Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   16   17   18   19   20   21   22   23   24
Brian Tracy The Power of Self-Discipline

"İnsanlar  şəraiti  yaxşılaşdırmaq  üçün  narahat  olduqları 
halda  özlərini  yaxşılaşdırmaq  haqda düşünmürlər.  Əziyyətdən 
qorxmayan  adam  mütləq  qarşısına  qoyduğu  məqsədə  nail  ola-
caqdır. " 
Ceyms Allen 
 
Bütün  daxili  resurslarınızı  inkişaf  etdirmək  və  po-
tensialınızı üzə  çıxarmaq  üçün  güclü  daxili-intizam tələb 
olunur.  Bütün dövrlərdə  bütün  dinlərdə  ən başlıca  insan 
nailiyyəti  sakin  beyin  olmuşdur.  Beyninizin  sakitliyinə 
nail  olmaq  bacarığı  sizin  uğur  və  xoşbəxtliyinizin  müəy-
yənedicisidir. Daxilən zənginləşmək və şəxsiyyət kimi ye-
tişmək  üçün  düşüncə,  hissiyyat  və  hərəkətlərinizə  daim 
daxili-intizam  və  özünüidarə  tətbiq  etməlisiniz.  Mənəvi 
yetkinlik, daxili sakitlik və  həqiqi sevinc hissini yaşamaq 
üçün güclü intizam tələb olunur.  
 
 
Xarici uğur, Daxili uğura qarşı. 
 
Xarici  aləmdə  uğur  qazanmaq  üçün,  özünüzü  diq-
qətli olmağa, işinizə məsuliyyətlə yanaşmağa, daha yaxşı 
olmağa  vadar  etməlisiniz.  Daxili aləmdə  uğur  qazanmaq 
üçün  isə  bunların  demək  olar  tam  əksi  lazımdır.  Budda 
təliminə əsasən insanın xoşbəxt olmasına mane olan əsas 
amil "bağlılıqdır". İnsanlar müəyyən bir ideyaya, fikirə və 
maddi varlıqlara bağlanır və daha onlardan ayrıla bilmir. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
256 
Bu bağlılıq onların fiziki və psixoloji xəstəliklərinə də sə-
bəb ola bilir. Özünüzü bu bağlılıqdan azad etdikdə onun-
la bağlı neqativ hisslər də yoxa çıxır.  
 
 
Haqlı olmaq ehtiyacı. 
 
İnsanların çoxu güclü haqlı olmaq istəyinə malikdir-
lər.  Lakin  haqlı  olub-olmamaq  haqda  narahat  olmaqdan 
vaz  keçdikdə  bununla  bağlı  neqativ  emosiyalar  da  itir. 
Doktor Cerald Janpolski dahi sual vermişdi: "Haqlı olmaq, 
yoxsa xoşbəxt olmaq istəyirsiniz?" 
Bəzi insanlar kimdənsə öyrəndikləri siyasi mövqelə-
ri  və  ya  dini  inanclarına  dair  çox  ehtiraslı  olurlar.  Qısa 
müddətə  olsa  da  bu  inamları  kənara  qoyduqda  onlar  öz 
əhəmiyyətini və düşüncəniz üzərindəki hakimiyyətini iti-
rir.  
Müxtəlif siyasi və dini baxışları olan dostlarım var-
dır. Çox zaman bu baxışları sadəcə kənara qoymaqla bir-
likdə  vaxtımızı  çox  yaxşı  keçiririk.  Fikir  ayrılığına  malik 
olduğumuz  məsələləri  şüurlu  şəkildə  kənara  qoyur  və 
əvəzində  həmfikir  olduğumuz  məsələləri  ortaya  çıxarıb 
onları müzakirə edirik.  
 
 
Heç kimi nəyəsə görə ittiham etməyin. 
 
Neqativ  emosiyalar  və  daxili  sakitliyin  pozulması-
nın  əsas  səbəbi  günahlandırmadır.  Kitabın  əvvəlində 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
257 
qeyd  etdiyim  kimi,  günahlandırılası  bir  adam  və  ya  bir 
şey olmadan neqativ hisslərə malik olmaq mümkün deyil.  
Günahlandırma, iki  faktor  tələb  edir.  Birincisi,  mü-
əyyənləşdirmədir. Bu, nəyisə şəxsi məsələ kimi qəbul et-
dikdə baş verir. Siz bununla müəyyənləşdirirsiniz. Kimin-
sə  sizin  şəxsi  maraqlarınıza  toxunduğunu  düşündükdə 
dərhal həmin adama əsəbiləşir və onu günahlandırırsınız. 
İşə tələsən və ya həyat yoldaşı ilə dalaşıb evdən acıqlı çı-
xan  yad  bir adam  sizin  yolunuza  çıxıb  qəza  şəraiti  yara-
dırsa  dərhal  həmin adama əsəbiləşir  və  onu günahlandı-
rırsınız,  çünki  onun  hərəkətini  şəxsi  məsələ  kimi  qəbul 
edirsiniz. Lakin özünüzü, bu cür məsələləri şəxsi-qərəzlik 
kimi götürməməyə vadar etdikdə bu məsələ ilə bağlı  ne-
qativ  emosiyalar  yox  olur.  Misal  üçün  kimsə  sizin  yolu-
nuza  girib  qəza  şəraiti  yaradarkən  öz-özünüzə  deyin: 
"Vay, vay, yazıq yəqin ki, işə gecikir..." Bunu deyən kimi 
hadisə və həmin sürücü ilə bağlı mənfi emosiyalar dərhal 
məhv  olur,  siz  özünüzü  sakit,  rahat  və  asudə  hiss  edir-
siniz.  
 
 
İztirablarınıza son qoyun. 
 
Günahlandırmanın  ikinci  səbəbi  bəraət  qazandır-
maqdır.  Bu,  özünüzə  və  ya  digərlərinə  nə  üçün  bu  situ-
asiyada acıqlı və ya yüklənmiş olduğunuzu sorduqda baş 
verir.  Çox  adam  öz  iztirablarına  vurğun  olur.  Keçmiş 
problemləri  həyatlarının  əsas  hissəsi  olur.  Daima  bu 
haqda  düşünürlər.  Gecə-gündüz  nə  vaxtsa  onları  "incit-
miş"  indi  isə  yanlarında  olmayan  insanlarla  "mübahisə" 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
258 
edərək dolaşırlar. İstənilən adamla istənilən mövzulu söh-
bət  zamanı  iztirablarını  yeri  gəldi-gəlmədi  ortaya  atır  və 
uzun-uzadı bu haqda danışırlar. Baş vermiş hadisəni, ona 
qarşı  pis  hərəkət  etmiş  adamı  ətraflı  təsvir  etməkdən  və 
özlərinin nə qədər əzabkeş olduqlarını dönə-dönə vurğu-
lamaqdan həzz alırlar.  
Baş  vermiş  hadisəyə  görə  günahkar  şəxsi  bağışla-
dıqda və həmin hadisəni unutduqda onunla bağlı neqativ 
hisslər də yoxa çıxır.  
 
 
Bağışlamağı bacarın. 
 
Mənəvi inkişafda  daxili-intizam  tətbiqinin pik nöq-
təsi  bağışlamağı  bacarmaqdır.  Bağışlama  Qanununa  əsa-
sən: "mənəvi və emosional sağlamlıq dərəcəniz, sizi incit-
miş  birini  nə  dərəcədə  bağışlaya  bilməyinizdən  asılıdır." 
Siz özünüz də daxil olmaqla hər kəs nə vaxtsa, kəskin tən-
qidə,  neqativ  münasibətə,  mədəniyyətsiz  rəftara,  ədalət-
sizliyə  və  satqınlığa  məruz  qalmışdır.  Sözsüz  ki,  bunlar 
arzuolunmaz  hallardır,  lakin  insan  cəmiyyətində  onlar-
dan yayınmaq mümkün deyil. Bütün bunlardan yayınma-
ğın yeganə yolu mağarada tək-tənha yaşamaqdır.  
Neqativ hal yaşadıqda  özünüzə yalnız bir sual ver-
məlisiniz:  "Bunu  unudub  rahat  həyatıma  qayıtmaq  üçün 
mənə nə qədər vaxt lazım olacaq?" Sualın cavabını yalnız 
özünüz qəbul etdiyiniz qərar əsasında verə bilərsiniz. Hə-
qiqi  xoşbəxtlik  əldə  etmək  üçün  bu cür qərarlar ən  vacib 
qərarlardır.  Bundan  başqa,  bu  sizin  mənəvi  intizamınız 
üçün əsl imtahandır.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
259 
Unutma əyrisi.  
 
Hər  bir  insanın  "Unutma  əyrisi"  və  ya  "Bağışlama 
əyrisi" vardır. Bu əyri sizin neqativ hadisəni nə qədər tez 
bağışlamaq və unutmaq bacarığınızı ölçür və mənəvi sağ-
lamlığınızı müəyyən edir.  
Zaman  və  neqativ  hadisə  xətlərindən  ibarət  qrafik 
təsəvvür  edin.  Şaquli  xətdə  məruz  qaldığınız  neqativ 
emosiyalar  və  ya  hadisələr,  üfüqi  xətdə  isə  aylar  və  illər 
göstərilir.  Bu  qrafikdə  üfüqi  xətt  üzrə  düz  uzanan  və  ya 
qalxıb  enən  əyri  ola  bilər.  Düz  xətt,  sizin  hər  hansı  bir 
neqativ  emosiyadan  aylar  və  hətta  illərlə  qurtula  bilmə-
məyinizi  göstərir. Bəzi  insanlar  hətta  illər  öncə valideyn-
lərinin  dediyi  sözə  və  ya  etdiyi  hərəkətə  görə  hələ  də 
acıqlı olurlar. Bundan başqa onlar sizinlə görüşən kimi bu 
hadisə haqda danışmağa başlayırlar. Neqativ emosiyalar-
dan  əziyyət  çəkən  insanlarla  işləyən  psixoloqlar  pulu 
səbirli olduqları üçün alırlar.  Müştərilərin əsas söhbəti nə 
vaxtsa onları incitmiş insan və ya hadisə haqda və bunun 
onları bu gün də nə qədər incitdiyini danışmaq olur.  
 
 
Adlayın və həyatınıza davam edin. 
 
Sağlam  və  xoşbəxt  adamlar  isə  qrafikdə  üzü  aşağı 
istiqamətlənmiş xəttə malik olurlar. Onlar da digərlərinin 
məruz  qaldığı  çətinlik  və  problemləri  yaşayırlar,  lakin 
çoxlarından  fərqli  olaraq  onlar  özlərini,  mümkün  qədər 
tez bağışlamağa və unutmağa vadar edə bilirlər. Problem-
ləri və neqativ hissləri özləri ilə daşımaqdan vaz keçirlər. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
260 
Fikirlərini onları xoşbəxt edən şeylər üzərində cəmləyirlər. 
Mənəvi  rahatlığın sirri  bağışlamaq  intizamıdır.  Zehni sa-
kitliyə yalnız sizə qarşı pis hərəkət etmiş insanları bağışla-
maq intizamına adət etməklə nail olmaq olar.  
 
 
Bağışlamaq eqoistlikdir. 
 
Bəzi  insanlar  bağışlamanı  yalnış  anlayırlar.  Onlar 
kimisə  bağışlamağın  həmin  vəziyyətlə  barışmaq  və  ya 
hətta  alqışlamaq  olduğunu  düşünürlər.  Əslində  isə  tam 
əksinədir. Bağışlamaq tam eqoistlikdir. Bunun qarşı tərə-
fə qətiyyən dəxli yoxdur. Bir kəsi bağışlamaqla siz yalnız 
özünüzü  azad  etmiş  olursunuz  və  bu  yükü  daşımaqdan 
imtina edirsiniz.  
Sizin  heyrətamiz  beyniniz  var.  Olduqca  ağıllı  və 
fərasətlisiniz. Siz beyninizi xoşbəxt və şən olmaq üçün öz 
xeyrinizə və  ya  öz əleyhinizə  işlədə  bilərsiniz. Beyninizi 
öz xeyrinizə, insanları bağışlamaq üçün səbəb axtarmaqla 
işlədə  bilərsiniz.  Hansısa  bir  hadisəni  şəxsi  məsələ  qəbul 
etmək,  məqsədyönlü  şəkildə  sizin  əleyhinizə  yönəldiyini 
sübut etmək üçün dəlillər axtarmaq əvəzinə intellektinizi 
işə  salaraq  cavabdehlik  götürün  və  neqativ  emosiyaları 
dağıdın.  
 
 
Cavabdehlik götürün və bağışlayın. 
 
Cavabdehliyi öz üzərinizə götürüb baş vermiş hadi-
səyə görə insanları bağışladıqda özünüzü tam azad etmiş 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
261 
olursunuz.  Bütün  neqativ  emosiyalarınız  itir.  Neqativ 
emosiyaların  yerini  daxili  sabitlik,  rəvanlıq,  məhəbbət, 
xoşbəxtlik və sevinc tutur. 
Bağışlamaq  üçün  daim  daxili-intizam  tətbiq  etmək 
heyrətamiz  nəticələr  verir.  Xoşbəxtliyinizə  mane  olan  si-
tuasiyadan  azad  olmaq  üçün  daxili-intizam,  özünüidarə 
və  iradənizdən  istifadə  etdikdə  həyatınız  heyrətamiz  şə-
kildə gözəlləşir.  
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
262 
Tapşırıq: 
 
1.  Bağışlama  testi  edin:  Haqlı  olmaq,  yoxsa  xoşbəxt  ol-
maq istəyirsiniz? 
2.  Nə vaxtsa sizi incitmiş bir adamı yadınıza salın və hə-
min  hadisənin  neqativ  emosiyalarından  azad  olmaq 
üçün onu etdiyi əmələ görə bağışlayın.  
3.  Günahlandırma və ya əsəbiləşməyinizə haqq qazandır-
mamaq  üçün  səbəblər  tapın  və  əvəzində  cavabdehliyi 
öz  üzərinizə  götürmək  üçün  intellektinizdən  istifadə 
edin. 
4.  Zehni sakitliyi qarşınıza məqsəd qoyun və sizi bundan 
yayındıran  mənfi  emosiyaları  özünüzdən  kənarlaşdı-
rın.  
5.  Hər  səhər,  gününüzü  ruh  yüksəkliyi  yaradan  bir  şey 
oxumaqla başlayın. Bu adət həyatınızı dəyişəcək.  
6.  Bu  andan  etibarən  hadisələri  şəxsi  məsələ  kimi  qəbul 
etməkdən  imtina  edin.  Bunun  beş  ildən  sonra  nə  mə-
nası olacağını düşünün. 
7.  Pul  və  digər  material  varlıqlara  bağlılıqdan  azad  ol-
maq üçün Budda metodundan istifadə edin.  
 
 
 
 
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
263 
MÜNDƏRİCAT 
 
Giriş: Daxili-İntizam Möcüzəsi..............................................6 
Bu kitab kimin üçündür........................................................10 
Qarşıya çıxan imkan uğurun  
                                     səbəbini müəyyən edir.....................10 
İki ən qatı düşməniniz ..........................................................11 
Özünüzə nəzarət edin...........................................................12 
Uzaqgörənliklə düşün...........................................................13 
Bu günün əyləncələri gələcəyin  
                                      ağrılarına çevrilə bilər.....................15 
Uğurun sadə müəyyənedicisi..............................................15 
Desertdən öncə Nahar..........................................................16 
Daxili intizam adəti...............................................................17 
Böyük gəlir.............................................................................18 
Bu kitab necə yazılmışdır.....................................................19 
 
I KİTAB 
 
Daxili İntizam və Şəxsi müvəffəqiyyət.................21 
I HİSSƏ: Daxili-İntizam və Uğur........................................22 
II HİSSƏ:Daxili-İntizam və Xarakter.................................36 
III HİSSƏ:Daxili-İntizam və Cavabdehlik........................50 
IV HİSSƏ:Daxili-İntizam və Məqsədlər............................63 
V HİSSƏ:Daxili-İntizam və Şəxsi mükəmməllik.............77 
VI HİSSƏ:Daxili-İntizam və Cəsarət................................101 
VII HİSSƏ:Daxili-İntizam və İnadkarlıq.........................114 
 
 
II KİTAB 
 
Biznes, Satış və Maliyyə işlərində Daxili –             
 
 
 
 
İntizamın tətbiqi...............121 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
264 
VIII HİSSƏ:Daxili-İntizam və İş........................................122 
IX HİSSƏ:Daxili- İntizam və Liderlik...............................137 
X HİSSƏ:Daxili-İntizam və Biznes....................................147 
XI HİSSƏ:Daxili-İntizam və Satış......................................157 
XII HİSSƏ:Daxili-İntizam və Pul.......................................168 
XIII HİSSƏ:Daxili-İntizam və  
                                   Vaxtın idarə edilməsi.......................179 
XIV HİSSƏ:Daxili-İntizam və  
                                   Problem həll etmə............................189 
 
III KİTAB 
 
Daxili-İntizam və Yaxşı həyat...............................198 
XV HİSSƏ:Daxili-İntizam və Xoşbəxtlik..........................199 
XVI HİSSƏ:Daxili-İntizam və Şəxsi sağlamlıq................203 
XVII HİSSƏ:Daxili-İntizam və  
 
                          Fiziki hazırlıq..................................212 
XVIII HİSSƏ:Daxili-İntizam və Evlilik.............................219 
XIX HİSSƏ:Daxili-İntizam və Uşaqlar..............................231 
XX HİSSƏ:Daxili-İntizam və Dostluq...............................244 
XXI HİSSƏ:Daxili-İntizam və  
                                   Beyninizin Sakitliyi..........................255 
 
 
 

Document Outline


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin