Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
Brian Tracy The Power of Self-Discipline

diyi reaksiyadır.” 
Aldos Haksli 
 
Düşüncələr səbəb, şərait isə nəticədir. Buna görə də 
həyat  səviyyəniz  əsasən  düşüncənizdən  asılıdır.  Belə  bir 
mental  prinsip  var:  “Siz  ən  çox  nə  düşünürsünüzsə  osu-
nuz.” Uğurlu insanlar, çıxış yolu axtarırlar. Vaxtlarını, ki-
min səhv etdiyini axtarmağa deyil, problemin həlli yolla-
rını  axtarmağa  sərf  edirlər.  Sufi  folosofu  İzrhat  Xan  de-
mişdir: “Həyat, sahili doyəcləyən ləpələr kimi daim prob-
lemlərin öhdəsindən gəlməkdən ibarətdir. Heç zaman on-
ların (problemlərin) ardı-arası kəsilmir.”  
Daimi  problem  və  çətinliklər  axını  ilə  üzləşərkən 
iradə,  daxili-intizam  və  özünüidarəetmə  bacarığınız  və 
müəyyən uğursuzluqlar sizə biznesiniz və həyatınız üçün 
gərəkli olan təcrübəni bəxş edəcək. 
 
 
Qarşısıalınmaz və qaçılmaz Krizis. 
 
Həyatınız boyu daim problem axını ilə üzləşəcəksi-
niz  –  ailə,  maliyyə,  biznes  və  ya  siyasi  problemlər.  Bu 
problem  axınında  fasilə  yalnız  ara-sıra  krizislər  zamanı 
olacaq. Normal həyat yaşadığınız halda hər iki-üç  aydan 
bir  bu  cür  krizislə  üzləşəcəksiniz.  Və  yalnız  bu  krizislər 
zamanı  sizin  nə  qədər  güclü  xarakterə  malik  olmağınız 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
190 
ortaya çıxacaq. Yalnız gözlənilməz çətinliklər və problem-
lər zamanı öz həqiqi dəyərinizi və gücünüzü göstərirsiniz. 
Bütün həyat imtahandır. Və bütün məsələ sadəcə sizin bu 
imtahandan keçib keçməməyinizdir.  
Təbiət  etibarı  ilə  krizislər  həmişə  gözlənilməz  olur-
lar.  Onların  gələcəyini  öncədən  bilmək,  kimdənsə  xəbər 
tutmaq mümkün deyil. Əks halda bu krisiz olmazdı. Da-
xili-intizama  ən  çox ehtiyac duyulan zaman məhz  krizis-
lər  zamanıdır.  O  sizə  sakitliyinizi  qorumaqda  və  soyuq-
qanlılıqla çıxış yolu axtarmaq üçün son dərəcə vacibdir.  
 
 
Maksimum bacarığınızla işləyin. 
 
Nə  isə  yalnışlıq  olduqda  insanların  çoxunun  təbii 
reaksiyası  əsəbləşmək  və  günahlandıracaq  bir  adam  ax-
tarmaq olur. Bu isə lazımsız enerji sərfindən başqa bir şey 
deyil. Heç nəyi həll etmir. Siz əksinə, sakit qalmalı, obyek-
tiv  və  emosiyasız olmalısınız. Krizis və  ya  problemlə  üz-
ləşdikdə  özünüzü  sakit  qalmağa,  diqqətinizi  günahlan-
dıracaq  bir  adam  axtarmaq  deyil,  çıxış  yolu  axtarmaqda 
cəmləşdirməyə  vadar  etməlisiniz.  Problemin  nə  üçün  və 
kimin ucbatından ortaya çıxması deyil, həlli yollarını tap-
maq  istiqamətində  düşünün.  Qəza  zamanı  olduğu  kimi 
ilk  öncə  xəsarət alana  yardım  göstərməli qanaxmanı  sax-
lamalı  və  xəsarətin  təsirini  azaltmaq  istiqamətində  işlə-
mək  və  yalnız  bundan  sonra  nəyin  necə  baş  verdiyini 
araşdırmağa  başlamaq  lazımdır.  Problemlə  üzləşdikdə, 
heç bir günahınız olmasa belə, “Mən cavabdehəm!” deyə 
daxili-intizamınızı tətbiq edin.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
191 
Aydın fikirli olun. 
 
Uğurlu  insanlar,  özlərində  krizislərə  effektiv  cavab 
vermək, sakitliklərini qorumaq, rahat və aydın düşüncəli 
olmaq  bacarığı  inkişaf  etdirmişdirlər.  Özlərini  sakit  və 
soyuqqanlı olmağa vadar edirlər. Bu onlara rahat düşün-
mək,  vəziyyəti  obyektiv  qiymətləndirmək  və  daha  düz-
gün qərarlar qəbul etməyə imkan verir. Lakin siz əsəbləş-
dikdə beyninizin “düşünən” hissəsi qapanır. Emosiyalara 
cavab  verən  hissə  isə  aktiv  qalır  və  “ya  döyüş,  ya  qaç” 
prinsipi  ilə  işləməyə  başlayır.  Bu  zaman  o  yalnız  “bəli, 
xeyr”, “ağ, qara” və “nə isə et, ya etmə” seçimi verir. Siz 
ağ və qaradan başqa rəngləri görmək, müxtəlif variantları 
nəzərdən keçirmək bacarığını itirirsiniz.  
Uğurlu  insanlar,  hər  bir  problemə  şəxsi  inkişaf  və 
özünəinam hissinin gücləndirilməsi imkanı kimi baxırlar. 
Və sizin inkişafınız öhdəsindən gələ bildiyiniz problemlər 
səviyyəsinə kimi gedir.  
 
 
Uğur istiqamətində daşları ayaqlamaq. 
 
Bir neçə il öncə Pr.Lourens Piter “Piter Prinsipi” ad-
lanan kitab yazmışdır. Bu çox heyrətamiz kitab idi. O ya-
zırdı ki, istənilən təşkilatda hər bir adam problem həll edə 
biləcəyi səviyyəyə kimi inkişaf edir. Müəyyən bir səviyyə-
də  o artıq üzləşdiyi  problemlərin  öhdəsindən gələ bilmir 
və bu səviyyə onun karyerasının pik nöqtəsi olur. Bundan 
başqa  o  qeyd  etmişdir  ki,  məhz  bu  səbəbdən  təşkilatlar, 
artıq kompitent olmadıqları səviyyəyə çatmış işçilərlə do-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
192 
ludur. Bu fakt xüsusilə hökumət idarələrinə aiddir və on-
ların qeyri-effektiv fəaliyyətidə bununla izah edilir.  
Şəxsi  və  peşəkar  həyatınızda,  porblemləri  həll  et-
mək  bacarığınız  və  inkişafınız  yan-yana  irəliləyir.  İşin 
yaxşı tərəfi isə odur ki, siz çox zaman problemin həlli yol-
ları haqda düşündükcə beyniniz çıxış yolu axtarmaq isti-
qamətində  fəaliyyət  göstərir. Hansı problem və  çətinliklə 
qarşılaşmağınızdan  asılı  olmayaraq  beyniniz  çıxış  yolu 
axtarmaq üçün intensiv işləyəcək. Nəticədə siz daha iti və 
ağıllı olursunuz. Beyniniz kilidlənmək əvəzinə daha çevik 
olur. 
Problemlərin həll edilməsi məsələsində yüksək inti-
zama nail olmaq üçün, şəxsi və peşəkar həyatınızda pey-
da olan problemlərin effektiv həllinə imkan verən formul 
yaratmalısınız.  Əslində,  istənilən  problemin  həllində  tət-
biq edilə biləcək formul artıq hazırlanmışdır. Gəlin nəzər 
salaq.  
 
Problemləri effektiv həll etməyin Doqquz addım Metodu: 
Addim  1:  Tələsmədən  problemi  aydınlaşdırın. 
Sual  verin:  “Problem  dəqiq  nədən  ibarətdir?”  Təşkilatda 
eyni problemlə üzləşən insanların hamısının eyni cür na-
rahat olması lakin hər birinin problemi müxtəlif cür təsəv-
vür  etməsi  heyrətamiz  faktdır.  Onu  həll  etməyə  başla-
mazdan  öncə  problemin məhz  nədən  ibarət  olmasını də-
qiq aydınlaşdırmaq lazımdır. 
Addım  2:  Soruşun:  “Bu  həqiqətən  də  problem-
dir?” Unutmayın ele şeylər var ki, siz onlara heç bir təsir 
göstərə bilməzsiniz. Onlar problem deyil, həyatın reallıq-
larıdır.  Yüksək  inflyasiya  və  ya  aksiyaların  ucuzlaşması 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
193 
problem deyil. Onları həll edə bilməzsiniz. Əksinə onlara 
uyğunlaşmaq  və  alternativ  variantlar  haqda  düşünmək 
lazımdır.  Hətta  bəzi  hallarda  problem  kimi  gorünən  bir 
şey əslində cildini dəyişmiş şansdır.  Bəzən isə problemi 
ümumiyyətlə həll etmək haqda düşünmək lazım deyil. O 
sizə  nəyisə  daha  fərqli  şəkildə  etməyə  imkan  verər  ki, 
nəticədə işiniz daha yaxşı gedə bilər.  
Addım 3: “Başqa nə problem var?” Agah olun ki, 
bəzi  problemlərin  yalnız  bir  izahı  olur.  Daha  geniş  izah 
edilə bilən problemin həlli yolları da bir o qədər çox olur.  
Biz  satış  problemləri  ilə  üzləşən  şirkətlərlə  işləyər-
kən onlardan, eyni problemə dair iyirmi bir müxtəlif sua-
la  cavab verməyi  tələb  edirik  ki,  cavabların  hər biri ayrı-
lıqda  eyni  problemi  ifadə  edir.  Düzgün  ifadə  kimi  qəbul 
edilən  hər  bir  cavab  və  həlli  yolu  müxtəlif  istiqamətlərə 
yönəlir.  Misal  üçün sual veririk:  “Problem  nədir?”  cavab  
“Satış zəifdir”  növbəti sual: “Başqa nə  problem var?”  ca-
vab  “Rəqiblərimiz  güclüdür”.  Fərqə  diqqət  yetirin.  Əgər 
satış  zəifdirsə  onda  reklamdan,  pramoşn  və  digər  satış 
alətlərindən  geniş  istifadə  etməyə  başlayın.  Rəqibləriniz 
güclüdürsə,  onda  məhsulunuzun  keyfiyyətini  qaldırın, 
daha ucuz  başa  gəlməsi üçün  yollar  axtarın və  yaxud da 
fəaliyyət  istiqamətinizi  dəyişin.  Bu  minvalla  suallar 
verərək  biz  sonunda  problemi  kökündən  həll  edəcək  ca-
vabı tapırıq.  
Addım 4: “Problem necə yarandı?” Problemi törə-
dən səbəbləri aydınlaşdırın ki, gələcəkdə onlarla yenidən 
qarşılaşmayasınız.  Şəxsi  və  peşəkar  həyatınızda  eyni 
problem təkrarlanırsa,  bu zəif planlaşdırmanın  və  ya  nə-
zarətsizliyin  nəticəsidir. Sisteminizdə  olan  defekt  proble-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
194 
min təkrar peyda olmasına səbəb olur. Əsas işiniz proble-
min  nə  üçün  təkrarlanmasını  aydınlaşdırmaqdır  ki,  onu 
birdəfəlik kökündən həll edəsiniz.  
Addım 5: “Problemin hansı həlli yolları var?” Nə 
qədər çox çıxış yolu tapsanız düzgün cavabı tapmaq ehti-
malınız  da  bir  o  qədər  çox  olacaq.  Problem  həllinin  key-
fiyyəti çıxış yollarının çoxluğu ilə düz mütənasibdir. Yal-
nız bir çıxış yolu olan problemi də unutmayın.  
Addım 6: “Hal-hazırda ən yaxşı çıxış yolu hansı-
dır?”  Bəzən  istənilən  çıxış  yolu  ümumiyyətlə  çıxış  yolu-
nun  olmamasından  daha  yaxşıdır.  Diqqətlə  işlənmiş  adi 
çıxış  yolu  mürəkkəblik  və  tətbiqinin  qeyri-mümkünlüyü 
səbəbindən ən yaxşı çıxış yolundan faydalı olur. Problem-
lərin 80 faizi dərhal həll edilməlidir. Yalnız 20 faiz proble-
mi sonraya saxlamaq olar. Problemin həllini təxirə saldıq-
da ona müraciət edəcəyiniz vaxtı dəqiq müəyyən edin və 
həmin vaxta əlinizdə olan informasiya ilə onun həlli yol-
larını  axtarın.  Çox  zaman  böyük  problemlər,    daha  az 
enerji,  pul  və  vaxt  sərfi  tələb  edən  kiçik  problemlər  ol-
muşdur.  Lakin  yubanma  nəticəsində  onlar  daha  böyük 
problemlərə çevrilmişdirlər. Ən yaxşı startegiya problemi 
beşiyindəcə boğmaqdır. Problem və onun həlli yolu aydın 
olduqda,  görülməsi  lazım  olan  işi  dərhal,  yubanmadan 
görün.  
Addım  7:  Qərar  qəbul  edin.  Hər  hansı  bir  çıxış 
yolu tapın və bu istiqamətdə fəaliyyətə keçin. Daima sual 
verin: “Növbəti addımımız nədir? İndi nə etməliyik?” 
Addım 8: Cavabdehliklər müəyyən edin. Proble-
mi  və  ya onun müəyyən hissəsini kim həll edəcək? Adə-
tən  müəyyən  bir  qrup  görüşüb  problemin  həlli  yollarını 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
195 
axtarıb  tapır.  İki  həftə  sonra  nəticələri  müzakirə  etmək 
üçün yenidən görüşdükdə isə aydın olur ki, heç bir iş gö-
rülməyib.  Nə  üçün?  Kimin  nə  iş  görəcəyi  və  cavabdeh-
likləri bölüşdürülməmişdir.  
Addım  9:  Çıxış  yolu  üçün  ölçü  müəyyən  edin. 
Əlinizdə  olan çıxış  yolu  sizə nə  qazandıracaq və  nəticəni 
necə  ölçürsünüz?  İşə  yaradığını  necə  müəyyən  edəcəksi-
niz? Əldə etmək istədiyiniz nəticəni nə qədər aydın təsəv-
vür etsəniz ona nail olmaq şansınız da bir o qədər yüksək 
olacaq.  
Problemləri həll etməkdə əsas mükafatınız daha bö-
yük problemlərin öhdəsindən gələ bilmək bacarığı qazan-
maqdır.  Gəliriniz  və  karyera  inkişafınız  problem  həll  et-
mək  bacarığınızdan  asılıdır.  Daha  diqqətli  olmaqla  daha 
çox  çıxış  yolu  tapacaq  və  təşkilatınız  üçün  daha  faydalı 
olacaqsınız.  
Özünüzü  qiymətləndirməyiniz  öz  effektivliyinizi 
aydınlaşdırmaqdan  ibarətdir.  Öz  effektivliyinizi  isə, 
“problemlərimi həll etməkdə və məqsədlərimə nail olma-
qda  nə qədər səriştəliyəm?” sualına cavab verməklə tapa 
bilərsiniz.  Problem həll etməkdə özünüzü nə qədər səriş-
təli bilsəniz özünüzdən bir o qədər xoşunuz gələcək. Özü-
nüzdən nə qədər razı qalsanız, daha böyük problemlərin 
həllində özünüzə bir o qədər çox inanacaq və səriştəli ola-
caqsınız.  
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
196 
Uğurunuzun müəyyənedicisi. 
 
Karyera  nailiyyətiniz  əsasasən  problem  həll  etmək 
bacarığınızdan asılı olur. Problem həllində məharətli olan 
insanlar  istənilən  sahənin  ən  səriştəli,  sayılan  və  yüksək 
gəlirli mütəxəssisləri olurlar. Buna görə də uğur “problem 
həll etmək bacarığı” kimi ifadə edilir. Xoşbəxtlik də prob-
lem  həll  etmək  bacarığıdır.  Liderlik,  problem  həll  etmək 
bacarığıdır.  Qaçılmaz  problemlər  qarşısında  intizamlı  və 
iradəli olduqca gördüyünüz hər bir işdə daha səriştəli və 
effektiv olursunuz. Ətrafınızdakı hər kəs sizə hörmət edə-
cək.  Çox  qısa  zaman  ərzində  təşkilatınızın  ən  dəyərli 
əməkdaşlarından birinə çevriləcəksiniz.  
  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
197 
Tapşırıq: 
 
1.  Problem həll etmək riyazi tənlik həll etməyə bənzəyir. 
Daimi təlimlərlə bu bacarığı inkişaf etdirmək olar. Üz-
ləşdiyiniz  böyük  problemləri  bu  gundən  müəyyən 
etməyə başlayın. 
2.  Gündəlik işinizdə üzləşdiyiniz problemləri həll etmək 
üçün cavabdehlik götürün və həlli yollarını axtarmağa 
başlayın. 
3.  Biznes  və  ya  şəxsi  həyatınızdakı  ən  böyük  problemi-
nizi aydın müəyyən edin. Problem məhz nədir? 
4.  Nə üçün bu problemdir? Bu şəklini dəyişmiş şans ola 
bilər? Əgər belədirsə bu problem özündə hansı şansla-
rı və dərsləri gizlətmiş olar? 
5.  Daha  nə  problem  var?  Ola  bilsinki  problem  tamam 
başqa bir şeydədir və siz onu sadəcə görmək istəmir-
siniz. 
6.  Bütün  mümkün  çıxış  yolları  hansılardır?  Daha  hansı 
çıxış yolları var?  
7.  Bu dəqiqə əlinizdə olan ən optimal çıxış yolunu seçin 
və hərəkətə keçin.  
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
198 
 
 
 
 
 
 
III KİTAB 
 
 
Daxili-İntizam və Yaxşı həyat 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həyatınızın  ən  əsas  məqsədi  şəxsi  xoşbəxtlik  əldə 
etməkdir. Bunu başqa heç kim edə bilməz. Bu şəxsi istək 
demək  olar  bütün  fəaliyyətin  hərəkətverici  qüvvəsidir. 
Lakin xoşəxtlik, material anlayışdan çox emosional duru-
mdur. Növbəti hissələrdə siz, daxili-intizam tətbiq etmək-
lə  şəxsi  həyatınızdan  daha  çox  zövq  almağı  və  daha 
xoşbəxt olmağı öyrənəcəksiniz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
199 
XV HİSSƏ 
Daxili-İntizam və Xoşbəxtlik 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin