Avropanın müstəmləkə üçün elmdən istifadəsi
Elm avropalıların əlində olduğu zamandan onu xalqlara hakim olmaq üçün vasitə etmişlər. Böyük günah budur. Elm istər yeni silahlar vücuda gətirməklə, istərsə də müxtəlif iqtisadi, siyasi və digər üsullarla dövlətləri, hökumətləri və ölkələri tutmaq üçün bir vasitəyə çevrildi. Bunun adı müstəmləkədir. Başqa sözlə desək, elm müstəmləkənin dayağı oldu. Necə ki, bu gün hegemonizmin dayağıdır.246
Qərbin Şərq təfəkkürünün zəifliyinə dair təlqini
Mənim əzizlərim! Uzun illər müxtəlif usullarla Şərq xalqlarına təlqin etmişlər ki, siz müxtəlif cəhətlərdən ikinci dərəcəli insanlarsınız. Prinsipcə müstəmləkə fəlsəfəsi bu idi. Təəssüf ki, müstəmləkə fəlsəfəsi üzərində çox işlənməmişdir. Mən əvvəllər bir müddət bu sahədə araşdırma apardım ki, bu mənfur müstəmləkə fenomeninin necə və hansı təməllər üzərində yarandığını öyrənim. Bəlli oldu ki, müstəmləkəçilərin çox təəssüflü fəndlərindən biri bu olmuşdur ki, bacardıqları qədər Asiya ölkələrinə - bu olimpiadalarda üç dəfə birinci yeri tutan Çinə, bizim ölkəmizə və digər yerlərə pis təlqinlər etmişlər. Şərq xalqlarına zorla ikinci dərəcəli və zəif insanlar olduqlarını, idarə və təfəkkür qabiliyyətlərinin olmadığını qəbul etdirmək istəmişlər. Digər tərəfdən, təlqin edirmişlər ki, elm onlarınkıdır, inkişaf onlarınkıdır və ümumiyyətlə, hər bir haqq onlara məxsusdur. Onlar zorla qəbul etdirirdilər ki, sizə bir şeyi verən və sizdən bir şeyi alan bizik. Onlar guya sivilizasiya və inkişaf verir, xalqların istismarını, onların sərvətini, azadlığını və həyatını almağı da bunun muzdu bilirdilər. Onlara görə bu ədalətli bazarlıq idi. Onlar belə rəftar edirdilər.247
Dostları ilə paylaş: |