Bütün sahələr üzrə texniki idarəetmənin funksiyalarına aşağıdakıları şamil etmək olar:
Mütəxəssislərin idarə edilməsi;
Keyfiyyətə nəzarət;
iş rejimi və qraflkinin idarə edilməsi;
Əmək ehtiyatlannın idarə edilməsi;
Kommunikasiyanın idarə edilməsi;
Qarışıq məhsul hazırlayan müəssisələrin idarə edilməsi;
Dəyişikliklərin idarə edilməsi.
Köməkçi və yardımçı predmet və funksiyalar layihələrin uğurla idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir, buraya bir çox predmetlərin ayrı-ayrı hissələri daxil edilə bilər:
Keyfiyyətin təmin edilməsi (keyfiyyətə nəzarət, keyfiyyətə statistik nəzarət və s.)
Dəyişikliklərin idarə edilməsi;
Maddi-texniki təminat;
Müqavilələrə nəzarət;
Alışlar (tədarük);
İşçi heyətə rəhbərlik;
Avadanlığın istismar edilməsi;
Hüquq xidmətləri;
Proqramlaşdırma işləri.
USA PMİ modeli (şəkil 2.1) layihələrin idarə edilməsi konsepsiyası haqqında ümumi təsəvvür əldə etməyə imkan yaradır. Bu model bir sıra mühüm suallara cavab verməyə imkan yaradır:
Layihələrin idarə edilməsi digər idarəetmə növlərindən nə ilə fərqlənir?
Layihələrin idarə edilməsi komponentləri hansı meyarlar üzrə müəyyənləşdirilir?
Layihələrin idarə edilməsinə hansı komponentlər daxildir və onların qarşılıqlı əlaqəsi necədir?
Layihələrin idarə edilməsi üzrə hansı tətbiq sahələri mövcuddur və onların üstünlükləri nədən ibarətdir?
Qeyd etmək lazımdır ki, bu model yalnız layihələrin idarə edilməsi üzrə peşəkar sahənin konturlan barədə müəyyən təsəvvür yaratsa da, kamil və hərtərəfli deyildir.