Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   2   3   4   5   6   7   8   9   ...   24
Brian Tracy The Power of Self-Discipline

şı satıcılar cərgəsinə qoşulur və 6 ölkədə 95 – dən çox satıcı cəlb 
edərək təlim keçir. O vaxt onun yalnız 25 yaşı var idi. 1970 – ci 
ildə Mexikodan qayıdıb Vankuverdə daşınmaz əmlak alqı-satqısı 
üçün  lisenziya  əldə  edərək  daşınmaz  əmlakların  alqı-satqısı  və 
kirayəsi ilə məşğul olmağa başlayır. 1975 –  ci ildə  Edmontona 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 

köçür və orada torpaq sahəsi alıb 3 milyon dollarlıq ticarət mər-
kəzi  tikir və  onu nəhəng əmlak  konqlomeratına  satır  və özü də 
həmin şirkətdə işləməyə başlayır. 1978 – ci ildə, 265 milyon dol-
larlıq  kapitala  və  qərbi  Kanadada  külli  miqdarda  əmlaka  sahib 
olan Patrisiya  Əmlak  Şirkətinin  İcraçı Direktoru olur. 1981 – 
ci  ildə  şirkət  Fideliti  İnvestment  tərəfindən  alındıqda  Brayan 
şirkəti tərk edir və peşəkar biznes natiqi və treneri kimi müstəqil 
fəaliyyətə başlayır.  
Yeni  işin  təşkilinə  və  planlaşdırılmasına  sərf  edilən  bir 
ildən  sonra  Brayanın  seminarlarına yüzlərlə  və  minlərlə  insan 
gəlməyə başlayır. Onun amalı fərdi insanlara və biznesmenlərə 
öz  məqsədlərinə  tez  və  asan  yolla  nail  olmağı  öyrətmək  olur. 
Uğur və nailiyyətə dair audio proqramları müxtəlif dillərə təcü-
mə  edilir və  bu  sahənin  ən  çox  satılan audio proqramları  sıra-
sına daxil olur. 28 dilə tərcümə edilmiş audio proqramları mil-
yondan çox nüsxə ilə Avropa, Asiya, Amerika, Kanada və Latın 
Amerikasında satılır.  
Brayan Treysi  dünyanın  61  –  dən  çox  ölkəsində  1000  – 
dən  çox  şirkətin  beş  milyona  yaxın  əməkdaşı  üçün  treninqlər 
keçirmişdir.  Mativləşdirici  natiq  və  seminar  lideri  kimi  hər  il 
250 mindən çox insanla ünsiyyətdə olur. Bu illər ərzində Bra-
yan  Treysi,  28  dilə  tərcümə  edilmiş,  bütün  dünyada  tanınan 
Nailiyyət  Psixologiyası  bestselleri  də  daxil  olmaqla  500  –  dən 
artıq audio və video proqram istehsal etmişdir.  
Onun  xidmətindən  istifadə  edən  insanların  sırasında, 
İBM,  FedEx,  Hewlett  Packard,  Caterpillar  və  PepsiCo  kimi 
məşhur  şirkətlərin  yüksək  səviyyəli  menecer  heyəti  də  vardır. 
Onun,  “Liderlik”,  “Satış”,  “Biznes  uğuru”,  “İdarəçilik  Effek-
ti”, “Məqsəd”, “Strategiya”, “Yaradıcılıq və Uğur Psixologiya-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 

sı” mövzusunda dolğun və dəyərli seminarlarının müsbət nəti-
cəsi özünü gözlətmir və uzun müddətli olur.  
Muzdlu  iş,  satış,  marketinq,  investisiya,  avtomobil  ix-
racı, daşınmaz əmlak biznesi, distribyutorluq və menecer sahə-
lərində  uzun  müddətli  təcrübə  və  təhqiqatlarına  əsaslanan  55 
kitabı 42 – dən artıq xarici dilə tərcümə edilmiş və 60 – dan çox 
ölkədə  satılmaqdadır.  Brayan  Treysi  şəxsi  inkişaf  və  biznes 
uğuru sahəsində ən yaxşı trenerlərdən hesab olunur.  
Mükafatları: 
2009 – cu il « Tvitterdə ən yaxşı məzmuna görə » mükafat 
2010 – cu il « Ən yaxşı kitaba görə Harold Lonqmən » mükafatı 
2011 – ci il   « Milli Bestseller Müəllifi »  mükafatı  
2011 – ci il   « Məsləhət Ustası » mükafatı 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin