Məhdud resurslarla idarə etmək
Bir çox ölkədə böyük problem maliyyə, məlumat, ekspertiza resurslarının yoxluğudur.
Mövcud resurslarla müqayisədə vəzifələrin miqyasını anlamaq qorxuducu ola və
fəaliyyətsizliyə gətirib çıxara bilər.
Monitorinq və qiymətləndirmə
Yeni yanaşmaları həyata keçirən təşkilatların keçilmiş təcrübədən öyrənmə üsullarını
təkmilləşdirməsi əhəmiyyətlidir.
İnvestisiyadan sosial gəlirlər
İnvestisiyadan Sosial Gəlirlər (İSG) sizin işinizlə yaratdığınız dəyəri ölçmək və izah etmək
üçün innovativ yoldur.
Metodologiya nisbətən yenidir, amma çox maraqlı dəyişikliklərə rəvac verməsi səbəbindən
üçüncü sektorun, hökumətin, sponsorların, investorların, komissiya üzvlərinin marağını
nəzərə çarpan dərəcədə cəlb edir.
Təşkilatlara öz nailiyyətləri ilə bağlı hesabat verməkdə kömək göstərməklə, onlara maliyyə
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
82
cəlb etməklə İnvestisiyadan Sosial Gəlirlər həm də təşkilatlara öz sosial təsirlərini mümkün olan
ən yüksək həddə çatdırmağa yardım edə, onlarla işləyən insanların həyatını yaxşılaşdıra bilər.
İnvestisiyadan Sosial Gəlirlər təşkilatın fəaliyyətinin nəticələrini başa düşmək, ölçmək və
idarə etmək üçün bir çərçivədir. İSG bütün növ nəticələri (sosial, iqtisadi və ekoloji) əhatə
edə bilər, amma bu, maraqlı tərəflərin hansı nəticələrin müvafiq olduğunu müəyyənləşdirmə
prosesinə cəlb edilməsinə əsaslanır.
İSG-nin iki növü var. Qiymətləndirici İSG retrospektiv aparılır və artıq baş verən nəticələrə
əsaslanır. Proqnozlaşdırıcı İSG isə əgər fəaliyyətin nəzərdə tutulmuş nəticələrinə nail olunarsa,
nə qədər sosial dəyərin yaradılacağını əvvəlcədən proqnozlaşdırır. Proqnozlaşdırıcı İSG bir
layihənin planlaşdırma mərhələsində qiymətləndirici İSG aparmağa imkan verən düzgün
məlumatları toplamaqda faydalı ola bilər.
İSG sosial mühasibatdan və xərc-mənfəət analizindən yaranıb və digər nəticə yanaşmaları
ilə bir çox ortaq cəhətləri var. Amma bunun digər yanaşmalardan bir fərqi də var: nəticələr
üzərinə pul dəyəri qoyur ki, onlar başa düşülsün və qoyulan investisiyalarla müqayisə edilə
bilinsin. Bu, ümumi investisiyalara nisbətdə ümumi faydaya (bütün nəticələrin cəmi) əsaslanır.
Məsələn, təşkilatın öz fəaliyyəti üçün xərclənmiş hər £ 1 üçün £ 4 sosial dəyər nisbəti ola bilər.
Nisbət vacib olsa da, İSG bundan vacibdir. Yaxşı İSG həm keyfiyyət, həm də kəmiyyət
nəticələri daxil olmaqla dəyişiklik hekayəsini təqdim edir, həmçinin öz nəticələrini maksimal
həddə çatdırması üçün təşkilatı məlumatla təmin edir.
Nisbəti həmişə ümumi analiz kontekstində başa düşmək lazımdır. Belə bir anlaşılan qorxu
var ki, maliyyələşdirmə haqqında qərarların qəbul edilməsi üçün sponsorlar yalnız nisbətdən
(əmsaldan) istifadə edə bilərlər. Lakin bu, maliyyə qərarlarını sadəcə bir rəqəm əsasında qəbul
edən çox ağılsız bir sponsor olardı. Bundan başqa, sizin müxtəlif təşkilatların müqayisəsini
nisbətdən istifadə etməklə aparmağınız da tövsiyə olunmur. Onlar hətta eyni sektor
(məsələn, uşaq xidmətləri) üzrə çalışsalar da, müxtəlif ehtiyacları olan müxtəlif istifadəçilərlə
işləyəcəklər və ola bilsin, nisbəti hesablamaq üçün müxtəlif mülahizələrdən çıxış edəcəklər.
Hər hansı başqa yanaşmada olduğu kimi, İSG-yə də qərarların qəbul edilməsi daxildir, lakin
şəffaflıq üçün bu qərarları yaxşı sənədləşdirmək lazımdır.
SROI – an
Nə üçün İSG?
İSG xidmətləri bir sıra yollarla təkmilləşdirməkdə sizə kömək ola bilər. Bunlar aşağıdakılardır:
• sizin işiniz hesabına yaradılmış sosial, ətraf mühit və iqtisadi dəyərləri başa düşmək;
• yaratdığınız müsbət dəyişikliyi gücləndirmək və işiniz nəticəsində meydana çıxan
istənilən mənfi nəticəni müəyyənləşdirib idarə etmək;
• hansı təşkilatlar və insanlarla işləməli, nələri təkmilləşdirməli olduğunuzu yenidən
nəzərdən keçirmək;
• öz maraqlı tərəflərinizlə çalışma üsulunu təkmilləşdirmək;
• daha faydalı, daha keyfiyyətli məlumat toplamağın yolunu tapmaq.
Maneələrin araşdırılması
http://odi.dwp.gov.uk/docs/wor/new/ded-difference.pdf
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
83
Kommunikasiya
Əlçatımlılığın icmalı
Universal Dizayn prinsiplərinin informasiyaya tətbiq olunması onu bir çox insan üçün əlçatımlı
edir. Universal Dizayn həm də o deməkdir ki, məlumat hər kəsin istifadə edə bilməsi üçün
müxtəlif yollarla (xüsusi formatlardan istifadə etməklə) təqdim oluna bilər.
Növbəti məlumat sizə sadə dildən və uyğun məzmundan yararlanmaqla öz kommunikasiyanızı
necə daha əlçatımlı edə biləcəyinizdən xəbər verir. Bu, həmçinin müəyyən dizayn
qaydalarından istifadə etməklə nəşrin necə əlçatımlı edilə biləcəyini təfsilatları ilə göstərir.
Buna baxmayaraq, bəzi insanların nəşr olunmuş məlumata əlçatımlılığı, oxumaq imkanı
yoxdur. Bu sıraya ana dili ingilis dili olmayanlar və digərləri, məsələn, oxuma çətinliyi, görmə
və ya eşitmə qabiliyyətini itirmiş şəxslər daxildir. Bu kütlələrə yetişmək üçün bir çox xüsusi
formatlar var ki, onlar da ümumi şəkildə təsvir olunub.
Məhdud büdcə ilə hansı formatlardan istifadə etməyi qərarlaşdırmaq böyük gərginlik
hesabına başa gəlir.
Bu barədə qərar verməyin vaxtı kommunikasiya planlaşdırmasının edildiyi zamandır. Özünüzə
aşağıdakı sualları verməyiniz sizə kömək olacaq.
• Hədəf auditoriya kimdir?
• Bu, hansı növ məlumatdır və nə qədər əhəmiyyətlidir?
• Məlumat qısamüddətlidir, yoxsa uzunmüddətli?
Sadə dil
• Öz auditoriyanızı tanıyın.
• Oxucuların tanış olduğu gündəlik danışıq dilindən istifadə edin.
• Qısa, aydın cümlələrlə yazın (15-20 söz).
• Ən yaxşısı cümlədə bir fikrin olmasıdır.
• Hər paraqrafda bir mövzu olmaqla paraqrafları qısa edin.
• Daha qısası yaradığı halda çoxhecalı sözlər işlətməkdən çəkinin.
• Jarqon, akronim və texniki sözlərdən, təfsilatların, detalların təsvirindən çəkinin; əgər
akronimdən istifadə etməlisinizsə, ilk dəfəsində onu tam formada yazın.
• Feilin məchul yox, məlum növündən istifadə edin; məsələn, “Top Piter tərəfindən
vuruldu” əvəzinə “Piter topu vurdu”.
• “Sİz” və “biz” əvəzliklərindən istifadə edin.
• Birbaşa göstərişlərdən, təlimatlardan istifadə edin: məsələn, “Xahiş edirəm bu məktuba
cavab verin”.
• Xeyirxah, insanpərvər və nəzakətli olun.
• Uyğun olanda bu kimi siyahıdan istifadə etmək normaldır.
Əlilliyi olan şəxslərlə və onlar haqqında necə danışmaq
Ehtiramlı dil-üslub sadəcə hörməti və adi nəzakəti göstərir. Bu baxımdan qadınlar və yaşlı
insanlarla davrandığımız zaman olduğu kimi diqqətli, sayğılı olun.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
84
• Danışığınızın sadə, dəqiq və neytral tonunu qoruyun.
• Şəxsin məhdudiyyətinin adını çəkmək çox da münasib deyil.
• Kimisə məhdudiyyətinə və ya istifadə etdiyi vasitəyə görə təqdim etməyin.
• Neytral dildən, leksikondan istifadə edin – ləyaqəti və qarşılıqlı hörməti saxlamaqla
çətin problemləri müzakirə etmək məharəti.
• İnklüziv dildən, leksikondan istifadə edin – mənfi sosial stereotiplər yaratmaqdan
çəkinin. Məsələn, “əlil arabasına məhkum olunmuş və ya bağlanmış” əvəzinə “şəxs əlil
arabasından istifadə edir” deyin. Və ya: kiminsə sağlamlıq məhdudiyyəti ola bilər, amma
bəlkə də bundan nə “əziyyət çəkir”, nə də ona “yoluxub”.
İmiclərdən istifadə etmək
• Əlilliyi olan şəxslər haqqında məlumat onları cəmiyyətdə adi insanlar kimi göstərməli,
ayrıcalıq və ya xüsusilik təəssüratı yaratmamalıdır.
• Əlilliyi olan şəxslər ümumi təsvirlərə onların da hər kəs kimi cəmiyyətin bir hissəsi
olduğunu göstərmək üçün daxil edilə bilərlər.
• Onları gündəlik ictimai vəziyyətdə, iş mühitində göstərin. Yalnız tibbi və ya asılı
münasibətlərə diqqəti cəmləməyin (məsələn, görmə qabiliyəti olmayan şəxsə yolu
keçməyə kömək edilməsi kimi).
• Sağlamlıq məhdudiyyəti üzərində diqqəti cəmləməyin və ya təcrid olunma barədə
yanlış təəssürat yaratmayın.
• Əlilliyi olan şəxs nə qədər az tanınırsa, bir o qədər yaxşıdır - bəzi sağlamlıq
məhdudiyyətləri elə də gözə çarpmır.
Çapı istifadəyə yararlı, əlçatımlı edin
Şriftlər
• Əsas mətni 12-lik və ya daha böyük şriftlə verin.
• Arial kimi nişansız (sans-serif) şriftdən istifadə edin.
• Yüksək üslublu və ya modelləşdirilmiş əl yazısından, xüsusi dizaynlı şriftlərdən istifadə
etməkdən çəkinin.
• Müxtəlif çəkilərdə şriftlər var. Yüngül sayılan seçimlərdən çəkinin, çünki kağızla mətn
arasında çaları təmin etmək üçün az mürəkkəb var.
• Mətni bəzi insanların oxumağı üçün çətinləşdirən kursivlərdən istifadə etməkdən çəkinin.
• Yağlı şrift növü müəyyən mətni vurğulamaq üçün istifadə oluna bilər.
• Sözləri böyük hərflərlə yazmaqdan çəkinin. İnsan gözü sözləri formasından tanımaqla
oxuyur və sözün tamamilə böyük hərflərlə yazılması onu tanımağa mane olur.
Digər dizayn xüsusiyyətləri
• Rəqəmləri oxumaq sözləri oxumaqdan çətindir.
• Nömrələri fərqli göstərən şriftlərdən və ya sözlərdən istifadə edin.
• Sözün altından xətt çəkməkdən çəkinin.
• Sətrin uzunluğu 60-70 işarə olmalıdır.
• Mətni sol kənarda yerləşdirin.
• Sağ kənarda mətn yerləşdirməkdən çəkinin.
• Sətirlər arasında məsafə 1.5, sözlər arasında məsafə iki dəfə çox olmalıdır.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
85
• Sözlər bərabər yerləşdirilməlidir.
• Mətnlə arxa fon arasında güclü ziddiyyət olduğuna əminlik hasil edin.
• Mətn və şəkillər ətrafında çoxlu ağ boşluqdan, məsafədən istifadə edin və səhifənin
müxtəlif elementlərini seçib ayırın.
• Şəkillər və şəkilli fon üzərində mətn yerləşdirməkdən çəkinin.
• Mətnlə fon arasında ziddiyyəti azaldan rəng çaları və ekranlardan istifadə etməkdən
çəkinin.
• Mətnin müəyyən hissələrini vurğulamaq üçün ağ boşluqlardan və ya çərçivələrdən
istifadə edin.
• Oxumağı asanlaşdırmaq üçün paraqraflar arasında boşluq qoyun.
• Əgər buna görə sətirlər müxtəlif yerlərdən başlanır və tapılması çətinləşirsə, mətni
şəkillər arasına yerləşdirməkdən çəkinin.
• Formalarda imzalar üçün əlavə boşluq qoyun.
• Ardıcıllıq əhəmiyyətlidir; məsələn, səhifə nömrələrinin eyni yerdə olmasına fikir verin.
Kağız
• Parlaq kağız əvəzinə tutqun və ya atlas kağızdan istifadə edin.
• Lazımi ağırlıqda olan kağızdan istifadə edin ki, çap materialı səhifənin o biri üzündən
görünməsin.
Cild
• Çap sənədləri düz şəkildə açılmalıdır.
E-mail
Əgər siz e-mail məktubları göndərirsinizsə:
• Məktubun üzərinə orijinal vörd sənədləri, eləcə də PDF faylları “tikin”.
• Sənəd qısadırsa, onu orijinal email-ə daxil edin.
• Mətnin sonunda veb keçidi qeyd edin.
• Müvafiq olarsa, titrlı video və Yeni Zelandiya İşarə Dili videosu hazırlayın.
• PDF faylından yeganə məlumat vermə vasitəsi kimi istifadə etməyin.
İnternet
İnternetdəki məlumat aşağıdakı kimi olmalıdır:
• İstifadəsi mümkün, əlçatımlı HTML.
• İstifadə imkanları, əlçatımlılığı artırılmış, əlavə olunmuş PDF fayllar. Adi PDF fayllarından
yeganə məlumat vermə vasitəsi kimi istifadə etməyin. Onlar ekran oxucuları tərəfindən
oxunmaya və sağlamlıq məhdudiyyətləri olan digər insanlara əlçatımlı olmaya bilər.
• Audio, Yeni Zelandiya İşarə Dili videoları, titrlı videolar və transkriptlər kimi mütəxəssis
formatları vebsaytlara yerləşdirilə bilər.
Xüsusi formatlar
Məlumat hətta
sadə dildə yazılsa və aşağıda təsvir olunmuş universal dizayn qaydalarından
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
86
istifadə olunmaqla hazırlansa belə, istifadə imkanı, əlçatımlı olmayan insanlar üçün materialı
xüsusi formatlarda hazırlamalı olacaqsınız.
İntellektual və ya öyrənmə məhdudiyyətli insanlar üçün asan oxunuş
Oxuma-yazma problemi olanlar və ana dili ingilis dili olmayanlar asan oxunuşları faydalı hesab
edirlər. Bu, uşaqcasına bir tərz deyil. Burada sözdən az, diaqramdan çox istifadə olunur.
Asan oxunan səhifələrdə olmalıdır:
• asan sözlər
• böyük şrift
• şəkillər
• hər səhifədə bir fikir
• vebdə səsləndirilən audiolu sözlər
• istədiyiniz səhifəni asan tapmağın üsulları.
Eşitmə qabiliyyətini itirmiş insanlar üçün yayımlanan mətn
Mətn Yayımı xidməti BK telefon şəbəkəsinin bir hissəsini təşkil edir. Bu, standart səsli
telefondan istifadə edə bilməyən insanları
kommunikasiya xidməti ilə təmin edir.
Böyük ölçülü çap
Böyük ölçülü çap tövsiyə olunan Universal Dizayn çap ölçüsündə (12 ölçülü şrift) oxuya
bilməyən insanlar üçün yararlıdır.
• Qrafiksiz sadə sənədlər asan hazırlana bilər.
• Şriftin ölçüsü 16 ilə 22 arasında olmalıdır.
• Oxucunun səhifədə qeyd aparması üçün kənarlarda və ya abzasların arasında boşluqlar
qoyun.
• Səhifənin ölçüsü əllə asan şəkildə idarə oluna biləcək qədər münasib olmalıdır.
• Başlıqlar və səhifə nömrələri kimi təkrarlanan elementlər həmişə eyni yerdə olmalıdır.
• Asan oxunmaq üçün paraqraflar arasında boşluq qoyulmalıdır.
Audio
Rəqəmsal audio fayllar CD-ROM və ya DVD-lərlə paylana, yaxud da vebdən köçürülə bilər.
Rəqəmsal səsli fayl hazırlamaq nisbətən sadədir. Sizə bunun üçün səs kartı olan şəxsi
kompüter, keyfiyyətli mikrofon və səs yazan proqram lazımdır. Son məhsulda ortaya çıxan
hər hansı səhvi düzəltmək üçün peşəkar redaktor cəlb edə bilərsiniz. Görmə qabiliyyətini
itirmiş insanlar yüksək keyfiyyətli səs gözləyirlər.
DVD-lər də daxil olmaqla videolar üçün audio təsvir
Audio təsvir sizə görə bilməyəcəyiniz şeylər haqqında məlumat verir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
87
Brail
Məlumatı daha əıçatımlı edən elektron avadanlığa görə Brail indi daha az istifadə olunur.
Yaşlı görmə qabiliyyətini itirmiş insanlar buna bel bağlaya bilərlər, başqaları da sənədə tez-
tez istinad edəndə və real zamanda (məsələn, görüş icmalı və ya gündəliyi, məsləhətləşmə
sənədləri) bundan istifadə etmək istəyə bilərlər. Həm eşitmə, həm görmə qabiliyyətini itirmiş
şəxslər daxil olmaqla bəzi insanlar nəşri Brail kimi çıxardan kompüterlərdən istifadə edə
bilərlər.
Brail:
• bəzi digər xüsusi formatlardan bahadır;
• bəzi insanlar üçün birinci dərəcəli məlumat mənbəyidir;
• bəzi başqaları (məsələn, həm eşitmə, həm də görmə qabiliyyətini itirmiş şəxslər) üçün
yeganə yazılı məlumat mənbəyidir.
Eşitmə qabiliyyətini tam və ya qismən itirmiş auditoriya üçün formatlar
Video titrləri
Titr vasitəsilə bütün səs ünsürləri ekrandakı altyazıya tərcümə olunur ki, tamaşaçılar dialoqu
və hərəkəti eyni zamanda izləyə bilsinlər.
Titr xidməti göstərən ixtisaslaşmış kommersial video istehsalı kompaniyaları var. Amma onların
eşitmə əlilliyi olan izləyicilər üçün altyazı hazırlanması işini bilib-bilmədiklərini yoxlayın.
Titr növləri
• Auditoriyanın mətni danışan şəxsin nitqi ilə əlaqələndirdiyinə əminlik hasil edin.
• Digər mühüm məlumatın üstünü örtməmək şərtilə titrləri ekranın aşağısında ortada
yerləşdirin. Mətnin ətrafında boş yer buraxın.
• Mətn ekranın qırağına getməli deyil.
• Başdan-başa qara fonda sans-serif şriftli (Arial kimi) böyük ağ mətndən istifadə edin.
• Ekranda bir və ya iki sətir mətn olmalıdır.
• Tez-tez dəyişən ekranda daha az sözün olması münasibdir.
• Ekranda insanların adlarını və vəzifələrini titrdən yuxarıda qısaca təqdim edin.
• Titrlər yenidən dialoq yaratmalı, deyilənləri şərh və tərcümə etməli deyil.
• Əgər çox adam danışırsa və ya müxtəlif insanların danışdıqları göstərilirsə, ya onların
adını titrlərdə mötərizədə verin, ya da ayrı-ayrı natiqləri göstərmək üçün müxtəlif
rənglərdən istifadə edin.
• Altyazı əlavə etmənin ən yaxşı nümunəsi televiziyada verilən teletekstlərdir.
• Televiziyada istənilən reklam titrlə verilməlidir. TVNZ-də olan Altyazı Mərkəzi bunu edə bilər.
İşarə dili
(Britaniya) İşarə Dili eşitmə qabiliyyəti olmadan doğulan və ya danışıq dilini öyrənə bilmədən
eşitmə qabiliyyətini itirən şəxslərin ilk (ana) dilidir.
Nəşr bu icma üçün ən yaxşı vasitə deyil.
Ən yaxşı vasitələr aşağıdakılardır:
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
88
• tərcüməçidən istifadə etmək;
• işarə dili DVD-ləri və ya vebsaytlarda videolar;
• tekstinq, xüsusilə eşitmə qabiliyyəti olmayan olan gənc insanlar üçün.
İşarə dili videolarını hazırlamaq
İşarə dili və ingilis dili üzrə yüksək savadı olan, eşitmə qabiliyyəti olmayan tamaşaçılara
məlumatı necə ötürməyi bilən eşitmə qabiliyyəti olmayan auditoriya ilə işləyin.
Siz videoları təşkilatınızda hazırlaya bilərsiniz, çünki vebsaytlarda yerləşdirmək yüksək
bacarıq tələb etmir.
• Bacara bildiyiniz ən yaxşı avadanlıqdan istifadə edin.
• Ziddiyyətli fondan istifadə edin ki, işarə dili tərcüməçisinin əlləri və üz ifadələri aydın
görünsün. Onu yaxşı işıqlandırın.
• Pəncərə qabağında çəkiliş etməyin.
• Kameranın silkələnməsinin qarşısını almaq üçün həmişə üçayaqlıdan istifadə edin.
• Çəkiliş üçün sakit mühit olmalıdır.
• Kameranı hərəkət etdirməyə və ya görüntünü böyütməyə ehtiyac yoxdur.
• Çərçivəyə salma həlledici əhəmiyyət daşıyır. Çərçivə işarə dili tərcüməçisinin əllərinin
arasındakı məsafədən bir azca geniş olmalıdır. Ən yaxşı qayda qurşaqdan başa qədər
və hər iki çiynin aşağı hissəsini çərçivəyə salmaqdır. Hər bir işarə dili tərcüməçisinin bir
az fərqli işarə sahəsi var. İşarə dili videolarında iri plan olmur.
• Sifəti çəkməkdən başlayın və sonra yuxarıda təsvir olunmuş şəkildə çərçivənizi qurun.
Bu, işarə dili tərcüməçisinin fokusda olmasını təmin edəcək.
• İşarə dili tərcüməçisi zolaqlı və ya naxışlı paltar geyinməməlidir.
• İşarə dilinin qrammatikası əsasən üz ifadələrindən yaranır, ona görə də tərcüməçinin
üz cizgiləri yaxşı görünməlidir. Əgər vebsayta nəsə yerləşdirirsinizsə, video qutusunun
kifayət qədər böyük olmağına çalışın və videonun tərcüməçinin üz ifadələrini görməyə
imkan verəcək qədər keyfiyyətli olduğuna əminlik hasil edin.
İşarə dili tərcüməçiləri
Üz-üzə kommunikasiyadan istifadə edən işarə dili tərcüməçiləri bəzi vəziyyətlərdə məsələnin
aktiv, operativ həllinə yol aça bilərlər (məsələn, əgər məlumatı bir yerdə görüşmək imkanı
olan bir neçə eşitmə əlilliyi olan insana çatdırmaq istəyirsinizsə).
İşarə dili agentliklərini internet axtarışı vasitəsilə tapmaq olar.
İnklüziv kommunikasiyalardan kim faydalanır?
Britaniyada təxminən 10 milyondan çox əlilliyi olan şəxs var. Hökumətin məlumatın yayılması
üzrə mütəxəssisləri onların ismarıcının hər kəsə çatdığına əmin olmalıdırlar. Bunun öhdəsindən
bütün məlumat vasitələrinin inklüziv və əlçatan olmağını təmin etmək olar.
Əlillik Məsələləri üzrə İdarə hökumətin məlumatın yayılması üzrə mütəxəssislərinə bu
köməkləri göstərə bilər:
• əlilliyi olan şəxsləri layihənin başlanğıcından cəlb etmək
• əlilliyi olan şəxsləri müsbət şəkildə təqdim etmək
• əıçatımlılıqı məlumat vasitəsi yaratmaq
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
89
• pulsuz (imiclər) şəkillər kitabxanasına əlçatımlılıq
• əıçatımlı veb video və podkastlar təqdim etmək.
İnklüziv məlumat vasitələrinin hazırlanması barədə məsləhət
Əlillik Məsələləri üzrə İdarə əlilliyi olan şəxsləri cəlb etmək və onları təmsil etməkdə dövlət
məmurlarına dəstək verir. İdarə strateji məsləhətlər verir, vasitələr paylaşır və yeni bacarıqları
təkmilləşdirməyə kömək edir.
• Əlillik Məsələləri üzrə İdarənin İmic Kitabxanası hökumətin məlumatın yayılması üzrə
mütəxəssislərinə əlilliyi olan şəxslərin müsbət şəkillərini pulsuz təklif edir.
• Əlillik Məsələləri üzrə İdarənin əlçatımlı Media Pleyeri onlayn video və podkastların
göndərilməsinə dəstək verir.
• Əlillik Məsələləri üzrə İdarənin “İnklüziv məlumat vasitələrinin çatdırılması” kitabçası
hökumətin məlumatın yayılması üzrə mütəxəssislərinə bələdçi olur.
• “İnklüziv məlumat vasitələri” bölməsi bu məsələləri daha təfsilatlı tədqiq edir.
Mənbələr
•
Delivering inclusive communications
•
Representing disabled people positively
•
Developing inclusive communications
•
The language of disability
•
Inclusive digital communications
•
Alternative formats
•
Involving disabled people
•
Inclusive policymaking
•
Disability facts and figures
•
The social model of disability
•
Contact the Communications Team at the Office for Disability Issues
Təqdimat
Əlilliyi olan şəxsləri gerçək şəkildə təqdim etmək təsirli dəyişiklik və xidmətləri inkişafa
çatdırmaqda həlledici rol oynayır.
Əlilliyin müsbət təsviri əlilliyi olan bir və ya daha çox şəxsin ədalətli, yaradıcı və təşviqedici
təsviridir. Bu, əlilliyin tibbi modelinə yox, sosial modelinə əsaslanacaq. Bu, şəkil, qrafik və ya
hərfdən tutmuş görüntülü və ya akustik işarəyə qədər hər şey ola bilər.
Müsbət təqdimat ictimai münasibətin dəyişməsinə və əlilliyi olan şəxslərin daha çox
dəyişikliyə nail olacağına ümidləri artıracaq. Bu, həm də əlilliyi olan şəxslərə özləri ilə bağlı
kampaniyalara qoşulmaqda kömək edəcək.
Dostları ilə paylaş: |