Bilal Həsənli Nazilə Abdullazadə


. İntonasiyanın  fonoloji (məna fərqləndirici) funksiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

4
. İntonasiyanın 
fonoloji (məna fərqləndirici) funksiyası
fikrin 
məna çalarının fərqləndirilməsinə xidmət edir. Söz vurğusu və me-
lodiyadan asılı olaraq fikrin mənası dəyişir. 
Səndən doymaq olarmı, həyat, sən nə şirinsən! 
Ancaq hamının deyil, 
sən həyatın qədrini 
yalnız bilənlərinsən!... 
Özünü bu dünyada heç kəs qonaq sanmamış, 
Ancaq ömrün özü də bərabər paylanmamış. 
Ömür paylanan zaman görün kimə nə düşdü. 
Üç yüz il boz qarğaya, on il şahinə düşdü. 
Həyat, sən nə şirinsən, kim səndən doydu getdi? 
Gedənlər bu dünyada qəlbini qoydu getdi. 


114 
Səndən doymaq olarmı, çoxun, azın da şirin! 
Cürbəcür yazılar var ömrün varaqlarında… 
Həyatımın qayğısız, fərəhli çağlarında 
qədrini bilməmişəm. 
Hələ nə var ki… «ömrüm qabaqdadır» - demişəm. 
Otuzdan adlayınca, gündə otuz min kərə 
Başımı yellədirəm hədər keçən illərə. 
Səndən doymaq olarmı, həyat, sən nə şirinsən! 
Ancaq hamının deyil, 
sən həyatın qədrini 
yalnız bilənlərinsən. 
B.Vahabzadə 
İntonasiyanın tərkib hissələrinə melodika, ritm, intensivlik
temp, tembr daxildir. 
Melodika 
səs tonunun alçalması və qalxması 
deməkdir. Qalxan ton adətən, cümlənin həmcins üzvləri, mürəkkəb 
cümlənin komponentləri, sual cümlələrində müşahidə olunur. Enən 
ton fikrin bitdiyini bildirir. 
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, 
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. 
Bunları seyr edərkən
Bir az fikrə gedərkən, 
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, 
Mənə öylə gəldi ki, 
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş. 
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş.
M.Müşfiq 
Sevincimdə, ahımdasan, 
nəfəsimdə, bağrımdasan. 
Kipriyimdə, yuxumdasan, 
Səhər-axşam, gündüz-gecə. 
Elə günüm olubmu ki,
Sənsiz gələ, sənsiz keçə? 
Yalnız sənin gözlərinlə 
sevinmişəm, gülmüşəm mən. 
Yalnız səni görmək üçün bu dünyaya 
gəlmişəm mən.
X.R.Ulutürk 
 
Ritm 
ifadəli oxuda oxu sürətini tənzimləyən vasitədir. Ritmin 
köməyilə oxuda gərginlik azalır, tələb olunan ləngimə yaxud sürət-
lənmə yerini alır. Əgər ritm olmazsa, oxu eyni sürətdə olar. Bu isə 
dinləyicini də yorar, fikrin də anlaşılmasına çətinlik törədər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin