Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq valyuta bazarlarının mahiyyəti və zəruriliyi



Yüklə 109,82 Kb.
səhifə13/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
bim imt sual cavab (1) yeni

17. Beynəlxalq valyuta bazarlarının mahiyyəti və zəruriliyi
Vaxt keçdikcə beynəlxalq əmtəə və xidmətlər ticarəti ,beynəlxalq elmi-texniki və istehsal sahəsindəki əməkdaşlıq,kapitalın beynəlxalq hərəkəti və s. kimi proseslər ayrı-ayrı dövlətlər arasında qarşılıqlı pul ödəmələri və öhdəçiliklərinin artmasına zəmin yaratmışdır. Beləliklə, XX əsrin ikinci yarısından beynəlxalq valyuta –maliyyə və kredit münasibətlərinin inkişafı daha da genişlənmişdir. Bu münasibətlərin giriş nöqtəsi valyuta anlayışı ilə başlandığına görə ilk növbədə valyuta anlayışının mahiyyətini açıqlayırıq.
Ən sadə şəkildə desək, hər bir ölkənin milli pul vahidi valyuta adlanır.Ölkə daxilində qanuni ödəniş vasitəsi olan hər bir bank biletləri, pullar valyutadır.Lakin sadə adamlar valyuta anlayışını ancaq xarici ölkələrin pul vahidlərinə - xüsusilə dollar,marka,funt sterlinq və s. aid edirlər. Bizim üçün bunlar xarici valyutadır. Xarici adamlar üçün də Azərbaycan ın milli pul vahidi olan manat xarici valyutadır.
Daha geniş mənada isə valoyuta dedikdə yalnız bank biletləri, pul deyil,bank əmanətləri,veksellər,çeklər, və s. nəzərdə tutulur. Valyuta müxtəlif əlamətlərinə görə təsnifləşdirilir(fərqləndirilir). Status baxımından, tətbiq olma qaydasına görə,başqa valyutalarla olan məzənnəsinə görə, ölkənin valyuta ehtiyatlarına nisbətinə görə , valyuta əməliyyatları növünə görə və s.
Statusuna görə (hüquqi vəzifəsinə görə) milli,xarici,beynəlxalq valyuta və evrovalyuta fərqləndirilir.
Milli valyuta ölkə daxilində istifadə edilən qanuni ödəniş vasitəsidir.
Xarici valyuta hər bir yerli şəxs yaxud müəssisə üçün digər ölkələrin pul vahidi,çekləri,vekselləri və s. ibarətdir.
Beynəlxalq valyuta – beynəlxalq hesablaşma vahidi hesab edilir. Bu BVF tərəfindən buraxılır. Hazırda bu hüquq (status) SDR (Spesial Drawing Rights) xüsusi əvəzləmə hüququ (XƏH) anlayışına məxsusdur.
Bu SDR dövriyyədə nəğd şəkildə işlədilmir. BVF-in xüsusi hesabında əks olunur.Bu sistem 1969-cu ildən fəaliyyət göstərir. Bu bir neçə ölkənin pul vahidlərinin cəmindən ibarət “səbət” şəklində formalaşır. Hər beş ildən bir səbətin tərkibinə yenidən baxılır.Aydındır ki, bu “səbətə” daxil olan milli valyutalar beynəlxalq hesablaşmalardakı roluna görə fərqlənirlər.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin