Diaqnozu: Venadaxili və retroqrad pielegrafiya, USM,KT diaqnozu kömək edir. Anginoqrafiya az informativdir.
Müalicəsi: Cərrahidir. Böyrək şişinin ölçüsü 3 sm-dən kiçik olarsa yalnız şiş çəxarılıb böyrək isə saxlanılır. yox əgər 3 sm- ən böyük olarsa və ləyənə təmas edərsə böyrək sidik axarları ilə birgə götürülür.
UP SEQMENTİNİ DARLIĞI (UPJ) UP seqment darlığı (UPJ) bu sahədə tıxanma edir . Sidik kisəsi üçün böyrəklərdən sidik daşıyan kanalları var. Bir UP seqment darlığı böyrəkdə zamanla böyrək funksiyası pisləşməsinə səbəb olur və böyrək - sidik yollarının infeksiyaları, həmçinin böyrək daşlarının formalaşmasına və inkişafına səbəb ola bilər. UP seqment darlığı uşaqlarda daha çox rastlanır. Buna adətən anadangəlmə bir anomaliya səbəb olur. Qan damarı ureterdən keçir və ureter darliğı və əyilməyə səbəb olur.Böyüklərdə darliga hər hansı bir keçirilmiş cərrahiyyə əməliyyatı səbəb ola bilər. Buna həmçinin böyrək daşları, yuxarı sidik yollarının iltihabı və ya bir şiş səbəb ola bilər. Uşaqlarda UP seqment darlığı adətən ultrasəs vasitəsi ilə prenatal qoyulur.
Simptomları Həmən tərəfində ağrı
Sidikdə qan
Böyrək daşları
Yüksək qan təzyiqi
Tez-tez sidik yollarının infeksiyaları
Bəzən UP seqment darlığı hər hansı simptomlara səbəb olmur.
Müalicəsi Körpə və uşaqlarda UP seqment darlığı ilk 18 ay ərzində öz-özünə düzələ bilər. Bunun üçün doktor bu dövrdə ultrasəs, KT ilə təqib edir. Əgər keçməzsə cərrahi korreksiya edilir. Rekonstruktiv cərrahiyyə UP seqment darlığının aradan qaldırılması, (pyeloplasty) zamanı böyrək ləyəni- ureter yeniden "bypass olunur. Əməliyyat həm açıq həm Laparaskopik həm də Endoskopik olaraq aparıla bilər. Cərrahiyyə kiçik çevik teleskop (endoskop) ureter vasitəsilə və ya perkutan nephrostomy boru vasitəsi ilə lazerlə daralmış sahəsi (endopyelotomy adlı əməliyyat) genişləndirmək üçün istifadə olunur. Bu metodu bəzi hallarda effektiv olsa da, bizim təcrübə, bu texnika az uğurlu və adətən yalnız müəyyən klinik ssenariləri istifadə olunur.