Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   16   17   18   19   20   21   22   23   24
Brian Tracy The Power of Self-Discipline

nızı daha yaxşı etməyin, müəyyən şeyləri olduğu kimi saxlama-
ğın və ümumiyyətlə hər şeyin öz qiyməti vardır.
Harri Brone 
 
Xoşbəxtliyinizin  85%-i  digərləri  ilə  xoş  münasibəti-
nizdən qaynaqlanır. Və təəssüf ki, uyğun olaraq problem 
və  qayğılarınızın  da  85%-i  digər  insanlarla  bağlı  olacaq. 
XVIII  və  XIX  hissələrdə  ailə  həyatını  xoşbəxt  etmək  və 
uşaqları daha  yaxşı  tərbiyə  etmək  haqda danışdıq. Lakin 
xoşbəxtliyiniz  üçün  dostlarınız  və  onlarla  münasibətləri-
niz  də  vacibdir.  Hər  cür  insan  münasibətlərində  uğurlu 
olmaq  və  balans  yaratmaq  üçün  bu  sahədə  mütəxəssis 
olmaq lazımdır. Xoşbəxtlikdən isə bu öyrənilə bilən baca-
rıqdır.  Digər  məşhur  insanların  etdiyini  təkrarlamaqla 
işdə və dost-tanış arasında ən sevimli adam ola bilərsiniz.  
Aristotel  insanı  "sosial  heyvan"  adlandırırdı.  Yəni 
biz özümüzü digərləri ilə münasibətə əsasən qiymətləndi-
ririk.  Kim olduğumuzu və  içimizdə necə  bir insanın  giz-
ləndiyini digərləri ilə ünsiyyətdə aydınlaşdırırıq.  
 
 
Şəxsiyyətin özəyi. 
 
Psixoloqlar  deyirlər  ki,  gördüyümüz  hər  bir  iş  öz 
dəyərimizi artırmaq və ya onun digərləri tərəfindən aşağı 
salınmasının qarşısını almaq üçündür. Hər kəs öz vacibli-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
245 
yi  və  dəyəri  mövzusunda  olduqca  həssasdır.  Özünüzə 
verdiyiniz  qiymət,  özünüzü  nə  qədər  istəməyinizdən, 
özünüzü  necə  təsəvvür  etməyinizdən  və  özünüz  haqda 
nə  fikirdə  olmağınızdan  asılıdır.  Sizin  özünütəsəvvürü-
nüz bir-biri ilə bağlı olan üç hissədən ibarətdir: 
1.  Birincisi, özünütəsəvvürünüz özünüzü kənardan necə 
görməyinizdən asılıdır. Bu sizin yerişinizi, jestlərinizi, 
danışığınızı və digərləri ilə unsiyyətinizi müəyyən edir.  
2.  Özünütəsəvvürünüzü formalaşdıran ikinci faktor, baş-
qalarının sizi necə gördüyü haqda fikrinizdir. Digərlə-
rinin sizi sevdiyini və hörmət etdiyini düşündükdə siz 
özünüzü yaxşı hiss edir, daha pozitiv olur və özünüzü 
yüksək qiymətləndirirsiniz.  
3.  Özünütəsəvvürünüzün  üçüncü hissəsi  isə  digərlərinin 
sizi  həqiqətdə  necə  gördükləridir.  Digərlərinin  sizi 
sevdiyini  və  hörmət  etdiyini  düşündüyünüz  halda 
kimsə sizə qarşı hörmətsizlik etdikdə bu sizi şoka salır 
və özünüzə olan  inamınızı sarsıdır. Digər  tərəfdən  isə 
bu sizi öz gözünüzdə adi adam səviyyəsinə endirir və 
siz başqa bir adamdan hörmət və sevgi gördükdə pozi-
tiv  şoka  məruz  qalırsınız  və  bu  sizin  öz  gözünüzdə 
qiymətinizi yüksəldir.  
 
 
Xoşbəxtliyin açarı. 
 
Siz  əsl  xoşbəxtliyi,  özünütəsəvvürünüzü  formalaş-
dıran  hər  üç  amilin  yerində  olduğunu  hiss  etdiyiniz  za-
man  duyursunuz.  Özünüzü  kənardan  necə  görməyiniz, 
digərlərinin sizi necə gördüyü haqda fikriniz və digərləri-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
246 
nin  sizi  həqiqətdə  necə  görməkləri  hamısı  bir-birinə  uy-
ğun gəldikdə siz xoşbəxt olursunuz.  
Həyatda,  sizi  sizin  özünüz  kimi  görən  insanlarla 
dostluğa  can  atırsınız.  Sizi  sevən  və  hörmət  edən  insan-
ların  əhatəsində  olduqda  özünüqiymətləndirməniz  artır. 
Özünüzü daha yüksək qiymətləndirir və hörmət edirsiniz. 
Onların  yanında  özünüzü  daha  xoşbəxt  hiss  edirsiniz. 
Misal  üçün  məktəbdə  müəllimin  sizi  sevdiyini  və  yaxşı 
oxumağınızı  istədiyini  düşündükdə,  siz  daha  həvəslə  və 
səylə  çalışırdınız.  İşçi  üçün  ən  böyük  motivasia,  rəisinin 
onu sadəcə işçi deyil şəxsiyyət kimi görməsidir. İşçi özü-
nə qarşı bu cür münasibət hiss etdikdə daha məsuliyyətli 
və çalışqan olur.  
 
 
Dolayı təsir Qanunu. 
 
Mükəmməl dostluq əlaqəsi yaratmaq və saxlamağın 
sirri çox sadədir. Bütün insanlarla münasibətdə Dolayı tə-
sir Qanununu tətbiq etmək lazımdır. Siz öz nəzər nöqtəni-
zi kənara qoyub digər insanların mövqeyindən baxmalısı-
nız,  onlar  başqa  cür düşünə  və  hiss  edə bilərlər.  Dostluq 
münasibəti  yaratmaq  üçün  birinci  özünüz  dost  olmalısı-
nız.  Başqalarının  sizi  sevməklərini  istəyirsinizsə,  öncə 
özünüz  onları  sevməlisiniz.  Başqalarının  sizə  hörmət  et-
məsini istəyirsinizsə, öncə özünüz başqalarına hörmət et-
məlisiniz. Başqalarının sizə heyran olmasını istəyirsinizsə, 
öncə özünüz heyran olmalısınız. Bu yolla, insanlara dola-
yı yanaşmaqla onların altşüurunun ən dərin ehtiyaclarını 
ödəmiş olursunuz.   


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
247 
Qarşınızdakı insanın özünüqiymətləndirməsini 
 yüksəldin. 
 
İnsanların  ən  dərin  alt  şüur  ehtiyacları  özlərini  va-
cib  hiss  etmək  istəyidir.  Bu  hissin  sizə  də  xas  olduğuna 
görə  Dolayı  təsir  Qanununu  tətbiq  etməklə,  digərlərinin 
özlərini  vacib  hiss  etmələrini  təmin  edərək,  özlərinə  ver-
dikləri qiyməti yüksəldərək və onları daha xoşbəxt edərək 
dolayısı ilə özünüzü də bu təsirə məruz qoyursunuz. Hər 
dəfə  digərlərinin  özünüqiymətləndirməsini  artırdıqda 
"bumeranq  effekti"ni  işə  salırsınız  və  bu  sizin  də  özünü-
züqiymətləndirmənizi  artırır.  Siz  hər  dəfə  qarşınızdakı 
adamın özünü xoşbəxt hiss etməsinə səbəb olan bir iş gör-
dükdə eyni zamanda özünüz də xoşbəxtlik hissi keçirirsi-
niz.  
Özünüzdən yüksəyə qalxmaq üçün güclü daxili-in-
tizam və iradə lazımdır. Başqalarının sizi sevməsi və hör-
mət etməsi üçün səylər göstərib boşuna enerji sərf etmək 
əvəzinə özünüz onları sevin və hörmət edin, nəticədə on-
lar da eyni şeyi sizə qaytaracaqlar.  
 
 
İnsanları özlərini dəyərli hiss etmələrini təmin etməyin 
yeddi yolu. 
 
İnsanlarla  yaxşı  münasibət  qurmağın  sirri  olduqca 
sadədir:  onların  özlərini  dəyərli  hiss  etmələrini  təmin 
edin. Ailə üzvlərinizdən başlayaraq iş yoldaşlarınıza kimi 
ətrafınızdakı  insanların  hamısını  mümkün  qədər  yüksək 
qiymətləndirin  onda  siz  özünüzdə  hamı  tərəfindən  yük-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
248 
sək dəyərləndirilən olacaqsınız. İnsanları özlərini əhəmiy-
yətli  hiss  etmələrini  təmin  etməyin  yeddi  üsulu  var.  Bu 
sadə  qaydaları  daim  təkrarlamaqla  özünüz  üçün  adətə 
çevirə bilərsiniz. 
1.  İnsanları olduqları kimi qəbul edin: İnsanların ən bö-
yük istəyi digərləri tərəfindən mühakiməsiz və tənqid-
siz qəbul edilməkdir. Psixoloqlar bunu "şərtsiz pozitiv 
mükafat" adlandırırlar. İnsanların əksəriyyəti  mühaki-
mə və tənqid edən olduğundan kiminsə onlara müha-
kiməsiz  və  tənqidsiz  yanaşması,  olduqları  kimi  qəbul 
etməsi  özünüqiymətləndirmələrini  artırır.  "Bridget 
Consun  gündəliyi"  filmində  bütün  film  Bridgetin  onu 
olduğu kimi sevən insanı tapması üzərində qurulmuş-
dur.  Bu  çox  heyrətamiz bir şey  kimi  qəbul  edilmişdir. 
Dostlarının hamısı, bir kəsi olduğu kimi qəbul etməyin 
əsasında münasibət qurmağın mümkünlüyünə təəccüb 
edirdilər.  Siz  bir  kəsə  baxıb  sadəcə  gülümsədikdə  o 
adam  özünü  xoşbəxt  hiss  edir.  Özünə  verdiyi  qiymət 
artır.  Özünü  daha  dəyərli  və  vacib  hiss  edir.  Özünüz 
və  başqalarına  hansı  təəssürat  doğurduğunuz  haqda 
düşünməyə son qoyub onların sizə hansı təəssüratı ba-
ğışladıqları  haqda  düşündükdə  rahatlana  bilərsiniz. 
Dərindən nəfəs alıb bütün gərginliyinizi kənara atır və 
ətrafınızdakı  insanlara  gülümsəyirsiniz.  Bu  istifadə 
edəcəyiniz ən  güclü  münasibət  qurma alətlərindən bi-
ridir. İnsanlara gülümsəmək onları özlərini əhəmiyyət-
li və dəyərli hiss etmələrini təmin edir. 
2.  Alqışınızı göstərin. Bir adamı gördüyü işə və ya dedi-
yi sözə görə alqışladıqda onun özünüqiymətləndirmə-
sini artırır və özünü daha əhəmiyyətli hiss etməsini tə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
249 
min edirsiniz. Alqış məktubu və hədiyyələrdən tutmuş 
adi  təbəssümə  kimi  istənilən  alqış  insanın  özünü  də-
yərləndirməsini  artırır  və  həmin  adam  özündən  razı 
qalır. Nəticədə Dolayı təsir Qanunu əsasında onlar siz-
dən də razı qalır və sizi yüksək qiymətləndirirlər. Alqı-
şını  nümayiş  etdirməyin  ən  sadə  yolu  "Çox  sağ  olun" 
deməkdir. "Sağ olun" ifadəsi istənilən dildə ən sevilən 
ifadədir. Doxsandan artıq ölkədə olmuşam və hər dəfə 
yeni  ölkəyə  getdikdə  yerli  dildə  öyrəndiyim  ilk  ifadə 
"Çox sağ olun" ifadəsidir. Hər dəfə bu ifadədən istifadə 
etdikdə  insanların  gözü  parlayır,  üzlərində  təbəssüm 
yaranır  və  sizin  yanınızda  olmaqdan  özlərini  xoşbəxt 
hiss edirlər. Bu ifadə insanlara sehrli təsirə malikdir.  
3.  Razılığa  gəlin.  İstənilən  situasiyada  ən  arzu  olunan 
insanlar  asanlıqla  razılığa  gələn  və  digərlərinə  qarşı 
pozitiv olanlardır. Və əksinə, daim mübahisə edən, su-
allar  verən,  şübhə  ilə  yanaşan  və  narazı  olan  insanlar 
nadir  hallarda  hardasa  arzu  olunurlar.  Qarşınızdakı 
adam nə haqqındasa fikirlərini və hisslərini danışarkən 
siz  razılıqla  başınızı  tərpətməklə,  gülümsəməklə  və 
pozitiv  reaksiya  verməklə  onun  özünü  dəyərli,  əhə-
miyyətli  və  ağıllı  hesab  etməsinə  zəmin  yaradırsınız.  
Tam  razılaşmadığınız  mövzularda  belə  bir  adamla 
asanlıqla razılığa gəlir və pozitiv münasibət göstərirsi-
nizsə  o özünü sizin  yanınızda  xoşbəxt  hiss  edir. Peşə-
kar  natiq  kimi  işimdə  hər  il  minlərlə  insanla  rastlaşı-
ram.  Onlar  mənə  yaxınlaşıb,  mənim  onlardan  daha 
yaxşı  bildiyim  mövzularda  fikir  yürüdürlər.  Bəzən 
onların dedikləri fikir ya səhv, ya da ümumiyyətlə ab-
surd  olur.  Mən  isə  hər  dəfə  gülümsəyərək  qulaq  asır, 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
250 
başımı  razılıqla  tərpədir  və  pozitiv  reaksiya  verirəm. 
Onlar  natiqlə  maraqlı  söhbət  etdiklərindən  və  mənim 
onlarla  həmfikir  olduğumdan  özlərini  xoşbəxt  hiss 
edirlər.  Bu  məndən  heç  bir  zəhmət  tələb  etmir,  əvə-
zində isə onları xoşbəxt edir.  
4.  Heyrətinizi  göstərin.  İnsanlar  adətən  xarici  görünüş-
lərinə,  nailiyyətlərinə  və  əllərində  olana  çoxlu  şəxsi 
emosiya sərf edirlər. Siz onlara məxsus bir şeyi təriflə-
dikdə  bu  onları  xoşbəxt  edir.  Abraam  Linkoln  dediyi 
kimi:  "Komplimenti  hamı  xoşlayır".  İnsanların  xarici 
görünüşünə  və  ya  geyimlərinə  komplimentlər  deyin. 
Kişilər  ayaqqabılarına  qarşı  xüsusilə  həssas  olurlar. 
Qadınlar  isə  saçlarına  və  ümumi  görünüşlərinə  qarşı 
həssas  olurlar.  İnsanlar  evdən  qırağa  çıxmazdan  öncə 
özlərinə  çoxlu  vaxt  sərf  edirlər.  İnsanların  xarakterinə 
dair  də  komplimentlər  onları  xoşbəxt  edir.  Onlar  xa-
rakter və müəyyən xüsusiyyət formalaşdırmağa bütün 
həyatlarını həsr edirlər və siz bu xüsusiyyəti dəyərlən-
dirdikdə onlar çox xoşbəxt olurlar. İnsanın nailiyyətlə-
rini  dəyərləndirin.  Evlərini,  ofislərini,  qurduqları  biz-
nesi və ya işdəki nailiyyətlərini tərifləyin.  
5.  Digərlərinə  qarşı  diqqətli  olun.  Qarşınızdakı  adama 
qiymət  verməyin  ən  güclü  vasitələrindən  biri  o  danı-
şarkən  diqqətlə  qulaq  asmaqdır.  "Xarizmanın  Gücü" 
kitabında  həmmüəllifim  Ron  Arden  və  mən,  danışan 
adama  diqqətlə  qulaq  asmağın  xarizmatik  hərəkət  ol-
duğunu izah edirdik. Diqqətlə dinləməyin sirri suallar 
vermək və hər bir cavabı dinləyib analiz etməkdir. Bir 
az  qabağa  əyilərək  qulaq  asın.  Danışanın  sözünü  yal-
nız  arada  dəqiqləşdirici  suallar  vemək  üçün  kəsin. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
251 
Dünyanın ən maraqlı və ağıllı söhbətinə qulaq asırmış 
kimi  qulaq  asın.  İnsanları  diqqətlə  dinlədikdə  onların 
beyni endorfin ifraz  edir və özlərini  xoşbəxt hiss edir-
lər.  Daha  yüksək  qiymətləndirirlər  və  sizin  yanınızda 
olmaqdan  sevinc  duyurlar.  Onlar  sizi  çox  maraqlı  və 
ağıllı insan kimi qəbul edəcəklər.  
6.  Tənqid, ittiham və şikayətdən qaçın. Heç zaman insa-
nın  qüruruna  toxunacaq,  özünüqiymətləndirməsini  
azaldacaq və özünü dəyərsiz hiss etdirəcək bir söz de-
məyin.  Qeybət  qırmaqdan  və  başqaları  haqda  neqativ 
danışmaqdan  çəkinin.  Bir  adamın  üzünə  deyə  bilmə-
yəcəyiniz sözü dalınca danışmayın. Bütün insan müna-
sibətlərinin ən güclü dağıdıcı  qüvvəsi neqativ  tənqid-
dir.  Bu  insanın  özünüqiymətləndirməsini  aşağı  salır, 
müdafiə  mövqeyinə  keçməyə  və  tənqid  edən  adamı 
rəqib kimi görməyə vadar edir. Buna görə də sevmədi-
yiniz insan və  ya situasiyanı  tənqid etməyin. İstənilən 
sahədə  məşhur  adamı  təsvir  etmək  üçün  ən  geniş  ya-
yılmış  söz  "gözəl"  sözüdür.  Xoşladığınız  biznes  və  ya 
restoran haqda düşündükdə onunla əlaqədar adamları 
"gözəl" zənn edirsiniz. Bir adamı digərinə təqdim edər-
kən adətən "gözəl insan" kimi təsvir edirsiniz. Satış və 
biznesdə "gözəl insan" uğurlu insandır. İnsanlar onlar-
dan  almağı,  sonra  yenə  onlara  müraciət  etməyi  və 
dostlarına  məsləhət  görməyi  xoşlayırlar.  İnsanlar  "gö-
zəl  insan"larla  rastlaşmağı  xoşlayırlar  və  daim  onlara 
can  atırlar.  Bu  "gözəl"  ifadəsinin  nə  demək  olduğunu 
soruşduqda  adətən  "şən"  kimi  izah  edirlər.  Nə  qədər 
pozitiv  olsanız  bir  o  qədər  şən  olarsınız.  Şən  olduqca 
isə  daha  "gözəl"  insan  olursunuz.  Nə  qədər  "gözəl  in-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
252 
san"  olsanız  bir  o  qədər  çox  adam  sizin  yanınızda  ol-
mağa can atacaqdır.  
7.  Rastlaşdığınız hər kəslə ədəbli, qayğıkeş və diqqətli 
olun.  Bir  adama  qarşı  ədəbli  olduqda  o  özünü  daha 
əhəmiyyətli  və  dəyərli  hesab  edir.  Və  cavabında  o  da 
sizinlə əhəmiyyətli və dəyərli insan kimi rəftar edəcək. 
Bir adama  qarşı qayğıkeş  olduqda  o sizə  daha da  ya-
xın  olur  və  sizi  dəyərli  hesab  edir.  Çətinliyə  düşmüş 
bir adama qarşı qayğı göstərdikdə siz onun qəlbinə yol 
açmış və rəğbətini qazanmış olursunuz. Bir adama qar-
şı diqqətli olduqda onun haqda yaxşı sözlər deməyə və 
onun özünü daha yaxşı və xoşbəxt hiss etməsinə səbəb 
olan işlər görməyə başlayırsınız.  
 
 
İnsanların qayğısına qalın. 
 
İlk  dəfə  və  ya  növbəti  dəfə  görüşməyinizdən  asılı 
olmayaraq adamdan əhvalını xəbər alın və ən vacibi cava-
ba  diqqətlə  qulaq  asın.  Onlar  adətən  həyatlarındakı  qay-
ğılarını  və  problemlərini  sizinlə  bölüşəcəklər.  Bu  zaman 
diqqətli və həssas olun. Onun problemlərini özünüz üçün 
vacib məsələ hesab edin.  
Bir  ömürlük  dostluq  münasibəti  qurmaq  qaydası 
çox  sadədir. Elə  edin  ki,  insanların  əhvalı  sizdən  ayrılar-
kən sizinlə görüşərkən olduğundan daha yaxşı olsun. İn-
sanlara  önəm  vermək  üçün  yuxarıdakı  ideyaların  hər  bi-
rindən  istifadə  edin.  Hər  vasitə  ilə  onların  özlərini  əhə-
miyyətli və vacib hiss etmələrini təmin edin. Onların əhə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
253 
miyyətini artırmaq üçün göstərdiyiniz hər bir səy sizin öz 
əhəmiyyətinizi artıracaqdır.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
254 
Tapşırıq: 
 
1.  Şəxsi və peşəkar həyatınızdakı ən əhəmiyyətli dostları-
nızın  siyahısını  tutun.  Onları  öz  gözlərində  daha  əhə-
miyyətli etmək üçün nə edə bilərsiniz? 
2.  Görüşdüyünüz hər bir adamın özünü əhəmiyyətli hiss 
etməsini təmin etmək üçün görə biləcəyiniz ilk işi mü-
əyyən edin.  
3.  Ünsiyyətdə olduğunuz hər kəsin özünü dəyərli hiss et-
məsini təmin edəcəyinizi qət edin. 
4.  Bütün  münasibətlərdə  ittihamçı  mövqeyindən  imtina 
edin. Vəziyyətə daim digərlərinin mövqeyindən baxın. 
5.  Təsəvvür edin ki, görüşdüyünüz adamın çox az ömrü 
qalıb və bunu bilən yeganə adam sizsiniz.  
6.  Hər kəsdə sizi heyran edən xüsusiyyət tapın və ona ne-
cə heyran olduğunuzu bildirin.  
7.  Sizin  insanlarla  ünsiyyətinizi  qeydə  alan  gizli  kamera 
olduğunu təsəvvür edin. Bu vəziyyətdə öznünüzü ne-
cə aparardınız? 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
255 
XXI HİSSƏ 
Daxili-İntizam və Beyninizin Sakitliyi 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin