Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Saitlərin tələffüzü 
▲ Eynicinsli qoşasaitli sözlərdə tələffüz zamanı iki hərf bir uzun səs kimi 
tələffüz olunur: 
aa [a:], əə [ə:], ii [i:]. 
Amma cama:t, həmişə bu yolla getmək olmaz, Qurani-şərifə ziddi bu yol 
(M.S.Ordubadi). Çarəsiz bir də Hindi tərk edərək, geri döndük tə:ssüf eyləyərək 
(H.Cavid). Təbi: xasiyyətinə xəyanət eləyən də vardı (Ə.Məmmədxanlı). 
Eynicinsli qoşa
oo
saiti uzadılmış 
[a:]
kimi tələffüz olunur: 
▲ 
 ai, əi, iə, io, ia, aü
hərf birləşməli sözlərdə saitlər arasına 
y
samiti əlavə 
olunur: 
 İndi məhz o sərvər kayinatın kəlamını ona, ibn Mingəyə xatırlatmışdı 
(Ə.Məmmədxanlı). Bir dəqiqə keçmədi ki, binaların başında qoyulan radiyolar 
ağız-ağıza verib var gücləri ilə danışdılar, şəhəri oyatdılar (M.Cəlal). Səhnəyə 
təzə piyanino qoyulmuşdu (İ.Əfəndiyev). Elə bil təbiyət yuyunmuş, indi də nazlı 
gəlinlər kimi səhər-səhər xumarlanırdı (İ.Şıxlı). Dünən özüm bu ayın təqayüdünü 
almışam (Ə.Məmmədxanlı). 
▲ 
 ea, eə
birləşmələri 
iya, iyə
şəklində tələffüz olunur: 
▲ 
 əa, üa, üə
birləşməli sözlərdə birinci sait deyilmir, ikincisi uzun tələffüz 
olunur: 
Həmzə kişinin şəhərli ma:sirrəri söz sərrafı idilər, gizli mənalarla dolu 
sözləri qızıldan artıq qiymətləndirirdilər (O.Sadıq). Sabah Bəşir qızını
mə:llimənin yanına aparacaqdı (C.Cabbarlı). Öz qartal adımı yaşada bilsəm, Bu 
mənim əbədi sa:dətimdir (H.Arif). 
▲ Qoşasaitli mürəkkəb sözlərin tələffüzündə yanaşı gələn saitlərdən 
birincisi deyilmir, ikincisi uzun tələffüz edilir: 
▲ 
 Ov, öv
birləşməli sözlərdə v səsi düşür
, o, ö
səsləri uzanır: 
Əlində ölümün sındı qanadı, mərd çıxdı alo:lar keşməkeşindən, O, Odlar 
Yurdunun cavan ö:ladı, təzədən doğuldu odlar içindən (N.Xəzri). Hər halda indi 
onu daha çox Gö:hərin taleyi düşündürürdü (M.Oruc). 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin