Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti



Yüklə 132,88 Kb.
səhifə37/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   33   34   35   36   37   38   39   40   41
Biznes layihələrin idarə edilməsi

işin təşkili;

  • işin vaxtı;

  • işin ardıcıllığı.

    Layihə məqsədinə çatmaq üçün dekompozisiyadan əlavə işləri və prosesləri, onlann ardıcıllığmı müəyyənləşdirmək lazımdır. Struktur və faza modelinin köməyi ilə proseslər ayrı- ayrı zamana görə və ya fazalara əsasən bölünürlər. Hər fazanın sonunda layihənin dayandırılması haqqında qərar qəbul edilir və ya layihə başqa modifıkasiyada davam edilir.

    İşlərin və müddətlərin dəqiq planlaşdırılması üçün bir struktur modeli kifayət deyildir. Bu modellərə şəbəkə planı və ya xətti diaqramları əlavə etmək zəruridir.



    Şəbəkə planında işlərin və ya proseslərin bir-birindən asılılığı, onların başlanğıc və bitmə müddətləri, vaxt ehtiyatlan müəyyənləşdirilir. Hər bir işin yerinə yetirilməsi üçün vəsait tələb olunur. Beləliklə, layihənin hər hansı bir zaman kəsiyində tələb olunan vəsaitləri və onlara çəkilən xərcləri müəyyənləşdirmək mümkündür. İşlər kompleksi və onlara çəkilən xərclərin qiymətləndirilməsi, ölçüsü və zamana görə onların paylaşdırılması xərchrin planlaşdırılması adlanır.

    Layihədəki işləri, vaxtı, ehtiyatlan və qiymətləri planlaşdırmaq üçün müasir dövrdə kompüter sistemlərindən və xüsusi proqram təminatlarından geniş istifadə edilir.

    Hər bir layihənin nəticəsi konkret məhsul ilə bağlıdır. Bunun üçün pul vəsaiti və mənbələr əvvəlcədən müəyyənləşdirilir. Verilən müddətdə işlərin icra edilməsi tələb olunur. Layihənin icrası zamanı əvvəllər heç də bir yerdə işləməyən müxtəlif ixtisas sahibi olan mütəxəssislər birlikdə fəaliyyət göstərməli olurlar.

    Hər bir layihə investisiya ilə, müəssisənin yenidən işlənməsi ilə və ya yenidən təşkiletmə ilə bağlı olmasından asılı olmayaraq, aşağıdakı şərtlərə əməl etməklə sistematik işin aparılmasını tələb edir:


  • 1   ...   33   34   35   36   37   38   39   40   41




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin