Bonzədirsən özünü itlərinə hər saət, Ey Füzuli, ola bilməz sənə bənzər güstax; Aşiqi-sadiqdir, izhari-qəm eylər hər səhər, Ah


Mühazirə 7 ƏDƏBİYYAT ELMİNİN METODİK ƏSASLARI VƏ ƏDƏBİ CƏRƏYANLAR (Klassisizm)



Yüklə 0,59 Mb.
səhifə4/9
tarix28.12.2021
ölçüsü0,59 Mb.
#17076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 4

XIX VƏ XX ƏSRLƏRDƏ ƏDƏBİYYATŞÜNASLIQDA CƏRƏYANLAR

XIX əsrin əvvələrindən ədəbiyyat qarışılıqlı əlaqə, qarışılıqlı təsir və zənginləşmə prosesində inkişaf edirdi. Bir xalq digər xalqın həyatı, məişəti və incəsənəti ilə maraqlanır, biri digərinin mədəni və iqtisadi nailiyyətlərindən öyrənməyə ehtiyac duyurdu. Çünki Avropada, eləcə də Azərbaycanda və Şərqin bəzi ölkələrində bədii nəsr, poeziya, dramaturgiya və publisistika reaiist-naturalist, romantik-sentimental axarda hərtərəfli inkişaf tapır, tərcümə yaradıcıhğın spesifik sahəsinə çevrilirdi. Ədəbi-nəzəri fikirlə yalnız tənqidçi-ədəbiyyatşünaslar yox, həm də ayrı-ayrı sənət adamları məşğul olurdular. V.Hüqo, V.Q.Belinski, O.Balzak, A.S.Puşkin, Valter Skot, N.Q.Çernışevski, M.F.Axundov, N.A.Dobrolyubov və başqaları ədəbi-tənqidi, elmi-nəzəri əsərlər yazır, poetik qanunların və ədəbiyyatşünaslığın müəyyən tərəf və istiqamətlərinin müəyyənləşməsində ciddi rol oynayırdılar. Eyni zamanda, mürtəce ədəbi-estetik fikirdə böhran, birtərəflilik güclənir; milli-azadlıq hərəkatlarının ənənə və təcrübəsi, dünya realistlərinin yaradıcılığı təhrif olunurdu. Bəzi nəzəriyyəçilər elə bilirdilər ki, ədəbiyyat öz fərdi daxili immanent qanunları ilə, sosial-tarixi şəraitdən asılı olmayaraq inkişaf tapır; onun əsasında ən ibtidai hind miflərinin ünsür və əlamətləri axtarılırdı. Miflərin məzmun-mahiyyəti isə dinlərsiz təsəvvür olunmurdu. İncəsənəti varlıqdan ayıran konsepsiyalar, yeni burjua ədəbiyyatşünaslıq istiqamət və cərəyanları yaranır, pozivitizm fəlsəfəsi və onun çərçivəsi daxilində yaranan praqmatizm təlimi bədii yaradıcılığı təsiri altında saxlamağa çalışırdı. Mürtəce fəlsəfə bunları - kapitalizmin ümumi böhranı, insanın, elmin və dövrün özünün böhranı hesab edirdi.

Pozivitizm XIX əsrin ortalarından Fransada təşəkkül tapmış, Avropa ölkələrində geniş yayılmışdır. Bu cərəyan bədii dərk və düşüncəni həyatdan, ictimai-siyasi mübarizədən ayırır, idrakın təhlil və qiymətləndirmək imkanlarını təsvirçiliklə əvəz edirdi. Pozivitizmin estetik prinsiplərini ümumiləşdirən, sistemə salan "Fəlsəfi pozivitizm kursu" əsərinin müəllifi Oqusta Kont (1798-1857) olmuşdur. Elə cərəyanın adı da buradan - Oqusta Kontun kitabından götürülmüşdür.

Antifəlsəfi təlim, "ideya cərəyanı" - pozivitizm fəlsəfəni fəlsəfəyə qarşı qoymuş, onu elmlərin içində əritmək, həzm etmək istəmişdir. Buna görə də pozitivistlər elmlə fəlsəfə delemasında üstünlüyü elmə vermişlər. Onlar müasirlərini inandırmaq istəmişlər ki: "Elmin özü fəlsəfədir, onun nə fəlsəfəyə, nə də fəlsəfənin şaxələrinə ehtiyacı yoxdur".

Öz inkişafmda kantizm, maxizm və neopozitivizm mərhələləıinj keçirən fəlsəfi bir sistem - pozivitizm müsbət, dəyərli və qiymətli anlamlarından götürülmıış və həmişə emperik mə'lumatlara əsaslanmışdır.

Fəlsəfədə, ədəbiyyatşünashq və bədii yaradıcılıqda pozivitizmj xalqııı, ya da xalqların mə'nəvi aləmi ilə bağlı olan sahələrin izahınaf daha çox meyl göstərirdi. Qrim qardaşları - Yakob (1785-1863) və Vil-helm (1786-1859) ağız ədəbiyyatınm toplanmasına və nəşrinə peşəkafl filoloji münasibət bəsləyir, xüsusən Yakob Qrim Alman dilinin xüsu-j siyyətlərini tarixən müqayisədə öyrənirdi. Onun "Uşaq və ailə nağılla-J rı" toplusu geniş yayılmış, Avropada xalq ədəbiyyatma maraq oyatj mışdır.

"Alman mifologiyası" Idtabının müəllirı Yakob Qıim HerderinJ Vinkelman və Helvetsmin yaradıcılığı ilə tanış idi. Ancaq o, ədəbi-j nəzəri fikri birtərəfli, dünyagörünüşün məhdudluğuna uyğun mənim-j sənilmişdi. Bu da Yakob Qrimi folkloru qanunauyğun tarixi inkişafj) xalq həyatının ifadəsi kimi öyrənməyə qoymurdu.

Qrim qardaşiarı təhlildə müqayisəyə, estetik görüşdə romantL konsepsiyaya əsaslanırdılar: elə bilirdilər ki, yaradıcılığın əsası mifdir,; süjet keçici və kəzəridir; xalqlar bir-birinə oxşayııiar, bir-birlərinə qo-hunıdular, bir-birlərindən hazır süjet və motiv götürürlər. Onlar müqayisəni janrlarm hamısına aid edir, süjet və məzmunda əsatir vä törəməlik xüsusiyyətləri axtarırdılar; qardaşlar deyirdilər ki, yayılqanj bir formanı - nağılı müqəddəs e'tiqad - Allaha inam yaratmışdır vj nağıl təşəkkülü dövründə allah haqqmda süjet - əsatir idi. Bunlar XIX əsrin ikinci yarısmda Almaniyada mifoloji nəzəriyyəsinin yaranmasına səbəb oldu.

Mifoloji nəzəriyyə ədəbiyyatm müqayisəli, folklorla vəhdətdə öy-rənilməsinə maraq oyatdı. Lakin bu nəzəriyyə yaradıcılığm rolunu, janrların tarixi inkişafmı, bədii idrakın həyatı ifadə imkanlarınm ge-l nişliyini əsaslandıra bilmirdi, ədəbiyyatı varlıqdan, xalqm ən'ənə və' düşüncəsindən ayınrdı.

Ədəbiyyatşünaslar mifoloji nəzəriyyənin formaya maraq oyat-ı,ğinı qeyd edirdilər. Çernışevski və Dobrolyubov isə bu məktəbin po-zjt{v əsası ilə barışmırdılar. Bunlara baxmayaraq, mifoloji nəzəriyyə yayıl»r' A.Kun, V.Şvars (Almaniya), M.Müller (İngiltərə), M.Breal (Fransa), A.Afanasyev, O.Müller, F.Buslayev və A.Potebnya (Rusiya) Qrim qardaşlarımn davamçıları kimi fəaliyyət göstərirdilər. Amma bu nozəriyyəçilər mifoloji məktəbi yeni fikirlərlə, yaradıcılığa münasibət orijanallığı ilə zənginləşdirə bilmədilər, sadəcə A.Afanasyev "Slavyan-larin təbiətə poetik baxışları" və O.Müller "İlya Muromes və Kiyev Bahadırları" kitablarında şifahi xalq ədəbiyyatı nümunələrini sistem-bşdirdilər, onun zənginliyi və forma müxtəlifliyi haqqmda təsəvvürü genişləndirdilər. Lakin O.F.Müller "İlya Muromes və Kiyev Bahadır-ları" əsərində tarixi şəxsiyyətləri mifik boyalarla səciyyələndirmiş, on-larda Allah - qəhrəman əlamətləri axtarmışdır. İnsanlarm haqsızlığa qarşı mübarizələrini Günəşin hiyləyə, qaranlıq və məkrə üsyanı, ba-nşmamazhğı kimi ümumiləşdirmişdir; həlta, İlya Muromesin içdiyi pivə rəmzi mə'na almış, göydən torpağa səpələnmiş yağış, nur, yaşayı-şm əlaməti kimi mə'nalandırılmışdır.

İsveç psixoloqu K.Q.Yunqun (1875-1961) mifoloji nəzəriyyəyə yanaşmaq üsulu orijinal, psixoloji axarda idi. /Vncaq onun anlayışın-da, ədəbi əlaqə, qarşıhqlı tə'sir və məzmun-süjet oxşarlığı, xalqlann iq-tisadi-siyasi və mədəni münasibətləri vacib deyildir. Yunq ədəbiyyatda oxşar ədəbi proseslərdən danışanda bir cəhəti - psixoloji təsəvvürdə erkən proobrazların yaranmasını nəzərdə tuturdu. Onun fikrincə, belə obrazlar arxaik tiplərdir, ədəbiyyatın sonrakı inkişaf mərhələləri bu tiplərə daha ciddi yanaşır, onları reallaşdınr və yeni məzmunla ta-mamlayır. Yunq pozivitizmə əsaslanır və folklorun şəkillərini insan iradəsindən, fərdi yaradıcılıqdan kənarda düşünürdü.

Mədəni-tarixi istiqamət mifoloji nəzəriyyə ilə bir dövrdə, XIX əs-rin ortalarında, Fransada yaranmışdır. İlk dəfə onun prinsiplərini İp-polit Ten (1828-1893) hazırlamışdır. Cavan yaşlarından Hegelin "Este-tika"sını öyrənən Ten tarixçi və sənətşünas, fransız pozivitisti idi. "İngilis ədəbiyyatı tarixi" və "Sənət fəlsəfosı" kitabları göstərir ki, tenin yaradıcılığa münasibəti ziddiyyəlli olınuşdur. Bir tərəfdən, Tenin inanıında ədəbi şəxsiyyət həyatı natural, eyni ilə göstərmir, səciyyƏVj hadisəni təsadüfı əhvalatlardan ayınr, onu müəyyən məqsədə - ideala yönəldir; əsərdə obraz müəyyənliyi ilə fərqlənir və aydın hərəkət yolu seçir. Ona görə ki, sənət həyatı, xalqın tarixini dərk və müəyyən üsuj.J larla ifadə vasitəsidir. Ten onu da təsdiq edirdi ki, sənətin varlığı, inki-şafı və zənginləşməsi şəraitdən, cəmiyyətin həyatından asılıdır və filo-! sof-estet bunları nəzərə almalı, ədəbiyyatı real bədii faktlarla, varlıqla vəhdətdə, "ürəyin və əsrin psixologiyası ilə bərabər duymalı, mənim-J səməli və ümumiləşdirməlidir. Təbii elmlərin üsul və metodlarını ədobi hadisələrə tətbiq edən, estetika və ədəbiyyatsünaslıq elmi hələ təzodir, lakin özünün tarixi doqmatik xarakterindən fərqlidir - deyən Ten, o biri tərofdən, ədəbiyyatm predmctini müəyyənləşdirmək istəyəndj Hegeldən tə'sirlənir, Hegeli tamamlayırdı: bildirirdi ki, sənətkar həyatJ ümumiləşdirmə yolu ilə təsvir edir, amma müəyyən bir məqsədj müəyyən bir estetik amal uğrunda mübarizə aparmır. çünki ədəbiyya-3 tın predmeti həyat yox, insanın xarakteri, mə'nəvi-psixoloji aləmidirJ Ten həyat və cəmiyyəl hadisələrində müxtəliflik və bənzərsizlik axtal rır, hadisə və əhvalatlarm hamısmın eyni mə'na və əhəmiyyətə, eyni esl tetikliyə malik olmadığını söyləyir və ədəbiyyatşünashqda subyektivä konsepsiya ilə barışmırdı. Eyni zamanda, bu nəzəriyyəçinin yaradıcıl hğında müəyyən bir vəziyyətin dəyişməsi mə'nəvi-psixoloji aləmin dj dəyişməsinə səbəb olur və insanlarm mövqeyini onların psixologiyası! müəyyən edir. Tenin incəsənətin tarixini, sənətkarın fərdi üsullarını öyrənənlərdən tələbi dəqiqlik, konkretlik və sərrastlıq idi. Ancaq Ten ədəbiyyatşünasm imkanlarını məhdudlaşdırır, diqqəti ideya-estetik vəziyyətdən yaymdırırdı: qeyd edirdi ki, ədəbiyyatşünas ədəbiyyatın mə'nasını, sənətkarın qüsurlarını duymalı və mənimsəməlidir. Tarixil bədii faktları, onları doğuran səbəbləri, hadisələrin əlaqə və münasibə-J tini araşdırmalıdır. Amma bədii-cstetik keyfiyyət, ideyanm kamilliyi və tərbiyəvi əhəmiyyəti onun funksiyasına aid olmamahdır.

İppolit Ten bə'zən yaradıcıhğın ictimai-siyasi, bəşəri motivlərin-dən danışırdı. Ancaq alim həmişə bu mövqedə dayana bilmirdi. O, bə-şəriliyə bioloji istiqamətdən yanaşır, tarixi inkişafın səbəbini bədii' ideya və ictimai psixologiya ilə əlaqoləndirirdi.

Dünya ədəbiyyatmda ədəbi cərəyan və istiqamət çoxluğu Tendə e'tiraz doğurmurdu. Onun inamında cərəyanı milli bədii ehtiyac yara-dır. Teni çaşdıran ədəbiyyatşünaslann cərəyanların imkanlarını nəzər və onlan bir-birilərindən fərqləndirmələri idi. Ten cərəyanlar vahid ölçü ilə yanaşır, yaradıcıhğın inkişafmda cərəyanların və istiqamətlərin fərqli rolunu və tarixi əhəmiyyətini nəzərə almırdı. Tenin ədəbi-nəzəri fıkrə təsiri böyük idi. Təkcə Rusiyada jgni-tarixi cərəyanın N.S.Tixonravov, A.NQ.Pıpin, S.A.Vengerov, V.Şaxov və başqa nümayəndələri fəaliyyət göstərirdi. Bu ədəbiyyatşünaslar həm yazılı ədəbiyyatın mənşəyini, inkişaf və qarşılıqlı zənginləşməsini, həm də folkloru və tarixi abidələri öyrənir, elmi-tarixi dərkə ıaraq oyadır, incəsənəti, onun rənglərini, ifadə və təsvir üsullarını ugyata çəkir, "sənət sənət üçündür" nəzəriyyəsini qəbul etmirdilər. Antiq nıədəni-tarixi metodun nümayəndələri sənətin tərbiyəvi əhəmiyyətini nəzərə almır, incəsənəti mədəni dərk forması kimi təbliğ edirdilər:

pelə qərara gəlirdilər ki, ədəbiyyat bədii salnamədir, xalqın mənəvi^əişət tarixidir.

Rus mədəni-tarixi məktəbinin nümayəndələri yaxın müasirlərini, xüsusən rus inqilabçı-demokratlan - Belinski, Çernışevski, Dobrolyu-bov və Gertseni tənqid edirdilər. Onların estetikliyi, idraki-tərbiyəvi əhəmiyyəti əsas almalannı, bədii yaradıcıhqda tarixilik prinsipini unutmalarını bəyənmirdilər. Bildirirdilər ki, rus tənqidçiləri klassiklə-rin nsərlərindən danışır, fərdi yaradıcılığı təhlil edirlər, lakin şifahi odobiyyat, onun xüsusiyyət və tə'siri, tarixi abidələr, onların nəsillərdə oyatdığı maraq unudulur, qiymətləndirilmir.

XIX əsrin ikinci yarısında yaranan müqayisəli-tarixi metod az-çox mifoloji nəzəriyyəyə bənzəyirdi. Elmi-nəzəri ədəbiyyatda müqayisəli-tarixi metod iqtibas nəzəriyyəsi, ya da komparativizm adlanır. Kom-parativizmin üsullarını və estetik prinsiplərini alman sanskritoloqu Teodor Benfey (1809-1881) müəyyənləşdirmişdir. O, qədim hind dillə-ri mütəxəssisi idi və Hind-Avropa mədəniyyətini yaradıcı mənimsə-mişdi. Bu alim hind abidəsi "Pançantra"nı əsas almış, onun strukturu-nu bir sıra əsərlərin, o sıradan "Stefanit və İxnilat", "Kəlilə və Dimnə" 'lə müqayisə etmişdir; qərara gəlmişdir ki, qədim Hind və digər Şərq xalqlarınm əsatir, əfsanə, rəvayət və nağıllarının süjeti "Gəzəri", keçici Və tə'sirli olmuş, zaman-zaman Avropa bədii mədəniyyətinə keçmişdir. Kəlib və Dimnə"nin alman dilinə tərcüməsinin müqəddiməsini də 'eodor Benfey yazmış və abidənin tez-tez dəyişdirilməsinin və yayıl-^asınm səbəblərini izah etməyə çalışmışdır



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin