Gözləntilərin artması
Hökumətin planlarının çoxu əlilliyi olan şəxslər və onların ailələri ilə ünsiyyət saxlamaqdan
asılıdır. Hazırda əlilliyi olan şəxslər üçün tibbi xidmət, təhsil və iş imkanları baxımından qeyri-
bərabərlik var, hökumət özü də dəyişikliyə ehtiyac olduğunu danmır.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
90
Hökumət BK-da reklam xərclərinin əhəmiyyətli ölçüsünə görə hesabat verir, buna görə də
əlilliyi olan şəxsləri əhatə edən məhsulların sayını və keyfiyyətini təkmilləşdirməkdə mərkəzi
rol oynayır.
Əlilliyi olan şəxsləri öz yaradıcı işlərinin hasilə gəlməsinə cəlb etməklə hökumətin reklamı
əlilliyin kiçik azlığa təsir göstərən faciə olduğu fikrində dəyişiklik yarada bilər. Əvəzində biz
bunun normal həyatın bir parçası olduğunu və əlilliyi olan şəxslərin bir sıra rollarda uğur
qazandığını göstərə bilərik.
Əlilliyi olan şəxslərin daha müsbət təqdimatları hazırlandıqca münasibəti dəyişmək də daha
asan başa gəlir. Müsbət əlillik ismarıcları, müsbət təqdimat ehtiva edən hər kampaniya buna
nail olmaqda irəliyə doğru atılan daha bir addımdır.
Auditoriyanın diqqətini cəlb etmək
Əlilliyi olan şəxslərin iştirakı və onların hökumətin məlumat vasitələrində təqdimat üsulu da
əlilliyi olan şəxslərin və onların ailələrinin sizin ismarıclarınıza necə diqqət yetirməsinə təsir
göstərəcək.
Məsələn, insanları sosial qayğıda işləməyə cəsarətləndirən kommunikasiya kampaniyaları
əlilliyi olan şəxslərin həm baxımı qəbul etməsi, həm də qayğı göstərməsi kimi fikri, məzmunu
ehtiva etməlidir.
Siz nə edə bilərsiniz
Yeri gəldikcə mümkün qədər:
•
öz məlumat vasitələrinizdə əlilliyi olan şəxslərin müsbət görüntülərini paylaşın;
•
əlilliyi olan şəxslərin müsbət təqdimatı verilən məhsullar sifariş edin.
Əlilliyi olan şəxsləri aşağıdakı kimi təsvir etməkdən çəkinin:
•
öz məhdudiyyətinin və ya sağlamlıq vəziyyətinin qurbanı kimi;
•
qəhrəman kimi;
•
başqalarından asılı olan adam kimi;
•
cəmiyyətə və iqtisadiyyata nə isə verməkdən çox alan biri kimi;
•
yalnız əlil arabası və əl ağacı istifadəçisi kimi.
Mənbələr
Office for Disability Issues image gallery
Ssenari – əlilliyi olan şəxsləri təsvir etmək üçün direktiv
Geniş əhatə dairəsi
Görünməz sağlamlıq məhdudiyyətləri də daxil olmaqla bütün məhdudiyyətləri geniş
təqdim etmək əhəmiyyətlidir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
91
Qəhrəman xarakterləri
Qəhrəman rollarından az-az istifadə edin. Bu, əlilliyi olan şəxslərin gündəlik reallıqlarını əks
etdirmir. Yadınızda saxlayın ki:
•
qızıl medal qazanmış atletin əlilliyi olan şəxsləri təmsil etməyi Devid Bekhemın əlilliyi
olmayan şəxsləri təmsil etməyi kimidir;
•
yüksək nailiyyətlərin daimi təsviri əlilliyi olan bəzi şəxslərin özünə inamını azalda bilər;
•
bəzi izləyicilər qəhrəmancasına göstərilən nailiyyətləri əlilliyin kompensasiya olunması
kimi başa düşə bilərlər.
Qurban xarakterləri
Əlilliyi olan şəxsləri qurbanlıq və ya passiv kimi təqdim etməkdən çəkinin.
Həqiqəti əks etdirmək lazımdır - məsələn, əlilliyi olan şəxslərə qarşı əlilliyi olmayanlardan
daha çox cinayət törədilməsi riski ola bilər. Buna baxmayaraq hər kəsin cinayətə qarşı
immuniteti zəif ola, hər kəs qorxu keçirə bilər.
Baxıcılar
Bir çox baxıcılar əlilliyi olan şəxslərin ailə üzvləridir. Baxıcıları əzabkeş, ya mələk kimi təsvir
etməkdən ehtiyatlanın, amma onların əhəmiyyətini də azaltmayın. Onları əlilliyi olan ailə
üzvləri ilə bərabər göstərin.
Mənbələr
•
Addressing criticism and complaints
•
Representation
•
Inclusive communications
Yumor – əlillik sarıdan inamlı olmaq
Yumor çox güclü yaradıcı vasitə ola bilər. Reklam agentlikləri ondan sərhədləri aradan
qaldırmaq, məhsulları satmaq məqsədi güdən qeyri-adi əlaqələr qurmaq üçün istifadə edirlər.
Yumor passiv şəkildə oxuyub, izləyib qulaq asmaqdansa iştiraka çağırır. Bu, fərqli eynilikləri
eyni cərgədə yerləşdirə və sizi iki təzadlı fikir arasında var-gəl etməyə vadar edə bilər.
Aktyorlar və modellər – əlilliyi olan şəxslərdən istifadə edin
Əlilliyi olan aktyor və modellərin rollarının bölüşdürülməsi
•
Əlil rolları üçün həmişə əlilliyi olan aktyorlardan istifadə edin.
•
Çevik dəyişməyə hazır olun. Ssenaridə əlilliyi, yaşı və cinsi dəqiq göstərilən şəxs faktiki
mövcud olmaya bilər.
•
Əlilliyi olan şəxsləri xüsusilə kastinq agentliklərindən soruşun. Kastinq agentliyi
tələbdən xəbər tutanda öz kitablarına əlilliyi olan daha çox aktyor əlavə edəcək.
•
Lazım olan şəxs üçün mümkün qədər çox yerə baxın, axtarın.
•
Əlilliyi olan aktyorunuzun sağlamlıq məhdudiyyətindən, vəziyyətindən yaradıcı şəkildə
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
92
istifadə edin. Bunda yumor və ya heyrət üçün imkanlar açıla bilər.
•
Əlilliyi olan şəxslə danışarkən gündəlik danışıq dilindən istifadə etmək məsləhətdir.
•
Yaraşıqlı olanlara və ya buna çox can atanlara avtomatik olaraq rol verməyin.
Estetikadan çox başqa meyarlara üstünlük verin.
•
Bəzən əlillik rolların bölüşdürülməsi və istehsaldan qabaqkı mərhələlərdə kampaniyaya
uğurla inteqrasiya olunur (məsələn, eşitmə aparatlı aktyor rol bölgüsündə iştirak
edirsə).
•
Model yetişdirmə formasının əlçatımlı olmasını təmin edın.
Film çəkilişi
•
Çəkiliş və ya səsyazma yerində aktyorun ehtiyaclarına uyğun lazımi ləvazimatlar
olduğuna əminlik hasil edin (məsələn, rahat parkinq və ya ictimai nəqliyyata rahat
əlçatımlılıq).
•
Çəkilişdən əvvəl aktyordan və ya modeldən hər hansı əlçatımlılıq tələblərinin olub-
olmadığını soruşun və bu ehtiyacların ödənməsini təmin edin. Məsələn, əgər onların
ünsiyyət qurmaq üçün dil mütəxəssisinə ehtiyacı olacaqsa, qabaqcadan sifariş verin.
•
İş saatının çox uzun olmadığına əminlik hasil edin, lazımi qədər fasilə verin.
•
Hansı işlərin baş verə biləcəyini və ya məkanı daha əlçatımlı etmək üçün nəyin daha
asan dəyişdirilə biləcəyini qiymətləndirmək məqsədilə çəkiliş yerinin, yaxud da
studiyanın əlçatımlılığını təftiş edin.
•
Aktyorlara göndərilən bütün məlumatların onlara əlçatımlı formatda verildiyinə əminlik
hasil edin.
Əlillik Məsələləri üzrə İdarədən kənar
•
Graeae Theatre website
•
Equity website
•
Channel 4 ‘4 Disabled Talent’ website
•
The Arts Council website
•
VisABLE People website
•
Mind the gap website
•
Showfolio website
•
Spotlight website
Rəqəmsal kommunikasiya
Hökumət vətəndaşlarla getdikcə daha çox rəqəmsal yolla əlaqə saxlayır. Məsələn, insanlar
vergi gəlirlərinin özünüqiymətləndirməsini təqdim edə, onlayn məsləhətləşmələrə qatıla
bilərlər. Rəqəmsal kommunikasiyanın əlilliyi olan şəxslərə əlçatımlı olmasına vaxt, imkan
vermək o deməkdir ki, siz daha effektli ünsiyyət qurursunuz.
İnsanlarla rəqəmsal yolla ünsiyyət qurarkən sizin onlara ayrı-seçkilik qoymamaq
öhdəliyiniz var. Rəqəmsal ünsiyyət vasitələri əlçatımlıdırsa, əlilliyi olan şəxslərin azadlığına,
sərbəstliyinə təkan verə bilər. Yox, əgər bu vasitələr əlçatmaz şəkildə tərtib olunubsa,
problem yarada bilər. Auditoriyanızdakı əlilliyi olan şəxslərə uyğun rəqəmsal formatlar əldə
etmək üçün ehtiyatla düşünün.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
93
Əlilliyi olan bəzi şəxslərin istifadə etdiyi mətni nitqə çevirən ekran səsləndiriciləri və ya
əgər onlar görmürlərsə, klaviaturadan istifadə edə bilmirlərsə, səslə idarə olunan proqram
təminatı kimi yardımçı texnologiya növlərindən baş çıxarmaq çox faydalıdır.
Siz bunları edə bilərsiniz:
•
öz rəqəmsal məlumat vasitələrinizi əlilliyi olan şəxslərə əlçatımlı etmək;
•
yardımçı texnologiyanın müxtəlif növlərini axtarıb tapmaq.
Mənbələr
•
Assistive technology
•
Inclusive communications
•
The Equality Act and the Disability Discrimination Act
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
94
Örnəklərin öyrənilməsi
Örnəklərin öyrənilməsi: Ukrayna – Əlilliyi olan Şəxslər üzrə Şura
Əlilliyi olan Şəxslər üzrə Şura Ukrayna Nazirlər Kabineti ilə işləyir. Qurum əlilliyi olan şəxslərin
qarşılaşdığı problemlərin təhlilini aparır və qərarları müəyyən edir. İclaslar problemlərin bəlli
müddət ərzində həll edilməsi üçün hökumət qurumlarına göstərişlər verilən protokolların
imzalanması ilə nəticələnir.
Şura Sosial Siyasət Nazirliyi və əlilliyi olan şəxslərin təşkilatları tərəfindən irəli sürülmüş
tövsiyələr əsasında 1994-cü ildə Ukrayna Nazirlər Kabineti nəzdində bir struktur kimi
yaradılıb.
O, Ukrayna Nazirlər Kabinetinin xüsusi məşvərətçi məsləhətverici qurumudur. Bura hökumət
qurumlarının və əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri daxildir. Sədri baş nazirin
müavinidir, sədr müavini isə sosial siyasət naziridir.
Şura hökumət qurumları və əlilliyi olan şəxslərin təşkilatları tərəfindən irəli sürülmüş təkliflər
əsasında illik iş planını işləyib hazırlayır. Məqsəd qərar layihələrinin hazırlanmasına daha
geniş insan qruplarının cəlb edilməsi olduğundan şura işçi qruplar və konfranslar, seminarlar,
praktiki seminarlar, iclaslar və başqa tədbirlər təşkil edə bilər.
2013-cü ilin noyabr ayında keçirilmiş axırıncı iclasında şura aşağıdakıları müzakirə etdi:
• Əsasnamələrin və müvafiq dövlət qurumları tərəfindən tədbirlərin təkmilləşdirilməsi
vasitəsilə əlilliyi olan şəxslər üçün maneələrdən azad mühitin yaradılması
• Aİ-nin İşçilərinin çoxunu əlilliyi olan şəxslər təşkil edən şirkətlərdən satınalmalara dair
2004/18 N-li Direktivinin 19-cu Maddəsinin müddəalarının Ukrayna qanunvericiliyinə
salınması yolları.
Əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri nümunələr və təkliflər verməklə
müzakirələrdə həmişəki kimi fəal iştirak edirdilər. Amma əlilliyi olan şəxslər üçün infrastruktur
və çıxış imkanlarına tarixən etinasız yanaşıldığına görə bu qərarların çoxu qisa müddət
ərzində həll edilməyəcək.
Hazırda Əlilliyi olan Şəxslər və Veteranlar üzrə Dövlət Xidməti bütün maraqlı tərəflərin verdiyi
təklifləri təhlil edir və qanunvericiliyə düzəlişlərin edilməsi üzərində işləyir. Təəssüf ki, bu
günə qədər bu məsələləri həll etmək üçün konkret nəticə əldə olunmayıb.
Əlilliyi olan şəxslərin təşkilatları ilə məsləhətləşmələrdən sonra Sosial Siyasət Nazirliyinin
hazırladığı təkliflər Ukrayna Ali Radasında 2014-cü ilin aprel ayında parlament üzvü tərəfindən
qeydiyyatdan keçirilmış qanun layihəsinə daxil edilib. Amma bu qanun layihəsi kifayət qədər
səs qazana bilmədi – baxmayarq ki, bu, əsasən əllilliyə aid olmayan əsasnamələr səbəbindən
baş verdi.
Şura və digər təşkilatların işi irəliyə doğru hərəkət yollarını daha aydın planlaşdırmaq, bununla
da hansı hökumət orqanlarının hansı problemlərlə məşğul olacağını və hansı mexanizmlərin
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
95
həyata keçiriləcəyini anlamağı asanlaşdırmaqdır. Dəyişiklik yavaş-yavaş getsə də, əlilliyi olan
şəxslərin təşkilatlarının cəlb edilməsi irəliləyiş yolları və vəzifələri haqqında fikir ayrılıqlarının
aradan qaldırılmasına şərait yaradır.
Örnəklərin öyrənilməsi: BK– nəqliyyat siyasətində iştirak
“London üçün nəqliyyat” əlilliyi olan şəxslərin bərabərliyi işlərinin tərkib hissəsi kimi 2009-cu
ilin əvvəlində yeni Müstəqil Əlil Məşvərətçi Qrupunu topladı. Bu əlilliyi olan insanlar qrupu
ictimaiyyətə açıq şəkildə seçildi, özü də “London üçün nəqliyyat”a bərabərlik məsələləri üzrə
məsləhət verir. Hər qrup üzvü London üçün nəqliyyat biznesinin xüsusi sahəsi ilə bağlıdır.
Əlilliyi olan şəxslərin bərabərliyi üzrə yeni layihə hazırlığını nəzərdən keçirərkən “London
üçün nəqliyyat” Müstəqil Əlil Məşvərətçi Qrupunu cəlb etdi, amma onlar da əlilliyi olan
insanları prosesə qoşmaq üçün başqa meyarları nəzərdən keçirdilər.
Bunların ən əhəmiyyətlisi Əlilliyi olan insanların Münsifi idi. Əlilliyi olan insanların Londondakı
əsas təşkilatının köməyilə “London üçün nəqliyyat” 14 münsif cəlb etdi. Onlar “London üçün
nəqliyyat”ın idarə heyəti ilə birlikdə istiqamətləndirici maneələrdən tutmuş bütöv səyahət
yanaşmalarına qədər müxtəlif mövzularda bir neçə iclas keçirdilər. Münsiflər heyəti növbəti
üç ildə əlilliyi olan insanların bərabərliyi ilə əlaqəli iş üzrə təkliflər silsiləsini bir yerə toplamaq
üçün daha iki gün görüşlər təşkil etdi.
Bu təkliflər Müstəqil Məşvərətçi Qrupu, həmçinin Londondakı əlilliyi olan insanlardan ibarət
maraqlı tərəflərlə birlikdə əlavə iştirak vasitəsilə yoxlandı. Bu, əlilliyi olan londonlulara
göstərilən xidmətlərin növbəti üç ildə inkişaf etdirilməsi üçün əsas məqsədlər, prioritetlər
və fəaliyyətlər toplusunun meydana gəlməsinə gətirib çıxardı.
Örnəklərin öyrənilməsi: BK– inklüziv təhsil
Əlilliyi olan tələbələr üçün inklüziv təhsil çox mühümdür, çünki :
• başlanğıcdan iştirak ailəmizin və cəmiyyətimizin bir parçası olduğumuzu bizə hiss
etdirir;
• iştirak insanların fərqliliyini daha yaxşı anlayıb qiymətləndirməyə həvəsləndirir;
• ayrı-seçkilik xürafat və qeyri-bərabərlik yaradır;
• uşaqlıqda yaşanan ayrı-seçkilik bir çox hallarda yetkinlik yaşlarında da ayrı-seçkiliyə
gətirib çıxarır.
İnklüziv Təhsil üçün Alyans (ALLFIE) kimi təşkilatların keçirdiyi BK-da inklüziv təhsil kampaniyası
Xüsusi Təhsil Ehtiyacları və Əlillik Aktının yaranmasına gətirib çıxardı. Həmin akt əsas təhsil
sistemində iştirak üçün mütləq hüququ, eləcə də, əlilliyi olan uşaq və gənclərin ehtiyaclarının
qarşılanması üçün məktəblərin üzərinə qoyulan yeni öhdəlikləri meydana çıxardı.
ALLFIE Nyu-Yorkda ƏOŞHDBMTK-a dair müzakirələrin tərkib hissəsi idi. Konvensiyanın təhsil
barədə bildirdikləri əlilliyi olan şəxslərin təşkilatlarının iştirakı səbəbindən çox güclüdür.
Amma BK Konvensiyanı ratifikasiya edərkən inklüziv təhsillə əlaqəli 24-cü maddəni qəbul
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
96
etmədi. Mühüm sistematik dəyişikləri ehtiva edən kampaniyaların məqsədə çatması üçün uzun
illər və çoxlu taktika tələb olunur. Reallıqda, əlilliyi olan şəxsləri qərar qəbulu prosesinə cəlb
etmək əlilliyi olan bir qrup şəxsdən nə istədiyini soruşub sonra həmin şeyi etməklə eyni deyil.
Örnəklərin öyrənilməsi: BK– inklüziv ali təhsil yaratmaq
Açıq Universitet heyət və tələbə sayını müxtəlif fərqlilik elementlərinə görə monitorinq edir,
sonra da illik Bərabərlik və Fərqlilik icmalında bu barədə müntəzəm məlumat verir. Məlumatı
nəzərdən keçirərkən onlar aşkar etdilər ki, əlilliyi olan bakalavr tələbələrin sayında bir qədər
azalma olub.
Bunun həllinə yönəlmək üçün Açıq Universitet aşağıdakı addımları atdı :
• əlilliyi olan şəxsləri ərizə verməyə cəsarətləndirmək üçün onlayn kampaniya başlanıldı;
• yeni əlillik marketinq vərəqəsi buraxıldı;
• bildirişi genişləndirmək üçün “Ehtiyaclarınıza açıq” pilot layihə həyata keçirildi;
• suala cavab verməyən bildiriş tələb edən vərəqlə qeydiyyatdan keçən tələbələrin
nisbətini müəyyənləşdirmək üçün araşdırma planlaşdırıldı.
Məlumatın effektli monitorinqi bunu da aşkarladı ki, əlilliyi olan tələbələr arasında narazılıq
hissi yüksəkdir. Bunun aradan qaldırılması üçün Açıq Universitet tələbə xidmət strategiyasına
dair bərabərliyin təsirinin tam qiymətləndirilməsi üzrə fəaliyyət planlaşdırdı ki, bu da kurs
səviyyəsində dəyişikliklərin müəyyənləşdirilib sənədləşdirilməsinə daha uyğun yanaşmaya
kömək edəcək.
Örnəklərin öyrənilməsi: BK – inklüziv təhsildə iştirak
Bərabərlik Aktı dövlət qurumlarına əlilliyi olan şəxslərlə münasib rəftar üçün tədbirlər
görməyə imkan verir. Autizm xəstəliyi olan tələbələrinə davamlı təhsil almaqda dəstək
vermək üçün Noric Səhər Kolleci bu işə həsr olunmuş “RUG (Really Useful Group – Həqiqətən
Faydalı Qrup) otağı” kimi tanınan mərkəzi tikdi.
Tələbələrlə birlikdə dizayn edilmiş “RUG otağı” autizmli tələbələr üçün sosial öyrənmə sahəsi
olduğu kimi həm də etibarlı sığınacaqdır. Bu kiçik, bağlı yerlər autizmli tələbələri sakitləşdirir,
kompüterlərin “üzmələri” var, bu da tələbələrin özlərini təhlükəsiz hiss etməsinə kömək olur.
Ərazi də açıq olur. Burada tələbələrə oturmaq üçün nəzərdə tutulmuş ərazini dizayn etməyə
də imkan verilib.
Autizmli bir çox tələbə üçün sosiallaşma (qaynayıb-qarışma) çətindir, amma onlar yeri elə
dizayn etdilər ki, həm bir-biriləri, həm də heyətlə rahat danışa bilsinlər.
Örnəklərin öyrənilməsi: BK – Fab Pad
Fab Pad – İmpact Arts təşkilatının idarə etdiyi layihədir. Bu layihə yeni mənzillər icarəyə
götürməkdə evi olmayan gənclərə maddi yardım göstərir. Fab Pad ilə bağlı aparılmış İSG
dəyərləndirilməsində aşkar olunub ki, hökumət tərəfindən kömək üçün sərmayə qoyulan hər £1
müqabilində azaldılmış səhiyyə xidməti xərclərində, azaldılmış sosial yardım (xeyriyyə fondları
hesabına yardım) xərclərində və təkrar evsizlik xərclərində £8.38 sosial gəlir əldə edilib.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
97
İSG-lər nəticəsində Fab Pad proqram üçün əlavə maliyyə vəsaiti əldə edib, əsas tərəfdaşları
və sponsorları ilə daha yüksək profil hazırlayıb və İSG-ni strateji idarəetmə aləti kimi öz
fəaliyyətinin digər sahələrinə də tətbiq etməyə başlayıb.
Vasitə: Yerli xidmətlərə necə təsir etməli
Bu bölmədə biz yerli xidmətlərə təsir üçün Konvensiyadan necə istifadə etmək lazım olduğunu
nümayiş etdirəcəyik. Konvensiya yerli qurumlar üzərində qanuni baxımdan məcburi qüvvəyə
malik olmasa belə bu qurumların Bərabərlik Vəzifəsi də daxil olmaqla İnsan Hüquqları Aktı və
Əlilliyi olan Şəxslər əleyhinə Ayrı-seçkilik Aktına uyğun hərəkət etmək vəzifəsi var.
Bu məsələni izah etmək üçün Konvensiyadan yararlanmaq olar. İnsan Hüquqları Aktı əlilliyi
olan şəxslər tərəfindən həm məhkəmə işləri vasitəsilə, həm də məhkəmə zalından kənarda
ədalətsizliyə etiraz üçün istifadə olunub. Nümunələr üçün aşağıdakı internet səhifəsinə
baxın: www.ourhumanrightsstories.org.uk
Konvensiya İnsan Hüquqları üzrə Aktda fərdi müdafiə üçün ekvivalent hüquq, məsələn,
sağlamlıq hüququ olmadıqda çox güclü vasitə ola bilər, çünki bu sənəd dövlət qurumlarının
insanlarla necə rəftar etməli olduğu ilə bağlı aydın standartlar ortaya qoyur.
Nəhayət, Konvensiya əlilliyi olan şəxslərin insan hüquqlarına hörmət etmək, onu müdafiə və
təbliğ etmək üçün beynəlxalq səviyyədə razılaşdırılıb qəbul olunmuş standartlar toplusudur.
Bu səbəbdən yerli hakimiyyət qurumları Konvensiyaya böyük diqqət verməlidir.
Konvensiyadan aşağıdakı kimi istifadə etmək olar:
• Əgər yerli xidmətlərdən (məsələn, kifayət qədər parkinq yerinin olmaması, işçilərin
davranışı, psixi sağlamlıq vəziyyətinə görə müalicə üçün uzun-uzadı gözləmək)
narazısınıza, siz müsbət dəyişikliklərin təbliği üçün Konvensiyadan istifadə edə bilərsiniz.
Bunun üçün Konvensiyanın hansı maddələrinin münasib olduğunu müəyyənləşdirin.
Yerli xidmətlərin Konvensiyada nəzərdə tutulan standartlara nə qədər uyğun
gəlmədiyini və problemin həlli üçün dövlət qurumlarının hansı əməli dəyişikliklər etməli
olduğunu göstərin.
• Yerli bələdiyyə qurumunda və ya səhiyyə idarəsində bərabər hüquqlara məsul
əməkdaşdan, ya seçilmiş üzvdən gəlib sizin əlilliyi olan insanlar üzrə yerli qrupunuzda
İnsan Hüquqları Aktını həyata keçirmək üçün nə etdikləri, Konvensiyadan necə istifadə
etdikləri haqqında danışmağı xahiş edin. Siz özünüz ona Konvensiya barəsində birinci
məlumat verməli ola bilərsiniz.
• Sizin dairədən seçilmiş parlament üzvünə və ya Şotlandiya parlamenti üzvünə, yaxud da
Uels parlamenti üzvünə yazın, onlarla söhbət edin - onlar sizi təmsil etmək üçün oradadırlar.
• Unutmayın ki, Konvensiyaya görə, ölkələrin əlilliyi olan şəxslərə əsas köməyi azaltması
məqbul sayılmır. Əgər siz yerli xidmətlərin azalma ehtimalı ilə üzləşmisinizsə, bu
məsələni güclü şəkildə vurğulamaqdan qorxmayın. Xidmətdə olan ixtisarlara etiraz
üçün Konvensiyadan İnsan Hüquqları Aktı və Bərabərlik Vəzifəsi ilə birlikdə necə
istifadə etmək lazım olduğuna dair 4-cü hissədə sadalanan təşkilatların birindən
məsləhət alın.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
98
• Siz Konvensiyanı qəbul etməyi bələdiyyə idarəsindən xahiş edə bilərsiniz, prezident
administrasiyasına yaza bilərsiniz.
Vasitə: Milli siyasətə və ya Böyük Britaniya siyasətinə təsir göstərilməsi
İstər müstəqil şəxs, istərsə də əlilliyi olan şəxslərin kiçik və ya böyük təşkilatı Konvensiyadan
istifadə etməklə milli siyasətə və ya Böyük Britaniya siyasətinə təsir göstərə bilər. Başqalarına,
yaxud başqa təşkilata qoşulmaq da olar, çünki bu zaman eşidilmə ehtimalı da artıq olur.
• Əgər siz hökumət məsləhətləşməsinə cavab verirsinizsə, öz fikirlərinizi dəstəkləmək
üçün Konvensiyanın müvafiq hissələrindən istifadə edin.
• Əgər siz əlilliyi olan şəxslər üçün daha yaxşı saziş bağlanması məqsədilə qanunda
dəyişiklik edilməsi üzrə kampaniya aparırsınızsa, Konvensiyada bu məsələlərlə bağlı nə
nəzərdə tutulduğunu yoxlayın. Parlament üzvləri ilə birgə brifinqlərinizdə Konvensiyada
deyilənlər haqqında danışın və bundan dəyişikliklə bağlı öz arqumentinizi gücləndirmək
üçün istifadə edin.
• İctimai Qanun layihəsi Komitəsinə və ya Xüsusi Komitə Sorğusuna təqdimat üçün
təklif yazarkən qanun layihəsinin əlilliyi olan şəxslərin Konvensiya hüquqları üçün
əhəmiyyətinə diqqəti cəlb edin. Orada Şotlandiya parlamenti komitələri də var ki, onlar
da Komitə sorğularının (araşdırmasının) bir hissəsi kimi qanun layihəsini araşdırmaq
üçün sübutlar tələb edirlər.
• Şotlandiya İnsan Hüquqları Komissiyası parlamentə məsləhətlər, eləcə də, qanunverici
məclisdə həll edilməsi vacib olan məsələlər barəsində qısa məlumat verir.
Dostları ilə paylaş: |