Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Hormonoidlər, kimyəvi təbiəti, funksyaları



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə55/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

8. Hormonoidlər, kimyəvi təbiəti, funksyaları: Hormonoidlər deyilən 
maddələr də vardır. Bunlar da hormonlar kimi təsir edir, lakin daxili sekresiya 
vəzilərində əmələ gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.
downloaded from KitabYurdu.org


97 
─CH
2
─CH

│ + CO

NH

NH 

─CH
2
─CH─COOH 
│ 
NH

Histiamin 
Histidin 

NH 
Serotonin trombositlərdə, toxumalarda (baş beyində, mədə-bağırsaq 
traktında və s.) müəyyən edilmişdir. Serotonin qan damarlarını daraltdığı üçün 
xüsusi əhəmiyyətə malikdir. Qan axmasının qarşısını almaqda işlənir. Histamin də 
hormonoiddir. Histidinin dekarboksilləşməsindən əmələ gəlir.
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O, sinir oyanma-
larının verilməsində iştirak edir, mədənin selik qişasında xlorid turşusunun 
sekresiyasını fəallaşdırır, böyrəküstü vəzilərinin qabıq hissəsinin hormonal 
fəallığını azaldır. Buna görə də şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində 
bu qrupa mənsub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-
rələrə keçməsini nizamlayır. Kimyəvi təbiətinə görə heptapeptiddir. Quruluşu 
belədir: 
Asp─ark─val─tir─ilə─his─pro─fen. 
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın selik qişasındakı 
vəzilərdə istehsal olunan polipeptiddir. Onun molekul kütləsi 5000-ə yaxındır. 
Sekretin pankreas şirəsinin və ödün sekresiyasını stimullaşdırır. Bradikinin də 
hormonoiddir, 9-aminturşusunun qalığından ibarət peptiddir. Aminturşularının 
düzülmə ardıcıllığı belədir: arginin─prolin─prolin─qlisin─fenil-alani─serin─ 
−prolin─fenilalanin─arginin. Bu hormonoid damarları genişləndirir, saya əzələləri 
qısaldır.
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan və heyvan 
orqanizmində çox böyük əhəmiyyəti vardır. Ona görə də onların təbabətdə və 
baytarlıqda daxili sekresiya vəzilərinin xəstəliklərinin müalicəsində geniş istifadə 
olunur. Heyvanların boy və inkişafının nizamlanmasında, məhsuldarlığının 
artırılmasında hormonların tətbiqinin böyük perspektivləri vardır. 
ƏDƏBİYYAT 
downloaded from KitabYurdu.org


98 
1. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. 
Maarif.
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. 
Bioloji kimya. Bakı 1989. 
3. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 
2000. 
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - 
Москва. Медицина. 2003. 
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 
2008. 
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə. 
Araz, 2010. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin