Bilal Həsənli Nazilə Abdullazadə


♦ Oxuyun. Cəm şəkilçili sözlərin tələffüzünə diqqət yetirin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Oxuyun. Cəm şəkilçili sözlərin tələffüzünə diqqət yetirin. 
Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, 
tənəffusdə 
k
olxozçulara qəzet oxuyub, ikinci növbəyə
 
qədər dərsə qayıtmaq 
istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonr
a
bütün ağaclar, çöllər, 
taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət 
yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış 
meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü. 
Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, 
b
ənövşəyi, sarı, qırmızı, yelənli 
kəlağayıların ucları yellənirdi. İpək koftalar, güllü donlar adamın gözünü 
qamaşdırırdı. Çiyinlərində kətmən 
q
ızlar gülüşür, arabir də zarafat edib bir-birini 
qovurdular. 
Bağlardakı ağacların budaqları çəpərin üstündən aşıb yola kölgə salmışdı. 
Qızlar ağacların altından keçdikcə, çiyinlərində
 
çal-çarpaz kölgələr oynaşırdı. 
Yolun dar yerlərində ağacların budaqları o tay-bu taydan bir-birinə qarışmışdı. 
Yollar ala-bəzək idi, ağ, çəhrayı çiçəklər
 
yerə səpələnmişdi. 
Nərgiz müəllimə qızlardan bir az aralı asta-asta gedir, hərdən başını qaldırıb, 
damların üstündə oxuyan sığırçınlara
 
baxırdı. Günəşin şuaları altında parıldayan 
bu quşlar tüklərini qabardıb dimdiklərini şaqqıldada-şaqqıldada oxuyurdular. Elə 
bil onları titrətmə tutmuşdu. Boynu göy qurşağı kimi yüz rəngə çalan sığırçınlar 
susmamış bülbüllər cəh-cəh vururdular 
(İ.Şıxlı). 
♦ Oxuyun. Ke hərfinin tələffüz variantlarında müxtəlifliyi səbəbini izah 
edin. 
kasıbçılıq, hakimiyyət, müvəkkil, kənd, kağız, kainat, kam, kamal, Kamil, 
kamança, kar, karvan, karxana, kasıb, katib, kafir, keyfiyyət, keçi, kəbin, keşik, 
kəklik, kələf, kimya, kötük, koma, kövşən. 
*** 
çiçək, məktəb, dilək, ürək, köynək, nazik, nəmişlik, ümidsizlik, çörək, 
təmizlik, böyrək, mixək, köpük, xörək, dirək, gödək, kəsmik, çəltik, örtük, sönük, 
dimdik, önlük, pencək. 
*** 
karnaval, konsert, kazak, kabare, klarnet, kadr, kaktus, kakao, kayut, 
kalliqrafiya, kaleydoskop, kamera, kantata, kapitalizm, karamel, karikatura, 


68 
kassa, kafe, komandir, kombinezon, komediya, konstruktor, kurort, kukla, klub, 
krossvord, krallıq, kristal, kraliça, knyaz. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin