Bilal Həsənli Nazilə Abdullazadə


Mətni müxtəlif tempdə (aramla, orta, sürətlə) oxuyun. Mətnə hansı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Mətni müxtəlif tempdə (aramla, orta, sürətlə) oxuyun. Mətnə hansı 
tempin daha çox uyğun gəldiyini müəyyənləşdirin. 
 
Bizi yandırır yaman ayrılıq, 
Bu darıxdıran duman ayrılıq, 
Başa sovrulan saman ayrılıq, 
Aman ayrılıq, aman ayrılıq! 
Arazım vursun baş daşdan-daşa
Göz yaşı gərək başlardan aşa, 
Necə yad olsun qardaş-qardaşa, 
Nə din qanır, nə iman, ayrılıq, 
Aman ayrılıq, aman ayrılıq! 
Göylərin, Günün, ayın gizlədir, 
Ulduz axtarır, sayın gizlədir, 
Oxunu atır, yayın gizlədir, 
Qəddimi edən kaman ayrılıq, 
Aman ayrılıq, aman ayrılıq! 
Ayrılıq gələ, bir kərəm qıla, 
Bir neçə gün də bizdən ayrıla. 
Qəm də bir biz tək sola, sarala, 
Hanı bir belə güman, ayrılıq, 
Aman ayrılıq, aman ayrılıq! 
Amansız gözün yuman ayrılıq, 
Can cızlığından uman ayrılıq, 
Qanla yazılmış roman ayrılıq, 
Aman ayrılıq, aman ayrılıq! 
Aman ayrılıq, aman ayrılıq!
(M. Şəhriyar)
 

 
Mətnlə tanış olun. Nəfəsalma qaydalarına əməl etməklə ucadan oxu-
yun, səsin gücünü, tempini, ucalıq səviyyəsini, məzmuna uyğun olaraq səs 
boyasını dəəyişərək ucadan oxuyun

İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. 
Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyü-
dükcə bizim dostluğumuz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın 
hadisələri məni qəzəbləndirdiyi halda o, bu hadisələrə qarşı sakit, laqeyd görü-
nərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı. 
Acıqlı olduğu günlərdən biri yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz 
üçün ərbab bizi evdən qovmaqla təhdid etmişdi. Pul yox idi. Qazanmağa da iş 


71 
tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim. 
– Azad, – dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən 
yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, daniş-
gahda oxumağa imkan yox, oğruluqmu edim, qardaş? Əlim sağ, qolum sağ, 
özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? 
Nəyə gücüm çatmaz? Vallah, “Od dəryasını yar keç!” desələr, keçərəm. Bəs indi 
də işləməyəndə, mən nə zaman işləyəcəyəm?! 
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb, ani olaraq üzümə baxdı, 
yenə iynəsini götürərək öz işinə məşğul oldu... Söz bura çatan kimi, o, iynəsini 
yerə qoyub sakit nəzərlərini mənə çevirdi... 
– Azad, – dedim, – bizim hərəmizin iyirmi dörd yaşımız var... Kim bilir, 
bəlkə də ömrümüzün yarısını, bəlkə də çoxunu yaşamışıq... Bu iyirmi dörd ildə 
biz nə görmüşük? Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa, hansı 
bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?.. 
Yaşayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya 
aclıqdır... Yox! Azad! Fikrimdə başqa şeylər dolanır. Bizim bu iyrənc mühitə 
baxıram, ürəyim bulanır. Sahibi-mənsəblərimizi götür... Bir heyvanın həyatı 
onların həyatından daha faydalıdır. Heç olmazsa heyvanın bir şeyə xeyri olur. 
Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayır, xalqa 
min cür əziyyət verirlər... Mən ki belə həyatı istəməzdim... Bir iş görmək 
istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən sonra gələnlər də ondan bir xeyir görsün-
lər. Kəndə gedəcəyəm. Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm... Heç olmasa 
ağac əkərəm, bağ salaram, öləndən beş il sonra insanlar bir xeyir görərlər. Adımı 
rəhmətlə çəkərlər! 
Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir 
nöqtəyə dikib durdu... Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər 
haqqında düşünməmişdir. Durub dükandan çıxmaq istədim... O, yerindən tərpən-
mədi, mən onun üzünə baxıb acıqla dedim: 
Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi 
Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik. O, bizdən nə xeyir gördü? 
Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki bizcə, həyat yeməkdən, yat-
maqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz, ölüm qapımızı döyən günə 
kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insan-
lardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... 
səni də, məni də. Yox, bəlkə səni bir yad edən tapıldı... Deyəcəklər ki, dərzi Azad 
yaxşı yamaq salardı... Allah rəhmət eləsin! 
(M.İbrahimov) 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin