"Düzgün intizam, özünü məcbur etmək deyil, istənilən
nəticələrə gətirib çıxaracaq düşüncədir."
Bertran Rassel
Gördüyünüz işin dəyərini, onun nəticələrini təxmin
etməklə müəyyən edə bilərsiniz. Əhəmiyyətli nəticəsi
olan iş vacibdir. Dünyaya uşaq gətirməyin nəticəsi on
səkkiz il və nəvələr də daxil olmaqla daha uzun müddətə
uzana bilər. Bunun üçün də valideyn olmaq həyatınızda
görə biləcəyiniz ən vacib işdir. Yetkin insan kimi siz hələ
də baba və nənələrinizin sizin valideynləriniz üçün gör-
düyü və ya görmədiyi işlərin təsirinə məruz qalırsınız.
Övladlarınıza münasibətiniz sizin öz valideynlərinizin si-
zə münasibəti əsasında formalaşır.
Ən böyük cavabdehlik.
Uşağınız olduqda, öhdəliklərinizi yerinə yetirmək
üçün güclü daxili-intizam son dərəcə vacibdir. Uşağınız
dünyaya gəldiyi gündən, onun sağlam, xoşbəxt və özünə-
inamlı insan kimi böyüməsinə dair ən azı iyirmi illik öh-
dəçiliyiniz olur. Övladınızın həyatının bütün mərhələlə-
rində dediyiniz hər bir söz və etdiyiniz hər bir hərəkət
ona təsir edir və xarakterinin formalaşmasında böyük rol
oynayır.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
232
Uşağın ən böyük ehtiyacı vəziyyətdən asılı olma-
yaraq valideyn sevgisidir. Bu sevgi onlara nəfəs aldıqları
hava qədər vacibdir. Uşağın, xüsusilə formalaşdığı dövr-
lərdə aldığı valideyn sevgisinin miqdarı onun nə qədər
xoşbəxt və sağlam insan olacağını müəyyən edir.
Uşaqlar "sevgini" necə tələffüz edirlər.
Uşaqlar "sevgi" sözünü necə tələffüz edirlər? ZA-
MAN! Uşaqlar öz dəyərlərini, həyatlarının ən vacib insa-
nının onlarla keçirdiyi vaxta əsasən müəyyən edirlər. Za-
manı isə əvəz etmək olmur, gedəndən sonra geri qaytar-
maq olmur. Valideynlərin ən böyük təəssüfü sadəcə bir
cümləylə ifadə olunur: "O uşaq olarkən ona lazımınca
vaxt ayırmadım. " Valideyn olduqda işlərinizi elə planlaş-
dırmalısınız ki, övladınızla mümkün qədər çox vaxt keçi-
rəsiniz. Özünüzü yaxşı valideyn olmağınıza mane olan
digər işlərə ayırdığınız vaxtları azaltmağa vadar etməlisi-
niz.
Səhər zəngi.
Bir neçə il öncə yaxın dostlarımdan biri evləndi. O,
qolf azarkeşi idi və həftədə beş dəfə qolf oynayırdı. Hətta
qışda yerli qolf meydanı qarla örtüldükdə o qolf oynamaq
üçün cənuba uçurdu. Ailəliyinin dördüncü ilində onun
artıq dörd övladı var idi. Lakin buna baxmayaraq o yenə
də biznesindən vaxt ayıraraq və həftə sonlarında qolf oy-
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
233
namağa çalışırdı. Nəhayət bir gün həyat yoldaşı onun
uşaqlara kifayət qədər vaxt ayırmadığını deyib narazılığı-
nı bildirdi. Qolf onun, həyat yoldaşına və uşaqlarına ayı-
racağı vaxtının çox hissəsini alır. Dostum gözlənilmədən
anladı ki, onun həyatı dəyişib. Subay olarkən gördüyü iş-
ləri artıq görə bilməz. Məsuliyyətli və intizamlı adam ol-
duğundan dərhal qolfa ayırdığı vaxtı həftədə bir dəfəyə
endirdi və vaxtının əsas hissəsini ailəsinə sərf etməyə baş-
ladı. Sonralar mənə deyirdi ki, bunun onun ailə həyatına
və uşaqları ilə münasibətə çox böyük pozitiv təsiri oldu.
Yeni prioritetlər müəyyən etmək.
Ailə həyatı qurarkən həyatınız əsaslı dəyişikliyə
məruz qalır. Həyat tərziniz dəyişir, əvvəlki adət və məş-
ğuliyyətləriniz öz əhəmiyyətini itirir. İlk övladınız dünya-
ya gəldikdə isə həyatınız növbəti dəfə dəyişir. Uşaq dün-
yaya gəldikdən sonra həyatlarının dəyişməsi cütlüklər
üçün əslində qeyri-adi bir şey deyil. Əvvəlki məşğuliyyət-
lərini kənara qoyurlar. Dostları ilə yığıncaqları və nahar-
ları azaldır və hətta tamamilə təxirə salırlar. Onlar ailələri
və uşaqları ətrafında yeni bir həyat qururlar. Övladları
onların gündəlik həyatlarının və diqqətlərinin mərkəzinə
çevrilirlər. Söhbətlərinin əsasını övladları təşkil edir. Mə-
suliyyətli valideynlər övladlarına həyatlarının ən vacib
hissəsi kimi yanaşırlar. İş qrafiklərini və planlarını, vali-
deynlik borclarını maksimum dərəcədə effektiv yerinə
yetirməyə imkan verəcək şəkildə qururlar.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
234
Uzun müddətli düşünmə.
Uşaqlar sizi uzun müddətə - uzaq məqsədlərə dü-
şünməyə vadar edirlər. Uşaqlarınızın formalaşdığı dövr-
lərdə dediyiniz hər bir sözün və etdiyiniz hər bir hərəkət-
in uzun illər sonra müəyyən bir təzahürü olacağını anla-
dıqda siz onlarla münasibətdə sözlərinizə və hərəkətləri-
nizə son dərəcə diqqətli olursunuz. Cavan və subay olar-
kən nəyəsə "əşşi, cəhənnəməki" deyə bilirsiniz. Hissləri-
nizi tam biruzə verə, dəliqanlılıq edə və "olduğunuz kimi
ola bilərsiniz". Uşaqlarınız dünyaya gəldikdə isə siz daha
intizamlı olmalı və özünüzü ələ almağı bacarmalısınız.
Formalaşdıqları dövrdə uşaqlar valideynlərinə qarşı hiper
həssas olurlar. Valideynlərinin sözlərinə və hərəkətlərinə
diqqətlə fikir verir və onları dünyaya münasibət və daxili
aləm formalaşdırma prosesində tətbiq edirlər. Demək olar
bütün hallarda, anormal yetkinin problemini araşdırıb,
səbəbini anormal tərbiyədə tapmaq olar. Bu anormal in-
san uşaq olarkən valideyni ona, onu qorxutmuş, çaşdır-
mış və dərin iz buraxmış söz demiş və ya hərəkət etmişdir.
Ən böyük hədiyyə Məhəbbətdir.
Uşaqlara verəcəyiniz ən böyük hədiyyə, onları heç
nədən asılı olmayaraq bütün varlığınızla sevdiyinizi və
bu sevginin heç zaman tükənməyəcəyini bildirməyinizdir.
Uşaqlar balaca yetkinlər deyil. Onlar hələ nəyin yaxşı,
nəyin pis olduğuna dair düzgün mühakimə yürüdə bil-
mirlər. Düzgün qərar qəbul etmək üçün kifayət qədər
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
235
müdrik olmaq onlara uzun illərin təcrübəsi və səhvləri sa-
yəsində müəssər olur. Uşaqlarınızı tərbiyə etməyin ən
yaxşı yolu onlar səhv edərkən səbirli olmaq və problemin
düzgün həlli yollarını təmkinlə başa salmaqdır.
İntizam İnkişafa qarşı.
Valideynlərin çoxu uşaq tərbiyəsini, uşaq səhv et-
dikdə onu cəzalandırmaqdan ibarət olduğunu düşünürlər.
1930-cu illərdə, uşaq tərbiyəsi haqda geniş yayılmış anla-
yış var idi: "uşağın iradəsini qırmaq lazımdır." Bu yalnış-
lıq, iradəsi qırılmış bütöv bir nəslin yetişməsinə səbəb ol-
muşdu. Lakin dünyanın bütün uşaqları bir-birindən fərq-
lənən fərdlərdirlər. Hər bir uşaq dünyaya öz tempera-
menti, xarakteri və həvəsi ilə gəlir. Bəzən valideynlər, ey-
ni ata-anadan olan və bir evdə böyüyən uşaqların nə qə-
dər fərqli olmasına təəccüb edirlər. Sizin onlar üçün və ya
onlara nə etməyinizdən asılı olmayaraq öz xarakterlərinə
malik olurlar. Öhdənizə düşən vəzifə onların özlərini təh-
lükəsiz hiss edəcəkləri və potensiallarını göstərə biləcək-
ləri şərait yaratmaqdır.
İnanclarınızı sorğuya çəkin.
Bir dəfə bir filosof demişdir: "Uşağım olmazdan əv-
vəl uşaq tərbiyəsinə dair dörd fəlsəfəm var idi. İndi isə
dörd uşağım var, fəlsəfəm isə yoxdur."
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
236
Hər bir uşaq bütün digər uşaqlardan fərqlənir. Uşaq
tərbiyəsində onların nə edəcəkləri, nəyi etməyəcəkləri, nə
deyəcəkləri və nə olacaqlarına dair inanclarınızı sınağa
çəkməyə hazır olun. Bundan başqa səhv edə biləcəyinizi
də qəbul etməyə hazır olun, çünki, təsəvvür etdiyinizdən
artıq səhvlər edəcəksiniz. Güman ki, valideyn kimi ən bö-
yük öhdəçiliyiniz uşaqlarınıza dəyərlər, xüsusən daxili-
intizama dair dəyərlər öyrətmək olacaq. Uşaqlarının tər-
biyəsinə dair valideynlərin ən böyük arzusu onlarda ca-
vabdehlik və özünü idarə etmək bacarığı formalaşdır-
maqdır. Valideynlər uşaqlarının intizamlı və iradəli ol-
maqlarını istəyirlər.
Yaxşı nümunə olun.
Uşaqlara ən böyük təsiriniz, onların böyüdüyü
müddətdə nümunə olmağınızdır. Onlar gözlərinin ucu ilə
ya da o biri otaqdan sizi izləyirlər. Hər şeyi götürürlər. Si-
zin hərəkətlərinizi, xüsusilə özünüzdən çıxdığınız zaman
etdiyiniz hərəkətləri analiz edirlər. Müəyyən bir situasi-
yada necə reaksiya verdiyinizi müşahidə və analiz edərək,
böyüklərin necə rəftar etməsinə dair nümunə götürürlər.
Bu onlar üçün, böyüdükdə necə hərəkət edəcəklərini mü-
əyyən edən standart olur. Valideynini sevən uşaq üçün
bu standart ömürlük olur. Özünüzə daim belə bir sual
verməlisiniz: "Ailədə hər kəs mənim kimi olsaydı ailəm
necə ailə olardı?"
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
237
Model olun.
Xüsusilə əsəbi və narahat olduğunuz vaxtlarda da-
xili-intizam və özünüidarə nümayiş etdirdikdə uşaqları-
nız bu dərsi mənimsəyirlər. Sonralar onlar özləri də əsəbi-
ləşdikdə və narahat olduqda bu cür rəftar edirlər. Son
təhqiqatların nəticəsində müəyyən edilmişdir ki, uşaqlar
dünya haqda fikirlərini, analarının gündəlik həyatdakı
problemlərin öhdəsindən necə gəlməklərinə əsasən for-
malaşdırırlar. Analarını sakit və təmkinli gördükdə onlar
problemi normal həyat təzahürü hesab edirlər və özləri
də problemlə üzləşdikdə sakit və təmkinlə davranırlar.
Əksinə anaları problemin çoxluğundan və vaxtın azlığın-
dan narahat olur, özünü itirir və əsəbilik edirsə onda
uşaqlar həyatı gərgin bir şey kimi qəbul edirlər.
Xarakter formalaşdırma.
Valideynin əsas işi uşağına dəyərlər aşılamaq və
onda xarakter formalaşdırmaqdır. Bunu, hansı dəyərlərin
daha vacib olmasını izah etmək və öyrətmək vasitəsi ilə
edirsiniz. Özünüz model kimi çıxış edərək uşağınıza han-
sı dəyərlərin dəyərli olduğunu müəyyən bir situasiyada
uyğun hərəkət etməklə göstərirsiniz.
Xarakterin əsas xüsusiyyəti düzgünlük olduğu
üçün uşağınızda formalaşdıracağınız ilk dəyər düzgün-
lükdür. Valideynlərin çoxu uşaqlarının yalan danışması
ilə üzləşdikdə şoka düşürlər. Onlar böyüdükdə böyük və
xırda olmasından asılı olmayaraq yalan danışırlar. Şoka
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
238
düşən valideynlər çox zaman uşaqlarının tərbiyəsində
səhvə yol verdiklərini düşünürlər. Lakin o qədər də nara-
hat olmağa dəyməz: yalan danışmaq uşaqlar üçün normal
və təbiidir. Uşaqlar sadəcə bunun fayda verib vermədiyi-
ni sınayırlar. Əgər onlar yalan vasitəsi ilə istədiklərinə da-
ha tez və asan nail olurlarsa onda onlar buna adət edirlər.
Misal üçün bir dəfə oğlum Maykla sual verdim və o ca-
vab verərkən bunun yalan olduğunu bilirdim. Mən de-
dim: "Maykl, nə üçün belə deyirsən, axı bu ağ yalandır?"
O isə səmimiyyətlə cavab verdi: "Mən sadəcə sınayırdım."
Uşaqlar adətən yalanı sınaq üçün deyirlər. Bu işə yara-
madıqda adətən başqa üsuldan istifadə edirlər ki, bu da
adətən doğru danışmaq olur.
Həmişə düzünü de.
Bir dəfə həyat yoldaşımla bir kitabda uşaq tərbiyə-
sinə dair belə bir suala rast gəldik: "Əgər uşağınız yalan
danışırsa, onu doğru danışmaqdan kim qorxudub?" Bu
bizim gözlərimizi açdı. Dərhal uşaqları başımıza toplayıb
dedik: "Bundan sonra həmişə düzünü deyin. Düzünü de-
diyinizə görə heç zaman problemlə üzləşməyəcəyinizə
söz veririk. Əksinə yalan danışsanız bu bizi əsəbiləşdirə-
cək və sizi cəzalandıracağıq. Düzü dedikdə isə hər şey
qaydasında olacaq." O gündən etibarən, bir neçə xırda
yalanı çıxmaq şərti ilə uşaqlarımız heç zaman bizə yalan
danışmadılar. Və zamanla, ən pis hallarda belə düzünü
deməyə adət etdilər. Biz isə öz növbəmizdə sözümüzə
əməl etdik, nə etməklərindən asılı olmayaraq düzünü de-
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
239
diklərinə görə onları cəzalandırmadıq. Bir dəfə şam süf-
rəsinə oturarkən uşaqlarımızdan bir dostunun etməyə
hazırlaşdığı bir iş barədə onun bizə yalan deməsini xahiş
etdiyini bildirdi. Oğlum dedi: "Mən ona heç zaman vali-
deynlərimi aldatmadığımı dedim. O isə, hamı valideynini
aldadır dedi." O zaman mənim oğlum ona cavab verdi:
"Mənim valideynlərimə yalan danışmağa ehtiyacım yox-
dur. Onlar heç zaman məni cəzalandırmırlar". O biri
uşaqlarımızda təsdiq olaraq başlarını tərpəddilər. Yalan
danışmaqlarına ehtiyac olmadığı üçün özlərini ən xoşbəxt
ailədə hiss etdiklərini dedilər.
Özünəinamın əsası.
Uşaqlar düzünü deməyi öyrəndikdə, güclü və səmi-
mi insan kimi yetişir və özünəinamları yüksək olur. Özlə-
rinə hörmət edir və qürur duyurlar. Onlar sizin gözlərini-
zə dik baxır və nə düşündüklərini çəkinmədən birbaşa
deyirlər. Daim nəyisə əldə etmək üçün valideynlərinə ya-
lan danışan uşaqlardan fərqli olurlar. Uşaqlar böyüdük-
ləri müddətdə icazə vermədiyiniz və ya sizi əsəbiləşdirən
işlər görürlər. Belə anlarda özünüzdən çıxıb uşağı tənbeh
etməzdən öncə iradə və daxili-intizamınızı tətbiq edib
özünüzü ələ almağı və təmkinli davranmağı öyrənməlisi-
niz. Özünüzə xatırlatmalısınız ki, etdiyiniz hər bir hərəkət
və dediyiniz hər bir söz uşağın yaddaşına hopur və onun
gələcəkdə necə insan olacağına güclü təsir edir.
Dəyərlər uşaqlara, böyüdükləri dövrdə daim nümu-
nələr göstərmək və izah edilməklə öyrədilir. Siz onlara
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
240
şəxsi nümunənizdə, yaxınlarını sevməyi, zəiflərə qarşı
mərhəmətli, səhvlərə qarşı təmkinli, başqalarının fikrinə
qarşı anlayışlı və çətinliklər qarşısında cəsur olmağı nü-
mayiş etdirdikdə, onlar bunu normal kimi qəbul edir və
qeyri-iradi olaraq bu xüsusiyyəti özlərində aşılayırlar. Bö-
yüdükdə eyni situasiyada onlar da sizin kimi rəftar edə-
cəklər.
Əfvetmənin gücü.
Uşaqlara öyrətməli olduğunuz ən mühüm dəyərlər-
dən biri əfvetməkdir. Neqativ emosiyaların çoxunun sə-
bəbi əfvedə bilməməkdir. Siz bağışlamağı bacardıqda
uşaqlarınızda bunu mənimsəyir. Bu onları, kiminsə onları
incitdiyi halda həmin adamı bağışlaya bilmədiklərindən
kinin illərlə yığılıb qalmasından əziyyət çəkməklərindən
qoruyacaq.
Mənim valideynlərim tərs və yeniliklərə uyğunlaş-
mağı bacarmayan insanlar idi. Çətin uşaqlığın nəticəsi
olaraq özlərinə inamları zəif idi. Müəyyən bir məsələdə
tutduqları mövqe səhv olsa belə fikirlərindən dönüb səhv
etdiklərini qəbul etmirdilər. Mən, uşaqlarım olanda tama-
milə əksinə edəcəyimi qərara aldım. Qızım Kristina dün-
yaya gələndən, hər dəfə nəyəsə görə özümü saxlaya bil-
məyib onun üstünə qışqırdıqda mütləq üzr istəyirdim.
Onun qarşısında əyləşib deyirdim: "Mən sənin üstünə qış-
qırmamalı idim. Səhv etmişəm! Məni bağışla." Uşaq bö-
yüdərkən dəfələrlə səhv edəcəksiniz. Bəzən həddinizi
aşacaqsınız. Müqəddəs deyilsinizsə bütün bunlardan ya-
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
241
yınmaq mümkün deyil. Əgər siz cəsarətli və səmimi ada-
msınızsa onda qəbul etməlisiniz ki, valideyn tərəfindən
haqsız tənbeh uşağa çox pis təsir edir. Buna görə uşaqdan
üzr istəməyi bacarmaq lazımdır. Uşağın sizi bağışlama-
sını xahiş edin. Sadəcə deyin: "Mən səhv etmişəm! Məni
bağışlayırsanmı?" Və onlar sizi mütləq bağışlayacaqlar.
Qəlblərinə toxunan bir hərəkətə görə üzr istədikdə onları,
kinin neqativ təsirindən azad etmiş olursunuz. Onların
xoşbəxtliklərini və özlərinə inamlarını geri qaytarmış
olursunuz.
Uşaqlarınızı öyrətmək heç zaman bitmir.
Uşaqlarınıza mənəvi dəyərləri öyrətmək bütün öm-
rünüz boyu davam edəcək bir işdir. Siz dürüstlük və cə-
sarət haqda bir saatlıq leksiya deyib işinizi bitmiş hesab
edə bilməzsiniz. Bu dərsi dönə-dönə, illərlə praktiki nü-
munələr üzərində göstərərək öyrətməlisiniz. Valideynlər-
dən biri Miss Mannersə belə bir məktub yazmışdı: "Uşağı-
ma süfrə mədəniyyətini öyrətmək nə qədər vaxt apara-
caq? Bütün səylərimə baxmayaraq uşağım süfrədə özünü
apara bilmir." Miss Mannerin isə cavabı belə oldu: "Təm-
kinli olun. Uşağa süfrə mədəniyyəti öyrətmək üçün on
beş il eyni qaydaları təkrar öyrətmək lazım gəlir. Bununla
belə yenədə heç kim sizin səylərinizin tam uğurlu olacağı-
na təminat verə bilməz."
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
242
Onlar üçün nümunə olun.
Uşağınıza nəyisə öyrətmək və aşılamaq istəyirsiniz-
sə həmin şeyi uzun müddət nümunə göstərmək lazımdır.
Uşağınızın səliqəli geyinməsini istəyirsinizsə, özünüz sə-
liqəli geyinməlisiniz. Uşağınızın intizamlı və effektiv ol-
masını istəyirsinizsə, özünüz intizamlı və səliqəli olmalı-
sınız. Unutmayın onlar sizin etdiklərinizi bütün ömürləri
boyu təkrarlayacaqlar. Bu cür düşünmək sizi gündəlik hə-
yatınızda daha intizamlı, iradəli, səliqəli və düzgün adam
olmağa vadar edəcək. Çünki sizin hərəkətlərinizin uşağı-
nızın xarakterində əks olunacağını bilirsiniz.
Uşaqları yüksək daxili-intizam, pozitiv və özünə-
inamlı böyütmək görəcəyiniz ən vacib işdir. Uşağınızı
necə tərbiyə etməyinizin nəticəsi bütün ömrünüz boyu
gözünüz qabağında olacaq.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
243
Tapşırıq:
1. Uşaqlarınızın sizi müşahidə edərək hansı iki xüsusiy-
yəti müəyyən etməklərini istərdiniz?
2. Hansı iki xüsusiyyəti uşaqlarınıza aşılamaq istərdiniz
və bunu necə edərdiniz?
3. Uşaqlarınız üçün mükəmməl nümunə olmaq üçün hə-
rəkətləriniz bugünkündən nə ilə fərqlənərdi?
4. Uşaqlarınızın hansı hərəkətini bağışlayar və unudar-
dınız?
5. Uşaqlarınızla daha çox vaxt keçirmək üçün dərhal nə
edə bilərdiniz?
6. Uşaqlarınıza dürüstlük aşılamaq üçün nə edə bilərsi-
niz?
7. Uşaqlarınızı daha intizamlı və özünü idarə edən olma-
sı üçün necə həvəsləndirərdiniz?
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
244
XX HİSSƏ
Daxili-İntizam və Dostluq
" Həyatda istədiyiniz hər şeyin öz qiyməti vardır. Həyatı-
Dostları ilə paylaş: |