Bonzədirsən özünü itlərinə hər saət, Ey Füzuli, ola bilməz sənə bənzər güstax; Aşiqi-sadiqdir, izhari-qəm eylər hər səhər, Ah


Mühazirə 7 ƏDƏBİYYAT ELMİNİN METODİK ƏSASLARI VƏ ƏDƏBİ CƏRƏYANLAR (Klassisizm)



Yüklə 0,59 Mb.
səhifə7/9
tarix28.12.2021
ölçüsü0,59 Mb.
#17076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 7

ƏDƏBİYYAT ELMİNİN METODİK ƏSASLARI VƏ ƏDƏBİ CƏRƏYANLAR (Klassisizm)

Mütləqiyyət üsuli-idarəsi illərində - XVII əsrdə Fransa yazıçıları ancaq bədii əsərlər yazmamış, həm də ədəbiyyatı yeni inkişaf istiqamətinə yönəltmək haqqında düşünmüş, fıkirlər söyləmişlər. O.Balzak, J.Molyer, P.Kornel, J.Rasin, F.Malerb, J.Lafonten və N.Bualo söz deyəndə, mühakimə yürüdəndə bir-birini tamamlamış, münasibətdə R.Dekart və P.Qassendin mövqeyində dayanmışlar. Dünyagörüşün və vətəndaşlıq qayəsinin yaxınlığı, bədii dərk prosesində ağlın və düşüncənin əsas alınması bu sənətkarları bir ədəbi manifest ətrafında cəmləşdirmiş, onlarda ilk sistemli, kamil poetik məramlı yaradıcılıq metodu - klassisizm yaratmaq və formalaşdırmaq fikrini oyatmışdır. Klassisizmin ilk əlamətləri və ilk teatrı İntibah dövründə İtaliyada yaranmışdır. İtaliya humanist mədəniyyətinin nümayəndələri XVI əsrin axırlarında Evripidin və Senekanın faciələrini, Teresin və Plavtın komediyalarmı tamaşaya qoymuşlar. Trissionun məzmununu Roma tarixindən aldığı, 5l5-ci ildə tamamladığı "Sofinizba" faciəsi Sofoklun və Evripidin faciələrinə bənzər yazılmış, İlaliya teatrlarında göstərilmişdir. Süjetin həyatiliyi, əhvalatların məntiqi ardıcıllıqla mükalimə və monoloqlarda coşğunluq, dərin rassionalizm, dövlətə və cəmiyyətə sədaqəti "klassisizmin əsas xüsusiyyətlərindəndir. Y.Skalikcr "Poetika" adlı traktatında bunları, ədəbi təcrübəni ümumiləşdirmişdir. Elə klassizmin ilk nəzəriyyəçisi Y.Skaliker və İtaliya hümanistləri olmuşdur. Amma klassisizm bir ədəbi cərəyan kimi XVI əsrin əvvəllərində Fransa ədəbiyyatında formalaşmışdır. Bədii yaradıcılıqda bu cərəyanı ilk dəfə Kez de Balzak və Fransua Malerb əsaslandırmışdır. Klassizmin yayılmasında, ədəbi-nəzəri üsullarının müəyyənləşməsində Rene Dekart və Pyer Qassendinin ciddi rolu olmuşdur. Dekart bütün məqamlarda zəka, düşüncə və idraka, vətəndaşlıq pafosuna üstünlük vermiş, bədii-elmi şərhdə ağıla söykənmişdir. Və klassisizmin yaradıcılıq metoduna çevrilməsi üçün XVI-XVII əsrlər Fransa ədəbi-siyasi mühiti və yeni sosial gerçəkliyi İtaliya mədəni, ədəbi-iqtisadi mühitində zəngin və önəmli idi. Eyni zamanda, XVI-XVII əsrlərdə İtaliya yazıçılarının klassisizmin ilk ünsürləri bir ədəbi istiqamətdə birləşdirə bilməmişdir. Fransanın isə iqtisadi-siyasi və ədəbi-mədəni mənzərəsi sənətkarları geniş bədii imkan-yaradıcılıq sərbəstliyi vermiş, onlar saraydan qayğı görmüşlər. Bunlar yaradıcılıq axtarışlarının, bədii üsulların, ədəbi mövqeylərin, klassik ədəbi irsə münasibət və qayğının yaxınlığı yazıçıları klassizmə, ədəbi cərəyan yaratmağa istiqamətləndirmişdir. İntibah ənənəsi, onun ağıl və dərrakəyə inam və etiqad tə'limi klassizmin mahiyyəti olmuşdur. Buna görə də bu cərəyan Avropada tez yayılmış, Şərq mədəniyyətinə isə əsaslı təsir göstərə bilməmişdir.

Azərbaycan ədəbiyyatında ağıla, düşüncə gcnişliyinə həmişo yüksək qiymot verilmiş, qəhrəmanlıq, vətənpərvərlik, milli varlığa bağlılıq əsas motiv olmuşdur. Ancaq bu ədəbi istiqamət fərdi üslub-larda klassisizmin tə'siri ilo yaranmamış, onun on'onəsi milli bədii nıə-dəniyyətin ən qədim dövrlərindən süzülüb gəlmiş, Nəsimi yaradıcı-lığında dərinləşmişdir. Rus ədəbiyyatında klassizm XVIII əsrin 20-cı illərindən A.Kontemirin satira və odaları ilo başlamış, M.Lomonosov V.Tirediakovski, A.Sumarokov, D.Fonvizin və Q.Derjavin yaradıcı* hğında dinamikləşmiş, özünün ən'ənəsini yaratmışdır. Ədəbi cər?}al kimi klassizm XVII əsrdə Fransada, XVIII əsrdə iso alman və ispan ədəbiyyatında müəyyonləşmiş, onun nəzəri əsasları Bualodanazırlanmışdır. Bualo "Poetika sənoti" traktatında ədəbi klassisizmin təcrübəsini ümumiləşdirmiş, sistemə salmışdır.

İngilislər klassisizmi XVII əsrdə mənimsəmişlər. Bu cərəyan hərtərəfli təzahürünü A.Popun yaradıcılığında tapmışdır. A.Pop antik mədəniyyəti özünəməxsusluğu ib öyrə "jliada" və "Odisseya" əsərlərini ingilis dilino çevirmişdir, "Tənni 1 ^aqqında təcrübə" pocmasında o qədər do orijmal olmamış, Bualonun estetik baxışlarmı davam etdirmiş, antik yunan və Roma bədii mədə-niyyətini nümunə saymış, bədii tə'siri təsvirdə dəyişdirilən, gözəlləşdi-I rilən, əlavə boyalar vurulan əhvalatlarda axta.:ış, təbiəti təqlid incəsə-nətin məqsədidir - demişdir. "Xaçpərəst" poemasında, "Dəfn", "Ya-J Jançı aşna", "Nəzakətlilər" vo "Vicdanh aşiqlər" komediyalarında klas-j sisizmin xüsusiyyotlərini qorumuş, "idcallaşdırılmış təbiəti əks etdir-ijnoyo" çahşmışdır. Klassisizmdə üstünlük dramaturgiyaya və səhnə I jsərlərinin səhnə təfsirinə verilmişdir. Lakin cərəyanı yaradanlar digər Ijanrlara e'tinasız qalmamışlar. Qussen və Loren peyzaj lirikası Malerb Itəntənəli odalar, Rasin didaktik - "normativ" tragediyalar, Lalbnten jtəmsillər, Bualo müxtəlif istiqamətli şe'rJər yazınışdır.

Dövrün mütərrəqqi odəbi hadisəsi - klassizm bədii yaradıcılığın Ibütün sahələrini əhatə etmişdir. Bu cərəyanı maarifçilər davam ctdir-Imiş, təsviri sənətlərdə, musiqi, rossamlıq, hcykəltoraşhq, arxiteutura və Isintetik incəsənətlordə onun antifeodal ruhunu kəskinləşdirmiş, həmi-Işə "ali, yüksək və gözəl varlığı" təsivr etməyə çahşmışlar.

Fransız yazıçıları latın sözünü - klassisizmi ali və nümunəvi mə'nasında işlətmişlər. Ona təşəkkülünün ilk illərində nə İtaliyada, nə I də Fransada ad verilməmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllə-[nndə romantiklər bu cərəyam "klassisizm" adlandırmışlar. Romantik-pr klassisizmin pafosunu, estetik prinsiplərini bəyənməmiş, inkar et-Nşlər. EIə zənn etmişlər ki, bu cərəyan sənətkaıiarı çərçivəyə salır, Watla əlaqələrini zəiflədir, ədəbi növ və janrlann poetik imkanlarmı Zəiflədir. Buna görə də V.Hüqonun "romantik manifesti" klassisizmə pärşı çevrilmişdir. O, ədobi-tənqidi moqalolərində və əməli fəaliyyətin-I"3 klassisizmin yalnız hərokət vəhdəti qanununu bəyənmiş, təmtərağı, Ptliyi, ən'ənəyo, mövzuya və janrlara ikili münasibəti "Ernani" və Marion de Lori" dramlarında lağa qoymuşdur. Yeri gələndə hadiso-3rin böyüdülməsini və adiləşdirilməsini, məznıunun əsas ünsürlərinin tDhdotdə və aydın canlandırılmasını vacib şərt hesab etmişdirŞəxsiyyət, cəmiyyət, dövlət, vətənpərvərlik və rasionalizm pafosn klassisizmdə əsas reallıq, bədü ideal isə antik yunan və Roma bədü mədəniyyəti idi. Bu amil cərəyana bir yönlülük gətirmiş, onu milü həyata, milli movzu və surətlərə laqeydləşdirmişdir. Cərəyanin nümayəndələri əsatir, əfsanə, nağıl, dastan, ümumən xalq ədəbiyyatl motivlərinə meyl göstərmirdilər. Sıx-sıx antik dövrə müraciət, əhvalat-ları tarixin dərin qatlarına aparmaq, onu bir məmləkətdən digərinə keçirmək məzmuna, surətdlər silsiləsinə və bədii struktura mənfı təsir göstərirdi.

Kökləri İntibah mədəniyyətinin sintetik ənənələrinə bağlanan klassisizm özünün estetik prinsiplərini əsaslandırmaq üçün bütün vasi-tələrdən istifadə edir, barokko yaradıcıhq metoduna, onun üsul vo is-tiqamətlərinə qarşı mübarizə aparırdı. İntibah ədəbiyyatının bibliya-dan, xristian-kilsə mistikasından süjetlər götürməsini, obraza sərbost yanaşmasını və onu hərtərəfli təhlil etməsini bəyənməmişdi. Onlar bə-dii mədəniyyətin, ədəbi-nəzəri fikrin bütün sahələrində antik ədəbiyya-tı nümunə - təcrübə hesab etmişlər. Antik yunan və Roma ədəbiyya-tından mövzular, obrazlar, süjetlər, əhvalat və epizodlar götürümıüş, onları yenidən, dövrün vətəndaşhq pafosuna uyğun işləmişlər. Çünki xalq mənafeyini şəxsi mənafedən üstün tutmuq, milli borc və vahid dövlət idealı klassisizmin əsas istiqaməti olmuşdur. Xarakterlərin hiss-ləri, intim duyğuları, ailə-məişət qayğıları milli sosial amallann, qoh-rəmanhğın, vətənpərvər əlaqə, meyl və hərəkətlərin məzmununda ünsürləşmişdir. Düzdür, klassisizm müəyyən qədər saray mədəniyyo-tinə, Fransa müüəqiyyətinin siyasətinə bağla olmuş, morkozləşmiş dövlət ideyasmı, mə'nəvi-sosial həqiqəti təbliğ etmişdir. Bədii əsərlər çox zaman təmtəraqh, oda dilinə bənzər dillə, ə'yanlarm zövqünə, cə-rəyanın tələblərinə uyğun yazümışdır.

XVII əsrdə Şərqdə və Avropada ədəbi istiqamət və cərəyanlar akademizm, qotik vo barokko eyni dərəcədə yayılmamışdır. Barokko qotik və romantik üslublardan çox istifadə olunmuş və bu cərəyan hoi xalqın ədəbiyyatmda təzahürünü milli Özünəməxsusluqla tapmış?ır" "Fransız millətinin formalaşması" kitabının müəlliflori - Jernıen və Klod Viller klassisizmə xüsusi diqqət yetirmiş, onu fransız millətin111 tarixində həlledici mərholə hesab etmişlər. Qərara gəlmişlər ki, klassı2" sizm Fransada milli birliyin yaranmasına, feodalizmə qarşı müban^ nin kəskinləşməsinə, incəsənətin və ədəbi-nəzəri fikrin inkişafına tasl göstərmişdir. Belinski A.Kantemirin və V.Trediakovskinin əsərlərini rus ədəbiyyatı tarixinin müqəddimosi adlandırmış, M.Lomonosovu bu odəbiyyatm əsasını qoyan yazıçı-mütəfəkkir hesab etmişdir. Rus ədə-biyvatına klassisizmi A.Kantemir gətirmiş, bütövlükdə M.Lomonosov dövrü rus bədii mədəniyyətinin əsas yaradıcılıq metodu klassisizm olmuşdur.



Klassisistlor, bir yandan, zamanı əsas almış, dövrün hoqiqətlərini ürnumiləşdirmiş, zülmə və ədalətsizliyə e'tiraz etmişlər. Digər tərəfdən də, saraya, ə'yanlar mühitinə sığınmış, himayə olunmuş. kralın hərbi yürüşlərini və qəsbkarlıq siyasətini tə'rifləmişlər. Bunlar və üç vəhdət qanunu klassisizm ədəbiyyatına məhdudluq, sxematizm gətirmişdir. Oıılar "Xəmsə", "Otello", "Hamlet", "Qaçaqlar" və "Səfillər"in müəllif-lori kimi həyatı geniş ifadə edə, zəngin xarakterli obrazlar yarada bil-momişlər. Obrazın ancaq bir cəhətini, bir keyfiyyətini seçmiş, onu ümumiləşdirmişlər. Cəroyanm görkəmli nümayəndələri belə öz xalqla-rının milli həyatlarmdan, milli yaşayış və ehtiyaclarından xeyli uza-qlaşmış, məhdud ədəbi normalardan kənara çıxmamışlar. İtaliya, İs-paniya, Almaniya və İngiltərə klassisitlərin yaradıcılığında milli bədii on'ənə inkişaf etmiş, antik ədəbiyyatdan alman bədii süjet və faktlar müasir həyata istiqamotləndirilməmişdir. Dövlət mənafeyi, vətəndaş-kq borcu yaşayışda və sosial münasibətdə zəkanın hər şeyi tə'yin etmə-si və bunlarm normativ-təntənəli dillə təsviri bədii əsərlərin məzmun -strukturunda ümumi, bənzər cəhətlər olmuşdur. Süjet iki yerə - mənfi və müsbət obrazlara ayrılmış, süjetin inkişafmda onların fərdi key-fıyyətləri azalmış, zəifləmişdir. Milli birlik, vətəndaşlıq amalı, əxlaqi-mə'nəvi kamillik, idrak və zəka tobliğ və torənnüm olunmuşdur. M.Lomonosov odalarını vətənpərvərlik ehtirası ilə yazmış, xalqın horbi gücünü, gələcək hərbi yürüş və qələbələrini torənnüm etmişdir. "Böyük Pyortr" poemasmda bədii tərənnümdə Birinci Pyotr başqa hökmdarlara nümunə göstərmişdir. "Anakreonla söhbət" əsərində ye-no qəhrəmanhq və mübarizlik mədh edilmişdir. P.Kornel, F.Malerb, •1 Rasin və J.Lafonten ya ədəbi-tənqidi məqalələr, ya da öz əsərlərinə müqəddimələr yazmış, klassisizmin poetik normaları haqqında fikirlər söyləmişlər. F.Malerb odalarında xalq adından danışmış, kralı və ^rallığın daxili siyasətini tə'rifləmişdir. F.Malerbi kral IV Henrix frıükafatlandırmış, onu qüdrətli saray şairi adlandırmışdır. Tragediya-tar müəllifi P.Kornel həm də fransız komediyasının yaradıcılarından biri olmuşdur. Ancaq sonətkarlar klassisizmin ədəbi-bədii qanunlarm dan kənara çıxmamışlar. J.Rasin demişdir: "Biz fasiləsiz özümü7 özümüzdən soruşmalıyıq? Bu şe'ri Homer və Verkili oxusa lar nə dev ərdilər? Tamaşaya qoyulan pyesə Sofokl baxsa nə deyərdi?" "Andro maxa", "Fedra", "Esfir", "Atameya" və başqa əsərlərin məzmununu J.Rasin antik mədəniyyətdən almışdır. J.Lafonten tragediyalar, k0_ mediya, roman, epiqramma, oda, təmsil və lirik nəğmələr yazmışdır Lakin, yunan klassiklərinin, xüsusən təmsil ustaları Ezop və Fedranin güclü tə'sirindən qurtara bilməmişdir. Bu sənətkara nüfuzu mahiyy^ didaktizm ilə aşılanan əsərləri-təmsilləri qazandırmışdır. Onun yaradı-cılığının əsas istiqaməti vətəndaşlıq pafosu olmuşdur. Təmsil və ko-mediyalarında A.Sumarkov dövrünün qüsurlarını, tamahı və əxlaqi-mə'nəvi naqisliyi lağa qoymuşdur. N.Bualo klassizmin həm nəzəriyyə-çisi, həm də satirik şairi idi. Şe'rlərində cəsarətli fikirlər söyləmiş, işğal-çılıq siyasətinə, müharibəyə və ölkələri talan etmək ehtirasma gülmüşdür. J.Rasin, P.Kornel və J.Molyer müxtəlif janrlara müraciət etsələr də, zamana və zamanm mürəkkəb hadisələrinə səhnə əsərləri ilə qiymət vermişlər.

Klassisistlər ədəbi janrları ali və aşağı janrlara ayırmış, onların hamısından istifadə etmişlər; bir, ya bir neçə janrın ünsürlərinin digə-rinə qanşmasını bəyənməmiş, hətta Bualo nəsrə, xüsusən povest və romanlara mənfi münasibət bəsləmişdir. "Müəyyən ağlabatmazhqlar və uyğunsuzluqlar romanm yol yoldaşıdır" - demişdir. Buna görə də klassisistlər daha çox tragediyalar, komediyalar, qəhrəmanhq poema-ları, satirik şe'rlər, odalar, yamblar və sonetlər, miniatürlər, fərdi fikir-ləri, düşüncə və təəssüratlan ifadə edən aforistik lövhələr yaratmışlar. Obrazları da nəzəri görjşlərinə və cərəyanın təbiətinə uyğun seçmişləi'. Tragediyalarda, poema və odalarda hökmdarları, sərkərdələri, böyük əməlləri və qəhrəmanlığı vəsf etmişlər. Molyer, Malerb, Kornel, Rasin Lomonosov, Fonvizin, Derjavin və Qriboyedov obrazlara iste'dadla, ağıl və düşüncə ilə yanaşmış, onların xarakterinin müəyyən bir cəhətini açmışlar.

Klassisizmin incəscnotdən bədiilik, ideya-estetik tələbi realizm tələblərinə yaxın idi. Çünki həm klassisistlər, həm də realistlor i"ea. varlığı təsvir etmiş, mozmuna uyarh forma scçmiş, ideyasız əsərl3fl bəyənməmiş, faktlan ümumiləşdirmişlər. Ancaq klassisizm əd^, normalarını antik ədəb:.yyatdan almış, realizm və romantizmdən formalaşmışdır. Onun insanı və dövrün sosial problemlərini jn'ikas və ifadə üsulları məhdud və sxematik, ayrı-ayrı klassisistin ədə-piyyatın funksiyası, ədəbi janrlar, fərdiləşmə və ümumiləşdirmə an-layışları isə ən'ənəvi olmuşdur. "Mo'na hər şeydən vacibdir, ona meyl edin". "Gəroksiz, artıq şeylər şe'rdə səthi və gülünc görünür, adamı... yorur". "Malerb... sadə, əndazəli, əsl şe'rin nə olduğunu fransızlara gö-stərdi, səhnəyə ağlın ayaqlan altına yıxılmağı əmr etdi. Şe'rin oynaq-tığına diqqət yetirdi, cümləni misradan-misraya keçirməyi qəti qa-dağan etdi". "Elegiya qondarma yox, həqiqi hissləri tərənnüm etdikdə güclüdür". Oda "dağların sıldırım zirvələrinə ucalır və orada allahlarla qarşılaşır, mordlikdən qüvvət alıb onlarla cəsarətlə danışır, qəhrəman-lar üçün Olimpə yol açır". "Gözəl və yığcam bir sonct bə'zən yüz mis-ralarla poemanı kölgədə qoya bilər". "Epiqramda... hazırcavablıq və kəskin sözlər arasında yenə də fıkrin dəqiqliyi görünməlidir". "Düzgün qurulmuş, bitkin və ahəngdar olan gözəl pocma böyük bir həyat təc-rübəsi və zəhmət sayəsində yaranır". "Əgər siz komediyada şöhrət qa-zanmaq istəyirsinizsə, təbiəti özünüz üçün məsləhətçi seçin, onun de-diklorinə qulaq asm". Sənətkar "gərok hər şeydə təbiəti nümunə götürsün, təbiətə sadiq qalsın". "Ağıl və idrakın göstərdiyi yolla gedən şair komediyada incə zövqü, gülünc hadisələrdə sağlam düşüncə və mə'nam qoruyub saxlamağı bacarır". "Poeziyada babatlıq hənıişə is-te'dadsızlığın sinonimidir". "Hadisənin nəqlindən təhkiyo yığcam, təs-virləriniz isə dəbdəbəli və zəngin olmalıdır". "Öz əsərlərini sadə sözlərlo başlayıb qabaqcadan heç nə və'd etməyən romalı şair daha güclü, da-ha to'sirlidir".

Klassisizmdo əsas diqqət poeziya, dramaturgiya, teatr və publisi-stikaya verilmişdir. Səhnə əsərləri, "Poeziya sənəti"ndə bütün dövrlər-də "ruhu sakitləşdirmiş, hisslərə hakim olmuş", insanı "coşdurub şad-landırmış, sarsıdıb ağlatmış", həm "qəlbdə şirin və xoş bir qorxu ya-ratmış", həm də "mərhəmət və şəfqət oyatmışdır". Dramatik əsərlər sərt poetik tələblə - üç vəhdət qanunu ilə - zaman, məkan və hərokət v^hdotləri ilə yaranmışdır. Vəhdətlorin prinsiplərindən kənara çıxan ə$ərlər bəyənilməmiş, ədəbi hadiso hesab edilməmişdir. Buna görə də Lope de Veqanın dramlarındakı sərbəstlik, əhvalatların genişliyi, süje-lin şaxələrə ayrılması Bualonu təəssüfləndirmişdir. "Piriney dağlarının ^rxasında bir qafiyəpərzad var ki, bu işdə heç tənbəllik eləmir, səhnədə "ir günlük qjsa zaman ərzində otuz ilin əlvalatını göstərir. Əsərinlində qıvrımsaçlı yeniystmə olan qəhrəman, görürsən, axırda ağsaqqaı bir qocaya çevrilir". Bıınları, vəziyyətlərin, insanların portret və xarak terlərinin kəskin şəkildə dəyişməsini Bualo məntiqəsığmaz hesab et mişdir. Tragediya və komediyalarda "mütləq məkan vəhdəti gözIəniL məlidir. Şairlər gərək ağıl və idrakı unutmasınlar... baş verən hadis3 bir gün ərzində və bir məkanda cərəyan edib başa çatmahdır". "Səh. nədə gözlə görünən hadisələr nağıl edilən hadisələrdən tə'sirli oltir Lakin onu da yadda saxlayın ki, qulağın qəbul etdiyini, bə'zən göz qə_ bul edə bilməz".

Üç vəhdət qanunu əhvalatları geniş miqyasda almağa, hadisələrj düşünco və xarakterləri hərtərəfli açmağa, dövrü ziddiyyətləri ilə tohlii ctməyə qoymamışdır. Çünki zaman vəhdətində hadisələr qıSa müddətdə, bir gün ərzində cərəyan etmiş və bədii həllini tapmışdır. Məkan birliyində hadisələr bir, ya iki yerdə, həm də sarayda baş ver-məli idi. Hərəkət vohdətində isə diqqət bir əhvalata verilmiş, süjet qol-budaq atmamış, bədii inkişaf bir istiqamətli olmuşdur. "Fedra", "An-dromaxa", "Sid", "Horatsi", "Ağıldan bəla" və başqa əsərlərdə iiç vəh-dət prinsipi qorunmuşdur. "Brut" və "Sezarın ölümündə", daha çox isə "Don Juan"da Molyer klassizmin üç vəhdət qanununu qırmış və klas-sisizmdən kənara çıxmışdır.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin