Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti


köməkçi və yardımçı predmet və funksiyalann



Yüklə 132,88 Kb.
səhifə39/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   33   34   35   36   37   38   39   40   41
Biznes layihələrin idarə edilməsi

köməkçi və yardımçı predmet və funksiyalann idarə edilməsi.

Layihələrin idarə edilməsi konsepsiyasım aşağıdakı müxtəlif aspektlər üzrə nəzərdən keçirmək olar:

    • funksional aspekt (idarəetmənin funksiyaları üzrə);

    • dinamik aspekt (layihənin canlı inkişaf mərhələləri baxımından);

    • layihənin növü və onun predmet sahələri üzrə.

Birinci yanaşma üsulu kifayət qədər universal olduğuna görə layihələrin idarə edilməsinin ümumi funksiyalarmı seçməyə imkan yaradır.

İkinci yanaşma üsulu layihənin həyata keçirilməsinin hər bir aynca mərhələsində bu funksiyalann konkret məzmununu müəyyənləşdirir.

Üçüncü yanaşma metodu müxtəlif tipli və növlü layihələrin idarə edilməsinin xüsusiyyətlərini aşkara çıxarmağa və bu əsasda layihələrin idarə edilməsinin müxtəlif növlərini, məsələn texniki, təşkilati və sosial-iqtisadi növlərini və sahələrini aşkarlamağa imkan verir.

    1. Layihələrin idarə edilməsinin əsas funksiyaları


Layihə üzrə məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifə və işlər layihənin «predmet sahəsini» ve müxtəlif ehtiyatları müəyyənləşdirir. Layihənin məqsədi, vəzifəsi və işləri, onlann həcmi və layihənin predmet sahəsinə aid olan digər elementlər müxtəlif dəyişikliklərə məruz qalaraq layihənin predmet sahəsinin idarə edilməsini tələb edir.

Beləliklə, bütün bunlar «nəticələrin idarə edilməsinə» və «işlərin idarə edilməsinə» gətirib çıxanr.

Ümumiyyətlə, layihənin uğurla başa çatmasını qiymətləndirmək üçün nəticələrin kefiyyət üzrə tələb və standartlan müəyyənləşdirilməlidir. Bu tələblərin müəyyənləşdirilməsi onlara nəzarət edilməsi və layihənin tam həyat dövründə ona (dəstək verilməsi keyfiyyətin idarə edilməsi zərurətini yaradır.

Hər bir layihə üzrə konkret icra müddəti müəyyənləşdirilir. Müddət çox mühüm amillərdən biridir və bu səbəbdən bütün işlər və işçilərin qarşılıqlı münasibətləri dəqiq şəkildə planlaşdınimalı, onlara nəzarət edilməli ve müəyyənləşdirilən müddətdən arzu olunmayan kenarlaşmaların ləğvi və onların fti'udan qaldıniması üçün müvafiq tədbirlər vaxtında görülməlidir. Bütün bunlar müddətin idarə edilməsinin funksiyasına daxildir.

Hər bir layihə konkret büdcəyə malik olsa da, heç də bütün layihələr büdcə çərçivəsində başa çatmır. Bunun baş verməməsi üçün dəyərin idarə edilməsini həyata keçirmək lazımdır.

Predmet sahəsinin, keyfiyyətin ve dəyərin idarə edilməsi demək olar ki, layihələrin idarə edilməsinin əsasım təşkil edir. Ancaq layihənin idarə edilməsi üzrə digər vacib fiınksiyalan da müəyyənləşdirmək lazımdır.

Beləliklə, layihədə mütəxəssislərin seçilməsi, öhdəlik və məsuliyyətin bölüşdürülməsi, komandanın işinin səmərəli şəkildə təşkil edilməsi, onların işinin planlaşdıniması və bu işə nəzarətlə bağlı bütöv funksiyalar sistemi yaranır. Bütün bunlar işçi heyətinin və əmək ehtiyatlarının idarə edilməsini tələb edir.

Layihənin heyata keçirilməsi prosesində işin gedişinə və layihənin müxtəlif elementlərinin icrasına nəzarət və əldə ediləcək nəticələrin proqnozlaşdınlması mexanizmi tələb edilir. Layihənin vəziyyətini müəyyənləşdirmək və əks əlaqənin olması vacibdir. Əks əlaqə yolu ilə daxil olan məlumata bəzən ictimai əlaqələr də deyilir. Mahiyyət etibarilə bütün bu işlər layihədə əlaqələrin idarə edilməsini təşkil edir.

İcraçılar müqavilələr əsasında layihodeki işləri yerinə yetirmək üçün cəlb olunurlar. Tələb olunan materiallann, tex- nikalann, avadanlıqlann alınması və tədarük edilməsi bağlanılan müqavilələr əsasında həyata keçirilir. Müqavilələrin hazırlanması, planlaşdıniması və bağlanması, habelə onlann yerinə yetirilməsinə nəzarət fəaliyyəti müqavilələrin idarə edilməsi və layihənin təminatı üsulu əsasmda həyata keçirilir.

Layihənin həyata keçirilməsi zamanı qeyri-müəyyən vəziyyət və risklər yaranır. Layihənin risk səviyyəsini xüsusi tədbirlər ilə azaltmaq olar. Layihə riskinin müəyyən səviyyəsini minimum xərclərlə təmin etmək mümkündür. Lakin bu, layihənin təbiətinin dərindən öyrənilməsini tələb edir. Layihədə risk səviyyəsinin müəyyənləşdirilməsi və onun aşağı salınması ilə bağlı işlər və prosedurlann məcmusu risklərin idarə edilməsi funksiyası əsasmda apanlır.



İndi isə layihələrin idarə edilməsinin əhatə dairəsini nəzərdən keçirək:

Layihələrin mövcud biliklər əsasında idarə edilməsi aşağıda sadalanan predmetləri təşkil edən ümumi idarəetmə ilə sıx bağlıdır:



  • Biznes siyasəti;

  • Strateji planlaşdırma;

  • Maliyyə ehtiyatlannm idarə edilməsi;

  • Biznes iqtisadiyyatı;

  • Mühasibat uçotu;

  • Müəssisədaxili planlaşdırma və nəzarət;

  • Kadrlann idarə edilməsi;

  • Marketinq və satış;

  • Məlumat sistemləri;

  • Müəssisələrin inkişaf etdirilməsi və s.

Texniki idarəetmə və texniki proseslərin idarə edilməsi

Bu idarəetmə növü istehsal proseslərinin idarə edilməsi ilə bağlıdır və istehsalm sahə və növündən çox asılıdır. Bununla belə, hər bir halda müxtəlif xüsusi funksiyalarla tamamlanmalı olan ümumi funksiyaları seçib ayırmaq olar. Bu funksiyaların hansı dərəcədə fərqlənməsi aydm şəkildə görsənir, məsələn: tikinti; aerokosmonavtika; məlumat-hesablama sistemləri; bank işi; müdafiə sistemləri; energetika və kommunal xidmətlər; hökumət və ictimai xidmət sahə və idarələri; avadanlıqlar; sənaye; əczaçılıq; telekommunikasiya; nəqliyyat və s.




Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin