Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   2   3   4   5   6   7   8   9   ...   24
Brian Tracy The Power of Self-Discipline

Özünüzə qarşı digərlərindən daha çox tələbkar olun. 
Bəhanə axtarmayın, özünüzə acımayın. 
Özünüz üçün sərt rəhbər digərlərinə isə anlayışlı olun. 
                                                         Henri Vardş 
 
Xarakterin inkişaf etdirilməsi, həyatınızın ən böyük 
işidir.  Öz  xarakteri  və  şərəfi  olan  insan  reputasiyası  qa-
zanmaq sosial  və  işgüzar  həyatın ən  böyük nailiyyətidir. 
Ralf  Valdo  Emerson  yazmışdır:  “Hərəkətləriniz  o  qədər 
ucadan danışır ki, sizin özünüzün nə dediyinizi eşidə bil-
mirəm!” 
Bugünkü  şəxsiyyətiniz  və  daxili  aləminiz,  bu  günə 
kimi gördüyünüz işlərin və düşüncələrinizin yekunudur. 
Hər dəfə düzgün seçim etdikdə və hərəkətləriniz dəyərlə-
rinizlə  üst-üstə  düşdükdə  şəxsiyyətiniz  güclənir  və  daha 
mükəmməl  biri  olursunuz.  Və  əksinə:  hər  dəfə  güzəştə 
getdikdə,  asan  yol  seçdikdə  və  ya  dəyərlərinizin  əksinə 
hərəkət etdikdə xarakterinizi zəiflədirsiniz.  
 
 
Böyük dəyərlər. 
 
Hər bir insan xarakteri müəyyən dəyərlər toplusuna 
malik  olur.  Bunların  arasında  mərdlik,  cəsarət,  təmkin, 
dostluq və digərləri olur. Onların bəziləri haqda III hissə-
də  danışacağıq.  Bütün  bu  dəyərlərin  arasında,  xarakteri-
nizin dərinliyini və gücünü müəyyən edən digərlərindən 
Примечание [E414]: STATUS 
Примечание [E415]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
37 
daha üstün biri var ki, bu da düzgünlükdür. Özünüzə və 
digərlərinə qarşı nə qədər düzgün olmağınız xarakterini-
zin keyfiyyətinin ən yaxşı göstəricisidir. Məhz düzgünlük 
sizin bütün digər dəyərlərinizin qarantıdır. Nə qədər düz-
gün  və  səmimi  olsanız  onda  dəyər  verdiyiniz  digər  key-
fiyyətləri də yaxşı qavrayar və onlara uyğun yaşayarsınız.  
İstənilən  halda  möhkəm  xarakterə  malik  olmaq 
üçün güclü daxili intizam tələb olunur. Daima lazım olan 
düzgün işi görmək iradə tələb edir. Və kəsə yolla getmək, 
asan olanı seçmək və lazım olan əvəzinə əyləncəli olan işi 
görmək  istəyini  də  üstələmək  üçün  güclü  daxili  intizam 
və iradə lazımdır.  
Bütün həyat, bizim daxili aləmimizin nə qədər dərin 
və  güclü  olmasını  müəyyən  etmək  üçün  sınaqdır.  Müd-
riklik təhsil və həyat təcrübəsi ilə əldə edilir, güclü xarak-
ter isə gündəlik həyatın vurhavurunda, xırda amma vacib 
işlərin daim nəzarətdə saxlanması nəticəsində qazanılır.  
 
 
Xarakterin sınağı. 
 
Yalnız təzyiq altında olaraq müəyyən bir seçim qar-
şısında  qalanda,  prinsiplərinizə  sadiq  qalmaq  və  ya  gü-
zəştə  getmək seçimi edərkən sizin xarakteriniz bəlli  olur. 
Emerson demişdir: “Düzgünlüyünüzü müqəddəs bir var-
lıq kimi qoruyun, son məqamda  müqəddəs və sizə sadiq 
qalan yalnız daxili düzgünlüyünüz olacaq”. 
Siz “seçən orqanizmsiniz”. Daim müəyyən bir seçim 
qarşısında  qalırsınız.  Və  etdiyiniz  hər  bir  seçim  sizin  xa-
rakteriniz və dəyərlərinizdən xəbər verir.  
Примечание [E416]:  
Примечание [E417]:  
Примечание [E418]:  
Примечание [E419]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
38 
Güzəştə getmək və az müqavimətli yolu seçmək is-
təyinə qarşı qoyulacaq yeganə faktor xarakterdir. Xarakte-
rinizi gücləndirməyin yeganə  yolu  isə  gündəlik həyatını-
zın hər saat və dəqiqəsində iradənizi tətbiq edərək, lazım 
olan faydalı işin əvəzinə lazımsız amma əyləncəli işi gör-
mək həvəsini boğmaqdır.  
 
 
Böyük ödəniş. 
 
Güclü xarakterə malik insan olmağın, iradə və daxili 
intizam  tətbiq  edərək  düzgün  bildiyiniz  prinsiplərə  uy-
ğun yaşamağın qarşılıqlı ödənişi heyrətamizdir. Hər dəfə, 
cılız əvəzinə yüksək dəyərləri seçmək, asan əvəzinə çətinə 
qaçmaq, yalnış əvəzinə düzgün işi görmək bacarığınız si-
zin  özünüzə  hörmətinizi  artırır.  Özünüzlə  fəxr  edirsiniz. 
Bütün bunlardan başqa siz xarakter göstərdikdə, əziyyətli 
olsa belə düzgün olanı etdikdə ətrafdakıların da sizə olan 
münasibəti dəyişir, hörmətləri artır. Sizə pərəstiş edəcək-
lər.  Hər  bir  qapı  üzünüzə  açıq  olacaq.  Gəliriniz  artacaq, 
karyeranız daha sürətlə inkişaf edəcək və sizə daha böyük 
öhdəliklər verəcəklər. Siz şərəfli və güclü xarakterli insan 
olduqda  daha  da  geniş  imkanlarınız  olacaq.  Digər  tərəf-
dən isə, insanlar sizə güvənməsələr, dünyanın ən istedad-
lı, ağıllı və bacarıqlı adamı olsanız belə irəliləyə bilməyə-
cək, karyeranızı inkişaf etdirə bilməyəcəksiniz. Sizi işə gö-
türməyəcək,  götürsələr  belə  tezliklə  işdən  çıxaracaqlar. 
Maliyyə  qurumları  sizə  kredit  verməyəcək.  Çünki,  “qu-
şun lələkləri birlikdə uçur”, sizinlə ünsiyyətə can atan in-
sanlar  yalnız  zəif  xarakterli  insanlar  olacaq.  Və  bütün 
Примечание [E420]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
39 
bunlara əlavə olaraq, həmin o zəif xarakterli insanlar sizin 
xarakter və hərəkətlərinizə təsir edərək vəziyyətinizi daha 
da pisləşdirəcəklər.  
 
 
Xarakterin inkişafı. 
 
Aristotel  yazirdi:  “Cəmiyyətin  bütün  inkişafı  gənc 
xarakterin  inkişaf  etdirilməsi  ilə  başlayır”. Bu,  həyatınız-
dakı  bütün  inkişafın,  dəyərlərin  müəyyən  etdirilməsi  və 
gündəlik  həyatda  tətbiq  etdirilməsi  ilə  başlayır.  Dəyərlər 
üç yolla qazanılır: təlimat, təhsil və praktika. Gəlin bunla-
rın üçünü də dərindən öyrənək.  
Övladlarınıza dəyərləri öyrədin. Valideynin başlıca 
fəzifələrindən  biri  övladlarına  dəyərlər  öyrətməkdir.  Bu, 
uşaqlar böyüdükcə səbirlə onlara dəyərləri izah etmək və 
aşılamaq deməkdir. Bircə  dəfə  kifayət  etmir.  Dəyərlər  və 
bu dəyərlərə uyğun yaşamağın vacibliyi izah edilməlidir. 
Valideyn hər hansı bir dəyərin adını çəkmək və ona əməl 
etmək lazım olduğunu deməklə kifayətlənməməlidir. Də-
yərin məğzini izah etməli və uşağın gündəlik həyatda tət-
biq etməsinə yardımçı olmalıdır.  
Uşaqlar  dəyər  verdikləri  insanlardan  aldıqları  məs-
ləhət və dərslərə qarşı çox həssas olurlar. Valideyinlərinin 
dediklərini bir fakt, sübuta ehtiyacı olmayan aksiom kimi 
qəbul edirlər. Onlar bizim dediklərimizi hopdurucu kağız 
kimi  çəkirlər.  Onlara dediyimiz  dəyərlər  yağlı boya  kimi 
onların təmiz qəlblərinə yazılır, quruyur və həmişəlik ora-
da qalaraq böyüdükcə necə insan olmalarını və həyata ba-
xışlarını müəyyən edir. 19-cu başlıqda izah edəcəyimiz ki-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
40 
mi  hərəkətləriniz  dəyərləriniz  haqda  sözlərinizdən  daha 
aydın danışır. Uşaqlarınız sizi müşahidə edir və sadəcə si-
zin  dildə  dediyiniz deyil,  həmçinin  əməldə  göstərdiyiniz 
dəyərləri də öyrənirlər. Unutmayın onlar daim bizi müşa-
hidə edirlər.  
Rokfeller  ailəsində  yetişən  uşaqlar  erkən  yaşların-
dan  maliyyə  dəyərlərini  öyrənmələri  ilə  məşhurdurlar. 
Valideyinlərin dünyanın ən zəngin insanlarından olmala-
rına rəğmən, uşaqlar məktəb pulunu onlara verilən tapşı-
rıqlar  vasitəsi  ilə  qazanmalı  olurdular.  Sonra  isə  həmin 
pulu  necə  xərcləyəcəkləri  haqda  məsləhətlər  alırdılar. Və 
təbii  nəticə  olaraq  onlar,  varlı  ailələrdə  böyüyüb  bu  cür 
tərbiyə edilməmiş uşaqlardan fərqli olaraq uğurlu biznes-
men və iş adamları olurdular.  
Bəyəndiyiniz  dəyərləri  öyrənin.  Siz  dəyərləri,  də-
rindən  araşdırdıqca  öyrənirsiniz.  “Diqqətin  cəmlənməsi 
qanunu”na  əsasən:  “Diqqətinizi  üzərində  cəmləşdirdiyi-
niz  şey  böyüyür  və  həyatınızda  əhəmiyyəti  artır”.  Bunu 
belə izah etmək olar: əgər siz xoşladığınız dəyərlərə malik 
insanlar  haqda  kitab  oxuyur  və  ya  filmə  baxırsınızsa  və 
sonra  həmin dəyər  və  hadisə  haqda uzun  müddət  düşü-
nürsünüzsə  o zaman  həmin dəyər sizin  beyninizdə  daha 
da dərinə oturur. Dəyərlər altşüurunuza oturduqdan son-
ra siz, vəziyyət tələb etdikdə qeyri-iradi olaraq həmin də-
yərlərə uyğun davranırsınız. Misal üçün hərbi təlimlər za-
manı  əsgərlərə  vətənpərvərlik,  mərdlik,  cəsarət,  intizam 
və yoldaşına kömək etmək kimi dəyərlər haqda hadisələr 
və rəvayətlər danışırlar. Bu cür söhbətlərə qulaq asdıqca, 
müzakirə  etdikcə  və  düşündükcə  onların  döyüş  meyda-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
41 
nındakı  vurnuxma  zamanıda  bu  dəyərlərə  uyğun  rəftar 
etmək ehtimalları artır.  
Xarakterin  özəyi  həqiqətdir.  Maraqlarınıza  uyğun 
gəlmədikdə belə həqiqəti söylədikdə özünüzü daha yaxşı 
hiss edir və ətrafdakıların hörmətini qazanırsınız. İnsanla-
ra  verəcəyiniz  ən  böyük  qiymət  onlara:  “Sən  düzgün 
adamsan” deməyinizdir. 
Pərəstiş  etdiyiniz  insanları  yamsılayın.  Xarakteri-
nizin əsas hissəsi pərəstiş etdiyiniz insanların təsiri ilə for-
malaşır. Onlar kimlərdir? Həyatınızdakı insanlar və tarixi 
şəxsiyyətlər arasında pərəstiş etdiklərinizin adlarını yazın 
və həmin insanlardan örnək götürdüyünüz dəyərlərin si-
yahısını tutun. 
Sağ və ya ölü olmasindan asılı olmayaraq istədiyiniz 
adamla bir gün keçirmək imkanınız olsaydı o kim olardı? 
Nə üçün məhz həmin adamı seçərdiniz? Onunla nə haqda 
danışardınız? Ondan hansı məsləhətləri almaq istərdiniz? 
Bir  məqamı  da  nəzərə  alın:  həmin  adam  nə  üçün  sizinlə 
vaxt  keçirməyə razı  olardı?  Sizi  dəyərli  edəcək  hansı xü-
susiyyət və dəyərləri aşılamısınız ozünüzdə? Sizi fərqlən-
dirən nədir? 
Xoşladığınız  dəyərləri  tətbiq  edin.  Dəyərləri  özü-
nüzə lazım olduqda tətbiq etməklə aşılayırsınız. Roma fi-
losofu Epiktetusun dediyi kimi: “Şərait şəxsi formalaşdır-
mır, sadəcə özünü tanımasını təmin edir”.  Problemlə  üz-
ləşdikdə  insan  indiyə  kimi  özündə  yetişdirdiyi dəyərlərə 
uyğun  davranır.  Biz  dəyərləri,  xarakterimizin  bir  hissəsi 
olana  –  adət  halını alana  kimi  daim  tətbiq  etmək  və  tək-
rarlamaqla aşılayırıq. Güclü xarakterə malik insanlar, istə-
nilən  şəraitdə  düşünmədən  və  tərəddüd  etmədən  öz  də-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
42 
yərlərinə  uyğun  davranırlar.  Onlar  özlərinə,  düz  və  ya 
səhv etməkləri haqda sual vermirlər.  
 
 
Şəxsiyyətin strukturu. 
 
Xarakterin psixikası şəxsiyyətin üç hissəsini özündə 
birləşdirir: idealınız, təsəvvürünüz və özünüzə verdiyiniz 
qiymət.  
İdealınız.  İdealınız,  dəyərləriniz, məqsədləriniz, ar-
zularınız və maksimum nə ola biləcəyiniz haqda təsəvvü-
rünüzdən ibarətdir. Başqa sözlə sizin idealınız, digərlərin-
də ən çox qiymətləndirdiyiniz və özünüzdə aşılamaq istə-
diyiniz  dəyərlər  toplusudur.  İdealınızın  ən  əsas  hissəsi 
“aydınlıqdır”  sözü  ilə  ifadə  oluna  bilər.  Güclü  insanlar 
nəyə  inandığını  və  kim  olmaq  istədiyini  aydın  görən 
adamlardır.  Onlar  hansı  dəyərlərə  önəm  verdiklərini  və 
bu dəyərlərin nə demək olduğunu yaxşı bilirlər. Çaşqınlıq 
və ya qətiyyətsizlik onlara yaddır. Dəyərlərə aid istənilən 
məsələdə qətiyyətli və möhkəm olurlar.  
Zəif və qətiyyətsiz insanlar isə əksinə, hansı dəyərlə-
rə inanmaqları barədə qeyri-müəyyən və dağınıq olurlar. 
Müəyyən bir şəraitdə nəyin yaxşı nəyin pis olması haqda 
düşüncələri  dumanlı  olur.  Nəticə  olaraq  da  az  müqavi-
mətli  yolu  seçərək  impulsiv  hərəkət  edirlər.  Yaxın  məq-
sədlərinə nail olmaq üçün, son nəticə haqda düşünmədən 
daha asan və qısa olan yolu seçirlər.  
Xarakterin tərəqqisi. Biologiyada, canlılar aşağıdan 
yuxarı,  birhüceyrəli  planktonlardan  üzü  yuxarı,  ən  mü-
rəkkəb varlıq olan insana doğru sıralanmışlar. İnsanlar da 
Примечание [E421]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
43 
öz növbəsində ən sadədən ən inkişaf etmişlərə dögru sıra-
lana bilərlər. Ən bəsitlər, mənəvi dəyərləri və xarakteri ol-
mayanlardır.  Bu  insanlar  impulsiv  olaraq,  yaxın  və  cılız 
məqsədlərinə nail olmaq üçün asan və qısa görünən yolu 
seçirlər.  Ən  mürəkkəb  və  inkişaf  etmişlər  isə  əksinə  heç 
bir halda, nə maliyyə böhranı, nə fiziki və mənəvi əziyyət 
və nə də ölüm qorxusu qarşısında belə öz dəyərlərinin ək-
sinə getməzlər.  
Corc Vashinqtonun son dərəcə vicdanlı olması, alba-
lı  ağacını  sındırmasını  boynuna  alması  haqda  rəvayətlə 
sübut  olunmuşdur.  Birləşmiş  Ştatların  baniləri  eyni  dü-
şüncələrlə Müstəqillik Bəyanatında belə yazmışdılar “Be-
ləliklə  də  biz  həyatımızı,  gələcəyimizi  və  vicdanımızı  gi-
rov qoyuruq”.  
“Etibar:  Sosial  Dəyərlər  və  Cəmiyyətin  inkişafı” 
kitabında  filosof  Frensis  Fukiyama  qeyd  etmişdir  ki,  bü-
tün  dünyada  cəmiyyət  iki  hissəyə  “Çox  etibarlı”  və  “Az 
etibarlı”ya  bölünə bilər.  O,  həmçinin iddia  edirdi  ki,  vic-
dan, mənəvi dəyər və əxlaqa önəm verilən “Çox etibarlı” 
cəmiyyətlər həm də ən qanunpərəst, azad və perspektivli-
dir. Şkalanın əks tərəfində isə tiraniya, oğurluq, əxlaqsız-
lıq  və  rüşvətin  hökm  sürdüyü  cəmiyyətlər  dayanır.  Və 
heç bir istisna olmadan bu cəmiyyətlərin hər biri qeyri-de-
mokratik və kasıbdırlar.  
Etibar açardır. Etibar insan münasibətləri üçün yağ-
layıcı maddədir. İnsanlar arasında etibar olduğu yerdə iq-
tisadi aktivlik yüksək olur və hər kəs inkişaf etmək imka-
nına malik olur. Digər tərəfdən, etibar olmayan yerdə iqti-
sadi  inkişaf  əvəzinə  insanlar  oğurluqdan  müdafiə  yolları 
axtarırlar.  
Примечание [E422]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
44 
Birləşmiş  Ştatlarda  “Konstitusiya”  və  “Hüquqlar 
Billi”  var.  Bu sənədlər,  Amerikalıların  riayət  etməyə  razı 
olduqları qanunları əks etdirir. Onlar hakimiyyətin struk-
turunu müəyyən edir və bizim haqlarımıza təminat verir. 
Lakin bu qanunların düzgün işləməsi seçdiyimiz insanla-
rın  vicdanlı  olmasından  və  qanunları  qorumaqlarından 
asılıdır. Yalnız güclü xarakterə malik olub gələcəyi düşü-
nən insanlar iqtisadiyyatımızın və sosial sistemimizin da-
vamlı inkişafını təmin edə bilərlər. Və qanunlar məhz bu 
cür insanların inkişaf edərək cəmiyyətin yüksək təbəqəsi-
ni təşkil etmələrinə yönəlmişdir. Lakin sistem ideal deyil, 
qısa müddətə olsa belə, bəzən layiq olmayanlar da yüksək 
pillələrdə yer ala bilirlər. Amerikalıların sadəcə vicdan və 
ləyaqət  tələbləri  sonunda  cəmiyyətin  vicdansız  və  ləya-
qətsiz  adamlarının  üzə  çixib  ifşa  edilməsi  ilə  nəticələnir. 
Güclü  xarakterə  malik  ləyaqətli  insanlara  olan  tələb  tü-
kənməzdir.  
Təsəvvürünüz  (Özünüzü necə  təsəvvür  etməyiniz): 
Daxili Güzgünüz. Xarakterinizin ikinci hissəsi təsəvvürü-
nüz – özünüzü necə təsəvvür  etməyinizdir. Bu özümüzü 
necə  təsəvvür  etməyimiz, necə  görməyimiz  və nə  fikirdə 
olmağımızdır.  İnsanlar  daim  özlərini  daxildə  gördükləri 
kimi  hərəkət  edirlər.  Bu  hər  kəsin  müəyyən  bir  hərəkət-
dən öncə göz atdığı “daxili güzgüdür”. Biz özümüzü təm-
kinli, pozitiv, ləyaqətli və güclü xarakterə malik biri kimi 
gördükdə  hərəkətlərimizdə  də  buna  uyğun  davranırıq. 
Özünüzü və vəziyyəti kontrolda saxladığınızı hiss edirsi-
niz.  Ətrafınızdakı  insanların  sizə  qarşı  hörmətləri  artır. 
Əlavə  olaraq  siz öz  prinsip  və dəyərlərinizə  uyğun hərə-
kət etdikdə öz gözünüzdə ucalırsınız. Özünüz haqda da-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
45 
ha  yaxşı  fikirdə  olursunuz,  daha  xoşbəxt  və  özünə  əmin 
olursunuz.  Daxilinizdəki bu  dəyişiklik  isə  hərəkətləriniz-
də də əks olunur və sizi yüksək dəyərlərə malik güclü xa-
rakterli biri kimi göstərir. Sizin özünüzü daha yüksək qiy-
mətləndirməyiniz  digər  insanlarında  sizi  yüksək  qiymət-
ləndirməsinə səbəb  olur.  Özünüzü  ləyaqətli və  güclü  xa-
rakterli biri kimi gördükdə digər insanlara qarşı daha mə-
dəni, alicənab və anlayışlı olursunuz ki, bunun da nəticəsi 
olaraq onlar sizi güclü xarakterə malik ləyaqətli bir insan 
kimi görürlər.  
Özünüzü  nə  qədər  dəyərləndirirsiniz.  Xarakterini-
zin  üçüncü  hissəsi  özünüzü  dəyərləndirməyinizdir.  Bu 
özünüz  haqda  nə  fikirdə  olmağınız,  emosional  əsasınız-
dır.  Özünüzü  dəyərləndirməyiniz  “özünüzü  nə  qədər 
xoşlamağınız” kimi izah edilə bilər ki, əslində bu daha ge-
niş  bir anlamdır.  Özünüzü  nə  qədər  çox  qiymətləndirsə-
niz bir o qədər optimist və pozitiv olarsınız. Özünüzü hə-
qiqətən  də  əhəmiyyətli  insan  kimi  dəyərləndirdikdə  di-
gərlərini də bir o qədər əhəmiyyətli insan kimi dəyərlən-
dirəcəksiniz.  
Özünüzü dəyərləndirməyiniz, əsasən özünüzü necə 
təsəvvür etməyinizdən asılıdır  ki, bu da  sizin arzuladığı-
niz insan olmaq istiqamətində fəaliyyətinizi nizamlayır.  
İdeal  hesab  etdiyiniz  insan  xarakterinə  uyğun  dav-
randiqca öz gözünüzdə daha dəyərli olursunuz və özünü-
zə hörmətiniz artır. Özünüzü daha xöşbəxt hiss edir və ət-
rafdakı  insanlara  qarşı  məhəbbətiniz  artır.  Və  bunun  da 
qarşılığı olaraq onlarında sizə qarşı məhəbbəti və hörmət-
ləri artır. İdeal hesab etdiyiniz xarakterə və yüksək mənə-
vi  dəyərlərə  uyğun  hərəkət  etdikcə  həyatınızı  inkişafa 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
46 
doğru  nizamlayırsınız.  Həyatınızın  bütün  sahələrində 
uğurla üzləşməyə başlayacaqsınız.  
Xəyalınızdakı  ideal  insan  modeli xarakterinizin for-
malaşdırılmasında çox böyük təsirə malikdir. İdeal hesab 
etdiyiniz insanın xarakterinə pərəstiş etdikcə həm iradi və 
həm də  qeyri–iradi  olaraq  ona  oxşamağa çalışırsınız. Bu-
nun  üçün də  oxşamaq istədiyiniz  insan  modelinin müm-
kün qədər aydın olması vacibdir.  
 
 
Daima Uyğun davranın. 
 
Mənəvi  dəyərlərinizə  uyğun  davrandıqca  özünüzü 
xoşbəxt hiss edirsiniz. Hər hansı bir səbəbdən güzəştə ge-
dib  dəyərlərinizə  uyğun  davranmadıqda  özünüzü  pis 
hiss edirsiniz. Və uyğun olaraq da, güzəştə getdikcə özü-
nüzə inamınız və hörmətiniz azalır. Özünüzü qətiyyətsiz, 
zəif  və  narahat  hiss  edirsiniz.  Dəyərlərinizi  qurban  ver-
dikcə  daxilinizdə,  qəlbinizin  dərinliyində  nə  isə  funda-
mental bir yalnışlığın olduğunu hiss edirsiniz.  
İnsanın  demək  olar  bütün  problemləri,  yüksək  də-
yərlər  və  daxili  inanclara  dönməklə  həll  edilə  bilər.  Dö-
nüb  arxaya  baxdıqda  yəqin  ki,  həyatınızda,  kapitalınızı 
qorumaq,  işinizi  və  ya  kiminləsə  hansısa  bir  əlaqəni  itir-
məmək üçün güzəştə gedərək dəyərlərinizə zidd davran-
dığınız məqamların olduğunu görəcəksiniz. Hər dəfə belə 
vəziyyətdə siz özünüzü pis hiss etmiş və sonunda hər şe-
yi buraxıb boş vermişsiniz. Və xarakterinizin gücü hesabı-
na, sonunda boş verib getmədikdə özünüzü necə hiss et-
mişdiniz?  Əla!  Hər  dəfə,  iradə  və  xarakterinizin  gücün-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
47 
dən istifadə edərək dəyər verdiyiniz prinsiplərə dönərkən 
siz, bütün qəlbinizi dolduran sevinc və xoşbəxtlik hissi ilə 
mükafatlandırılırsınız.  Özünüzü  daha  enerjili  və  sərbəst 
hiss edirsiniz. Və bu addımı daha öncə atmadığınız üçün 
təəssüf edirsiniz.  
 
 
Düzgün olanı edin. 
 
Daxili intizam və iradəyə əsaslanan xarakter forma-
laşdırma  prosesində  uzaq  məqsədli  düşünmək  vacibdir. 
Hərəkətlərinizin  gələcəkdə  verəcək  nəticələri  haqda  nə 
qədər  çox  düşünsəniz  indiki  hərəkətlərinizin  düzgün  ol-
ma ehtimalı bir o qədər çox olacaq. Seçim etməli və ya qə-
rar  verməli  olduqda  həmişə  sehrli  suala  müraciət  edin: 
“Burada  ən  vacibi  nədir?”  Emmanuel  Kantin  aforizmin-
dən praktikada istifadə edin: “Hər bir hərəkətinizin bütün 
insanlar üçün sanki qanun olacağı kimi davranin”. Xarak-
terin inkişaf etdirilməsində ən vacib sullardan biri: “Əgər 
bütün  insanlar  mənim  kimi  olsaydı  dünyamiz  necə  olar-
di?”  Prinsiplərinizə zidd olan hərəkət  etdikdə dərhal bu-
nu özünüzə xatırladın, öz yolunuza dönun, “Bu mənə ox-
şamır!  Mənə  yaraşan  hərəkət  deyil!”  deyin  və  mümkün-
dürsə  düzəliş  edin,  mümkün  olmadıqda  isə  gələn  dəfə 
prinsiplərinizə sadiq qalacağınıza söz verin.  
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
48 
Nəyin üzərində dayanırsınızsa o inkişaf edir. 
 
Əgər  bugünkü  vəziyyətinizdə  prinsiplərinizə  əməl 
edə  bimirsinizsə,  dərhal  vəziyyəti  dəyişin,  elə  bu  dəqiqə 
hərəkətə keçin və vəziyyəti düzəldin. Belə bir qədim hind 
rəvayəti  var:  Müəllim  şagirdinə  deyir:  “Mənim  çiyinlərimdə 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin