Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Qeyri-ixtiyari tənəffüs
– nəfəsalma - nəfəsvermə - fasilə; 
ixtiyari tənəffüs:
nəfəsalma - fasilə - nəfəsvermə.”
1
Səsin bir sıra keyfiyyətləri
– 
gücü 
(şiddəti), ucalığı, uzunluğu 
və tembri 
tonda daha parlaq surətdə özünü göstərir. 
Səsin ucalığı – 
tonun
 
əvəzlənməsi, dəyişməsi olub
,
rəqslənmə-
nin tezliyindən asılıdır, yəni bir saniyədə rəqslənmə miqdarı çox 
olarsa, səsin ucalığı çoxalar, səs də ucalar. Əksinə, bir saniyədə
rəqslənmə miqdarı azalarsa, səsin ucalığı azalar və səs də alçalar. 
Səsin ucalığı səs tellərinin uzunluğundan və gərginliyindən asılıdır. 
Səsin ucalığı yüksək, orta, alçaq olur. 
Səsin tempi (uzunluğu) – 
rəqslənmənin kəsilərək və ya uza-
dılaraq davametmə müddəti ilə ölçülür
2
Səsin gücü
səsin amplitudundan (bir ucundan o biri ucuna 
genişlənmə sahəsindən), yəni səs dalğasının qalxıb düşmə nöqtələri 
arasındakı məsafədən asılıdır. Rəqslənmə amplitudu böyük olduqda, 
səs də güclü, rəqslənmə amplitudu kiçik olduqda səs də zəif olur. 
Səsin gücü nəfəsvermə zamanı səs tellərində havanın sıxılma 
gücündən asılı olur. 
Səsin uçarlığı – 
səsin əhatə dairəsinin uzaqlıq səviyyəsinin 
göstəricisi olub, onu digər səslərin fonunda fərqləndirən keyfiyyət-
dir. Səsin uçarlığı onun hansı məkanı əhatə etməsi ilə bağlıdır. Səsin 
dinləyiciyə çatdırılması üçün məkanın – meydanın, auditoriyanın, 
1
Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı, 2010, s.30. 
2
Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. (Fonetika, orfoepiya, orfoqrafiya) 
Bakı: Maarif, 1972, s.16. 


62 
sinfin böyük-kiçikliyi, ifaçının səs imkanları ölçülüb-biçilməlidir. 
Səsin melodiyası (məlahətliliyi) 
dedikdə səsin əsas tondan 
müxtəlif səviyyələrdə hərəkəti nəzərdə tutulur. Səs gah yüksəlir, 
gah alçalır, gah da orta səviyyədə qalır. Lakin bu heç də özbaşına 
deyil

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin