Mehman AĞAYEV,
Səhiyyə Nazirliyinin Baş
Nefroloqu, Efferent Terapiya
Mərkəzinin pəhbəri, terapevtik və
pediatrik propedevtika kafedrasının
professoru
Əvvəlcə konqres iştirakçıları
Fəxri xiyabana gələrək, müasir
müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ümummil-
li lider Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə
əklil qoyublar. Görkəmli oftalmo-
loq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi yad olunub,
məzarı üstünə gül dəstələri düzü-
lüb.
Sonra tədbir Bakıdakı “Mo-
nolit Plaza” hotelində davam
edib. Almaniya-Azərbaycan Tib-
bi Əməkdaşlıq Cəmiyyətinin
təşkilatçılığı ilə keçirilən konqre-
sin işində Almaniya və Türkiyənin
aparıcı universitet klinikalarında
tibbin müxtəlif sahələrində çalı-
şan 15 nəfər tanınmış professor
referent qismində iştirak edib.
Tədbirdə çıxış edən Almaniya-
Azərbaycan Tibbi Əməkdaşlıq
Cəmiyyətinin sədri, professor
Qurbanxan Müslümov bildirib
ki, respublikamızda artıq ikinci
dəfə təşkil edilən bu konqres da-
vamlı tibb təhsili ilə məşğul olan
Avropa mərkəzləri tərəfindən
beynəlxalq statuslu tədbir kimi
tanınıb və konqresə 24 CME (da-
vamlı tibb təhsili) balı verilib. Bu
da konqresin beynəlxalq səviyyəli
tədbir kimi qəbul edilməsindən
və nüfuzundan xəbər verir. “Ötən
il olduğu kimi, bu il də maraqlı
diskussiyalar və çıxışlarla yana-
şı, azərbaycanlı, alman və türk
mütəxəssisləri tərəfindən lapa-
roskopik və açıq cərrahiyyə, en-
doskopiya və radiologiya üzrə
treninqlər keçiriləcək. Söz yox
ki, bu da mütəxəssis hazırlığı
baxımından xüsusi əhəmiyyət
kəsb edir”, - deyə Q.Müslümov
bildirib.
Son illərdə Azərbaycanda
bütün sahələrdə olduğu kimi,
tibb sahəsində də əhəmiyyətli
inkişafa nail olunduğu diqqətə
çatdırılıb.
Vurğulanıb
ki,
Azərbaycanda səhiyyənin inki-
şafında Türkiyə və Almaniyanın
tibb mərkəzləri ilə əlaqələrin bö-
yük rolu var.
Qeyd olunub ki, həkim, tələbə
və rezidentlər üçün ümumi, lapa-
roskopik və damar cərrahiyyəsi,
endoskopiya,
ultrasonoqrafiya
və radiologiya sahələrində adi
sadə vərdişlərdən tutmuş ən
mürəkkəb tibbi prosedurların icra
olunmasına qədər treninqlər təşkil
ediləcək. Treninqlər Avropanın və
dünyanın qabaqcıl ölkələrində
tibb mütəxəssislərinin ixtisaslaş-
ması ilə məşğul olan mərkəzlərdə
istifadə edilən ən qabaqcıl tex-
nologiyaların istifadəsi ilə gündə
6 saat olmaqla müxtəlif qruplar-
da və səviyyələrdə aparılacaq.
Fasilələr zamanı isə öyrədilən
tibbi vərdişlərlə bağlı müzakirələr
aparılacaq. Treninqlərdə istifadə
ediləcək avadanlıq və ləvazimatlar
Almaniya-Azərbaycan
Tibb
Cəmiyyətinin nəzdində fəaliyyət
göstərən Tibbi Treninq Mərkəzi
tərəfindən Avropadan gətirilib.
Almaniya, İsveçrə və Türkiyədən
dəvət edilmiş mütəxəssislərlə
yanaşı, Azərbaycanın da bu
sahədə təcrübəsi olan yüksək ix-
tisaslı mütəxəssisləri treninqlərə
rəhbərlik edəcəklər. Konqres
çərçivəsində, həmçinin tələbə,
rezident və gənc həkimlərin
cərrahiyə, onkologiya, radiolo-
giya və qastroenterologiyanın
aktual problemlərinə həsr edil-
miş məruzələrindən ibarət forum
keçiriləcək. Münsiflər heyətinin
qərarı ilə 2-ci və 3-cü yerlərin
sahibləri xüsusi mükafatlarla
təltif olunacaq, 1-ci yerin qali-
bi isə Almaniyada biraylıq tibbi
praktika keçmək imkanı qaza-
nacaq. Bundan əlavə, forum za-
manı Almaniyanın qeyri-hökumət
təşkilatlarının nümayəndələrinin
iştirakı ilə simpozium təşkil oluna-
caq.
Türkiyənin
Azərbaycandakı
səfiri Alper Coşkun, almaniyalı
professor Mixail Gebel, türkiyəli
qonaqlar Mustafa Taşkın və Deniz
Uyak çıxış edərək konqresin işinə
uğurlar arzulayıblar, mütəxəssis
hazırlığı və təcrübə mübadiləsi
baxımından bu beynəlxalq tədbirin
faydalı
olacağını
bildiriblər.
Diqqətə çatdırılıb ki, həmçinin
konqres ölkələrimiz və insanla-
rımız arasında mədəni və sosial
əlaqələrin dərinləşdirilməsinə də
töhfə verəcək. “Müasir Avropa
ölkəsi olan Azərbaycanda inkişaf
etmiş səhiyyə sisteminə şahidlik
etmək Almaniyadan gələn qonaq-
lar üçün çox əhəmiyyətlidir. Bu
konqres sayəsində Azərbaycanın
mədəniyyəti və tarixi ilə ta-
nış olmaq, yeni dostlar tapmaq
və köhnə dostlarla əlaqələri
möhkəmləndirmək şansı əldə edi-
rik”, - deyə almaniyalı professor
Georg Kahler bildirib. Vurğulanıb
ki, konqres təkcə Azərbaycan
üçün deyil, ümumilikdə Avropa-
da tibbin inkişafı, tibbi biliklərin
mübadiləsi və yeni istiqamətlərin
müəyyən edilməsi baxımından
böyük əhəmiyyət kəsb edir.
Konqres paralel olaraq bölmə
iclaslarında işini davam etdirib.
Bölmələrdə əsasən cərrahiyyə,
onkologiya və qastroenterologi-
ya üzrə ən son yeniliklərə dair
məruzələr dinlənilir, müzakirələr
aparılır.
Konqres işini aprelin 25-də başa
çatdırıb.
Dostları ilə paylaş: |