Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə29/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   25   26   27   28   29   30   31   32   ...   56
biologiya kitab 1

Şəkil 23. Nəqliyyat RNT-sinin quruluşu.
Nəqliyyat RNT-nin ikinci quruluşu yonca yarpağı formasındadır. Bura da ayrı-ayrı hisslələr azot əsaslarının komplemantarlığına uyğun bir-biri ilə əlaqələ-nib (şək. 23). n-RNT-si molekulunda iki aktiv mərkəz mövcuddur. Biri molekulun önün-də (A) yerləşir. Bu üç nukleotiddən ibarət - antikodondur və ya kod triplet-dir. Bu bir amin turşusuna uyğundur. İkinci aktiv mərkəz molekulun əks tərəfində (B) yerləşir.

  1. FƏSİL

Hüceyrənin bölünməsi
1855-ci ildə Rudolf Virxof “omnis cellula e cellula” – hər bir hüceyrə hücey-rədən – fikri irəli sürdü. Bu fikir XIX əsrdə alimləri daha yüksək göstəricililərə malik mikroskopu kəşf etməklə histoloji metodlardan istifadə edərək hüceyrənin quruluşunu və bölünmə mexanizmini daha dəqiq öyrənməyə sövq etdi. Bu zaman nüvənin və onda olan xromosomların hər bir hüceyrə üçün, irsi əlamətlərin ötürül-məsindəki əhəmiyyəti məlum oldu. 1879-cu ildə Boveri və Flemminq nüvədə baş verən mitozu kəşf etdilər. 1887-ci ildə Veysman qeyd etdi ki, qametlər əmələ gə-lərkən başqa bir bölünmə baş verir (yəni meyoz). Mitoz və meyoz demək olar ki, bir-birinə oxşar bölünmədir, lakin, nəticələr fərqlidir.
Ana hüceyrənin bölünməsi ilə hüceyrənin əmələ gəlməsindən sonrakı bölün-məyə qədər olan dövr hüceyrə və ya həyat tsikli adlanır.
Ali orqanizmlərin bəzi hüceyrələri ixtisaslaşaraq bölünmə qabiliyyətini itirir-lər. Məsələn, neyronlar bölünmədən tam məhrumdurlar. Lakin, tərkibinə bu ixti-saslaşmış hüceyrələr daxil olan orqan və toxumalar zədələndikdə onların bölünmə-si bərpa olunur. Məsələn, qaraciyər və endokrin vəzilərin hüceyrələri və s.
Bölünmə qabiliyyəti olan hüceyrələrin hüceyrə tsikli iki mərhələdən ibarət-dir: interfaza (iki bölünmə arası) mərhələsi və bölünmə mərhələsi. Birinci mərhələ-də hüceyrə bölünməyə hazırlaşır. Bu mərhələdə DNT-nin reduplikasiyası üçün va-cib olan zülallar və RNT sintez olunur. Sonra DNT sintez olunaraq reduplikasiyaya məruz qalır. Sonra bölünmə prosesi baş verir. Eukariot hüceyrələrin üç bölünmə üsulu var: amitoz (düzünə bölünmə), mitoz ( qeyri- tam bölünmə) və meyoz (re-duksion bölünmə)
Amitoz. Ali, yaşlı və xəstə hüceyrələrdə təsadüf olunur. Amitoz zamanı xro-mosomlar spirallaşmır və nüvə dartılaraq (uzanaraq) bölünür. Çox zaman sitoplaz-ma bölünmür və ikinüvəli hüceyrələr əmələ gəlir.
Mitoz
Təbiətdə ən geniş yayılmış və daha universal bölünmədir. Hüceyrənin həya-tında həyat tsiklinin az bir hissəsini təşkil edir. Mitozun dörd əsas fazası mövcud-dur: profaza, metafaza, anafaza və telofaza
Profaza – xromosomların qısalması, qalınlaşması və spirallaşmasıdır. Bu za-man hər bir xromosom iki xromatiddən təşkil olunur. Bu xromatidlər bir- birləri ilə sentromer vasitəsilə birləşirlər. Nüvəcik itir və nüvə pərdəsi dağılır. Sentriollar hü-ceyrənin əks qütblərinə çəkilir. Bölünmə vətərləri əmələ gəlir.
Metafaza – Xromosomlar ekvator xətti boyunca (hüceyrənin) düzülür. Bö-lünmə vətərləri sentromerlərə birləşir.
Anafaza – Bölünmə vətərləri qısalır və xromosomun hər bir xromatidi müxtəlif qütblərə çəkilir. Bu zaman hər bir xromosom bir xromatiddən ibarət olur. Bu ən qısa fazadır.
Telofaza – Xromosomların despirallaşması baş verir. Nüvə pərdəsi əmələ gəlir, nüvəcik formalaşır, bölünmə vətərləri dağılır, sitoplazma bölünür və qız hü-ceyrələr arasında arakəsmə əmələ gəlir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin