Bilal Həsənli Nazilə Abdullazadə


İnten- 115  sivlik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

İnten-


115 
sivlik
danışıq səslərinin, daha doğrusu saitlərin tələffüzünə əsas-
lanır. 
Tembr 
vasitəsilə nitqin emosiyaları – sevinc, kədər, qəzəb, 
nifrət, məhəbbət və digər çalarlar çatdırılır. 
Sənətkar bədii sözlə oxucunun gözləri qarşısında həyat lövhə-
ləri, insan obrazları canlandırmaq niyyəti izləyir. Müəllifin mövqe-
yinin başa düşülməsi, təsvir edilənlərə emosional münasibət yaran-
ması üçün sənətkarın təsvir etdiyi hadisələri, faktları səslənən sözlə 
dinləyicinin təxəyyülündə canlandırmaq, onların mahiyyətinin, mə-
nasının dərk edilməsinə nail olmaq lazımdır. İfadəli oxu dinlə-
yicilərin düşüncəsində, qəlbində əks-səda doğurmalı, mətnin ideya-
məzmununa uyğun emosional ovqat, fəal münasibət yaratmalıdır.
Əsərdə təsvir edilən səhnə və obrazların aydın təsəvvür edil-
məsi, göz önündə canlandırılması dinləyiciyə müəllif mövqeyini də-
rindən dərk etməyə, əsərdəki hiss –həyəcanları “yaşamağa,” müəl-
lifin dünyagörüşünü, həyata baxışını əks etdirən fikirlərdən öz qə-
naətlərini yaratmağa, nəticə çıxarmağa imkan verir. 
İfadəli oxu bacarıqlarının aşılanması zamanı nəzərə almaq la-
zımdır ki, məktəblilər poeziya nümunələrini nəsr əsərlərinə nisbətən 
çətinliklə qavrayırlar. Bu, ilk növbədə uşaqlarda poetik təxəyyülün 
zəif inkişafı ilə əlaqədardır. Lirik əsərlərin ideya-bədii xüsusiy-
yətlərini, xüsusən assosiasiyaları, metaforaları başa düşmək, düzgün 
qiymətləndirmək üçün şagirdin emosional-mənəvi təcrübəyə, sənət-
karın hiss və həyəcanlarını, oxucuya aşılamaq istədiyi əhvali-ruhiy-
yəni duymaq, daxilən yaşamaq, “özününküləşdirmək” bacarığına 
malik olması zəruridir. Əks-təqdirdə o, mətndəki ovqatı duymaqda,
sözaltı mənanı başa düşməkdə, əsərin dərin qatlarına nüfuz etməkdə 
çətinlik çəkəcəkdir. 
“Şeirlərdə “yad”, şəxsən yaşanılmamış hislərlə qarşılaşdıqda
o, (şagird - B.H., N.A.) həmin hislərdən yan keçir, bu zaman poezi-
yanın heç bir estetik təsirindən danışmaq lazım gəlmir. Yeniyet-
mələrdə, bəzən isə hətta gənclərdə başqasının halına acımaq məziy-
yətinin olmaması, emosional laqeydlik, özgənin daxili aləminə 
diqqətsizlik poetik əsərlərlə iş zamanı maneəyə çevrilir”.
1
Şagirdlərə yüksək mənəvi-estetik hislər aşılanması, onların 
1
Методика преподавания литературы. Под ред. З.Я. Заводской. M.: Просве-
щение, 1985, с. 245. 


116 
emosional təcrübələrinin zənginləşdirilməsi, poeziya nümunələrini 
mütaliə etmək, qavramaq bacarığının təkmilləşdirilməsi, poetik 
ümumiləşdirmənin xarakteri haqqında dərin bilik verilməsi ədəbiy-
yat dərslərində, ifadəli oxu ilə bağlı məşğələlərdə diqqət mərkəzində 
saxlanılmalıdır. 
Bədii mətnin ifadəli oxusu əsər barədə təsəvvürlərin yaranma-
sına səbəb olur. İfaçı çalışmalıdır ki, onun xəyalında canlandırdığı 
həyat səhnələri, qəhrəmanın bədii portreti, məişəti, təbiət və əşya 
surətləri müəllifin təsvirlərinə uyğun olsun. Məsələn, M.Ə.Sabirin 
“Əkinçi” şeirində müəllif əkinçini istismar edən mülkədarı onun öz 
dili ilə ifşa etmişdir: 
Məzlumluq edib başlama fəryadə, əkinçi! 
Qoyma özünü tülkülüyə, adə, əkinçi! 
Bir üzrlə hər gündə gəlib durma qapımda, 
Yalvarma mənə, boynunu kəc burma qapımda, 
Gahi başına, gah döşünə vurma qapımda, 
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! 
Lal ol, a balam, başlama fəryadə, əkinçi! 
Cütçü babasan, buğdanı ver, darı yeyərsən, 
Su olmasa, qışda əridib qarı yeyərsən, 
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, 
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! 
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
Lakin mənim insanlıq olub vəz’i-mədarim, 
Bəyzadəyəm, asayişədir cümlə qərarim, 
Meysiz, məzəsiz bitməz olur şamü nəharim; 
İştə belədir haləti-bəyzadə, əkinçi! 
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!.. 
Havaların quraqlıq keçməsi ucbatından ağır vəziyyətə düşən
əkdiyi tarladan heç bir məhsul götürə bilməyən, ailəsi aclıq keçirən, 
ev əşyalarını, paltar–palazını satan, yorğanını belə borc əvəzində 
verən kəndlinin halı mülkədar-bəyzadənin dili ilə təsvir olunmuş-
dur. Bu əsərin ifadəli oxusu üçün“gah başına, gah döşünə vuran”, 
“boynunu gəc buran” əkinçinin geyimini, duruşunu, yoxsul koma-
sını, ac uşaqlarını göz önünə gətirmək, təxəyyüldə canlandırmaq
lazımdır. “Xoş güzəran keçirməyə, ət-yağ yeməyə alışmayan, çox 
işləyib az yeyən, lakin ağasını hər şeylə təmin etməyə məcbur olan” 


117 
əkinçinin obrazı bütün detalları ilə qavranılmalıdır. 
Eyni zamanda öz nitqindən çıxış edərək, “şamü nəharı” meysiz, 
məzəsiz keçməyən harınlamış, qudurğan mülkədarın da sözlərini 
ifadəli oxumaq üçün onun bədii portreti göz önünə gətirilməli, ifaçı 
çatışmayan detalları öz təxəyyülünə əsaslanaraq əlavə etməlidir. Bu 
məqsədlə “Molla Nəsrəddin” jurnalına Ə.Əzimzadə tərəfindən 
çəkilmiş karikaturalardan da istifadə etmək olar. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin