37. Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?
A) Lax yumurta
B) Alkoqol
C) Aseton
D) Ammonyak
E) Tütün
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
38. Hansı halda masaj etmək olmaz?
A) Piylənmə zamanı
B) Oynaq xəstəlikləri zamanı
C) Limfa düyünləri şişdikdə
D) Bağların dartınması zamanı
E) Spastik iflicdə
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir. Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980
Dostları ilə paylaş: |