Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Oxuyun, 

a



ə



i

 səslərinin uzun tələffüzünə diqqət yetirin


 


Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, 
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz. 
Sənin ol cəlb eyləyən vəslinə and içdim, inan, 
Hicridə yandı canım, yox daha taqət sənsiz. 
N.Gəncəvi
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz, 
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. 
M.Füzuli
Alma cana canımı kim, can ilə yaram sana, 
Bivəfalıq qılma kim yari-vəfadaram sana. 
Kişvəri
Neyləmişdim, yarəb, həqq dərgahındə, 
Xəstə olub müdam, cahanə düşdüm. 
Yazıldı naməmiz ölkəbəölkə, 
Yetişdi dillərə, dastanə düşdüm. 
Q.Zakir 
Deyil əsla bu istika, bu nida! 
Çünki ülvi Xumarın uğrunda 
Hər bəla, məncə, bir səadətdir, 
Hər cəfa sanki bir məhəbbətdir. 
H.Cavid 
Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb, 
Kimsə dərman edə bilməz, ümidim yarə qalıb. 
İ.Fəhmi 
 
Xalqın elmləri ikidir: həqiqətdir ki, onu təhsil eyləməkdə aciz olur və batil-
dir ki, onun təhsili faidə verməz 
(M.Ş.Vazeh).
Yaxşı eləyib gəlibsən; biz azıqlara 


75 
nicat yolu elə bu qapıda olacaq. Allah Hacı əminin kölgəsini bizim başımızın 
üstündən əskik eləməsin öz birliyi xatirinə 
(C.Məmmədquluzadə).
Kəndin camaatı 
Məhəmmədə də, Əliyə də heç nə demədi, amma onlar yola düzələndən sonra 
kəndin qarşısındakı sıldırım qayalara yığışıb ardlarınca baxdı, arvadlar, qızlar, 
gəlinlər qaçıb evdən su gətirdi, Məhəmmədlə Əlinin ardınca atdılar və ağladılar 
(Elçin).
Xacə Ənvər uzaqdan nəsə hiss elədi, hökmdardan rüsxət gözləməyib, 
gəlib onun yanında dayandı 
(Y.Səmədoğlu).
Şəxsiyyət də gərək kamil olsun
şəxsiyyət də gərək təmiz olsun, ülvi hislərlə yaşasın 
(Elçin).
İsrafil ağa yenə 
özünü sındırmadı, ürəyində yatan aslan baş qaldırdı 
(F.Eyvazlı).
Dəniz yaman 
qabarıb ha! Elə bil sahil ona darlıq eləyir 
(Ə.Babayeva). 
Cahan Pəhləvan yerini 
rahatlayan kimi adəti üzrə sağ tərəfdə əyləşən rəisə baxdı 
(H.İ.).
Xaricilər də hələ 
mədəniyyəti bizdən əxz eləmişlər 
(C.Cabbarlı).
Axtarır, arayır səadətini, dünyada 
yeganə məhəbbətini 
(Ə.Kərim).
İndicə buludlar töküləcəkdir, ürəyi doludur 
xatirələrin 
(N.Kəsəmənli). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin