Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Üçüncü hissə: Mədəni hücuma qarşı icra və məhkəmə orqanlarının vəzifələri



Yüklə 416,28 Kb.
səhifə72/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   65   66   67   68   69   70   71   72   73
Üçüncü hissə: Mədəni hücuma qarşı icra və məhkəmə orqanlarının vəzifələri

İcra və məhkəmə orqanlarında İslamın hakim olmasının və mömin kadrlardan istifadənin zəruriliyi

Mühüm bir məsələ məhkəmə orqanına İslam hökmlərinin hakim olmasıdır. İslam dəyərləri və meyarları məhkəmələri idarə etmək üçün ən güclü meyarlardır. Biz müxaliflərin, düşmənlərin, İslam cəmiyyətində hər bir müsbət məqamı tənqid edənlərin yaratdığı ajiotajdan təsirlənməməliyik. Bəli, Qərb İslamın məhkəmə sistemini qəbul etmir. Biz də onların məhkəmə sistemini qəbul etmirik: "Siz mənim ibadət etdiyimə ibadət etməzsiniz! Mən də sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!"603 Onlar İslam dəyərlərinə söykənən məhkəmə meyarlarını dərk etmək istəmirlər. Ümumiyyətlə, Qərb mədəniyyəti kiminsə məhkəmə meyarlarının - qan bahasının, andın, həddin, təzirin və İslam əxlaqı ilə mühakimənin dəyərini İslamda olduğu kimi anlamasına imkan vermir. İslamda məhkəmə hakiminin mühakimə məqamından başqa yerdə heç bir üstünlüyü yoxdur; digər müsəlmanlar kimi yerdə oturur və onlarla qardaş kimi rəftar edir. Onların isə hakim, məhkəmə və dünyəvi mühakimə üçün xüsusi qaydaları var. Biz dünyanın təsiri altına düşmürük. Biz İslamda mövcud olan güclü məhkəmə meyarları ilə fəxr edir və onların əsasında hərəkət edirik. Belə İslam məhkəməsi cəmiyyətdə ədaləti təmin edə bilər.604


Mədinə məscidində İmam Əli (ə) ilə beyət mərasimi bitəndən sonra o, beyətdən boyun qaçıranların bir-bir çağırılmasını söylədi. Buyurdu ki, siz nə üçün beyət etmədiniz? Biri dedi ki, mən gözləyirdim ayrıları beyət etsinlər, mən də edim. İmam buyurdu ki, get. Beləcə bir-bir gətirdilər. Beyət etməyənlər arasında Abdullah ibn Ömər də vardı, onu da məscidə gətirdilər. Əmirəlmöminin (ə) onun beyət etməməsinin səbəbini soruşdu. Bir qədər əllərini ovuşdurub nəsə dedi. Orada dayanmış Malik Əjdər dedi ki, ey möminlərin əmiri, icazə ver bunun boynunu vurum, digərləri də məsələnin ciddi olduğunu bilsinlər. İmam gülüb buyurdu ki, yox, buraxın getsin. Malik Əjdər Əmirəlmömininə (ə) demək istəyirdi ki, bunlar sənin də xəncərinin və qamçının olduğunu bilmirlər; qoy onu cəzalandırım ki, bunu bilsinlər.

Kiminsə İslam quruluşunun xəncər və qamçısının olmadığını, heç bir tədbir görmədiyini düşünməsi səhvdir. Əslində Allah üçün olduğundan heç bir şeydən çəkinmədən tədbir görür. Bu baxımdan, qarşı çıxanlara qarşı qətiyyətlə rəftar olunmalıdır. Qarşı çıxmayan, amma xidmət də göstərməyənlər isə həqiqətən yenidən düşünməli və İslam quruluşunun qədrini bilməlidirlər. Uzun əsrlər boyu İslam nə zaman bugünkü kimi hakimiyyətin meyarına çevrilmiş və bu qədər ucalmışdır?! Onlar bundan istifadə etməlidirlər.605


Hizbullahçı qüvvələrin müxtəlif sahələrdə iştirakı çox olmalı, məhkəmə və icra orqanları öz məmur və əməkdaşlarında bu dəyəri əməli formada diqqətdə saxlamalıdırlar. Sağlam bir idarə o zaman daha çox çalışa bilər ki, yaxşı məmur, müdir və mütəxəssisləri olsun, mömin, ixlaslı və sözün əsl mənasında hizbullahçı qüvvələr onda mühüm rol oynasınlar. Düşmənlərin ötən illərdə mömin və mütəxəssis kadrlar arasında ortaya atdığı mübahisələr yenidən gündəmə gəlməməlidir. Mən o zaman kimlərin bu mövzunu təqib etdiklərini xatırlayıram. Deyirdilər ki, möminlər iş başında olsunlar, yoxsa mütəxəssislər? Sanki mömin və mütəxəssis arasında təbii bir təzad var. Bu, çaşdırıcı mövzudur. Allaha şükür ki, inqilabdan 13 il sonra bütün səviyyələrdə, cəmiyyətin yüksək qərar mərkəzlərində, korpusun, ordunun və Bəsicin hərbi məmurları arasında mömin qüvvələr çoxdur. Xalqın da imtahan vermiş mömin bir xalq olduğu bəllidir. Bizim xalqımız özü ilə İslam, din, Quran və Əhli-beyt arasında məsafə yaranmasını istəmir. Bizim xalqımız Qurana, İslam və Quran şüarına arxalanıb böyük bir siyasi quruluş yaradan, ABŞ-ı və hegemon dünyanı məğlub edən ilk xalqdır.606
Mənim fikrim budur ki, bu inqilab yalnız və yalnız inqilabçı qüvvələrin çiynində inkişaf edə bilər. İnqilab çoxlarından faydalanır, amma inqilabın arxalanıb inkişaf edəcəyi və inqilabı möhkəm bir qala kimi müdafiə edəcək şəxslər məhz mömin, doğruçu və ixlaslı qüvvələr, Allahın lütfü ilə cəmiyyətimizdə əksəriyyəti təşkil edən hizbullahçı mömin qruplardır. Məmləkətin inkişafı əsasən onlardan asılıdır. Bizim fikrimizcə, onlar inqilabı inkişaf etdirə və qoruya bilərlər. Onlar inqilabla olmasalar və Allah eləməmiş, məmurlardan küssələr, başqa kim məmurlarla olsa da, onları ayaqda saxlaya bilməz. Əgər bunlar olsalar, - Allaha şükür ki, vardırlar və olacaqlar - məmurlarla, quruluşla və hökumətlə kim düşmən olsa, heç bir iş görə bilməz.607
İslam Respublikası quruluşunda hizbullahçı bir müdir, müəllim, vəzifəli şəxs, komandir, sənətkar və yazıçı digərlərindən üstündür. Kimsə hizbullahçılığı düz-əməlli savadı olmayan bir gəncin mərəkə yaratması kimi başa düşməsin. Əsla belə deyil. Bizim mütəxəssislərimiz, görkəmli şəxsiyyətlərimiz, müdir, alim və müəllimlərimiz arasında çoxlu hizbullahçı insanlar var. Biz hizbullahçılıq haqda yanlış düşünməməliyik.608
Hizbullahçı olmaq ilahi vəzifəni yerinə yetirməyə hazırlıq və inqilabi bir dəyərdir. İslam quruluşunda hizbullahçı ruha malik olanlar digərlərindən üstündürlər.609
Cəmiyyətdə Bəsic üzvünün dəyəri və hörməti var. O bununla fəxr etməli, əxlaqı və rəftarı ilə xalqın hörmətini və sevgisini qazanmalıdır. Əxlaq nümunəsi, təvazökar və mehriban insan olun, qayda-qanunlara əməl edin. Bu yanlış fikir bəzi beyinlərdən çıxmalıdır ki, Bəsic üzvü qanunlara riayət etməyən adamdır. Xeyr! Tam əksinə olaraq, qanunlara daha çox əməl edən daha yaxşı Bəsic üzvüdür. Nə üçün? Çünki Bəsic üzvü quruluşa ürək yandıran adamdır. Qayda-qanunlara əməl olunması da quruluşun idarəsinin qəti şərtidir. Odur ki, cəmiyyətdə əxlaqa, qanunlara və nizam-intizama mütləq diqqətlə əməl edin və bilin ki, siz inqilabın tükənməz ehtiyatlarısınız. Nə qədər ki, İslam inqilabı və İslam Respublikası quruluşu bu hisslərə, iman və ixlaslara söykənir, – inşallah həmişə söykənəcək – hər hansı səviyyədə olan heç bir düşmən inqilaba və quruluşa zərər yetirə bilməyəcək.610
İnqilabın doğruçu qüvvələrini və hizbullahçıları nəzərə alın. İnqilabı və ölkəni qoruyan, Amerikanın azğından vuran və təcavüzkarı yerində oturdan onlardır. İmam buyurdu ki, Bəsic və korpus olmasaydı, ölkə olmazdı. Bizim bu müharibədə qələbə çalmağımıza Bəsic səbəb oldu. Bəsic üzvü məmləkətdə bir hadisənin baş verdiyini, düşmənin hücum etdiyini anlayan kimi tarlasına, dükanına, işinə, imtahanına, konkursuna və universitet semestrinin gecikməsinə baxmayan, bütün bunlara göz yumub cəbhəyə gedəndir. Biz buna hizbullahçı deyirik. Bu gün də düşmənin hər hansı formada hücum etdiyini bilsə, onun gözünə yuxu getməz və rahat oturmaz. Necə və harada olsalar, bunları saxlayın, qoruyun. Əgər idarələrdədirlərsə, xüsusən onlarla yaxşı ünsiyyətdə olun ki, digərləri sizin onları qəbul etdiyinizi və sevdiyinizi bilsinlər. Bəzən problem yaransa da, yaxşı formada həll edin. Hizbullahçının əksi ölkənin və inqilabın səmimi qüvvələrini ələ salanlardır. Bəziləri də nə ələ salırlar, nə də hizbullahçıdırlar. Bu qüvvələri məsxərə edənlərlə sıx əlaqə qurmayın. Bunun birbaşa təsiri inqilabın əsl qüvvələrinin ümidsizliyə uğramasıdır. Bu hər şeydən önəmli və əsaslı bir məsələdir.

Əgər buna riayət etsəniz, inqilab üçün hər bir səyiniz yerində olacaq və hədər getməyəcək. Bacardığınız qədər mömin qüvvələri qoruyun. Mömin qüvvələrə qarşı çıxan və onları ələ salanlarla, müharibəni və Amerikaya ölüm şüarını heç zaman qəbul etməyənlərlə, indi quruluşla işləyirlərsə də, sabah bir başqasının gələcəyini ehtimal etdikdə onun yanına qaçacaq şəxslərlə sıx ünsiyyət qurmayın, yalnız bacarıqlarından istifadə edin. Biz ölkəyə xidmət edə bilən bütün qüvvələrdən istifadə etməli, amma belələrinə üz verməməliyik.611



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin