Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   16   17   18   19   20   21   22   23   24
Brian Tracy The Power of Self-Discipline

 
"Özünəhörmət  intizamın  qoyduğu  izdir;  yox  demək  ba-
carığı artdıqca alicənablıq da artıq." 
Abrahm Coşua Heskel 
 
Bu gün tarixdə həmişəkindən daha artıq insan uzun 
və  xoşbəxt  həyat  yaşayır  və  sizin  işiniz  sadəcə  onlardan 
biri  olmaqdır.  Həyatınızın  sağlamlıqla  bağlı  işlərdən  çox 
daxili-intizam tələb edən ikinci bir sahəsi yoxdur. Başlıca 
məqsədiniz  mümkün  qədər  uzun  yaşamaqdır.  Bunun 
üçün bütün ömür boyu sağlamlıq vərdişlərinə daxili-inti-
zam  tətbiq  etmək  lazımdır.    Statistik  hesablamalara  görə 
hal-hazırda orta statistik ömür kişilər üçün 76.8, qadınlar 
üçün 79.8 il və ya ümumilikdə 80 il və bu rəqəm artmaq-
da  davam  edir.  Bu  o  deməkdir  ki,  əhalinin  50  faizi  80 
yaşından az, o biri 50 faizi isə 80 yaşından çox yaşayacaq. 
Sizin məqsədiniz də 90, 95 və ya daha artıq olmalıdır.  
 
 
Yeddi həlledici sağlamlıq vərdişi. 
 
Minlərlə insanın iştirakı ilə iyirmi il ərzində keçiril-
miş  Alameda  təhqiqatı  müəyyən  etmişdir  ki,  uzunömür-
lüyə təsir edən yeddi əsas vərdiş vardır: 
1.  Dietalar  saxlamaq  əvəzinə  qidalanmanızı  nəzarət 
altında  saxlayın. Gün  ərzində beş-altı dəfə sağlam qi-
dalarla qidalanın və axırıncı yeməyinizi yatmazdan ən 
azı üç saat öncə yeyin.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
204 
2.  Yüngül qidalanın. Çox yemək sizi yorğun etdiyi halda 
az yemək sizi sağlam və gümrah edir. Tomas Ceferso-
nun  yazdığı  kimi:  "Hələ  heç  kim  yeməkdən  sonra  az 
yediyindən şikayət etməmişdir".  
3.  Naharlararası  qəlyanaltı  etməyin.  Siz  qida  qəbul  et-
dikdə bədəniniz qidanı həzm etməli və bütün maddə-
lərin  qan  vasitəsi  ilə  hüceyrələrə  sovrulmasını  təmin 
etməlidir, bu isə 5 - 6 saat vaxt aparır. Siz qida qəbulu 
arasındakı  fasilələr  zamanı  qəlyanaltı  etdikdə  həzm 
prosesinin biri bitməmiş o birisi başlayır.  
4.  Daima  fiziki  hərəkətlər  edin.  İdeal  vaxt  gün  ərzində 
30  dəqiqə  və  ya  həftədə  200  dəqiqədir.  Siz  bunu  yeri-
mək, qaçmaq, velosiped  sürmək, üzmək və s. bu kimi 
vasitələrlə edə bilərsiniz. Hər gün bütün onurğalarınızı 
hərəkət etdirməlisiniz. 
5.  Təhlükəsizlik kəmərindən istifadə edin. Otuz beş ya-
şına kimi ölümlərin əsas səbəbi avtomobil qəzaları olur. 
6.  Siqaret çəkməyin. Siqaret, ağciyər xərçəngi, boğaz xər-
çəngi, mədə xərçəngi, ürək xəstəlikləri və ümumilikdə 
otuz iki xəstəliklə əlaqəlidir.  
7.  Alkoqolu  yüngül  qəbul  edin.  Təhqiqatlar  müəyyən 
etmişdir ki, gündəlik bir-iki stəkan şərab qəbulu həzm 
prosesini yaxşılaşdırır və ümumilikdə sağlamlığa yaxşı 
təsir göstərir. Bundan artığı isə müxtəlif xəstəliklər tö-
rədə və fəsadlara malik ola bilər.  
 
Uzunömürlülüyü  təmin  edən  bu  yeddi  qaydanın 
hər biri daxili-intizamla bağlıdır. Bu sadəcə seçim məsələ-
sidir. Bunları etmək və ya etməmək seçimi edə bilərsiniz. 
Yalnız özünüzdən asılıdır.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
205 
Mükəmməl sağlamlığın beş "D"-si. 
 
Şəxsi  inkişaf  kurslarımızda  tələbələrə  mükəmməl 
sağlamlığın beş "D"sini öyrədirik. 
1.  Düzgün  çəki:  Düzgün  çəki  əldə  edib  sonra  onu  eyni 
səviyyədə saxlamaq güclü daxili-intizam tələb edir, lakin 
nəticə  heyrətamizdir. Gözəl  görsənir,  özünüzü  yaxşı  hiss 
edir,  pozitiv  olur  və  həyatınızı  daha  çox  nəzarət  altında 
görürsünüz.  
2.  Düzgün  dieta:  Benjamin  Franklinin  dediyi  kimi:  "Ye-
mək  üçün  yaşamaq  deyil,  yaşamaq  üçün  yemək  lazım-
dır."  120  ölkədəki  Olimpiya  atletləri  üzərində  aparılmış 
təhqiqata  əsasən  onların  dietləri  əsasən  eyni  cürdür:  a) 
zəif protein mənbəyi. b) müxtəlif meyvə tərəvəz. v) çoxlu 
su - gündəlik səkkiz stəkana yaxın.  
Siz  "Olimpiya  dietası"ndan  istifadə  etsəniz  gün  ər-
zində daha ayıq, diqqətli və gün ərzində gümrah olacaq-
sınız. 
3.  Düzgün fiziki  fəaliyyət: Uzunömürlülük üçün ən va-
cibi  aerobik  hərəkətlərdir.  Bununla  siz  həftədə  üç  dəfə 
ürək döyüntülərinizi 30 - 60 dəqiqəliyinə yüksək səviyyə-
yə qaldırırsınız. Daimi fiziki hərəkətlər edən insanlar bu-
nun hər dəfə daha asan olduğunu bilirlər.  
4.  Düzgün istirahət: Bu çox vacibdir. Yetkin insanların 60 
faizdən çoxu kifayət qədər yatmırlar. Onlar yatağa bir az 
gec gedir, bir az narahat yatır və yuxudan  bir az tez qal-
xırlar. Sonra isə bütün günü yuxulu gəzirlər. Bu "istirahət 
çatışmazlığı",  qeyri-effektivliyə,  səhvlərə,  sənaye  qəza-
larına, şəxsi problemlərə, avtomobil qəzalarına və s. digər 
fəsadlara səbəb olur. Normal insan gün ərzində təxminən 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
206 
səkkiz  saat  yuxu  yatmalıdır.  Bundan  az  yatdıqda  siz  za-
manla  özünüzü  "istirahət  çatışmazlığı"  na  məruz  qoyur-
sunuz.  Cümə  axşamı  və  ya  cümə  günü  səhər  yuxudan 
durarkən düşündüyünüz ilk şey mümkün qədər tez yeni-
dən  yatağa  qayıtmaq  olur.  Hər  gün  səkkiz saat  yuxudan 
əlavə siz həftə sonları və məzuniyyətlər vasitəsilə də isti-
rahət  etməlisiniz. Bununla  siz  sanki  akkumulyatorunuzu 
yükləyirsiniz.  Bir-iki  günlük  istirahətdən  sonra  işə  dön-
dükdə siz var gücünüzlə işləmək iqtidarında olursunuz.  
5.  Düzgün  münasibət:  Çox  güman  ki,  bu  o  birilərin  ha-
mısından  vacib  şərtdir.  Sağlamlıq,  xoşbəxtlik  və  uzun-
ömürlülük üçün əsas şərtlərdən biri optimistlikdir. Siz da-
ha  çox  optimist  olduqca  həyatınız  və  sağlamlığınız  daha 
da yaxşılaşacaq. Optimist insanların immun sistemləri da-
ha güclü olur və nəticə olaraq onlar nadir hallarda xəstə-
lənirlər.  Yorğunluq və  ağır  işdən  sonra  qüvvələrini  daha 
tez bərpa edirlər.  
 
 
Çəkinizi nəzarətə alın. 
 
İnsanların bu gün daxili-intizamla bağlı üzləşdikləri 
ən böyük problem çox yeyərək artıq çəkidən əziyyət çək-
mələridir. Amerikalıların 60 faizindən çoxu artıq çəkidən 
əziyyət  çəkir.  Çəkini  normaya  salmaq  və  nəzarət  altında 
saxlamaq  qədər  daxili-intizam  tələb  edən  ikinci  bir  iş 
yoxdur.  Belə bir deyim var, "diet işə yaramır". Bu onunla 
izah edilir ki, çəkinizi azaltmaq üçün ac qalırsınızsa, sonra 
çəkinizi hansı sürətlə azalmışdırsa ondan iki dəfə sürətlə 
artmağa başlayır. Bunun bir neçə səbəbi vardır. Hər insan 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
207 
müəyyən metabolik səviyyəyə malikdir. Bu, enerjini hansı 
səviyyədə  yandırmağınızdır.  Metabolik səviyyə qəbul et-
diyiniz qida və ondan alınan enerjini yandırmaq üçün et-
diyiniz  fiziki  hərəkətlər  nisbətinə  əsasən  müəyyən  edilir. 
Metabolik  səviyyədən  əlavə  sizin  çəkinizin  müəyyən  bir 
həddi var ki, siz dietaya ara verən kimi çəkiniz ətalət gü-
cünə həmin həddə can atır.  
 
 
Həddi dəyişin. 
 
Çəkidən birdəfəlik azad olmaq üçün, çəki həddinizi 
aşağı salın. Buna nail olmaq üçün, ilk işiniz arzuladığınız 
çəkidəki görkəminizin xəyali təsəvvürünü yaratmalısınız. 
Hansısa  bir  jurnaldan  arzuladığınız  bədən  quruluşuna 
malik bir adamın şəklini götürün və onun başının yerinə 
öz  başınızın  şəklini  yapışdırın.  Sonra  aramla  qida  rasio-
nunuzu və fiziki aktivliyinizi birdəfəlik dəyişin. Bu dəyi-
şiklik  üzərində  ən  azı  bir  il  işləməyə  hazır  olun.  Unut-
mayın  ki,  artıq  çəki  uzun  illər  ərzində  yaranmışdır.  Geri 
qayıtmaq üçün uzun müddət işləməyə hazır olun.  
 
 
Dietanın ölümcül zərəri. 
 
Cox adam zənn edir ki, istədiyi çəkiyə nail olan ki-
mi restorana gedib istədiyi yeməkdən istədiyi qədər yeyə 
bilər. Başqa sözlə, onlar çəki itirməklərini istədikləri qədər 
yeməklə mükafatlandırırlar. Bu cür yanaşma uğursuzluğa 
məhkum  edilmişdir.  Əksinə  olaraq  siz,  öz  mükafatınızı 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
208 
yeməksiz təşkil edin. Özünüzü yalnız hazırki çəkinizə uy-
ğun  paltarlar  almaqla  mükafatlandırın.  Ailənizlə  təbiətə 
gedin və aktiv əyləncəli oyunlar oynayın. Kiminləsə mər-
cə girin ki, bir ilə istədiyiniz çəkiyə nail olacaq və onu sax-
layacaqsınız.  
 
 
Çəkidən birdəfəlik azad olmaq üçün formul. 
 
Mükəmməl sağlamlığın açarı iki kəlmə ilə ifadə edi-
lə  bilər:  "Az  ye, çox  fiziki  hərəkət  et".  Çəkidən birdəfəlik 
azad  olmağın  yeganə  yolu  qəbul  etdiyinizdən  az  kalori 
yandırmaqdır.  Başqa  yolu  yoxdur.  Əlavə  olaraq,  bunu 
uzun  müddət  ərzində  etmək  lazım  gələcək.  "Böyük  dü-
şün"  proqramında  üç  ağ  zəhərdən  yayınmağı  məsləhət 
görürük: şəkər, duz və un.  
Şəkərdən  azad  olun.  Artıq  çəkidən  azad  olmaq və 
mükəmməl  sağlamlıqdan  həzz  almaq  üçün  rasionunuz-
dakı  hər  növ  şəkərdən  imtina  etməlisiniz.  Şəkər  piroq, 
tort, keks və hər gün yediyimiz müxtəlif sadə şirniyyatla-
rın tərkibində olur. Mükəmməl sağlamlıqdan zövq almaq 
üçün isə əlavə şəkərə ehtiyacımız yoxdur. Rasionunuzdan 
şəkəri çıxardıqdan sonra günə 500 qrama qədər çəki itirə-
cəksiniz.  
Duzu  ötürün.  Bütün  artıq  duzu  rasionunuzdan  çı-
xarın.  Adi  amerikalının  onsuzda  qidasında  kifayət  qədər 
duz  olmasına  baxmayaraq  o  əlavə  olaraq  ilə  iyirmi funt-
dan artıq duz  qəbul edir. Əlavə duz qəbul etdikdə bədə-
niniz bu duzu neytallaşdırmaq üçün su tələb edir.  Artıq 
duz  qəbul  etməyi  dayandırıb  hər  gün  səkkiz  stəkan  su 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
209 
içdikdə bədəniniz bütün artıq mayeni ixrac edir və ilk beş 
gündə gündəlik 500 qrama kimi çəki itirirsiniz.  
Ağ un məhsullarından yayının. Və sonuncu, ağ un 
məhsullarını rasioununuzdan çıxarın. Çörək, makaron və 
s.  un  məmulatlarından  imtina  etməlisiniz.  Ağ  un  özlü-
yündə  nutreitlərdən  azad  edilmiş  və  ağardılmış  "neytral 
maddədir". "Zənginləşdirilmiş ağ un" yazısına rast gəldik-
də bilin ki, bu bişmə prosesində bütün keyfiyyətini itirmiş 
süni,  kimyəvi  vitaminlərlə  zənginləşdirilmiş  ağ  undur. 
Ağ un heç bir qidalandırıcı xüsusiyyətə malik deyil.  
 
 
Sadə dietik dəyişiklik. 
 
Bu yaxınlarda Floridadan otuz iki yaşlı bir kişi mə-
nə  məktub  yazmışdır.  O,  illərlə  mənim  kitablarımı  oxu-
muş və audio proqramlarıma qulaq asmışdır. Heç vaxt tə-
səvvürünə belə gətirməyəcəyi dərəcədə varlanmış və ma-
liyyə  uğurları  qazanmışdır.  Lakin  artıq  çəkidən  əziyyət 
çəkir  və  heç  cür  ondan  yaxa  qurtara  bilmirdi.  Bir  gün 
mənim "Böyük düşünmək" audio yazıma qulaq asmış və 
üç  ağ  zəhər  haqda  qeydlərimi  oxumuşdu.  Xoşbəxtlikdən 
o intizamlı və məqsədyönlü insan idi. İradəsindən istifadə 
edərək  bu  üç  məhsulu  rasionundan  tamamilə  çıxardı. 
Onun  dediyinə  görə  bundan  sonra  baş  verənlər  möcüzə-
dən  başqa  bir  şey  deyildi.  Altı  aya  iyirmi  iki  funt  artıq 
çəkidən azad olmuşdur. Mənə yazdığı vaxt artıq iki il idi-
ki  bu  dietadan  istifadə  edirdi.  Başqa  cür  göründüyünü, 
daha gümrah olduğunu, qadınların diqqətini cəlb etdiyini 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
210 
və  özünə  daha  inamlı  olduğunu  yazırdı.  Artıq  çəkidən 
azad olandan sonra bütün həyatı dəyişmişdi.  
 
 
Həyat yüz olmalıdır. 
 
Məqsədiniz, maksimum sağlamlıq və gümrahlıqdan 
həzz almaq olmalıdır. Bunun üçün düzgün qidalanmanız 
lazımdır. Daim fiziki hərəkətlər etməli və bütün oynaqla-
rınızı  hərəkət  etdirməlisiniz.  Mükəmməl  sağlamlığa  nail 
olmaq üçün kifayət qədər istirahət etməlisiniz. Əlavə ola-
raq,  pozitiv  olmalı  hər  bir  hadisəyə  optimistliklə  baxma-
lısınız.  
Hər bir sahədə tətbiq etdiyiniz daxili-intizam və ira-
də gözlədiyinizdən də artıq nəticə ilə özünüzə qayıdacaq. 
Sağlamlığınıza  daxili-intizam  tətbiq  etməklə  daha  uzun 
və sağlam həyat yaşaya bilərsiniz. XVII hissədə fiziki ha-
zırlığınızı  yaxşılaşdırmağa dair  daha  ərtaflı  ideyalar  mü-
zakirə ediləcək.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
211 
Tapşırıq: 
 
1.  Sağlamlıq  haqda  düşüncələrinizi  ideallaşdırın.  Sehrli 
çubuq vasitəsi  ilə sağlamlığınızı ideal  vəziyyətə gətirə 
bilsəydiniz  necə  olardı,  bugünkü  vəziyyətinizdən  nə 
ilə fərqlənərdi? 
2.  Həyatınızın  yerdə  qalan  hissəsini  əla  keçirəcəyinizə 
söz  verin. Görməli və  ya  dəyişməli  olduğunuz ilk şey 
nədir? 
3.  Tibbi  müayinədən  keçin  və  həkiminizdən  mükəmməl 
sağlamlığa nail olmaq üçün məsləhətlər alın. Sonra isə 
bu məsləhətlərə əməl edin. 
4.  İdeal çəkinizi müəyyən edin və onu qarşınıza məqsəd 
qoyun. Ona nail olmaq və daim həmin çəkidə qalmaq 
üçün  IV hissədə  öyrəndiyiniz məqsəd qoymaq və nail 
olmaq üçün plan tərtib etmək üsulundan istifadə edin.  
5.  IV  hissədə  danışdığımız  beyin  həmləsindən  istifadə 
edərək,  "Mükəmməl  sağlamlıq  və  gümrahlığa  nail  ol-
maq üçün nə edə bilərəm?" sualına iyirmi cavab yazın. 
6.  Haqqında söhbət açdığımız sağlamlıq adətlərini nəzər-
dən keçirin və hal-hazırda gündəlik həyatınızda onlara 
nə qədər əməl etdiyinizi müəyyən edin.  
7.  Sizə  səksən,  doxsan  və  daha  artıq  yaşamağa  kömək 
edəcək və dərhal görəcəyiniz bir işi müəyyən edin. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
212 
XVII HİSSƏ 
Daxili-İntizam və Fiziki hazırlıq 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin