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol verməmək, dövrü olaraq ölkənin maliyyə və iqtisadi durumu haqqında fonda məlumat vermək, məqsədli devalvasiya siyasətinə zəruriyyət yarandıqda, devalvasiya dərəcəsini fonda bildirmək və s.
Fonda üzv olan ölkələr üzərinə götürdükləri məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini dayandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviyyəsindən asılıdır.
Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu - valyuta münasibətləri sahəsində qlobal əməkdaşlığı stimullaşdırmaq, maliyyə stabilliyini təmin etmək, beynəlxalq ticarətə köməklik etmək, yüksək məşğulluq səviyyəsini və davamlı iqtisadi artımı təmin etmək, və bütün dünyada yoxsulluğun azaldılması məqsədilə fəaliyyət göstərən, 188 ölkədən ibarət təşkilatdır. Beynəlxalq Valyuta Fondunun əsası 1944-cü ilin iyul ayında ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə 44 ölkənin nümayəndəsinin İkinci Dünya Müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəldikləri zaman qoyulmuşdur. Onlar hesab edirdilər ki, belə struktur Böyük Depressiyaya səbəb olan zərərli iqtisadi siyasətin təkrarlanmasının qarşısının alınması üçün zəruridir. Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra yaranmışdır. Fond 1 mart 1947-ci ildə fəaliyyətə başladı. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə oldu. Beynəlxalq Valyuta Fonduna üzvlük 1950-ci illərin sonlarında və 1960-cı illərdə genişlənməyə başladı, beləki, Afrika ölkələrinin əksəriyyəti müstəqillik qazanaraq BVF-ya üzv olmaq üçün müraciət etdilər. Lakin Soyuq müharibə Fondun üzvlüyünü məhdudlaşdırdı. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədilə fəaliyyət göstərir. O, iqtisadi çətinliklərlə üzləşən üzvlərə siyasət məsələləri üzrə məsləhət verir və onları maliyyələşdirir, həmçinin, inkişaf etməkdə olan ölkələrlə işləyərək, makroiqtisadi stabilliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara kömək edir.
BVF nə edir
Demək olar ki qlobal üzvlüyə malik 186 ölkəni əhatə edən BVF, imkanlardan istifadə etmək və qloballaşmanın tələblərini və ümumiyyətlə iqtisadi inkişafı idarə etmək üçün üzv ölkələrin hökumətlərinə yardım göstərilməsinə dair unikal imkanlara malikdir. BVF qlobal iqtisadi tendensiya və göstəriciləri izləyir, yarana biləcək problemlər haqqında üzv ölkələri xəbərdar edir, siyasət dialoqlarının aparılması üçün forumlar təşkil edir və iqtisadi çətinliklərlə mübarizə aparmaq məqsədilə hökumətlərə nou-xau təqdim edir.
BVF əsas fəaliyyəti
BVF aşağıdakılar vasitəsilə üzv ölkələrini dəstəkləyir:
İqtisadi tendensiyalara və ölkələrin təcrübələrinə əsaslanaraq hökumətlərə və mərkəzi banklara siyasət üzrə məsləhətlərin verilməsi;
Qlobal, regional və fərdi iqtisadiyyatların və bazarların monitorinqinə əsaslanan tədqiqatların, statistikaların, proqnozlaşdırmanın və təhlillərin aparılması;
İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün ölkələrə borcların verilməsi;
İnkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizədə köməklik etmək üçün güzəştli borcların verilməsi; və
İqtisadiyyatlarnın idarə olunmasının yaxşılaşdırılmasında ölkələrə köməklik göstərilməsi üçün texniki yardım və treninqlərin keçirilməsi.
Üzvlük
Hazırda Beynəlxalq Valyuta Fondu 186 ölkədən ibarət, qlobal üzvlüyə malikdir. Üzv olmaq üçün ölkə müraciət etməli və mövcud üzvlərin əksəriyyəti tərəfindən qəbul edilməlidir. 2009-cu ilin iyun ayında keçmiş Yuqoslav Respublikası Kosovo BVF-na qoşularaq 186-cı üzv ölkə oldu.
Azərbaycan - Beynəlxalq Valyuta Fondu (BVF) münasibətləri
Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olmuşdur. BVF-in kvotasında Azərbaycanın payı 391.7 milyon Xüsusi Borcalma Hüququdur (special drawing right – SDR). Kvota BVF-da səsvermə hüququnu, üzvlük haqqını və BVF-dən götürülə biləcək kreditin məbləğini müəyyən edir.
Azərbaycanı BVF-də rəhbər olaraq AR maliyyə naziri Samir Şərifov və alternativ rəhbər olaraq AR Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov təmsil edir.
BVF ölkə haqqında valyuta siyasətinin təhlilini aparmaq məqsədi ilə hər il Azərbaycana missiya təşkil edir.
BVF tərəfindən Azərbaycanla bağlı aşağıdakı proqramlar həyata keçirilmişdir: