Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti


İcra edilmiş işlərin büdcə xərcləri



Yüklə 132,88 Kb.
səhifə34/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
Biznes layihələrin idarə edilməsi

İcra edilmiş işlərin büdcə xərcləri (BCWP), planlaşdırılmış iş üzrə büdcə xərcləri (BCWS) və icrə edilmiş işlərin faktiki xərcləri (ACWP) aralarına əsasən iki fərq diqqəti daha çox cəlb edir – plan üzrə fərqlər (SV – Schedule Variance) və xərc üzrə fərqlər (CV – Cost Variance). “Hazırki vəziyyət üzrə” təhlilinin bu nəticələri layihənin xərc və təqvim planı baxımından onun məhsuldarlığına təsir göstərən amillər kimi istifadə oluna bilər.

Biznes Layihənin monitorinqi – layihənin plan əsasında məqsədə çatdırılması prosesidir. Biznes Layihənin icrasının faktiki vəziyyətinin təhlili, layihənin mövcud vəziyyəti ilə planın tutuşdurulması və yaranmış vəziyyəti vaxtında normallaşdırmaq üçün lazımi tədbirlərin görülməsi prosesidir. Biznes Layihənin monitirinqi müddət və xərclərlə bağlı bütün fəaliyyət növlərinin yoxlanılmasını, planlaşdırma funksiyalarını və qərarların qəbul edilməsini özündə əks etdirir. Bu isə, müxtəlif təşkilatlarda və müxtəlif yerlərdə işlərin məqsədyönlü, səmərəli, vaxtında məzmunlu və normal xərc çərçivəsində yerinə yetirilməsinə zəmanət verir. Mahiyyət etibarilə layihəyə səmərəli nəzarət etmək aşağıdakı vəzifələrin icrası ilə bağlıdır :

  • səmərəli hesabat sisteminin yaradılması;

  • müəyyən vaxtlarda layihənin icrasının monitorinqi (“hazırki vəziyyət üzrə”);

  • kənaraçıxma hallarının təhlil edilməsi;

  • işə icazənin verilməsi;

  • əsas tendensiyalarla əlaqədar proqnozların verilməsi;

  • alternativ variantların planlaşdırılması və modelləşdirmə üzrə idarəetmə;

  • Biznes layihənin cari vəziyyətini nəzarətdə saxlamaq üçün tədbirlərin hazırlanması və həyata keçerilməsi;

  • Biznes layihənin məqsədlərinə düzəliş edilməsi və onların dəyişdirilməsi.

Biznes Layihənin monitorinqi layihələrin idarə edilməsinin bir funksiyasıdır və bu səbəbdən layihənin rəhbəri monitorinq üzrə müstəqil ekspert təyin edə bilər (məs, layihənin monitorinqi üzrə menecer). Hesabat dövrlərinin tezliyi nə qədər yüksək olarsa və məqsədlərə nail olmaq üçün müvafiq tədbirlər nə qədər tez görülərsə, layihənin idarəe dilməsi bir o qədər səmərəli olar.


Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin