BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib


“BU PETİSİYANIN ƏSAS MƏQSƏDİ 47 ÖLKƏNİN SƏS VERDİYİ



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix02.01.2022
ölçüsü10,7 Mb.
#2504
1   2   3   4   5   6   7   8   9   ...   18
“BU PETİSİYANIN ƏSAS MƏQSƏDİ 47 ÖLKƏNİN SƏS VERDİYİ

 QƏTNAMƏYƏ ABŞ PREZİDENTİNİN MÜNASİBƏTİNİ ÖYRƏNMƏKDİR”


http://www.amu.edu.az

29 aprel  2016-cı il

4

Tədris terapiya klinikasın-



da (TTK) Nefroloji xidmətin 

təşkili 2011-ci ildən baş-

layır. Klinikanın açıldığı ilk 

gündən Efferent Terapiya 

Mərkəzi fəaliyyətə başla-

mışdır. Mərkəzin yaradılma-

sı yeni olduğu üçün onun 

fəaliyyətinin təşkil olunma-

sına ehtiyac olmuşdur. İlk 

gündən TTK-nın direktoru, 

professor S.Musayevin qay-

ğısı və köməkliyi ilə şöbədə 

Hemodializ, Hemofiltrasiya, 

Plazmaferez, Ozonotera-

piya, Qanın ultrabənövşəyi 

şüalarla şualandırılması, 

Mərkəzi venalara kateterin 

yerləşdirilməsi,  Böyrək bi-

opsiyası əməliyyatları yerinə 

yetirilməyə başlanmışdır.

Son  illərdə  müasir  cihazların 

alınması  hesabına  yeni  prose-

duralar –davamedici veno-venoz 

hemodiafiltrasiya, 

davamedici 

veno-venoz  hemodializ  seans-

ları da aparılmağa başlanmışdır. 

Tədricən  aparılan  proseduralara 

onların  yeni  –texnoloji  cəhətdən 

daha  mükəmməlləri  əlavə  olun-

mağa başlanmışdır. Məsələn, ilk 

zamanlar  yerinə  yetirilən  sent-

rifuqa  və  membran  plazmaferez 

proseduraları ilə yanaşı daha yenı 

və mükəmməl olan kaskad plaz-

maferezi aparılmağa başlanmış-

dır. 

Müasir  cihazların  alınması 



hesabına  mərkəzi  venalara  ka-

teterin  yerləşdirilməsi  ultrasəs 

müayinəsinin  nəzarəti  altın-

da  aparılır.  Bu  da  prosedura-

nı  fəsadsız,  çox 

yüksək  keyfiyyətlə 

həyata  keçirməyə 

imkan  verir.  Eyni 

zamanda  əvvəllər 

müm kün 


olma-

yan  və  başqa  kli-

nikalarda  mərkəzi 

venalara 

katete-

rin  yerləşdirilməsi 

həyata 

keçirilə 

bilməyən  xəstələrə 

belə  klinikamızda 

kömək  etmək  im-

kanı yaranmışdır.  

Həyata  keçirilən 

pro seduralardan 

bi ri  də  böyrək  biopsiyası-

dır.  Əvvəlki  zamanlarda  bu 

pro seduraları  aparmaq  üçün 

xəstələrimiz  xarici  ölkələrə 

getmək  məcburiyyətində  qalır-

dılar.  Klinikada  aparılan  hazırlıq 

işləri sayəsində ultrasəs nəzarəti 

altında  böyrəyin  punksiyon  bi-

opsiyası  aparılmağa  başlanmış-

dır və artıq 50-dən artıq xəstəyə 

əməliyyat müvəffəqiyyətlə həyata 

keçirilmişdir. Nailiyyətlərdən biri 

də  böyrək  biopsiyası  ilə  alın-

mış    böyrək  toxuması  materi-

allarının  histologiya  kafedra-

sında  professor  E.  Qasımovun 

rəhbərliyi  ilə  elektron  mikros-

kopunun  köməyi  ilə  subsellular 

səvyyədə  öyrənilməsi  diaqno-

zun  dəqiqləşdirilməsində  dünya 

səviyyəsnə  yaxınlaşmaq  müm-

kün  olmuşdur.  Bununla  da  res-

publika əhalisinin bu prosedura-

nı  aparmaq  üçün  xarici  ölkələrə 

getməsinə heç bir lüzum qalma-

mışdır.


Mərkəzdə  Tədris  Cər rahiyyə 

klinikasında böyrək trans-

plantasıyası 

aparılması 

üçün  xəstələrin  hazırlan-

masına  ba  başlanmış  və 

8  xəstədə  bu  əməliyyat 

yerinə yetirilmişdir.

ETM-də  bütün illər üzrə 

aparılan 

əməliyyatların 

sayı  artmaqda  davam 

edir:  2012-ci  ildə  790 

prosedura  aparılmışdı-

sa,  2013-cü  ildə  -  965, 

2014-cü  ildə  -  1108  və 

2015-ci ildə isə prosedu-

raların  sayı  1372-yə  çat-

mışdır.

Mərkəzin 

əməkdaş-

larının  fəaliyyəti  nəticə-

sində  klinikanın  12-ci 

mərtəbəsində  Pulmono-

logiya,  Allerqologiya  və 

Nefrologiya  şöbəsi  yara-

dılmışdır. Bu şöbənin Nef-

rologiya  bölümü  nefro-

loqların  əməyi  sayəsində 

qurularaq 

fəaliyyət 

göstərir.  Bölümdə  sağ-

lam  və  xəstə  insanlara 

böyrəklərin  fəalıyyəti  və 

orqanizm üçün əhəmiyyəti, 

xəstəlik zamanı müalicə və 

profilaktika  tədbirləri  haqqın-

da  biliklərin  genişləndirilməsi 

məqsədi ilə “Böyrək Məktəbi” ya-

radılmışdır.

Mərkəzin əməkdaşları fəal elmi 

araşdırmalar  apararaq  1  meto-

dik  vəsait,  30-dan  çox  məqalə 

və  tezis  nəşr  etmişdir.  İspaniya, 

İsveçrə,  İtaliya,  Çexiya,  Türkiyə, 

Fransa,  Almaniya,  Rusiya,  Qa-

zaxstan,  Gürcüstan,  Çin,  Hol-

landiya,  Boyük  Britaniya  kimi 

ölkələrdə  Konqres  və  Konfrans-

larda  iştirak  edərək  məruzələr 

etmişlər.  Hazırda  da  Mərkəzdə 

genişmiqyaslı  elmi  araşdırma-

lar  aparılır,  elmi  işçilərin,  gənc 

mütəxəssislərin  –  nefroloqların 

yetişdirilməsinə  böyük  diqqət 

yetirilir.

Mərkəzdə  çoxsaylı  elmi  Konf-

ranslar,  Konqreslər  təşkil  olu-

naraq  keçirilmişdir.  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi-

nin  Baş  Nefroloqu  kimi  profes-

sor Mehman Ağayevin rəhbərliyi 

ilə 2012 -  2016 –cı illərdə hər il 

respublikanın  nefroloqlarının  və 

müştərək sahə mütəxəssislərinin 

iştirakı  ilə  Ümumdünya  Böyrək 

Gününə  həsr  olunmuş  elmi-

praktik  konfrans  keçirilmiş, 

böyrək  xəstəliklərinin  aktu-

al  problemlərinə  həsr  olunmuş 

məruzələr müzakirə edilmişdir.

29-30  noyabr  2013-cü  il  və 

9-10 oktyabr 2015-ci ildə yüksək 

səviyyədə iki beynəlxalq miqyas-

lı  tədbirlər  I  və  II  Azərbaycan-

Türkiyə Nefroloji Konqresləri ke-

çirilmişdir.

Nefroloji  xidmətin  Tədris  Te-

rapiya  Klinikasında,  o  cümlədən 

respublikamızda 

inkişafına 

və  təkmilləşdirilməsinə  uni-

versitetimizin  rəhbərliyinin  və 

Səhiyyə  Nazirliyinin  köməyinin 

gündən-günə  artması  sayəsində 

bu  sahənin  inkişafı  davam 

etməkdədir.


Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin