, səsin melodiyasını yaradan müəyyən qanunauyğunluqla baş
verir. Yüksək səviyyədən orta və alçaq səviyyəyə qalxıb-enməsi
səsin həssaslığı
adlanır.
Səsin həssaslığı ( çevikliyi, mütəhərrikliyi) – yüksək səsdən
orta, alçaq səslərə asan keçə bilməsini əks etdirən xüsusiyyətidir.
Hər bir insan başqalarından
səsin tembrinə görə fərqlənir. Biz
insanların səsini məhz tembrinə görə bir-birindən ayıra bilirik.
Tembr fransızca
“tembre” sözündən olub zəng qülləsi, zəng vuran
mənasında işlədilir. O, səsin fərdi əlaməti, xüsusi keyfiyyəti və
məxsusi boyaları deməkdir. Biz nitqi dinləyərkən əsas tondan əlavə,
insanın qırtlağı, ağız və burnunun özünəməxsus quruluşundan irəli
gələn əlavə tonları
– obertonları da eşidirik. Əlavə səs tonları insa-
nın fərdi səs tembrini, səsin təmizliyini təmin edir. Əsas tona qarı-
şan obertonların çoxluğu səsin tembrinin dolğunluğuna və zən-
ginliyinə səbəb olur. Səsin tembri ağız və burun boşluqlarının həc-
mindən və formasından asılı olur.
Diksiya. İfadəli oxu ilə bağlı mühüm məsələlərdən biri də şa-
girdlərə
diksiya – düzgün tələffüz bacarıqlarının aşılanmasıdır. Səslərin tələffüzündəki qeyri-dəqiqlik, yanlışlıq mənanın anlaşılma-
masına gətirib çıxarır. Bəzi müəllimlər orfoepik bacarıqların forma-
laşdırılmasında ədəbiyyat dərslərinin imkanlarından istifadə etmir,
bu işi dil dərslərinin öhdəsinə atırlar. Halbuki məktəbdə vahid nitq
rejimi olmalı, bütün dərslərdə nitqin düzgünlüyü, dəqiqliyi, ifadə-
liliyi tələbləri, fonetik, leksik, qrammatik normalar gözlənilməlidir.
Ədəbiyyat dərsində şagirdin orfoepik tələbi pozaraq “Ayrılarmı
könül candan” misrasında “cannan” əvəzinə “candan”, “Mən bir
uşaq, sən bir ana” misrasında “uşax” əvəzinə “uşaq” deməsi kimi
hallar diqqətdən yayınmamalıdır.
Şagirdlərin diksiya
– səslərin, onların qovuşmasının düzgün,
dəqiq tələffüz etmək bacarığına yiyələnməsi uzun vaxt tələb edir.
Bu məqsədlə nitqin dəqiqliyinə, sözlərin dinləyiciyə çatdırılmasına
daim diqqət yetirilməsi vacibdir. İlk növbədə nitq texnikasının mü-
63
hüm elementi sayılan düzgün tələffüzün
- diksiyanın əhəmiyyəti,
sait və samit səslərin tələffüzündəki qüsurların aradan qaldırılması
üzərində müntəzəm işləməyin zəruriliyi başa düşülməlidir.