Bilal Həsənli Nazilə Abdullazadə


♦ Oxuyun. Tələffüzcə fərqlənən qrammatik formaları müəyyənləşdirin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Oxuyun. Tələffüzcə fərqlənən qrammatik formaları müəyyənləşdirin. 
Cəmi il yarım bundan əvvəl Azərbaycanı gəzməyə çıxmışdı. Şuşada, 
İstisuda, Kəlbəcərdə olmuş, bulaq başında, çay kənarında oturmuş, suların şırıltı-
sından, dağ çiçəklərinin ətrindən, quşların cəhcəhindən məst olmuş, meşələrin 
xəzəl qoxulu nəmli havasından ciyər dolusu nəfəs almışdı. Yorğun qartal kimi 
qaya üstündə oturub ənginliklərə baxmış, mavi səmada parça-parça, topa-topa 
sıxlaşan ağ buludlardan, alp çəmənliklərindən gözünü çəkməmişdi. Bulaq başına 
gələn qızların gülüşləri, suda yuyunub sığallanmaları xəyalən onu çox uzaqlara 
aparmışdı. Kürün sahilinə səpələnmiş qara damların arası ilə ayaqyalın, başıaçıq 
qaçmış, atı yalmanlayıb belinə atılmış, Kürü şığanıb Qarayazıya getmişdi. Sonra 
da Suvadağı kəsdirib çiyni sənəkli Kürə – suya gələn ayaqyalın, nimdaş paltarlı 
kənd qızlarını görəndə çomağını sinəsinə basıb oxumuşdu: 
Əyilmiş qamətim dönür xədənkə, 
Kolu qalın, sizi gəlin görəndə. 
İstərəm başım ola başmağı, 
Gözəlləri ayaqyalın görəndə. 
Qızlar xışın-xışın, bic-bic gülüşüb çələfsiz oğlanı gözaltı marıtdamışdılar. 
Səməd onların verdiyi dolçadakı suyu yarıyadək içmiş, yarısını isə gözütutan 
qızlardan birinin yalın ayağına tökmüşdü. Yəni «sənə meylim qonub» 

demişdi. 
Şaqqıltılı, cingiltili gülüş səsləri yorğanlarda əks etmişdi. 

Ciyərin yansın, ay Səməd, ayağımı niyə islatdın? 
Bəlkə elə o qızların qarğışı tutmuşdu Səmədi? Ciyəri yaman yanırdı. Nəfəs 
almağı getdikcə çətinləşirdi. Deyirdilər: soyuq dəyib, keçib gedər. Amma 
keçmirdi. Elə buna görə də qardaşı Mehdixan Sofu dəli Kərəmin əlindən tutub 
dağları-daşları gəzdirdiyi kimi, Səməd Vurğunla birlikdə Azərbaycanı oymaq-oy-
maq gəzirdi. Bəlkə ürəyinə dammışdı ki, qardaşı bir daha buralara qayıtmayacaq. 
Bəlkə şair özü də bunu duymuşdu. Ona görə «Aşıq Şəmşir, Dəli dağdan keçəndə, 
kəklikli dağlardan xəbər al məni» 

demişdi. Bu görüş yox, ayrılıq idi. Torpağın 
öz övladı ilə övladın «El bilir ki, sən mənimsən» 

deyə vəsf etdiyi diyarda, 
doğma Azərbaycanla vidalaşması idi 
(İ.Şıxlı.). 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin