29 aprel 2016-cı il
http://www.amu.edu.az
5
u
Son illər ərzində Azərbaycan
Tibb Universitetinin Tədris
Cərrahiyyə Klinikasında müx-
təlif xarakterli mürəkkəb əməliy-
yatların icra olunması ənənəyə
çevrilib.
Bu yaxınlarda həmin klinikada daha bir
mürəkkəb əməliyyat uğurla həyata keçi-
rilib. Belə ki, klinikanın həkimləri çənədə
şişin götürülməsi, incik sümüyündən trans-
plantat kimi istifadə etməklə çənə sümü-
yünün bərpası əməliyyatını aparıblar. 29
yaşlı xəstə üzərində aparılan bu mürəkkəb
əməliyyat ATU-nun Tədris Cərrahiyyə Kli-
nikasının iki böyük briqadasının birgə səyi
nəticəsində uğurla başa çatdırılıb.
Xəstə klinikaya 1 il öncə müraciət edib.
Həmin vaxt aparılan biopsiya nəticəsində
ona çox nadir hallarda rast gəlinən “Ame-
loblastk sarkoma” diaqnozu qoyulubmuş.
Cərrahiyyə əməliyyatı zamanı çənənin sol
bucağı nahiyəsini əhatə edən şiş toxuma-
sı və onun təxminən 1,5 sm sərhədində re-
zeksiya əməliyyatı aparılıb. Mövcud defekt
rekonstruktiv titan lövhə ilə aradan qaldırılıb.
Əməliyyatdan sonrakı dövrdə xəstə nəzarət
altında saxlanılıb.
Lakin son 2 həftədə xəstədə əməliyyat
sahəsində yenidən kəskin ağrılar üzə çı-
xıb. ATU-nun ağız və üz-çənə cərrahiyyəsi
şöbəsinınin müdiri t.ü.f.d. Məhəmməd Da-
vudovun sözlərinə görə, aparılan kliniki və
radioloji müayinə nəticəsində xəstədə şişin
yenidən əmələ gəlməsi - “Recurrence tu-
mor” aşkar olunub. Cərrah bu haqda verdiyi
müsahibədə demişdir:
“Əldə olunan nəticələr təhlil olunduqdan
sonra konsilium nəticəsində cərrahiyyə
əməliyyatının aparılmasına qərar verildi. Bu
dəfə əməliyyat daha geniş həcmdə, şiş to-
xumasının götürülməsi, qalıq çənə sümüyü
seqmentlərinin bir qədər də geniş rezerksi-
yası və defektin sonrakı müalicədə həm radi-
oterapiya, həm kimyəvi dərman müalicəsinin
aparılma riskinin yüksək olduğunu nəzərə
alaraq, xəstədə sərbəst damar ayaqcıqlı sü-
mük dilimindən istfadə olunması planlaşdırıl-
dı. Bu məqsədlə biz plastik və rekonstruktiv
cərrahiyyə mütəxəssisləri ilə birgə komanda
şəklində bu əməliyyatın aparılmasına qərar
verdik”.
Plastik-rekonstruktiv cərrah, uzman həkim
Dilqəm Məmmədovun sözlərinə görə, birlikdə
icra olunan əməliyyatın müddəti orta hesabla
6-7 saat çəkib: “Bu zaman 2 əməliyyat bri-
qadası eyni vaxtda çalışırdı. Əvvəlcə birinci
briqada çənə nahiyəsində residiv verən şi-
şin - yəni “Recurrence tumor”un rezerksiya-
sını həyata keçirdi. Daha sonra isə biz incik
sümüyündə hazırlanmış sərbəst damar ayaq-
cıqlı flebin (incik sümüyü transplantatının)
qaldırılması ilə məşğul olduq. Bu işləmlər
bitdikdən sonra həmin flebin çənə sümyünə
qoyulması və boyundakı damarlarla bir yerdə
tikilməsi əməliyyatı icra olundu”.
tələbləri ilə tənzimlənir” – deyən tibb
xidməti polkovniki diqqətə çatdırdı ki,
fakültənin şəxsi heyəti daimi və dəyişən
heyətdən ibarətdir, əsas tədris bölümü
həkim hazırlığı kursudur. Daimi heyət
Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət
keçən, hərbi ixtisası üzrə stajı 5-7 ildən
az olmayan, müvafiq təhsilə və hazırlığa
malik zabitlərlə Müdafiə Nazirinin əmri
əsasında komplektləşdirilir.
Fakültənin mad-
di-texniki bazasının
yüksəldilməsi, bey nəl-
xalq əlaqələri, kadr
hazırlığı, tələbə lərin
il kin mənimsəmə və
keyfiyyət göstəriciləri,
tədris-meto diki, elmi-
tədqiqat və müalicə-
pro filaktika işlə rində
əl də edilən müsbət
nəticələrə və digər
məsələlərə də toxu-
nan F.Ağayev çıxışı-
nın sonunda fakültənin
kollektivi adından elmi
şuranın üzvlərini əmin
etdi ki, onlar bun-
dan sonra da bütün bilik və bacarıqlarını
yüksək ixtisaslı mənəvi cəhətdən saf, milli
dövlətçiliyimizə sədaqətlə xidmət edən,
vətənsevər hərbi həkim mütəxəssislərin
hazırlanmasına sərf edəcəklər.
Məruzə ətrafında çıxış edən sitalogiya,
embriologiya və histologiya kafedrasının
müdiri, professor Eldar Qasımov Hərbi
Tibb Fakültəsində nailiyyətlərlə yanaşı,
tələbələrin hazırlığında təməl fənlərdən
müəyyən çətinliklərin olduğunu söylədi:
“Bu fakültəyə tələbələr nisbətən aşa-
ğı ballarla girirlər. Aşağı balla qəbul
olan tələbələrin təməl fənlərdən yüksək
nəticələr göstərə bilməməsi təbiidir. Tes-
tin tətbiqi ilə əlaqədar problemlər bir qədər
azalsa da, yenə qalmaqdadır. Bir faktı
demək istəyirəm. Qış imtahan sessiyası
müddətində bütün fakültələr üzrə imtahan
verən 896 tələbədən kəsilənlərin sayı 1,3
faiz, cəmi 12 nəfərdir. Ancaq Hərbi Tibb
Fakültəsində imtahan verən 90 nəfərdən
kəsilənlərin sayı 14 faizdir. Yəni bu
fakültədə imtahanlardan kəsilənlərin sayı
yerdə qalan fakültələrdə imtahanlardan
kəsilənlərin sayından 2 nəfər artıqdır”.
Fakültədə təkcə zəif oxuyan tələbələrin
deyil, yaxşı oxuyan tələbələrin də ol-
duğunu deyən kafedra müdiri dekanlı-
ğın fəaliyyətindəki operativliyi müsbət
qiymətləndirərək,
kafedradan
olan
istənilən narazılığın nəzərə alındığını,
davamiyyətində, davranışında nöqsana
yol verən tələbələr haqqında dərhal ölçü
götürüldüyünü bildirdi.
Hərbi terapiya kafedrasının rəisi, tibb
xidməti polkovniki Saqil Məmmədov çı-
xışında qəlbimizdə yara bağlayan Qara-
bağ probleminin həllində güclü ordunun
həlledici amil, kadr hazırlığının isə ordu
quruculuğunda başlıca şərt olduğu-
nu başa düşən kafedra əməkdaşlarının
öz vəzifələrinin öhdəsindən layiqincə
gəlməyə çalışdıqlarını söylədi.
Farmakologiya kafedrasının müdiri,
professor Musa Qəniyev də fakültədə
istər nəzəri, istər praktiki, istərsə də
elmi əhəmiyyətli çox təqdirəlayiq işlər
görüldüyünü diqqətə çatdırdı. O, son
illərdə, xüsusilə son 2 ildə tədrisin
nəzərəçarpacaq dərəcədə yüksəlməsini
fakültə rəhbərliyinin kafedralarla sıx təmas
qurması ilə əlaqələndirərək Hərbi Tibb
Fakültəsinin və Hərbi Tibb Məktəbinin say
tərkibini artırmaq üçün gləcəkdə müvafiq
dövlət qurumlarına müraciət olunmasını,
eyni zamanda tədris saatlarının azaldıl-
mamasını təklif etdi.
HTF-nin tibbi profilaktika kafedrası-
nın rəisi, tibb xidməti polkovniki Fərhad
Meybəliyev hal-hazırda Silahlı qüvvələrdə
aparılan islahatlar, tibbi təminatın təşkili,
sanitariya-gigiyenik və əksepidemik
tədbirlərin aparılmasına dair yeniliklərin
tədris zamanı kursantlara və dinləyicilərə
çatdırıldığını dedi.
Müzakirələri yekunlaşdıran rektor çox
maraqlı bir məruzə dinlədiklərini vur-
ğuladı və diqqəti bu ayın əvvəlində ön
cəbhədə baş verən hərbi hadisələrə
yönəltdi. Cəmiyyətdə əvvəlki illərdən
fərqli olaraq böyük rüh yüksəkliyinin ya-
ranması baxımından bu gün müzakirə
olunan məsələnin aktuallığını önə
çəkən universitet rəhbəri bildirdi ki,
ölkədəki vətənpərvərlik ab-havası təkcə
hərbi xidmətdə olan insanlara deyil,
tələbələrimizə, gənclərimizə, bütövlükdə
hər birimizə məxsusdur.
Professor G.Gəraybəyli 25 ildən çox
yaşadığımız müharibə şəraitində hərbi
tibb fakültəsinə xüsusi ehtiyac duyuldu-
ğunu şura üzvlərinin diqqətinə çatdırdı:
“Burada deyildiyi kimi, Sankt-Peterburq
Tibb Akademiyası və Gülhanə Tibb Aka-
demiyası çox böyük tarixə və reytinqə
malik olan hərbi tibb ocaqlarıdır. Arzu
edərdim ki, bizim də universitetin Hərbi
Tibb Fakültəsi və bu fakültənin reytin-
qi gələcəkdə adları çəkilən məşhur tibb
ocaqları ilə eyni səviyyədə dayansın.
Elə bu günkü məruzədə də göstərildi ki,
həmin fakültə üçün istər Tibb Universiteti,
istəsə də Müdafiə Nazirliyi tərəfindən ya-
radılmış şərait müasir tələblərə cavab ve-
rir. Yaxşı yadımızdadır ki, bu fakültəyə ilk
dəfə qəbul olunan tələbələrin səviyyəsi
indiki tələbələrin səviyyəsindən nə qədər
fərqli idi. Mən də uzun illər ərzində bu
fakültədə mühazirə demiş, imtahan
qəbul eləmişəm. Çox yaxşı xatırlayı-
ram ki, əvvəlki illərdə tələbələrin hazır-
lıq səviyyəsi qənaətbəxş deyildi. Məndə
olan məlumata görə, ötən imtahan ses-
siyalarının birində bu fakültədə kəsirlər
çox oldu. Hətta elmi şuranın qərarı ilə biz
onlara istisna hal kimi ikinci dəfə imtahan
vermək imkanı yaratdıq. Bu isə əslində
əsasnaməyə ziddir. Ancaq son illərdə
vəziyyət tamamilə dəyişib. Hesab edirəm
ki, bu istiqamətdə hələ daha çox işlər apa-
rılmalı, Hərbi Tibb Fakültəsi universitetin
ən qabaqcıl fakültəsinə çevrilməlidir.”
Fakültəyə qəbul sayının azaldılma-
sını təbliğat işinin zəif qurulması ilə
əlaqələndirən rektor hətta rayonlarımızda
çalışan bəzi həkimlərin universitetimizdə
belə bir fakültənin mövcudluğun-
dan xəbərsiz olmasını təəssüflə dilə
gətirdi. Əminliklə bildirdi ki, cəmiyyətdə
vətənpərvərlik ruhunun artması şəraitində
bu fakültəyə cəlb olunmaq istəyən
tələbələrin sayı artır və artacaq da. Qar-
şımızda duran əsas vəzifə də professi-
onal hərbi tibb kadrları hazırlamaqdan
ibarətdir.
Böyük Elmi Şura müsabiqə məsələlərini
həll etməklə öz işini yekunlaşdırdı.
Dostları ilə paylaş: