17
dir. Bunlardan turş mukopolisaxaridlərə aşağıdakılar aiddir: hialuron,
xondroitin─kükürd, xondrontinsulfat turşuları, heparin və s. Bunlar hidroliz olun-
duqda heksozalara, heksozaminlərə, heksuron turşularına,
sirkə turşusuna, sulfat
turşusuna və s. ayrılır.
Mukopolisaxaridlərə birləşdirici toxumada, gözün şüşəvari cismində,
sinovial mayesində, toxuma və hüceyrələrarası maddələrin tərkibində, qaraciyərdə,
selikdə rast gəlinir. Bunlar boy prosesində, mayalanmada iştirak edir və yapışdırıcı
xassəyə malikdir.
Hialuron turşusu
turş mukopolisaxaridlərdəndir, hidroliz olunduqda
qlükozaminə, sirkə turşusuna, qlükuron turşusuna ayrılır. Onun tərkibində
N─asetilqlükozaminlə qlükuron turşusunun qalığı birinci və dördüncü karbonların
β─1─14 rabitəsilə birləşir.
Hialuron turşusunun molekul kütləsi bir neçə
yüz mindən bir neçə milyona
yaxındır. Məhlulunun özlülüyü çox yüksək olur. Hialuron turşusu toxumalarda
(gözün şüşəvari cismində, dəridə) və bioloji mayelərdə (sinovial mayesində, qan
plazmasında) zülallarla birləşmiş şəkildə olur. Hialuron turşusu sinoviya mayesinə
sürüşkənlik
xassəsi verməklə, oynaqlarda zərbəni zəiflətmək qabiliyyətinə malik
olub, hüxeyrələri bir-birinə birləşdirir.
A,─ və C─xondroinsulfatlar sulfatlaşmış N─asetil-D─qalaktozamin və D
qlükuron turşusunun qalıqlarından əmələ gəlmiş zəncirvari polimerlərdir. Bunlar
qalaktozamində sulfat turşusunun vəziyyətinə görə fərqlənir. A xondroitinsulfatda
sulfat turşusunun qalığı qalaktozamində dördüncü karbonun yanındakı hidroksili,
C─xondroitin─sulfatda isə altıncı karbonun yanındakı hidroksili əvəz etmişdir.
B-xondroitinsulfat (və ya dermatansulfat) bunlardan D─qlükuron
turşusu
əvəzinə L─induron turşusunun olması ilə fərqlənir.
Xondroitinsulfatlar çox da irimolekullu birləşmələr deyildir.
Onların molekul kütləsi adətən 50-100 min arasında dəyişir.
Xondroitinsulfatlar qığırdaq toxumasının əsasını təşkil edir.
Heparinin tərkibinə D─qlükozemin, D─qlükuron turşusu və sulfat turşusu
daxildir. Onun molekul kütləsi 10-20 minə yaxındır.
Heparin ən çox qaraciyərdə, ağciyərdə,
əzələlərdə, qan və limfada olur. O
qanın ən bioloji fəal spesifik antikoaqulyantıdır. Odur ki, trombozun müalicəsində
və s.-də işlənir.
Neytral mukopolisaxaridlərdə qlükuron və sulfat turşuları olmur. Onlarda
fruktozaya, sial turşularına (N─asetilneyramin turşusu) rast gəlinir. Zülallarla
birləşmiş şəkildə (mukoproteidlər) bütün üzv və toxumalarda, xüsusən selikdə və
s.-də olur. Son zamanlar karbohidratların qarışıq
polimerləri də müəyyən edil-
mişdir. Bunlar qlükopeptidlər, qlükolipidlər və lipoqlükoproteidlərdir. Qlükopep-
tidlərin tərkibində karbohidratlardan başqa aminturşuları da vardır. Qlükolipidlərin
downloaded from KitabYurdu.org
18
tərkibində isə karbohidratlarla yanaşı yağ turşuları da olur. Lipoqlükoproteinlərin
tərkibində isə karbohidratlarla bərabər yağ turşuları, aminturşuları və lipoidlərə də
təsadüf edilir.
Dostları ilə paylaş: