BİZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
#16178
  1   2   3   4   5   6   7   8   9   ...   15

Layihə British Council tərəfindən Azərbaycan, Ermənistan, 
Gürcüstan, İordaniya, Livan və Ukraynada əlilliyi olan 
şəxslərin yerli təşkilatları ilə birgə həyata keçirilir 
 Layihə Avropa İttifaqı 
 tərəfindən maliyyələşdirilib
BİZİM ÜÇÜN BİZSİZ HEÇ NƏ
İNKLÜZİV QƏRAR QƏBULU üzrə
IDEAS VASİTƏLƏR TOPLUSU
SİYASƏT FORMALAŞDIRANLAR üçün 
VASİTƏLƏR TOPLUSU

Bu vasitələr toplusu Birləşmiş Krallıqdan olan ekspertlər Nik Gross və Agnes Fletçer, 
o cümlədən Azərbaycandan olan ekspertlər Məftunə İsmayıllova, Ülviyə Mikayılova, 
Lamiyə Şərəfxanova və Səadət Mehdiyeva tərəfindən hazırlanmış və 
Səadət Mehdiyeva tərəfindən redaktə edilmişdir
IDEAS layihəsi Müasir Təhsil və Tədrisə Yardım 
Mərkəzinin strateji dəstəyi ilə həyata keçirilir
Foto: Met Rayt və Rüfət Abbas
Müəlliflər bu Vasitələr Toplusunun dəqiq və müasir olmasını təmin etmək üçün müx-
təlif vəsaitlərdən istifadə etmişdir. Biz gələcək nəşrlər zamanı sizin fikir və 
təkliflərinizi böyük məmnuniyyətlə nəzərə almağa hazırıq. Təkliflərinizi bu ünvana 
enquiries@britishcouncil.az göndərməyinizi xahiş edirik.
Bu nəşrin məzmunu British Council təşkilatının müstəsna 
məsuliyyətidir və heç bir halda Avropa İttifaqının baxışlarının 
əks etdirilməsi kimi qəbul oluna bilməz.
© 2015 British Council
Bərabər və məsuliyyətli cəmiyyət üçün 
inklüziv qərarlar (IDEAS)
Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
3
ÖN SÖZ
 
BU VASİTƏLƏR TOPLUSU BARƏDƏ
SÖZLÜK
BÖLMƏ 1.
BÖLMƏ 2. 
BÖLMƏ 3.
 
BÖLMƏ 4. 
BÖLMƏ 5.
ƏLAVƏLƏR
 
İnklüziv qərar qəbulu nədir və nə üçün əlilliyi 
olan şəxslər üçün əhəmiyyət kəsb edir?
Örnəklər
Təlimçi bölməsi
Beynəlxalq və milli qanun və siyasətdə nə 
deyilir?
Təlimçi bölməsi
İnklüziv qərar qəbulu necə baş verir
Örnəklər
Təlimçi bölməsi
İnklüziv qərar qəbulunda siyasət 
formalaşdıranların rolu
Örnəklər
Təlimçi bölməsi
Mənbələr
4
6
7
10
26
31
37
54
59
94
99
107
116
122
125
128
MÜNDƏRİCAT

4
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Ön söz
2015-ci  ildə  Britaniya  1215-ci  ildə  İngiltərə  kralı  Con  və  onun  xalqı  arasında  imzalanmış 
«Böyük  Xartiya»nın,  yəni  MAGNA  CARTA-nın  800-cü  ildönümünü  qeyd  edəcək.  Bu  Xarti-
ya  əsasında  İngiltərənin  azad  insanlarına  ilk  dəfə  mühüm  azadlıqlar  verilib.  Magna  Carta 
demokratiyanın məhək daşlarından biridir və biz bu ildönümündə bütün insanların dünyanın 
idarə  olunmasında  və  onların  adından  qərarların  qəbul  edilməsində  səs  hüququna  sahib 
olduqlarını vurğulayırıq. 
 
Magna Carta-nın qəbul edildiyi tarixdən bu günə dünya çox dəyişib, əksər ölkələrdə hər bir 
vətəndaşın həyatına təsir göstərən qərarların qəbul edilməsində iştirak edə bilməsi üçün 
konstitusiyada əksini tapan sistem və mexanizmlər var. Ancaq bir qrup insan üçün bu, heç 
də hər zaman vacib məsələ deyil.
   
Əlilliyi olan insanlar tez-tez müəyyən edirlər ki, əlilliklə bağlı məsələlər heç də hər zaman on-
ların ehtiyac və arzularına cavab vermir; yaxud da qanunvericilik zəif olur və ya tam icra edilm-
ir.  Geniş  ictimaiyyət  arasında  məlumatlılığın  az  olması  çox  vaxt  əlilliyi  olan  insanların  siyasi 
müzakirələrdən kənarda qalmaları ilə nəticələnir, onların fikir və baxışları nəzərə alınmır.
2013-cü ildə British Council Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni IDEAS layihə-
si  çərçivəsində  Azərbaycan  hökumətindəki  və  vətəndaş  cəmiyyətindəki  tərəfdaşlarla  işə 
başlayıb. Bu layihənin məqsədi əlilliyi olan insanlar üçün daha bərabər və inklüzivbir cəmi-
yyət yaratmaqdır. IDEAS layihəsi əlilliyi olan insanların maraqlarının daha yaxşı təmsil edilmə-
si  və  hüquqlarının  qorunması  üçün,  əlilliyə  fokuslanan  vətəndaş  cəmiyyəti  təşkilatlarının 
qərarların  qəbul  olunması  prosesində  iştirak  etməsi  üçün  onların  rolunun  və  imkanlarının 
gücləndirilməsi hesabına inklüzivcəmiyyət yaratmaq məqsədini qarşıya qoyub. Layihə Av-
ropa İttifaqı və British Council tərəfindən maliyyələşdirilir və Azərbaycan da daxil olmaqla 
altı ölkədə British Council tərəfindən həyata keçirilir.
IDEAS layihəsi son iki ildə yerli vətəndaş cəmiyyəti nümayəndələrini yerli orqanlar və media 
ilə bir araya gətirməyə, həmçinin Birləşmiş Krallığı və sair ölkələri bu bölgəyə cəlb etməyə    
müvəffəq  olub.  Azərbaycanda  fəaliyyət  göstərən  müxtəlif  tərəflər  iki  ildən  artıq  müddət-
də bu vəsait üzərində birlikdə işləyiblər. Vəsaitdə Azərbaycan kontekstində effektiv iştirak 
məsələsi öz əksini tapıb. Bu vəsait layihənin praktik təcrübəsinin nəticəsidir. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
5
Britaniya ilə digər cəmiyyətlər arasında bilik və anlaşma mübadiləsi aparan British Council 
bu layihəyə rəhbərlik etdiyi üçün qürur duyur. Təşkilat olaraq bizim prinsiplərimizdən biri 
əlillik  vəziyyətindən,  yaşından,  cinsiyyətindən,  seksual  oriyentasiyasından,  etnik  mənsubi-
yyətindən və ya dinindən asılı olmayaraq bərabərliyi, fərqliliyi və inkluzivliyi hamı üçün təmin 
etməkdir. Bu layihə bizə imkan verir ki, əlilliyi olan insanların hüquqları sahəsində biliklərimizi 
genişləndirək. Layihə bizim işimizə geniş miqyasda təsir göstərir. 
Biz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Res-
publikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və bir sıra vətəndaş cəmiyyə-
ti təşkilatları ilə əməkdaşlıq etdiyimiz üçün qürur duyuruq. Mən bütün tərəfdaşlara təşəkkür 
etmək və Avropa Komissiyasının verdiyi maliyyə dəstəyini ayrıca vurğulamaq istərdim. 
Layihənin  gerçəkləşdirilməsi  bu  dəstək  sayəsində  baş  tutub.  Mən  bu  layihə  çərçivəsində 
yerli icraçı tərəfdaşımız olan Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinə (MTTYM) davamlı 
dəstək və əməkdaşlığa, həmçinin layihə müddətində verdiyi strateji məsləhətə görə öz dərin 
minnətdarlığımı  bildirmək  istərdim.  Ümidvarıq  ki,  müsbət  irəliləyişə  nail  olmaq  üçün  əlilli-
yi olan insanların hüquqlarının təşviqi sahəsində MTTYM ilə çiyin-çiyinə çalışmaqda davam 
edəcəyik.
 
Nəhayət, bu layihənin araya-ərsəyə gəlməsində böyük əzmlə çalışmış British Council əmək-
daşlarına təşəkkürümü bildirirəm.
İnanıram ki, bu vəsait layihənin üzünömürlü mirası kimi ümidləri doğruldacaq və gələcəkdə 
əlilliyi olan insanlarla bağlı qərarların qəbul edilməsinə təsir göstərəcək. Bu, Magna Carta 
qədər möhtəşəm sənəd olmasa da, həmin ənənəni davam etdirəcək.
Elizabet Vayt
Direktor 
British Council Azərbaycan

6
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Bu vasitələr toplusu haqqında
Bu vasitələr toplusunun məqsədi siyasət formalaşdıranların əlilliyi olan şəxsləri öz işlərinə 
cəlb etməsinə, qərar qəbulunda əlilliyi olan şəxslərin iştirakına yardım göstərməkdir. Bunu 
təmin etmək üçün əlilliyi olan şəxslərlə bağlı “bizim üçün bizsiz heç nə” şüarı var. 
Siz  istər  siyasət  formalaşdıran,  istər  media  mütəxəssisi,  istərsə  də  vətəndaş  cəmiyyəti 
təşkilatında olun, əlilliyi olan şəxsləri cəlb etmək gördüyünüz işlərin effektivliyini artıracaq. 
Vasitələr toplusu Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası başda olmaqla in-
san hüquqlarına aid dünya və Avropa miqyaslı sənədlərdə təsbit olunmuş ümumi prinsiplərə 
və yanaşmalara əsaslanır.
Bu toplu inklüziv qərar qəbulu ideyası və təcrübəsi, müxtəlif ölkələrdən örnəklər, təlimdə 
istifadə olunan sessiya planları və əlavə mənbələr haqqında ümumi məlumatla təmin edir.   
Vasitələr toplusu əlilliyi olan şəxslərin və onların maraqlarını müdafiə edən təşkilatların işti-
rakını təbliğ edən Beynəlxalq çərçivənin işlənib hazırlanması işinin tərkib hissəsidir. 
Çərçivə Avropa Komissiyasının IDEAS layihəsi üzrə birgə işləyən altı ölkə tərəfindən işlənib 
hazırlanıb. Layihə əlilliyi olan şəxslərin hüquqlarının gücləndirilməsi uğrunda çalışan vətəndaş 
cəmiyyəti təşkilatlarının təcrübəsindən qaynaqlanır. Yerli və milli səviyyədə qərar qəbuluna 
inklüziv yanaşmalar üzrə milli və beynəlxalq səviyyəli təcrübələr British Council və altı milli 
vətəndaş cəmiyyəti təşkilatı ilə tərəfdaşlıqla paylaşılır.  
IDEAS layihəsi üzrə işləyən altı ölkə Azərbaycan, Ermənistan, Gürcüstan, İordaniya, Livan və 
Ukraynadır. Layihə Birləşmiş Krallığın (BK) əlillik üzrə mütəxəssisləri ilə layihədəki altı ölkə 
ekspertlərinin birgə yazdığı bu vasitələr toplusunun işlənib hazırlanması da daxil olmaqla BK  
təcrübəsindən qaynaqlanır.  
Bu vasitələr toplusundakı məlumat 2014-cü ilin iyununda yenilənib. 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
7
Sözlük
Vətəndaş cəmiyyəti təşkilatları
Vətəndaş cəmiyyəti təşkilatları ya gəlir güdməyən, ya da əldə etdikləri hər hansı artıq vəsaiti 
və ya gəliri dəstəklədikləri sosial işlərə sərf edən qeyri-hökumət təşkilatlarıdır. Onlar təmsil 
etdikləri  şəxslərin  ifadə  azadlığını  təmin  edirlər.  Vətəndaş  cəmiyyəti  təşkilatları  müxtəlif 
formalarda fəaliyyət göstərir. Onlar qərar qəbulu proseslərində, siyasi proseslərdə müxtəlif 
yollarla  iştirak  edirlər.  Bu,  təşviqatı,  hökuməti,  eləcə  də  hökümət  adından  və  ya  müstəqil  
xidmət göstərən xidmət təminatçılarını öz siyasətlərinə, işlərinə görə hesabat verməyə cəlb 
etməyi nəzərdə tutur.   
Məsləhətləşmə
Bu, çox vaxt ictimaiyyətin onun həyatına təsir göstərən işlərə töhfəsini tələb edən nizamlama 
prosesini təsvir edir. Onun əsas məqsədi həm irimiqyaslı layihələrin, həm qanunların, həm 
də  siyasətin  səmərəliliyini,  şəffaflığını  artırmaq  və  onlara  ictimaiyyətin  cəlb  olunmasını 
təkmilləşdirməkdir. 
Birgə istehsal (ərsəyə gətirmə)
Birgə istehsal o zaman baş verir ki, fərdlər aldıqları dəstək və xidmətlərə təsir göstərir, yaxud 
da insan qrupları siyasət və xidmətlərin planlaşdırılma, tapşırılma və çatdırılma yollarına təsir 
göstərmək üçün bir araya gəlir.   
Əlillik 
Əlillik bu sənəddə sağlamlıq məhdudiyyətinə düçar olmağın sosial nəticələrini bildirmək üçün 
istifadə  olunub.  Sağlamlıq  məhdudiyyəti  olan  insanlar  sosial  münasibətlərdən,  rəylərdən 
doğan  maneələrlə;  qanun  və  siyasətdən  irəli  gələn  təşkilati  maneələrlə;  kənarlaşdıran  və 
narahatlıq  yaradan  iqtisadi  maneələrlə;  fiziki  əlçatımlılıq,  məlumat  və  kommunikasiyanın 
təmin olunma tərzi, təşkilat və sistemlərin fəaliyyət göstərmə tərzi kimi ətraf mühit maneələri 
ilə cəmiyyət tərəfindən ikiqat “əlil edilirlər”.
 
Əlilliyin bərabərliyi vəzifəsi
2006 - 2011-ci illər arasında BK-da əlilliyi olan şəxslər üçün imkanların bərabərliyini təşviq 
etmək  məqsədilə  bütün  dövlət  sektoru  təşkilatlarında  hüquqi  əsasda  “əlilliyin  bərabərliyi 
vəzifəsi” deyə bir borc öhdəliyi vardı. 
Əlilliyin  bərabərliyinin təsirinin qiymətləndirilməsi 
Əlilliyin bərabərliyinin təsirinin qiymətləndirilməsi siyasət, layihə və  ya planın müəyyən bir 
qrupa qarşı ayrı-seçkilik etməməsi üçün qurulmuş prosesdir. Bu proses bərabərliyi təşviq 
etmək üçün bütün imkanlardan yararlanır. Əlilliyin bərabərliyinin təsirinin qiymətləndirilməsi 
xüsusi qaydada əlilliyi olan şəxslərlə əlaqəlidir.  

8
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Əlilliyi olan şəxslərin təşkilatları
Bunlar əlilliyi olan şəxslər tərəfindən nəzarət və  idarə edilən, əlilliklə əlaqəli fəaliyyətlərə 
yönəlmiş təşkilatlardır. Onlar müxtəlif yollarla təşkil olunur, amma idarə heyətindən kənarda 
olan işçilərin təxminən 50-100%-i, heyətin isə əksər hissəsi əlilliyi olan şəxslərdən ibarətdir.   
Sağlamlıq məhdudiyyəti
Fərdin  fiziki,  hissi  və  ya  əqli  (koqnitiv)  fərqliliyi  (məsələn,  görmə  qabiliyyəti  itirmiş  olmaq, 
bipolar keçirmək, dağınıq sklerozu və ya qavrama çətinliyi olmaq).  
İştirak 
Qrup və ya struktur daxilində iştirak, yaxud da cəlb olunma fəaliyyəti və ya vəziyyəti. 
İnklüziv qərar qəbulu səfəri
Bu  ifadə  siyasət  formalaşdıranlar,  media  qurumları  və  vətəndaş  cəmiyyəti  təşkilatlarının 
işinin iştirakın daha passiv formalarından tutmuş insanların həyatına təsir edən məsələlərə 
görə məsuliyyətin paylaşılmasına qədər inkişafını əks etdirir. Bu səfərin mərhələləri müxtəlif 
yollarla təsvir oluna bilər. Burada biz əsasən “məlumat”, “məsləhətləşmə” və “inklüziv qərar 
qəbulu” sözlərindən istifadə edirik.  
Ümumi axına salma
Ümumi  axına  salınma  əlilliyi  olan  şəxslərin  hüquqlarının  hökumətin  bütün  səviyyələrində 
qiymətləndirilməsini  nəzərdə  tutur.  Əlilliyi  olan  şəxslərin  maraqları  xüsusi  proqramlarda 
deyil,  ölkənin siyasi, iqtisadi və sosial sahələr üzrə milli proqramlarında başqaları ilə yanaşı 
nəzərə alınmalıdır.  
Fərdiləşdirmə
Fərdiləşdirmə  mənası  “qanunla  təmin  olunmasından  və  ya  özləri  tərəfindən  maliyyələş-
dirilməsindən asılı olmayaraq dəstək alan hər bir kəs seçim və bütün xidmət şəraitlərində 
həmin dəstəyin formasına nəzarət səlahiyyətinə malikdir” olan sosial qayğı yanaşmasıdır. 
Siyasət formalaşdırılması ardıcıllığı
Siyasət milli qanun, milli və yerli səviyyədə siyasət və ya xidmətlər demək ola bilər. Onun 
ardıcıllığı aşağıdakıları əhatə edir:
•  məqsədlərin qoyulması
•  müxtəlif seçimləri müəyyən etmək və qiymətləndirmək
•  qərar qəbulu prosesi
•  siyasəti həyata keçirmək
•  siyasəti monitorinq etmək, qiymətləndirmək, dəyişdirib-dəyişdirməməyə və necə 
dəyişdirməyə qərar vermək

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
9
Təmsil olunma 
Bu sənəddə təmsil olunma adətən əlilliyi olan şəxslərin, məsələn, xəbərlərdə və ya bədii 
yazılarda necə təsvir edilməsi deməkdir.
Əlilliyin sosial modeli
Əlilliyin sosial modeli sağlamlıq məhdudiyyəti olan şəxslərin sosial, mədəni, iqtisadi və ətraf 
mühitlə bağlı maneələrlə əlverişsiz vəziyyətə salındığını müəyyən edən düşüncə tərzidir. 

10
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Bölmə 1.
İnklüziv qərar qəbulu nədir və 
nə üçün əlilliyi olan şəxslər üçün 
əhəmiyyət kəsb edir?
Vasitələr toplusunun bu bölməsi: 
•  İnklüziv qərar qəbulu konsepsiyasının kökündə dayanan bəzi ideyaların icmalını verir
•  bu ideyaları əks etdirən örnəkləri misal gətirir 
•  təlimçilərin istifadəsi üçün sessiya planları və çalışmalar təklif edir.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
11
Ümumi məlumat – inklüziv qərar 
qəbulunun kökündə dayanan ideyalar
Mündəricat
•  İnklüziv qərar qəbulunun qısa tərifi
•  Əlillik barədə düşüncə tərzləri
•  Əlilliyi olan şəxslərin kənarlaşdırılması
•  Siyasət formalaşdırılması və xidmət göstərilməsi – əlilliyi olan şəxslər haqqında və 
onlarla 
•  İnklüziv qərar qəbulu haqqında
•  İnklüziv qərar qəbulu səfəri
İnklüziv qərar qəbulunun qısa tərifi
“İnklüziv q
ərar qəbulu” termini qərarın birbaşa təsir etdiyi şəxslərin fəal iştirakı ilə 
seçiml
ərin nəzərdən keçirilməsi və qərar verilməsi yanaşmasını əks etdirir. 
Əlillik barədə düşüncə tərzləri
Əlilliyə ənənəvi baxış çox zaman “əlilliyin tibbi modeli” adlanır, əlilliyi fərdin problemi, şəxsi 
faciəsi kimi görür. Əlilliyi olan şəxslərin əksəriyyəti qarışıq cəmiyyətimizdə insanların çoxu 
əlilliyə bu cür yanaşır. 
Nəticədə əlilliyi olan şəxslər sağlamlıq məhdudiyyətlərini qəbul etməli olduqları bir qismət 
kimi  görürlər,  bu  mənada  ki,  onlar  çox  şeyləri  edə  bilməzlər.  Bu  baxış  kənarlaşma  və 
asılılıqla xarakterizə olunur, üstəlik də, əlilliklə bağlı, məsələn, yazıqlıq və qorxu kimi fikirləri 
gücləndirir.  Bu,  “sağalma”  və  “qayğı”  yanaşmasıdır  ki,  kökündə  “əlilliyi  olan  şəxs  anormal 
olmalıdır, anormal olmaq isə arzuedilməz olmaq deməkdir” fərziyyəsi dayanır. 
Əlilliyin sosial modeli
Əlilliyin sosial modeli son 40 il ərzində əlilliyi olan şəxslər tərəfindən inkişaf etdirilmiş əlilliyi 
anlama tərzidir. 
Əlilliyin sosial modelində şəxsi əlil edən onun bioloji quruluşu, yəni sağlamlıq məhdudiyyəti 
deyil, cəmiyyətin əliledici xarakteridir. Sosial modeldə deyilir ki, əlilliyi olan şəxslər qarşılarına 
qoyulmuş sosial, mədəni, iqtisadi və ətraf mühit maneələri ilə əlverişsiz vəziyyətə salınırlar. 
Bu, cəmiyyətin təşkil olunma tərzidir ki, sağlamlıq məhdudiyyəti olan şəxsləri diskriminasiya 
edir və iştirakdan kənarlaşdırır.  
Model «məhdudiyyət», yəni fərdin fiziki, hissi və ya idraki fərqliliyi (məsələn, görmə qabiliyyəti itirmiş 
olmaq, bipolar, dağınıq skleroz və ya qavrama çətinliyi olmaq) ilə “əlillik” arasında əsas fərq qoyur.  
“Əlillik” sağlamlıq məhdudiyyəti olmanın sosial nəticəsidir. Məhdudiyyəti olan insanlar sosial 
fikir və fərziyyələr kimi münasibət maneələri ilə; qanun və siyasətlə bağlı təşkilati maneələrlə; 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
12
kənarlaşdıran  və  narahatlıq  yaradan  iqtisadi  maneələrlə;  fiziki  əlçatımlılıq,  məlumat  və 
kommunikasiyanın təmin olunma tərzi, təşkilat və sistemlərin fəaliyyət tərzi kimi ətraf mühit 
maneələri ilə cəmiyyət tərəfindən “əlil edilir”.  
Maneələr  sağlamlıq  məhdudiyyətləri  olan  insanlar  üçün  diskriminasiya,  kənarlaşdırma  və 
narahatlıq (əlverişsiz vəziyyət) yaradır. 
Əlillik barədə bu tərzdə düşünmək o deməkdir ki, maneələr aradan qaldırıla bilər. Məsələn, 
işəgötürənlərin  fərziyyələri  və  iş  yerindəki  fiziki  maneələr  azaldıla,  yaxud  da  tam  aradan 
qaldırıla bilər ki, məhdudiyyəti olan insanlar bir daha işdə diskriminasiya və narahatlıq hiss 
etməsinlər.
Sosial model düşüncəsi əliledici maneələrin aradan qaldırılması üçün müsbət və səmərəli 
həllər təklif edir, eləcə də, insan və vətəndaş hüquqlarını təkidlə vurğulayır.
Beləliklə, əlillik nədir və “əlilliyi olan şəxslər” kimdir?
“Əlilliyi olan şəxslər” termini müxtəlif sağlamlıq məhdudiyyəti və xəstəliyi olan bir qrup adam 
üçün  işlədilir.  Bəzi  hallarda  bu,  sağlamlığı  məhdud  insanların  üzləşdiyi  kənarlaşdırma  və 
diskriminasiyanın sosial səbəbi və təbiətini vurğulamaq üçün bilərəkdən işlədilən siyasi termindir. 
Bizi əlil edən sağlamlıq məhdudiyyətimiz yox, cəmiyyətdə hökm sürən əliledici maneələrdir.
Bu qrupu müəyyən etmək, ona tərif vermək üçün müxtəlif ölkələrdə cürbəcür söz və ifadələrdən 
istifadə edirlər - məsələn, sosial müavinətlər və ya sosial xidmət dəstəyi alanlarla,  diskriminasiyaya 
qarşı qanunla qorunanlar və ya əlilliyə görə xüsusi hüquqları olanlarla bağlı olduğu kimi. 
Məsələn, BK-da, əlilliyi olan şəxs 2010-cu ildə qəbul edilmiş Bərabərlik Aktına görə aşağıdakı 
kimi  müəyyən  olunur:  “Şəxsin  normal  gündəlik  fəaliyyətini  həyata  keçirmək  qabiliyyətinə 
böyük və üzünmüddətli mənfi təsir göstərən əqli və ya fiziki məhdudiyyətli.”
Azərbaycanda  isə  əlliyin  və  uşaqların  sağlamlıq    imkanlarının  məhtudluğunun  qarşısının 
alınması,  əlilliyi  olan  şəxslərə  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  və 
sosial müdafiəsi haqqında Azərbaycan respublikası qanunun 2 maddısinə əsasən əlilliyi olan 
şəxslərə belə tərif verilir: 
əlil- anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində 
həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq 
imkanları  məhdud  18  yaşınadək  uşaq  –  orqanizmin  ümumi  inkişafının  pozulmasına  səbəb 
olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, 
sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması 
əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz 
davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya 
imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.
Bu vasitələr toplusunda şəxslərin “cəmiyyət tərəfindən əlil edilməsi” fikrini çatdırmaq üçün 
müntəzəm olaraq “əlilliyi olan şəxslər” termini işlədilir. Digərləri insanların birinci olduğunu 
bildirmək  üçün  “əlilliyi  olan  şəxslər”  terminini  üstün  tuturlar.  “Əlilliyi  olan  şəxslər”  ifadəsi 
ABŞ-da və BMT-nin ingiliscə sənədlərində də işlədilir. 

Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin